Məhkəmə qərarları › İş №2(008)-1697/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1697/2023

18.04.2023 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1697/2023 18.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iştirakı ilə İddiaçı Cavabdeh qarşı "cavabdehə 5840 manat kompensasiya verilməklə Bakı şəhəri Zabrat 2 qəsəbəsi S.Cəfərov küçəsi 7 nömrəli yaşayış evi üzərində olan 1/6 payı üzrə mülkiyyət hüququna xitam verilməsi" barədə iddiasına dair mülki işə açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı nümayəndəsi Vəkil vasitəsilə Cavabdeh qarşı "cavabdehə 5840 manat kompensasiya verilməklə Bakı şəhəri Zabrat 2 qəsəbəsi S.Cəfərov küçəsi 7 nömrəli yaşayış evi üzərində olan 1/6 payı üzrə mülkiyyət hüququna xitam verilməsi" barədə iddia ərizəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Bundan sonra iddiaçının nümayəndəsi Vəkil məhkəməyə ərizə verərək iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etmişdir. Cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə görə, iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.5-ci maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. İşdən görünür ki, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzlə 100 manat, iddiaçının nümayəndəsi Vəkil tərəfindən isə xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzlə 20 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanıldığına görə həmin dövlət rüsumu da iddiaçıya qaytarılmalıdır. Qeyd olunanlara əsasən, məhkəmə qərara aldı: İddiaçı Cavabdeh qarşı "cavabdehə 5840 manat kompensasiya verilməklə Bakı şəhəri Zabrat 2 qəsəbəsi S.Cəfərov küçəsi 7 nömrəli yaşayış evi üzərində olan 1/6 payı üzrə mülkiyyət hüququna xitam verilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 100 manat və iddiaçının nümayəndəsi Vəkil tərəfindən xx.xx.2022ci il tarixli ********** nömrəli qəbzlə ödənilmiş 20 manat dövlət rüsumu İddiaçı qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Vidadi Qasımov.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar