Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1656/2024 17.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X3 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı "borcun silinməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehdən borc kimi yazılan 320 manat pulun və 35 manat dövlət rüsumunun, cəmi 355 manat pulun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Sabunçu Rayon Sukanal İdarəsinə 2021-ci ilin oktyabr ayında X4 məxsus olan evin su ilə təmin olunması üçün müraciət etmişdir. Həmin ünvanda Sukanal İdarəsinə aid xətt mövcud olmadığından, müraciəti təmin edilməmişdir. Qonşularının öz hesabına su təminatı olmuşdur. Onların bir üzvü olub həmin sudan öz hesabına bir xətt almış, həyətinə su çəkdirmiş və Sukanal İdarəsinə sayğacın qoşulması üçün müraciət etmişdir. Bundan sonra cavabdehin nümayəndəsi sayğac müqabilində 270 manat verilməsini bildirmişdir. Qonşulara isə sayğac ödənişsiz quraşdırılmışdır. Oğlunun və həyat yoldaşının X1 vurğuladıqda, onlardan birinin Sukanal İdarəsinə gəlməsini bildirmişlər. Həyat yoldaşı Namiq Cəfərova sayğacın quraşdırıldığı deyilsə də, quraşdırılmamışdır. Bir müddət sonra telefon vasitəsilə əlaqə saxlayaraq, 320 manat borcu olduğunu bildirilirdi. Sukanal İdarəsinə təkrar müraciət etdikdə sayğac quraşdırılmışdır. Sərf etdiyi suyu sayğac göstəricisinə uyğun ödəyir. Cavabdeh işlətmədiyi su üçün borc yazmışdır. Həmin pulu ödəməyə imkanı yoxdur. Cavabdehin nümayəndəsi X5 xx.xx.2024-cü ildə məhkəməyə etiraz ünvanlayaraq, iddianın rədd edilməsini məhkəmədən xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddia tələbi heç bir qanunvericilik normasına əsaslanmır və məhkəmə qaydasında rədd edilməlidir. Sabunçu rayonu, X7 ev 26/70-də yaşayan İddiaçı məxsus mənzildə sudan istifadəyə görə hesabat Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş "Sudan istifadə Qaydaları"na əsasən aparılmışdır. Həmin Qaydaların 8.7-ci bəndinə əsasən, su təchizatı sisteminə qanunsuz (özbaşına) qoşulma halları aşkar edildikdə və belə qoşulmanın tarixini müəyyən etmək mümkün olmadıqda, itirilmiş suyun həcmi bu Qaydaların 4 nömrəli əlavəsinə uyğun olaraq ötən 1 (bir) il müddətinədək hesablanır. Qeyd olunan ünvanda müqavilə bağlamadan su təchizatı sisteminə qanunsuz qoşulmaqla sudan qeyri-qanuni istifadə faktı aşkarlanmış və qeydiyyatda olmayan ünvan 4 nömrəli əlavəyə uyğun itirilmiş sərfiyyat bərpa edilməklə qeydiyyata alınmışdır (itirilmiş sərfiyyat: 240 m³). Bu səbəbdən də sudan qanunsuz istifadəyə görə 168 manat dəymiş ziyan hesablanmışdır (240 m³ x 0,70 manat = 168 manat). Abonentin istifadə etdiyi suyun dəyəri sayğac quraşdırılanadək ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə müəyyən edilmiş, sayğac quraşdırıldıqdan sonra isə su sayğacının göstəricilərinə uyğun olaraq hesablanmışdır. Həmin ünvana xx.xx.2023-cü ildə İSS-20M-2 markalı, 23080556 nömrəli mexaniki tipli su sayğacı quraşdırılmışdır. "Sudan istifadə Qaydaları"nın 4.1-ci bəndinə əsasən istehlakçının vəzifəsi aşağıdakılardır: 4.1.2 STKM ilə bağlanılmış müqavilənin şərtlərini yerinə yetirmək; 4.1.3 Bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək. Göründüyü kimi İddiaçı Sudan istifadə Qaydaları"na uyğun olaraq hesablanmış 168 (yüz altmış səkkiz) manat borcun, eyni zamanda ötən dövr ərzində sudan mütəmadi istifadəyə görə yaranmış borcun ödənilməsini təmin etməmiş, nəticədə 311,90 manat borcu yaranmışdır. Azərbaycan Respublikası Tarif Şurasının "xxxx" ASC-nin sudan istifadə və tullantı suların axıdılması xidmətləri üzrə istehlakçı qruplarının tariflərinin və təsnifatının təsdiq edilməsi barədə xx.xx.2011-ci il tarixli 01 nömrəli Qərarına əsasən sayğac quraşdırılmamış mənzillərdə adambaşına su istehlakı norması 5 m³ müəyyən edilmişdir. Tarif (Qiymət) Şurasının xx.xx.2016-cı il tarixli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,35 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,15 manat müəyyən edilmişdir. Tarif Şurasının xx.xx.2021-ci il tarixli 5 nömrəli Qərarına əsasən əhali qrupu üçün su təchizatı və tullantı sularının axıdılması xidmətinə görə 1 m3 suyun qiyməti 0,70 manat, həmin miqdarda tullantı sularının axıdılmasına görə xidmətin qiyməti isə 0,30 manat müəyyən edilmişdir. Hesab edirik ki, "Sudan istifadə qaydaları"na əsasən hesablanmış 168 manat borc, eləcə də sudan istifadəyə görə yaranmış və ödənişi gecikdirilmiş borc məbləği iddiaçı tərəfindən ödənilməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə edərək idarəyə müraciət etdiyini, ona xətlərinin olmadığını və öz hesabına çəkdirməli olduğunu qeyd etmişdir. Sayğac 2023-cü ilin aprel ayında sayğac quraşdırılmışdır, ondan sonra borc yazılmışdır. Borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 iddianı qəbul etməyərək etirazını müdafiə etmişdir. Yekun borcun 328 manat, akta görə 168 manat, qalan borcun isə sərfiyyata görə olduğunu qeyd etmişdir. Sənədlər arxivə verildyindən aktı təqdim edə bilməmişdir. Video yazı və müqavilə yoxdur, lakin saldoda müqavilənin tarixinin göründüyünü qeyd etmişdir. xx.xx.2022-ci ildə akt tərtib edilmiş, sayğac quraşdırılana qədər borc hesablanmışdır. Sayğac quraşdırıldığından sonra 17 manat borc yazılmışdır. Sayğac olmadığı dövrə adambaşına 311 manat hesablanmışdır. Abonentin ünvanına 2023-cü ilin iyun ayında sayğac quraşdırılmışdır. İş materiallarında olan "Abonent kartı"ndan görünür ki, iddiaçı ilə (abonent kodu **********004) xx.xx.2022-ci ildə bağlanmış müqavilə əsasında xx.xx.2023-cü ildə quraşdırılmış 23080556 nömrəli sayğac üzrə 168 manat məbləğində borc xx.xx.2022-ci il tarixli akta görə hesablanmışdır. Yekun borc 327,90 manat təşkil edir. - 45834123 nömrəli qəbzdən görünür ki, **********004 nömrəli abonent kodu üzrə ödəniləcək məbləğ 324,50 manat təşkil edir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, xx.xx.2022-ci ildə abonentə 168 manat məbləğində borc su təchizatı sisteminə qanunsuz qoşulmaqla sudan qeyriqanuni istifadə faktı aşkarlandığına görə yazılmışdır. Bundan sonra eyni əsasla hər ay abonentin istifadə etdiyi suyun dəyəri sayğac quraşdırılanadək ünvan üzrə qeydiyyatda olan şəxslərin say tərkibinə uyğun olaraq normativ qaydada hesablama yolu ilə cəmi 143 manat borc da hesablanmışdır. Lakin yuxarıda qeyd olunan borcun hesablanmasına əsas sayılan həmin akt məhkəməyə təqdim edilməmişdir. Ona görə də məhkəmə tərəfindən onun əsaslığının və qanuniliyinin yoxlanılması mümkün olmamışdır. Belə olan halda həmin aktın mövcudluğu da şübhə doğurur və borcun hesablanması üçün əsas olan akt təqdim edilmədiyindən məhkəmə həmin borcun silinməsini əsaslı hesab edir. Həmçinin, abonentin yaşadığı ünvana xx.xx.2023-cü ildə su sayğacı quraşdırıldıqdan sonra ona sudan istifadəyə görə 17 manat sərfiyyat borcu yazılmışdır ki, bu hissədə iddia tələbi təmin olunmur. Azərbaycan Respublikasının Konstitusiyasının 72-ci maddəsində göstərilir ki, dövlət və cəmiyyət qarşısında hər bir şəxs onun hüquq və azadlıqlarından bilavasitə irəli gələn vəzifələr daşıyır. Hər kəsin üzərinə vəzifələr yalnız bu Konstitusiya ilə və ya qanunla qoyula bilər. Hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahələrinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikasının Qanununun 2.1.1-ci maddəsinə görə, balansında olan su təchizatı və kanalizasiya sistemlərinin və qurğularının lazımi səviyyədə istismarı, təmiri, saxlanması və mühafizəsini təmin etmək STKM-in vəzifəsidir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər bu Qanunda və digər normativ hüquqi aktlarda nəzərdə tutulmuş qaydada və şərtlərlə su ehtiyatlarından istifadə etmək və bu məqsədlə su kəmərləri və kanalizasiya qurğularını tikmək və istismar etmək, tullantı sularını və tullantıları atmaq hüquqlarına malikdirlər. Həmin Qanunun 59.3-cü maddəsinə görə, su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna əsasən hesablanır. Bundan başqa "Sudan istifadə Qaydaları"nın 2.1.5-ci maddəsinə əsasən, istehlakçıya verilən suyun və axıdılan tullantı sularının həcmini smart-kart tipli olmayan suölçən cihazın göstəricilərinə əsasən, suölçən cihaz quraşdırılmadıqda isə bu Qaydaların 7.2-ci bəndinə uyğun olaraq müəyyənləşdirmək STKM-in vəzifələrinə aiddir. Həmin Qaydaların 7.2-ci maddəsinə əsasən, STKM smart-kart tipli olmayan suölçən cihaz quraşdırılmış istehlakçıya ötən ay ərzində verdiyi suyun həcmini belə cihazın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya buna görə ödənilməli olan vəsaitin həcmini əks etdirən hesab təqdim etməlidir (göndərməlidir). Su sərfi haqqında məlumatın təqdim edilməsini STKM ilə bağlanılmış müqaviləyə əsasən istehlakçının özü də həyata keçirə bilər. "Su təchizatı və tullantı suları haqqında" Azərbaycan Respublikası Qanununun 62-ci maddəsindən göründüyü kimi, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifənin yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunvericiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. Beləliklə, iddiaçıya hesablanan 311 (168 + 143 = 311) manat borc silinməlidir. Qalan qalan hissədə iddia təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikasının "Dövlət rüsumu haqqında" Qanunun 9.1.5-ci bəndinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad olunurlar. İşdən görünür ki, iddiaçı ödənilmiş 35 manat dövlət rüsumunun cavabdehdən tutulmasını tələb etsə də, bunu təsdiq edən hər hansı sənəd təqdim edilməmişdir. Eyni zamanda hazırkı tələb üzrə iddiaçı dövlət rüsumunu ödəməkdən qanunverici tərəfindən azad edilmişdir. Ona görə dövlət rüsumu cavabdehə aid edilməlidir. İddia qismən təmin edildiyi üçün ödənilməli olan 30 manat dövlət rüsumunun 94,84 %, yəni 28,45 manat cavabdehdən alınaraq dövlət nəfinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə uyğun olaraq, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəlləinin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı əsassız hesablanmış 311 (üç yüz on bir) manat məbləğində borc silinsin. 28 (iyirmi səkkiz) manat 45 (qırx beş) qəpik dövlət rüsumu "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınaraq dövlət nəfinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Adilə Paşayeva.
Məhkəmə qərarları › İş №2(008)-1656/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1656/2024
17.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver