Məhkəmə qərarları › İş №2(008)-1719/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1719/2023

25.10.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1719/2023 25.10.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Nəsibova Əfsanə Elçin qızının katibliyi, İddiaçıların nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı, Sabunçu rayonu Maştağa bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “polietilen yeşiklərin götürülməsi, torpaq sahələrinin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı, Sabunçu rayonu Maştağa bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi “polietilen yeşiklərin götürülməsi, torpaq sahələrinin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 42 sot (4200 kv.m) olan torpaq sahəsinə cavabdeh tərəfindən yığılan 135 ədəd boş polietilen yeşiyin cavabdehin hesabına götürülməsi və Sabunçu rayonu Maştağa bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə onlara ayrılmış 16/82 saylı, xx.xx.2005-ci il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında yerləşən İddiaçı1 10 sot (1000 kv.m) torpaq sahəsinin; 16/81 saylı, xx.xx.2005-ci il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında yerləşən İddiaçı2 10 sot (1000 kv.m) torpaq sahəsinin; 50/12 saylı, xx.xx.2006-cı il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında yerləşən İddiaçı3 12 sot (1200 kv.m) torpaq sahəsinin və 16/83 saylı, xx.xx.2005-ci il tarixli sərəncam əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında yerləşən İddiaçı4 10 sot (1000 kv.m) torpaq sahəsinin istifadə və sahibliklərinə verilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Maştağa bələdiyyəsi tərəfindən 16/82 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı1 10 sot (1000 kv.m) torpaq sahəsi; 16/81 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı2 10 sot (1000 kv.m) torpaq sahəsi; 50/12 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı3 12 sot (1200 kv.m) torpaq sahəsi və 16/83 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı4 10 sot (1000 kv.m) torpaq sahəsi alqı-satqı yolu ilə fərdi bağ evi tikilməsi üçün iddiaçılara ayrılmışdır. Qeyd olunan ümumi sahəsi 42 sot (4200 kv.m) olan torpaq sahəsində onlar 16 ildir ki, birgə fəaliyyət göstərərək gül becərirlər. Cavabdeh 2022-ci ilin noyabr-dekabr aylarında bir neçə dəfə sözügedən torpaq sahələrinə gələrək bildirmişdir ki, Maştağa bələdiyyəsi tərəfindən onlara ayrılmış torpaq sahəsi əvvəllər onun Kazım adlı ana tərəfdən mərhum babasına məxsus olmuş və sözügedən torpaq sahəsindən istifadə etməmələrini xahiş etmişdir. İddiaçılar cavabdehə sözügedən torpaq sahəsinin həqiqətən də mərhum Kazım adlı babasının istifadəsində, sahibliyində və yaxud mülkiyyətində olduğu barədə hər hansı bir rəsmi sənəd təqdim etməsini xahiş etsələr də, cavabdeh mərhum babasının sözügedən torpaq sahəsinə dair rəsmi sənədi olmadan, yalnız otlaq sahəsi (örüş yeri) kimi istifadəsində olduğunu bildirmişdir. Cavabdeh qanunsuz olaraq sözügedən torpaq sahələrinə 135 ədəd boş polietilen yeşiklər yığmışdır. İddiaçılar hesab edir ki, Maştağa qəsəbə Bələdiyyəsi tərəfindən alqı-satqı yolu ilə onlara ayrılmış 16/82 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı1 10 sot (1000 kv.m) torpaq sahəsi, 16/81 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı2 10 sot (1000 kv.m) torpaq sahəsi, 50/12 saylı, xx.xx.2006-cı il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı3 12 sot (1200 kv.m) torpaq sahəsi və 16/83 saylı, xx.xx.2005-ci il tarixli sərəncamı əsasında Maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi, döngə 3 ünvanında İddiaçı4 10 sot (1000 kv.m) torpaq sahəsi onların istifadə və sahibliyinə verilməlidir. Məhkəmə iclasında iddiaçıların nümayəndəsi və vəkili Nümayəndə, iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmununa uyğun izahat verib təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh və müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Maştağa bələdiyyəsinə məhkəmə baxışı iclasının vaxtı və yeri barədə rəsmi məlumat verilməsinə baxmayaraq, cavabdeh və nümayəndə məhkəmə iclasına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5 və 185.6-cı maddələrinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Bununla belə, əvvəlki məhkəmə iclasında iştirak etmiş Cavabdeh izahatında bildirmişdir ki, iddia tələbini qəbul etmir. Belə ki, mərhum babası mübahisə predmeti olan torpaq sahəsini onlara məxsus torpaq sahəsi kimi tanıtmışdır. Həmin torpaq sahəsində atası da əziyyət çəkərək ev tikmişdir. Hesab edir ki, torpaq sahəsi ona məxsusdur və ən pis halda təqribən 6-7 sot torpaq sahəsi ona verilməlidir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş müstəqil tələb irəli sürməyən üçüncü şəxs Sabunçu rayonu Maştağa bələdiyyəsinin nümayəndəsi X1 izahatında bildirmişdir ki, mübahisəli torpaq sahəsi iddiaçılara ayrılmışdır və onlar tərəfindən istifadə edilməlidir. Cavabdeh isə sözügedən hərəkətləri ilə torpaqdan istifadəyə maneələr yaradır. Odur ki, nümayəndə iddianın təmin edilməsinə etiraz etməmişdir. Məhkəmə, proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, işdə olan Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin xx.xx.2005ci il tarixli: - 16/82 nömrəli sərəncamına əsasən, Maştağa Bələdiyyəsinə, qəsəbənin Xanlar küçəsi, ev 40 ünvanında yaşayan 1949-cu il təvəllüdlü İddiaçı1 qəsəbənin M.Hüseynzadə küçəsində 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün onun istifadəsinə verilməsi barədə müraciəti nəzərə alınaraq «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu (maddə 16.3, 16.4.) Azərbaycan Respublikası Torpaq Məcəlləsini əldə rəhbər tutaraq, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 3də 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı1 ayrılması məqsədəuyğun sayılmışdır. Həmçinin qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 - llQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir. -16/83 nömrəli sərəncamına əsasən, Maştağa Bələdiyyəsinə, qəsəbənin İ.Həsənov küçəsi, ev 46 ünvanında yaşayan 1978-ci il təvəllüdlü İddiaçı4 qəsəbənin M.Hüseynzadə küçəsində 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün onun istifadəsinə verilməsi barədə müraciəti nəzərə alınaraq «Bələdiyyə torpaqlannın idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu (maddə 16.3, 16.4.) Azərbaycan Respublikası Torpaq Məcəlləsini rəhbər tutaraq, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 3-də 1000 kv.m. torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı4 ayrılması məqsədəuyğun sayılmışdır. Həmçinin qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 - llQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir. - 50/12 nömrəli sərəncamına əsasən, Maştağa Bələdiyyəsinə, qəsəbənin Xanlar küçəsi, ev 60 ünvanında yaşayan 1969-cu il təvəllüdlü İddiaçı3 qəsəbənin M.Hüseynzadə küçəsində 1200 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün onun istifadəsinə verilməsi barədə müraciəti nəzərə alınaraq «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu (maddə 16.3, 16.4.) Azərbaycan Respublikası Torpaq Məcəlləsini rəhbər tutaraq, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 3-də 1200 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı3 ayrılması məqsədəuyğun sayılmışdır. Həmçinin qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 - llQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir. - 16/81 nömrəli sərəncamına əsasən, Maştağa Bələdiyyəsinə, qəsəbənin Xanlar küçəsi ev 60 ünvanında yaşayan 1966-cı il təvəllüdlü İddiaçı2 qəsəbənin M.Hüseynzadə küçəsində 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün onun istifadəsinə verilməsi barədə müraciəti nəzərə alınaraq «Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında» Azərbaycan Respublikası Qanununu (maddə 16.3, 16.4.) Azərbaycan Respublikası Torpaq Məcəlləsini əldə rəhbər tutaraq, Maştağa qəsəbəsi M.Hüseynzadə küçəsi döngə 3də 1000 kv.m torpaq sahəsi fərdi bağ evi tikintisi üçün İddiaçı2 ayrılması məqsədəuyğun sayılmışdır. Həmçinin qeyd olunan torpaq sahəsində hər hansı bir tikinti işləri aparmazdan əvvəl Azərbaycan Respublikasının 2002-ci il 15 mart tarixli 274 - llQ №-li qanunu ilə təsdiq edilmiş «Bələdiyyə torpaqlarının ayrılmasına dair sənədlərin hazırlanması və razılaşdırılması qaydaları haqqında» Əsasnaməyə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanlarından icazə alınmalı və razılaşdırılmalı olması, şəhadətnamə alınması üçün Bakı şəhər Torpaq və Xəritəçəkmə idarəsinə müraciət etməli olması göstərilmişdir. İş materiallarında olan xx.xx.2015-ci il tarixli Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin 3706, 3707, 3708 və 3709 nömrəli şəhadətnamələrin təsdiq edilmiş surətlərindən görünür ki, uyğun olaraq İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 yerli büdcənin vergi ödəyicisi kimi uçota alınmışlar. Həmçinin işdə olan qəbzlərdən və tədiyyə bildirişlərindən görünür ki, iddiaçılar müxtəlif vaxtlarda torpaq vergisi ödəmişlər. Hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçıların müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdehlər tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdehlər tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Odur ki, məhkəmə ilk öncə, iddiaçıların hazırkı iddia tələbi ilə məhkəmə müraciət etmək üçün subyektiv hüquqlarının mövcud olub-olmadığını araşdırır. Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007ci il tarixli Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “M.Bağırovun şikayəti üzrə Azərbaycan qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında da oxşar hüquqi mövqe nümayiş etdirilməklə aşağıdakılar qeyd edilmişdir: “Mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv mənada hüquq normativ hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimləmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ”. Məhkəmə nəzərə alır ki, Konstitusiya Məhkəməsinin qərarlarının məcburi hüquqi qüvvəsi onun qərarlarında formalaşdırılmış hüquqi mövqelərinin qüvvəsinə də şamil edilir və həmin hüquqi mövqelər hüququn tətbiqi təcrübəsində məhkəmələr tərəfindən rəhbər tutulmalıdır. İş materiallarında olan və iddiaçılar tərəfindən iddialarının əsası kimi istinad olunan və əsas sübut kimi məhkəməyə təqdim edilən Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsinin yuxarıda sadalanan sərəncamlarından görünür ki, xx.xx.2001-ci il tarixdə qəbul edilmiş “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 16-cı maddəsinin 3 və 4-cü bəndlərinə istinad edilmişdir. Həmin normalardan isə görünür ki, bu Qanun qüvvəyə minənədək fərdi yaşayış və bağ evlərinin, qarajların, habelə sahibkarlıq fəaliyyətini həyata keçirmək məqsədilə zəruri obyektlərin tikintisi üçün qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı hallarda, bu torpaq sahələri qanunvericilikdə nəzərdə tutulmuş qaydada onları istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilir, eyni zamanda torpaq vergisinə cəlb edilir (16.3). Torpaq üzərində mülkiyyət, istifadə və icarə hüquqlarını təsdiq edən sənədlərdə göstərilən ölçüdən artıq istifadə edilən torpaq sahəsinin geri alınması mümkün olmadığı hallarda isə artıq sahələr eyni hüquq əsasında həmin şəxslərin adına rəsmiləşdirilir (16.4). Normanın məzmunundan görünür ki, sözügedən Qanun qanuni qüvvəyə minənədək, yəni xx.xx.2001-ci il tarixədək qeyri-qanuni istifadə edilən bələdiyyə torpaqlarının geri qaytarılması mümkün olmadığı halda, həmin torpaq sahələrinin qanunvericilikdə nəzərdə tutulmuş qaydada onlardan istifadə edən vətəndaşların və hüquqi şəxslərin mülkiyyətinə verilməsi nəzərdə tutulmuşdur. Hazırkı iş üzrə isə mübahisəsiz haldır ki, iddiaçılar Sabunçu rayonu Maştağa Bələdiyyəsinə müvafiq torpaq sahələrinin ayrılması üçün 2005-ci ildə müraciət etmişlər. Bununla da, onların xx.xx.2001ci il tarixədək torpaq sahəsindən qeyri-qanuni istifadə etmələri faktı təsdiq edilmir. Habelə qanunvericilik imperativ qaydada bələdiyyə torpaqlarından qeyri-qanuni istifadə faktının müəyyən edilməsindən və bu torpaqların qaytarılmasının qeyri-mümkünlüyünün təsbit edilməsindən sonra onların həmin şəxslərin mülkiyyətinə verilməli olmasını göstərsə də, mübahisəli torpaq sahəsi üzərində iddiaçıların mülkiyyət hüquqları mövcud deyildir. Digər tərəfdən, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 66-cı maddəsinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin hər hansı hüquqda hüquqi və fiziki şəxslərə verilməsi müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Xüsusi mülkiyyətdə olan torpaqlar üzərində bütün hüquqların başqasına keçməsi isə tərəflər arasında bağlanmış və notarial qaydada təsdiq edilmiş müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, məhdudiyyətlər və servitutlar, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə digər şərtlər nəzərdə tutulur. Torpaq üzərində hüquqlar (müddəti on bir aydan az olan icarə və istifadə hüquqları istisna olmaqla) qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Həmin Məcəllənin 67.3-67.4-cü, 68-ci maddələrinə əsasən, dövlət və bələdiyyə mülkiyyətində olan torpaq sahələrinin alınması ilə yaranan hüquqların, habelə torpaq sahələri və digər daşınmaz əmlaka dair bağlanılan əqdlər nəticəsində əldə edilən hüquqların dövlət qeydiyyatına alınması məcburidir. Torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Torpaq sahələri üzərində hüquqlar torpaq sahələrinin sərhədlərinin yerdə müəyyən edilməsindən, onların planı və ölçüsünün tərtib edilməsindən, torpaq sahələrinin verilməsi barədə müqavilənin bağlanmasından və onun müəyyən olunmuş qaydada dövlət qeydiyyatından keçirilməsindən sonra yaranır. İşin mübahisəsiz halıdır ki, iddiaçıların adına Bakı şəhəri Sabunçu rayonu Maştağa Bələdiyyəsi tərəfindən xx.xx.2005-ci il tarixli sərəncamlar verilsə də (baxmayaraq ki həmin sərəncamların mahiyyəti ilə istinad olunan “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasinin Qanununun 16-cı maddəsinin 3 və 4-cü bəndləri arasında uyğunsuzluq vardır), onların mübahisə predmeti olan ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 4200 kv.m olan torpaq sahəsi üzərində hüquqları daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınmamış və həmin əmlak üzərində hüquqlarını təsdiq edən hər hansı sənəd mövcud deyildir. Belə olan halda, qanunvericiliyin də tələbindən irəli gəldiyi kimi, torpaq sahələri üzərində qeydiyyatdan keçməmiş hüquqların müdafiəsinə və toxunulmazlığına dövlət təminat vermir. Buna görə də, məhkəmə belə nəticəyə gəlir ki, iddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı göstərilən sahədə “polietilen yeşiklərin götürülməsi, torpaq sahələrinin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmamışlar. Digər tərəfdən, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 239.1-ci maddəsinə əəsasən, fiziki şəxslər dövlət və bələdiyyə mülkiyyətində olan, hamının buraxılması üçün açıq torpaq sahələrində heç bir icazə almadan sərbəst ola bilər və həmin sahələrdə olan təbiət obyektlərindən qanunvericiliyin, habelə müvafiq torpaq sahəsi mülkiyyətçisinin yol verdiyi hədlərdə istifadə edə bilər. Beləliklə, məhkəmə iddiaçıların hazırkı iddia tələbini qaldırmağa subyektiv hüquqlarının olmaması qənaətinə gəldiyindən, prosessual qənaət prinsipinə əsasən, mübahisəli torpaq sahəsində Cavabdeh tərəfindən polietilen torbaların yerləşdirilibyerləşdirilməməsi məsələsini araşdırmamışdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, məhkəmə tərəfindən yuxarıda göstərilənlər ümumiləşdirilərək məhkəmə iclasında tədqiq edilən sübutlar hərtərəfli qiymətləndirilmiş və məhkəmə, qanunvericiliyin tələblərini nəzərə alaraq belə nəticəyə gəlmişdir ki, hazırkı iddia tələbi yuxarıda göstərilənlərə əsasən rədd edilməlidir. Qanunun qeyd olunan tələbinə əsasən məhkəmə hesab edir ki, iddia tələbi rədd edildiyindən, iddia qaldırılması üçün ödənilmiş dövlət rüsumu iddiaçıların özünə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 Cavabdeh qarşı, Sabunçu rayonu Maştağa bələdiyyəsinin müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edildiyi, “polietilen yeşiklərin götürülməsi, torpaq sahələrinin istifadə və sahibliyə verilməsi” tələbinə dair iddiası rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıların özlərinə aid edilsin. Qətnamədən, onun alındığı və ya təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar