Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1711/2023 27.02.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Rüstəmova Əminə Pünhan qızının katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Beyləqan Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” mülki iş üzrə Ərizəçi ərizəsinə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Beyləqan Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizəsi ilə Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. Hazırda Ərizəçi məhkəmə iclasında ərizə verərək ərizənin və on əlavə olunmuş sənədlərin ona geri qaytarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı haqqında məlumat verilməsinə baxmayaraq, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Beyləqan Ərazi Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməyinin səbəbi barəsində məlumat verməmişdir. Buna görə də məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəni, mülki işi nəzərdən keçirib, gəlmiş tərəfləri dinləyərək, ərizəni və iş materiallarını araşdıraraq hesab edir ki, Ərizəçi tərəfindən verilmiş ərizə geri qaytarılaraq, baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası MPM-nin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə hakim iddia ərizəsini baxılmamış saxlayır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-269cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Beyləqan Ərazi Şöbəsinə qarşı “hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsinə dair” ərizəsi geri qaytarılaraq, baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə 10 (on) gün müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1711/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1711/2023
27.02.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver