Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1699/2021 23.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi və vəkili X2 iştirakı ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı “dəymiş maddi zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB – Cavabdeh qarşı “dəymiş zərərin əvəzinin ödənilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən iddiaçı “İddiaçı” İB-yə vurulmuş 4722,77 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, ümumilikdə isə 4752,77 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq iddiaçı “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı “İddiaçı” İstehsalat Birliyi iddia tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İB xx.xx.2018-ci il tarixli, T/17389 nömrəli “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə imzalamış və tərəflər arasında imzalanmış həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “İddiaçı” İB tərəfindən **********30000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda qaz xəttinin üzərində Smart G-4 markalı, 11202AQ**********0 nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh müqavilənin 2.3.2 yarımbəndinin və Qazdan istifadə qaydalarının 6.5-ci bəndinin tələblərini pozaraq, istifadəsinə verilmiş sayğacdan kənar qanunsuz olaraq özbaşına olaraq qaz xəttinə qoşularaq təbii qazı talamışdır. “İddiaçı” İstehsalat Birliyinin əməkdaşları tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də, cavabdehin fərdi yaşayış evinə quraşdırılmış qaz sayğacına baxış keçirilərkən qaz xəttinə özbaşına qoşulmaqla, cavabdehin təbii qazdan qeyri-qanuni istifadə halı aşkar olunaraq aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsindən irəli gələn hallar və faktlar Birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən tərtib edilmiş xx.xx.2018-ci il tarixli, tarixli ******* saylı akt əsasında 631,20 manat, xx.xx.2018-ci il tarixli, tarixli ******* saylı akt əsasında 133,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 174.80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 114.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 93.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 104.40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100.80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 504 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 4051 manat məbləğində ziyan hesablanmışdır. Qeyd olunanlardan əlavə 671,77 manat borc qalmışdır. Cavabdeh 2010- 2020-ci illər ərzində 10 ilə təbii qaza cəmi 45 manat pul ödəmişdir. Buda ona göstərir ki, cavabdeh mütəmadi olaraq qaz xəttinə sayğacdan kənar rezin boru vasitəsi ilə qoşulmuşdur. Dəfələrlə qaz təminatı dayandırılıb. Lakin o yenidən qanunsuz xətti bərpa etmişdir. Cavabdehin “İddiaçı” İB-yə ödənilməsi borc məbləği (itirilmiş təbii qazın dəyəri üzrə) hazırda saldo ümumi 4722.77 manat təşkil etməkdədir. “İddiaçı” İB-nın nümayəndələri tərəfindən cavabdehə 4722,77 manat pul məbləğinin könüllü qaydada ödənilməsi təklif edilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə uyğun olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və Birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Müqavilə öhdəliklərinin istehlakçı tərəfindən kobud şəkildə pozulması, habelə təqsirli hərəkətləri "İddiaçı” İB-yə vurulmuş maddi zərərlə bağlı cavabdeh tərəfindən heç bir ödəniş həyata keçirilmədiyi üçün tərəfimizdən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. Məhkəmə iclasında iddiaçı “İddiaçı” İstehsalat Birliyinin nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edəm cavabdehin nümayəndəsi və vəkili X4 izahat verərək iddia tələbini qismən qəbul edərək bildirdi ki, hüquqlarını müdafiə etdiyi şəxs 2018-ci ilin yanvar ayında qış fəslinin soyuq keçməsi ilə əlaqədar fərdi yaşayış evini təbii qazla təmin etmək məqsədilə 1 dəfə küçə qaz xəttinə özbaşına qoşulmuş və 2018-ci ilin yanvar ayı üzrə barəsində tərtib edilmiş qazdan istifadə qaydalarının pozulması barədə aktı etiraf edərək iddia tələbini həmin hissədə qəbul edir. iddiaçı “İddiaçı” İB ilə cavabdeh arasında bağlanmış qazın alqı- satqısı barədə müqavilədə təbii qazın satış qiyməti 0,10 azn-dən müəyyən edilmişdir, 01/2018-ci il tarixli akt əsasında müəyyən edilmiş qaz itkisi üzrə cərimə məbləğinin də 0,10 azn-dən hesablanması qanuna uyğun olardı. Yəni ki, 01/2018-ci il tarixində tərtib edilmiş akt üzrə hesablama: 3156 m2 3 * 0,10 azn = 315,60 azn. İddia ərizəsi üzrə cavabdehdən tələb olunan məbləğin 671,17 manat hissəsi cavabdehin adına qeydiyyata alınmış abonent saldosundan da görünür ki, 02/2014-cü ilə qədər aktlar üzrə yaranmış və Azərbaycan Respublikası MM-in 551.2.1-ci maddəsinə əsasən vaxtaşırı ödənişlər üzrə 5 (beş) illik tələb müddəti keçməsi səbəbindən öz qüvvəsini itirmişdir. Həmin məbləğin də aktlar üzrə yaranması abonent saldosundan görünsə də, lakin həmin aktların tərtib edilmə və yaranma əsası bəlli deyil. İddia ərizəsi üzrə cavabdehdən tələb olunan məbləğin geri qalan qismi isə, 02/2018-ci il tarixindən sonra cavabdehin adına sonrakı illərin hər ayı üçün tərtib edilmiş qanunsuz aktlar üzrə hesablanmışdır. İlin hər bir ayı üzrə davamlı olaraq aktların tərtib edilməsi həmin aktların əsaslılığını və mötəbərliyini şübhə altına alır. Sübutlar isə şübhə altında olmamalı, biribirinə uyğun olmalı, biri-birini tamamlanmalıdır. “İddiaçı” İB öz hüquqlarından sui-istifadə etmiş və cavabdeh şəxsin adına mütəmadi olaraq qanunsuz akt tərtib etmişdir ki, həmin aktların da heç bir hüquqi əsası və qüvvəsi yoxdur. Aktlar qanunvericiliyin tələblərinə də zidd rəsmiləşdirilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2011 -ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydalarf’nın 6.5-ci bəndinə görə, Qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Həmin Qaydaların 6.7-ci bəndinə görə isə, qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunanlardan müəyyən olunur ki: a) Aktlar “İddiaçı” İB tərəfindən normativ hüquqi aktlara zidd tərtib edilmişdir. b) Aktlar “İddiaçı" İB tərəfindən bitərəf qaydada, yəni ki iş üzrə cavabdehin (istehlakçının) və ya neytral şəxslərin (hal şahidlərinin) iştirakı olmadan tərtib edilmişdir. Prosessual hüquq normasının tələblərindən müəyyən edilir ki, üzərinə sübutetmə yükü düşən iddiaçı “İddiaçı” İB öz mövqeyini və tələbini iş materiallarına əlavə etmiş olduğu qeyri-rəsmi şablon formalı sənədlərlə və fotoşəkillərlə sübuta yetirə bilmir. İddiaçı tərəfin yeganə sübutu fotoşəkillərdir ki, həmin fotoşəkillər də biri- birinin təkrarıdır və həmin fotoşəkillərdən də əlavə qaz xəttinin cavabdehə məxsus fərdi yaşayış evinə getdiyi müəyyən olunmur. Lakin cavabdeh şəxs vicdanlı vətəndaş olduğundan və işin həqiqi hallarını vəkili qismində ona tam izah etdiyindən, qaz xəttinə qanunsuz qoşulmuş olduğu ilk hal üzrə tərtib edilmiş 01/2018-ci il tarixli akta əsasən hesablanmış 3156 m3 qaz itkisinin 0,10 azn- dən ödəməsini qəbul edərək həmin hissədə faktı etiraf edir və bir növ də iddiaçı “İddiaçı” İB-nı tələbin bu hissəsində sübutetmə yükündən azad etmiş olur. Etirazımda qeyd olunanlarını rəhbər tutaraq məhkəmədən İddiaçı “İddiaçı” İB tərəfindən cavabdeh barəsində tərtib edilmiş 01/2018-ci il tarixli ******* nömrəli akt üzrə müəyyən edilmiş qaz itkisi (3156 m3) qazın alqı-satqı müqaviləsinə əsasən 0,10 azn-dən hesablanmaqla cavabdeh şəxsdən iddiaçı Birliyin xeyrinə 315,60 manat məbləğində pul tutulması və İddia tələbi qalan hissədə əsassız olduğundan təmin edilməməsini xahiş etdi və yazılı etirazını məhkəməyə təqdim etdi. Əvvəlki məhkəmə iclaslarında iştirak edən Cavabdeh, izahat verərək iddia tələbini qismən yalnız xx.xx.2018-ci il tarixli ******* saylı akta münasibət qəbul etdiyini, digər aktlarının qanunsuz və əsassız olduğunu qeyd edərək bildirmişdir ki, tərəflər arasında qazın alqı-satqısına dair müqavilə bağlansada o yalnız bu illər ərzində bir dəfə qazdan istifadə etmişdir. Maddi imkanı zəyif olması səbəbindən o bir həyətdə yaşadığları digər qohumlarının qazından istifadəyə etmişdir. Qaz alqı-satqısına dair müqavilə bağlanmasının təşəbüskarı olmasının səbəbi isə gələcəkdə ailə həyatı qurduğda ayrıca yaşaması mümkün edəcək şaraitinin təşkil etməyə çalışmasıdır. İddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan «İddiaçı» İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış xx.xx.2018-ci il tarixli, T/17389 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. - GASREP məlumatlarından görünür ki, Cavabdeh 2019-cu il üçün 2348,57 manat məbəğində borcu var. - Abonent saldosundan görünür ki, Cavabdeh 2016-cı ilin sonu üçün 671,17 manat məbləğində borcu olmuşdur. - Abonent saldosundan görünür ki, Cavabdeh 2020-ci ilin iyun ayı üçün 2374.20 manat məbləğində borcu var. - “İddiaçı” İstehsalat Birliyi tərəfindən cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi səbəbi ilə müxtəlif vaxtlarda - xx.xx.2018-ci il tarixli, tarixli ******* saylı akt əsasında 631,20 manat, xx.xx.2018-ci il tarixli, tarixli ******* saylı akt əsasında 133,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 174.80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 114.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 93.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 104.40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 115.20 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 57.60 manat, xx.xx.2019-cu il tarixli. ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 100.80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 64.80 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32.40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 504 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 252 manat olmaqla, cəmi 4051 manat ziyan məbləği hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə iclasında müəyyən edildi ki, “İddiaçı” İstehsalat Birliyi ilə Cavabdeh arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında iddiaçı cavabdehə məxsus yaşayış evi təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etmiş və iddiaçıya ziyan vurmuşdur. Lakin, məhkəmə cavabdehin kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan 0146986, 0152278, 0156980, 0167785, 0172071, 0175927, 0177927, 0187620, 0180436, 0194467, 0198796, 0206496, 0211766, 0213186, 0227630, 0229655, 0236281, 0238582, 0248567, 0261924, 0266575, 0274200, ******* ******* saylı aktlarda cavabdehin imzasının olmadığını, dolayısı ilə ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgülüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent Cavabdeh təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində iddiaçıya yalnız xx.xx.2018-ci il tarixli ******* saylı aktı üzrə borc hesablanmalıdır. Qeyd olunan aktda itirilmiş qazın həcminın 3156 kubmetr olduğu müəyyyən olunmuşdur. 3156 kubmetrin hər kubmetri tərəflər arasında bağlanan “Qaz alqı-satqısı müqavilə”sinin 3.1-ci bəndinə əsasən 0.10 qəpikdən hesablandıqda akt üzrə dəymiş ziyanın məbləği 631.20 manat yox, 315.60 manat edir. Bunları nəzərə alaraq məhkəmə qaz xəttindən qanunsuz istifadəyə görə iddia tələbini 315.60 manat həcmində təmin edir. Məhkəmə iddia tələbinin cavabdehin 2016-ci ildən 671,77 manat məbləğində borcun tutulub iddiaçıya ödənilməsinə dair hissəsinə münasibət bildirərək qeyd edir ki, həmin borcun məbləği cavabdehə məxsus olan saldoda görünsə də yaranma əsasları mülki işin materiallarına əlavə edilməmişdir. Belə olan halda, o cümlədən məhkəmə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsaslanaraq hesab edir ki, iddia tələbi həmin hissədədə təmin edilə bilməz. Belə ki, Azərbaycan Respublikası MPM-nin 77.2-ci maddəsinin mənasına görə dövlət orqanlarının, icra və s. orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda, həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə görə isə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Eyni zamanda, iş materiallarından görünür ki, iddia ərizəsinin məhkəməyə verilməsi üçün iddiaçı tərəfindən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın qismən təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumunun 20 manat hissəsi Cavabdeh alınıb iddiaçıya verilməlidir. Beləliklə, məhkəmə, iş üzrə toplanmış sübutları araşdıraraq və sübutlara məcmu halında qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh 315.60 manat dəymiş zərər və məhkəmədə iddianın qaldırılması ilə əlaqədar ödənilmiş 30 manat dövlət rüsumunun 20 manat hissəsi, “İddiaçı” İstehsalat Birliyinin xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh 315,6 (üç yüz on beş manat, altmış qəpik) manat məbləğində dəymiş zərər və ödənilmiş 20 (otuz) manat dövlət rüsumu iddiaçı “İddiaçı” İB-nin xeyrinə tutulsun. Tutulmuş məbləğ “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı şöbəsi üzrə (kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN **********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1699/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1699/2021
23.04.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver