Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1699/2023 14.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Maraqlı şəxs iştirakı iştirakı ilə, Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs, X2 və üçüncü şəxs qismində 4 saylı Bakı Asan Xidmət Mərkəzi cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs, X2 və üçüncü şəxs qismində 4 saylı Bakı Asan Xidmət Mərkəzi cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Sabunçu rayonu, Pirşağı qəsəbəsi, 2 saylı Sovxoz ərazisində yerləşən X1 miras qalmış əmlakın qəbul edilməsi faktının və payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi xx.xx.2023-cü il tarixdə ərizə ünvanlayaraq, üzrlü səbəbdən məhkəmə hazırlıq iclasında iştirak edə bilməyəcəyini, bu səbəbdən məhkəmə hazırlıq iclasının başqa vaxta təxirə salınmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Maraqlı şəxs ərizəyə etiraz edərək, rədd edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Üçüncü şəxs 4 saylı Bakı Asan Xidmət Mərkəzi və digər maraqlı şəxs X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişdirlər. Məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə maraqlı şəxsin izahatını dinləyib, ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Ona görə ki, ərizədən aşkar surətdə göründüyü kimi, ərizəçi həm miras əmlakın qəbul edilməsi faktının, həm də payların müəyyən edilməsi kimi bir-biri ilə əlaqədar olmayan tələbləri birləşdirmişdir. Miras əmlakın qəbul edilməsi faktı xüsusi icraat qaydasında, miras əmlakda payın müəyyən olunması isə ümumi iddia icraatı qaydasında baxılır və onların baxılma qaydası, müddəti qaydaları fərqlidir. Azərbaycan Respublikası MPM-nin 152.1.7-ci maddəsinə əsasən, bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilən qanunvericilik aktı normasına əsasən məhkəmə hesab edir ki, iddia tələbləri bir-biri ilə əlaqədar olmadığından iddia ərizəsi geri qaytarılmalıdır. Beləliklə, iddia ərizəsi Azərbaycan Respublikası MPM–nin tələblərinə riayət edilməklə məhkəməyə verilməmişdir. Buna görə də iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Odur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 152-ci maddəsini rəhbər tutaraq QƏRARA ALDİ : Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs, X2 və üçüncü şəxs qismində 4 saylı Bakı Asan Xidmət Mərkəzi cəlb olunmaqla miras əmlakın qəbul edilməsi faktının müəyyən olunması tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-1699/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1699/2023
14.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver