Məhkəmə qərarları › İş №2(008)-1683/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1683/2023

14.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1683/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh 1000 manat məbləğində pulun alınıb və 30 manat dövlət rüsumunun tutulub iddiaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı, Cavabdeh ilə 2021-ci ilin iyun ayında bacısına ev almaq məqsədilə tanış olmuşdur. O, özünə məxsus olan evi iddiaçıya göstərmiş, və iddiaçı evi bəyəndikdən sonra həmin evin sənədlərini qaydasına salmaq və hasar tikmək üçün 1500 manat borc pul istəmişdir.İddiaçı cavabdehin səmimiliyinə inanaraq xx.xx.2021-ci il tarixdə 1500 məbləğində cavabdehə borc pul vermişdir. Cavabdeh almış olduğu pulu bir ay ərzində, yəni xx.xx.2021-ci il tarixə kimi qaytarmağa söz vermiş, üstəlik həmin tarixdə notariusda bununla bağlı borc müqaviləsi bağlamışdır. Cavabdeh bir ildən sonra borcun 500 manatını qaytarsa da, borcun böyük hissəsini yəni 1000 manatını hələ də qaytarmamışdır. Müxtəlif bəhanələrlə bundan imtina edir. 2021-ci ilin noyabr ayında icra məmuru İlqar Ağayev tərəfindən pulun geri qaytarılması məqsədilə cavabdehin əmlakının üzərinə həbs qoyulmasına dair qərar qəbul edilsə də, 1 ildən artıq vaxt keçməsinə baxmayaraq qərar hələ də icra olunmamışdır. İddiaçı göstərilən səbəbdən ağır maddi vəziyyətə düşmüşdür. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan xx.xx.2021-ci il tarixli qərarın surətindən görünür ki, borclu Cavabdeh 1520 manat məbləğində pul vəsaitinin tutularaq tələbkar İddiaçı xeyrinə ödəməli olduğunun qeyd edildiyi, Bakı Şəhəri 17 saylı Notariat Kontorunun 8İ-6451 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədi üzrə Sabunçu Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru İlqar Ağayev icraata başlamaq haqqında qərar qəbul etmişdir. Eyni tərəflər arasında, eyni predmet barəsində və eyni əsaslar üzrə notariat kontorunun icra qeydi movcuddur ki, bu da mülki iş üzrə icraata xitam verilməsi üçün əsasdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 262.3-cü maddəsinə əsasən Bu Məcəllənin 261.0.1-ci və ya 261.0.8-ci maddələrində nəzərdə tutulmuş əsaslar üzrə icraata xitam verilərsə, məhkəmə ərizəçinin hansı orqana müraciət etməli olmasını göstərməlidir. Beləliklə məhkəmə hesab edir ki, Bakı Şəhəri 17 saylı Notariat Kontorunun 8i-6451 nömrəli, xx.xx.2021-ci il tarixli icra qeydi üzrə icra məmuru tərəfindən xx.xx.2021-ci il tarixdə icraata başlama haqqında qərar qəbul olunduğundan, yəni iş mahiyyəti üzrə həll olunduğundan, İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nin 153.3-cü maddəsinə görə, hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçınm hansı orqana müraciət etməli olmasıın orada göstərir. Həmin Məcəllənin 153.4-cü və 153.5-ci maddələrinə əsasən, ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 52,191,263, 264cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Cavabdeh qarşı borcun qaytarılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətinə Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən : Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar