Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1720/2023 13.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Mən, Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinin hakimi X1, ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs olmaqla "Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 21 nömrəli qərarı ilə qeydiyyata alınmış Nardaran qəsəbəsi ərazisinin bağ massivində yerləşən 1254 kv.m torpaq sahəsinin Ərizəçi1 istifadəsində olması faktının, 2508 kv.m torpaq sahəsinin Ərizəçi2 istifadəsində olması faktının, 2223 kv.m torpaq sahəsinin Ərizəçi3 istifadəsində olması faktının müəyyən edilməsi" barədə ərizəsinə və ona əlavə edilmiş sənədlərə baxaraq, müəyyən etdim: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs olmaqla "Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 21 nömrəli qərarı ilə qeydiyyata alınmış Nardaran qəsəbəsi ərazisinin bağ massivində yerləşən 1254 kv.m torpaq sahəsinin Ərizəçi1 istifadəsində olması faktının, 2508 kv.m torpaq sahəsinin Ərizəçi2 istifadəsində olması faktının, 2223 kv.m torpaq sahəsinin Ərizəçi3 istifadəsində olması faktının müəyyən edilməsi" barədə ərizə ilə məhkəməyə müraciət etmişlər. Məhkəmə aşağıdakı hallara görə hesab edir ki, ərizə geri qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. "Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 3 nömrəli Qərarının 1.3-cü bəndinə əsasən, məhkəmə hər hansı faktı deyil, yalnız qanunvericiliklə müəyyən hüquqi nəticələrə, yəni şəxsi və ya əmlak hüquqlarının yaranmasına, dəyişməsinə və yaxud xitamına səbəb olan faktları müəyyən edir. Məhkəmə qaydasında müəyyən edilən faktların hüquqi əhəmiyyəti maddi hüquq normaları ilə (mülki, mənzil, pensiya qanunvericiliyi və s.) müəyyən edilir. Hüquqi əhəmiyyəti olmayan faktın müəyyən edilməsi barədə ərizələrin icraata qəbulundan məhkəmə MPM-nin 153.2.1-ci maddəsinin tələbinə əsasən imtina etməli, əgər belə ərizə səhvən icraata götürülmüşdürsə, MPM-nin 261.0.1-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Həmin Qərarın 7.2-ci bəndində məhkəmələrə izah edilmişdir ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Göründüyü kimi, ərizəçilər hazırkı tələbi məhkəməyə iddia icraatı qaydasında verməli olduqları halda, səhvən xüsusi icraat qaydasında vermişlər. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Bundan başqa, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 114.1.3-cü maddəsinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Həmin Məcəllənin 114.2-ci maddəsinin üçüncü cümləsində deyilir ki, məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir. İşdə olan xx.xx.2023-cü il tarixli 25831 nömrəli (GPP qəbz nömrəsi **********) qəbzdən görünür ki, Ərizəçi1 tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, ərizə və ona əlavə edilmiş sənədlər geri qaytarıldığına görə həmin dövlət rüsumu da Ərizəçi1 qaytarılmalıdır. Qeyd olunanlara əsasən, qərara aldım: Ərizəçilər Ərizəçi1, Ərizəçi2, Ərizəçi3 maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxs olmaqla "Sabunçu Rayonu Nardaran Bələdiyyəsinin xx.xx.2014-cü il tarixli 21 nömrəli qərarı ilə qeydiyyata alınmış Nardaran qəsəbəsi ərazisinin bağ massivində yerləşən 1254 kv.m torpaq sahəsinin Ərizəçi1 istifadəsində olması faktının, 2508 kv.m torpaq sahəsinin Ərizəçi2 istifadəsində olması faktının, 2223 kv.m torpaq sahəsinin Ərizəçi3 istifadəsində olması faktının müəyyən edilməsi" barədə ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Ərizəçi1 tərəfindən xx.xx.2023-cü il tarixli 25831 nömrəli (GPP qəbz nömrəsi **********) qəbzlə ödənilmiş 100 (bir yüz) manat məbləğində dövlət rüsumu ona qaytarılsın. Qərardaddan onun rəsmi qaydada təqdim olunduğu gündən 10 gün müddətində "Elektron Məhkəmə" İnformasiya Sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. X3.
Məhkəmə qərarları › İş №2(008)-1720/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1720/2023
13.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver