Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1659/2024 15.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 25 iyun 1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş X8 xx.xx.2005-ci ildə Bakı şəhərində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, 26 iyun 1995-ci il tarixdə İmişli rayonunda anadan olmuş X10 onun oğludur. X6 ölən günə qədər ünvan 1 ünvanda məcburi köçkün kimi müvəqqəti məskunlaşıb yaşamışdır. X6 anadangəlmə daun xəstəsi olmuşdur. xx.xx.2005-ci ildə Bakı şəhərində yaşadığı evdə ölmüşdür. Onlar oğlunu İmişli qəbirsanlığında dəfn etmişlər. Onun bütün qohumları oğlunun yas mərasimlərində iştirak etmiş və həmin şəxslər də oğlunun ölməsi faktını təsdiq edə bilərlər. Lakin o zaman oğlunun ölümü ilə əlaqədar ərazi poliklinikasına məlumat verilməmiş, ölüm haqqında onun tibbi kartasında qeyd aparılmamışdır. Ona görə də o, ölüm haqqında şəhadətnamə almaq istəyən zaman 4 saylı ASAN Xidmət X1 Tural Tahir oğlunun ölümünü təsdiq edən tibbi şəhadətnamə təqdim edə bilmədiyi üçün, onun ölümü barədə akt qeydini tərtib etmək qeyri mümkün olması bildirilmiş, ölüm faktının müəyyən edilməsi üçün məhkəməyə müraciət etməyi tövsiyyə edilmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Asan Xidmət Mərkəzi Qeydiyyat Şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 4 saylı Bakı “ASAN Xidmət” X9 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 3-16-5/8-15/2024 məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydasfnın 8.5-ci bəndinə əsasən ölümün qeydiyyatı ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölümü təsdiq edən sənəd olmadığından qeydiyyat şöbəsində ölümün qeydə alınması mümkün olmadığından ölüm faktının müəyyən edilməsi üçün aidiyyəti üzrə məhkəməyə müraciət edilməsi tövsiyyə edilmişdir. - İmişli rayon VVAQ şöbəsi tərəfindən xx.xx.1995-ci il tarixdə verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, X10 25 iyun 1995-ci ildə İmişli rayonunda anadan olmuşdur. X3, anası Ərizəçidır. - Cəbrayıl rayon Süleymanlı RXDS İcraiyyə Komitəsinin xx.xx.1986-cı il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamədən görünür ki, X7 ilə Ərizəçi 18 noyabr 1986-cı il tarixdə 10 saylı akt qeydi ilə nikaha daxil olmuşlar. Ərə Allahyarov, arvada Vəlixanova soyadı verilmişdir. - Bakı şəhəri Mənzil Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyi 148 saylı Mənzil Kommunal İstismar Sahəsinin 663 nömrəli xx.xx.2023-cü il tarixli arayışından görünür ki, 25 iyun 1995-ci il təvəllüdlü X13 vəfat edən günə, yəni xx.xx.2005-ci il tarixədək Bakı şəhəri Sabunçu qəsəbəsi D.Pışəvari küçəsi 15 saylı evin 29 saylı mənzilində yaşamışdır. - İmişli şəhər İcra Hakimiyyəti Başçısının şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin xx.xx.2023-cü il tarixli arayışında görünür ki, X10 15 fevral 2005-ci ildə vəfat etmiş, İmişli şəhəri Şəmmədli qəbirstanlığında dəfn edilmişdir. Dəfn xərci anası Ərizəçi çəkimişdir. - Azərbaycan Respublikası “Tibbi ərazi bölmələrini idarəetmə birliyi” X20 “Bakı Baş Səhiyyə Mərkəzi” X20 Kürdəxanı Sağlamlıq Mərkəzin tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli 48 nömrəli məktubdan görünür ki, xx.xx.1995-ci il təvəllüdlü X2 Sağlamlıq Mərkəzinə müraciət etməyib və tibbi karta açılmayıb. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X14 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusu olmuşdur. Onlar Bakı şəhərində qonşu olublar. Ərizəçinin oğlu anadan olanda xəstə olmuşdur. Ərizəçinin oğlu uşaq olanda vəfat etmişdir. Ərizəçinin oğlu təxminən 10 yaşında vəfat etmişdir. Uşağ təxminən 2005-ci il tarixdə vəfat etmişdir. Məhkəmə iclasa şahid qismində dəvət edilmiş X21 ifadəsində bildirmişdir ki, ərizəçi onun qonşusu olmuşdur. Onlar Bakı şəhəri, Pişivari küçəsində qonşu olmuşdur. Ərizəçinin 3 qızı və iki oğlu olmuşdur. Onun oğlanlarından biri xəstə olmuşdur. Xəstə uşağ pastel xəstəsi idi. Uşağ anadan olanda xəstə olub. Ərizəçinin oğlu uşaq olanda vəfat edib. Ərizəçinin oğlu təxminən 4-5 yaşında vəfat etmişdir. Ərizəçinin oğlu Bakışəhərində yaşadığı ünvanda vəfat etmişdir. Dəfn edilməsi üçün İmişli rayonuna aparmışlar. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X10 ərizəçinin oğlu olmuşdur. Ərizəçinin oğlu anadangəlmə xəstə olmuş, xx.xx.2005-ci il tarixdə Bakışəhərində yaşadığı evdə dünyasını dəyişmişdir. Oğlu poliklinikada qeydiyyatda olmadığı üçün ona ölüm haqqında şəhadətnamə ala bilməmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1995-ci il tarixdə doğulmuş X8 xx.xx.2005-ci il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1659/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1659/2024
15.05.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver