Məhkəmə qərarları › İş №2(008)-1663/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1663/2023

29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1663/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakı ilə İddiaçı Cavabdehnə qarşı "ünvan 1 evə quraşdırılmış **********0000 abonent kodlu sayğaca cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi" barədə iddiasına dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: İddiaçı Cavabdehnə qarşı "ünvan 1 evə quraşdırılmış **********0000 abonent kodlu sayğaca cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 2073 manat məbləğində borcun silinməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. İddiaçı öz tələbini belə əsaslandırmışdır ki, akt yazılarkən sayğac onun mərhum nənəsi Həlimə Məmmədrəsul qızının adına olmuşdur, halbuki nənəsi 1988-ci ildə vəfat etmişdir. Məhkəmə baxışı zamanı cavabdehin nümayəndəsi tərəfindən təqdim edilmiş sənədlərdə iddiaçıya hesablanmış borc məbləğinin 2073 manat deyil, 4147,20 manat olması məlum olduqdan sonra iddiaçının nümayəndəsi Nümayəndə iddia tələbinin həcmini artıraraq, tələbini "ünvan 1 evə quraşdırılmış **********0000 abonent kodlu sayğaca cavabdehin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın etibarsız hesab edilməsi, cavabdeh tərəfindən təbii qazdan istifadəyə görə əsassız hesablanmış 4147,20 manat məbləğində borcun silinməsi" kimi ifadə etmişdir. İddianın dəyişdirilməsi barədə ərizə məhkəmənin xx.xx.2023-cü il tarixli məhkəmə iclas protokolunun qərardadı ilə icraata qəbul olunmuşdur. Məhkəmə baxışı zamanı iddiaçının nümayəndəsi Nümayəndə iddianı müdafiə edərək iddianın təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi X3 isə iddianı etiraf etmədi və izahatında bildirdi ki, iddiaçıya qazdan istifadəyə görə hesablama maksimum qaz sərfiyyatına uyğun aparılmışdır. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə iddianı əsaslı hesab edir. Müəyyən edildi ki, İddiaçı ünvan 1 evdə yaşayır. Həmin ev üzrə istehlakçının hesab kodu Həlimə Məmmədrəsul qızının adına açılmış və xx.xx.2017-ci ildə Smart G-4 İTRON diafraqma tipli, 1702AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. Həlimə Məmmədrəsul qızı xx.xx.1989-cu ildə vəfat etmişdir. Cavabdehin işçiləri tərəfindən xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" tərtib edilmişdir. Aktda göstərilmişdir ki, ünvan 1 ünvanda istehlakçıya məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanıldı və müəyyən olundu ki, mövcud sayğacın hesablama mexanizminin 5 rəqəmli hissəsinin sağdan 3-cü çarxı işləmir və kənar təsir nəticəsində müdaxilə olunan sayğac heç bir qeyd etmir. Aktda bu da göstərilmişdir ki, yoxlama Həlimə Məmmədrəsul qızının iştirakı ilə aparılmış, lakin o, aktı imzalamaqdan imtina etmişdir. Bundan sonra sayğac çıxarılaraq başqası ilə əvəz edilmiş və istehlakçının hesab kodu iddiaçının adına açılmışdır. İddiaçının adına olan abonentin saldosunda onun akt üzrə 2022-ci ilin noyabr ayına 34560 kub.m qaza görə borcunun 4147,20 manat təşkil etdiyi göstərilmişdir. Həmin borc qaz sayğacının nominal qaz sərfi 4 kub.m, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün qəbul edilməklə (4 kub.m x 24 saat x 360 gün = 34560 kub.m x 0,12 manat = 4147,20 manat) hesablanmışdır. İşdə olan, "Abonentin saldosu"ndan görünür ki, ünvan 1 ev üzrə istehlakçının hesab kodu Həlimə Məmmədrəsul qızının adına açılmış və xx.xx.2017-ci ildə Smart G-4 İTRON diafraqma tipli, 1702AZ**********62 nömrəli qaz sayğacı quraşdırılmışdır. İşdə olan "Ölüm haqqında şəhadətnamə"nin surətindən görünür ki, Həlimə Məmmədrəsul qızı xx.xx.1989-cu ildə vəfat etmişdir. İşdə olan, xx.xx.2022-ci ildə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt"ın surətindən görünür ki, ünvan 1 ünvanda istehlakçı Həlimə Məmmədrəsul qızına məxsus yaşayış sahəsində təbii qazın uçotu və TQİQ-na riayət olunması yoxlanılarkən müəyyən olunmuşdur ki, mövcud sayğacın hesablama mexanizminin 5 rəqəmli hissəsinin sağdan 3-cü çarxı işləmir və kənar təsir nəticəsində müdaxilə olunan sayğac heç bir qeyd etmir. Aktda bu da göstərilmişdir ki, yoxlama Həlimə Məmmədrəsul qızının iştirakı ilə aparılmış, lakin o, aktı imzalamaqdan imtina etmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli "Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında akt"dan görünür ki, Həlimə Məmmədrəsul qızının adına olan 1702AZ**********62 nömrəli qaz sayğacı sərfiyyatı qeyd etməməsi səbəbindən çıxarılmışdır. İddiaçı adına olan "Abonentin saldosu"ndan görünür ki, onun akt üzrə 2022-ci ilin noyabr ayına 34560 kub.m qaza görə borcu 4147,20 manat təşkil edir. Həmin borc qaz sayğacının nominal qaz sərfi 4 kub.m, orta günlük iş rejimi 24 saat, hesabat müddəti isə 360 gün qəbul edilməklə (4 kub.m x 24 saat x 360 gün = 34560 kub.m x 0,12 manat = 4147,20 manat) hesablanmışdır. "Qaz təchizatı haqqında" Azərbaycan Respublikası Qanununun tələbinə görə, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir (11-ci maddənin 6-cı bəndi). Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş "Qazdan istifadə Qaydaları"nın tələbinə əsasən, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir (1.3-cü bənd). İstehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir (1.4-cü bənd). Özbaşına qaz qurğularının quraşdırılmasını həyata keçirmək istehlakçılara qadağandır (3.4.1ci bənd). Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və müvafiq qaydada rəsmiləşdirildikdən sonra 1 (bir) iş günü müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməlidir. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarımbəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir (6.5 - 6.7-ci bəndlər). Həmin Qaydaların 4.8-ci bəndində deyilir ki, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. İşdən görünür ki, xx.xx.2022-ci ildə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" sayğacın kənar təsir nəticəsində müdaxilə səbəbindən qaz sərfiyyatının qeyd olunmaması ilə bağlı tərtib edilmiş və 4147,20 manat məbləğində borc həmin akt əsasında hesablanmışdır. Məhkəmə qeyd edir ki, sayğacın işlək vəziyyətdə olmamasının müəyyən edilməsi halı mübahisəsiz olsa da, sayğaca İddiaçı, yaxud mərhum Həlimə Məmmədrəsul qızı tərəfindən müdaxilə edilməsi barədə heç bir sübut yoxdur, halbuki Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə görə, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Digər tərəfdən, "Qazdan istifadə Qaydaları"nın tələbinə uyğun olaraq, qaz paylayıcısı qazın verilməsinin dayandırılmasını və bərpa edilməsini istehlakçının iştirakı ilə həyata keçirməli olduğu və aktın bir nüsxəsini istehlakçıya təqdim etməli olduğu halda, bunu etməmiş və 1989-cu ildə vəfat etmiş istehlakçı Həlimə Məmmədrəsul qızının güya aktın tərtib olunmasında iştirak etdiyini və aktı imzalamaqdan imtina etdiyini göstərmişdir. Belə olan halda, məhkəmə bu qənaətə gəldi ki, cavabdeh tərəfindən xx.xx.2022-ci ildə təsdiq edilmiş xx.xx.2022-ci il tarixli ******* nömrəli aktın tərtib edilməsi və iddiaçıya 4147,20 manat borcun hesablanması qanunsuz olmuşdur. Ona görə də iddia təmin edilərək akt etibarsız hesab olunmalı və iddiaçıya hesablanmış 4147,20 manat məbləğində borc silinməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: İddia təmin edilsin. ünvan 1 evə quraşdırılmış **********0000 abonent kodlu sayğaca Cavabdeh əməkdaşları tərəfindən tərtib edilərək xx.xx.2022-ci ildə təsdiq olunmuş xx.xx.2022ci il tarixli ******* nömrəli "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında akt" etibarsız hesab edilsin və cavabdeh tərəfindən İddiaçı hesablanmış 4147,20 manat məbləğində borc silinsin. Qətnamədən apellyasiya şikayəti, şikayətin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməklə, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına, qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar