Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1712/2023 05.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, Məhkəmə iclas katibi Rüstəmova Əminə Pünhan qızının katibliyi, İddiaçı nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-ə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-ə qarşı “dəymiş zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1 və "xxxx" MMC tərəfindən ona məxsus “VAZ 2106” markalı, ** MO *** dövlət nömrə nişanlı avtomobilin əzilməsi ilə əlaqədar araşdırılma aparılma dövrdə qorunan dayanacaqda saxlanmasına görə ödənilən 540 manatın və dövlət rüsumu 30 manat cavabdehlərdən alınıb ona ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.2020-ci il tarixdə saat təqribən 11:50 radələrində Bakı şəhəri, Nizami rayon, Q.Qarayev pr, Özbəksan küçəsi ilə kəsişmədə Cavabdeh1 idarə etdiyi “Korsan” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı M1 xətti üzrə işləyən avtobusla onun idarə etdiyi “VAZ 2106” markalı, ** MO *** dövlət nişanlı avtomobillər toqquşmuşdur. Bu hadisə nəticəsində ona məxsus olan “VAZ 2106” markalı, ** MO *** dövlət nişanlı avtomobil tamamı ilə istifadəyə yararsız vəziyyətə də düşmüşdür. Avtomobil evakuator vasitəsi ilə hadisə yerindən qorunan dayanacağa aparılmışdır. Qarşı tərəflə avtomobilin düzəldilməsi ilə bağlı aparılan danışıqla heç bir fayda verməmişdir. Dəymiş ziyanın ödənilməsi ilə bağlı Bakı Apellyasiya məhkəməsində şikayəti təmin edilərək, ədalətli qərar çıxarıldı. Məhkəməyə müraciətimlə bağlı olan müddət 540 gün davam etmiş, bütün bu vaxt ərzində onun avtomobilin qorunan dayacaqda qalmışdır. Apellyasiya Məhkəməsinin qərarından sonra Nizami rayon Polis İdarəsindən avtomobilin qorunan dayanacqda buraxılması üçün xx.xx.2022-ci il tarixdə buraxılış vərəqəsi alındı və dayanacağa təqdim edildi. Ona görə də Nazirlər Kabinetinin qorunan dayanacqlarda qiymətlərin tənzimlənməsi ilə bağlı qərarında olduğu kimi hər gün üçün 1 (bir) manat ödənilməklə 540 (beş yüz qırx) manat ödənilmişdir və maşınını yararsız halda oradan çıxarmışdır. Odur ki, məhkəmədən ödənilmiş iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq cavabdehlər məhkəmə iclasında iştirak etməmiş, məhkəmə iclasında iştirak etməməsinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən, işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdırıb, toplanmış və məhkəmə iclasında araşdırılmış sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(103)-674/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnamədən görünür ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-2450/2021 nömrəli, 11 avqust 2021-ci il tarixli qətnaməsi qismən təmin olunmuş, iddiaçıya məxsus “VAZ 2106” markalı, ** MO *** dövlət nişanlı avtomobilə dəymiş maddi zərərəin əvəzi olaraq 4*** manat pul, qüsur aktına görə ödənilmiş 116 manat, cəmi 4116 manat və ödənilmiş dövlət rüsumunun əvəzi kimi 20 manat pul vəsaiti cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada tutularaq İddiaçı ödənilməsi qət edilmişdir. İş materiallarında 087421-1222 nömrəli, 19 aprel 2022-ci il tarixli arayışın surətindən görünür ki, “VAZ 2106” markalı, ** MO *** dövlət nişanlı avtomobil cərimə meydançasından çıxarılmasına icazə verilmişdir. İş materiallarında olan VÖEN 1***108281, 19 aprel 2022-ci il tarixli qəbzdən görünür ki, 540 manat birdəfəlik dayanacaq haqqı ödənilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, 31 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə əsasən işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 82.4-cü maddəsinə əsasən cinayət işi üzrə qanuni qüvvəyə minmiş məhkəmə hökmü bu hərəkətlərin olub-olmaması və bu hərəkətlərin kim tərəfindən edilməsi məsələlərində mülki işə baxan məhkəmə və ya hakim üçün məcburidir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən edilir ki, xx.xx.2020-ci il tarixdə baş vermiş yol-nəqliyyat hadisəsi zamanı İddiaçı məxsus “VAZ 2106” markalı, ** MO *** dövlət nişanlı avtomobilə Cavabdeh1 idarə etdiyi “Korsan” markalı, ** JK *** dövlət qeydiyyat nişanlı M1 xətti üzrə işləyən avtobusla toqquşmuş və cavabdehin təqsiri səbəbindən iddiaçıya maddi ziyan dəymişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqazidd əməldir. Həmin Məcəllənin 1097.1-ci maddəsinə uyğun olaraq mülki hüquq pozuntusu törətmiş şəxs fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurduğu zərərin əvəzini tam həcmdə ödəməlidir. xx.xx.2020-ci il tarixdə “VAZ 2106” markalı, ** MO *** dövlət nişanlı avtomobilə dəymiş ziyanla bağlı məhkəmə mübahisəsi gedən 540 gün ərzində avtomobil dayanacağa yerləşdirilmiş hər günü 1 manat olmaqla dayanacağın ödənişi hesablanmışdır. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçıya dəymiş ziyan cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsində göstərilir ki, hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə ıştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə, qanunvericiliyin tələbini və iddianın təmin edildiyini nəzərə alaraq hesab edir ki, 30 manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən alınıb iddiaçıya verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə isə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının MPM-nin 217.3-cu maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-cı maddələrini rəhbər tutub, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdehlər Cavabdeh1 və "xxxx" MMC-dən müştərək qaydada 540 (beş yüz qırx) manat dəymiş zərər və 30 (otuz manat) manat dövlət rüsumu İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-1712/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1712/2023
05.04.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver