Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-173/2023 19.01.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə ştirakları ilə İddiaçı “Azəriqaz” İstehsalat Birliyinin Cavabdeh qarşı qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDi: İddiaçı “Azəriqaz” İstehsalat Birliyi Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh tərəfindən iddiaçı “Azəriqaz” İstehsalat Birliyinə vurulmuş 4886,60 manat məbləğində zərərin və iddiaçı tərəfindən ödənilmiş 30 manat dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 5216,60 manat pulun tutularaq “Azəriqaz” İBnın Azərbaycan Beynəlxalq Bankı Azəriqaz şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, Azəriqaz İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “Azəriqaz” İstehsalat Birliyi xx.xx.2013-cü il tarixli, 1229 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqısatqısı barədə müqavilə» əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Azəriqaz” İB-nın Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00000 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində qaz sayğacı quraşdırılmışdır. Cavabdeh yuxarıda bəhs edilən müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X7”nın tələblərinə əməl etmək) və “X7”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “Azəriqaz” İB-nin işçiləri tərəfindən Birliyin balansında və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evində quraşdırılmış qaz sayğacına baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qeyri-qanuni istifadə etməsi halı aşkar olunaraq aktlaşdırılmaqla rasmiləşdirilmiş, faktlar fotoşəkillrlə lentə alınmışdır. Qeyd olunan faktlarla bağlı Birliyin işçiləri tərəfindən “Təbii X7nın pozulması haqqında” aktlar tərtib edilmişdir. Həmin aktlar əsasinda; xx.xx.2016-cı il tarixli, 080678 saylı akt əsasında 172,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 647,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 214 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 291,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 177,10 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 312,50 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat “Azəriqaz” İstehsalat Birliyinə 3756,60 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur. Cavabdehin əvvəlki dövrdən qalan 115,30 manat borcu 2012-ci ilin Vİİ ayında, 172,80 manat borcu 2016-cı ilin Xİ ayında, 1055,80 manat borcu 2018-ci ilin Vİİİ ayında, 2,10 manat qalıq borcu isə 2020-ci ilin İV ayında GASREP proqramına keçirilmişdir. İstehlakçənən karta yüklənmiş olduğu pul vəsaitindən borca görə ümumilikə 225,30 manat məbləğində tutqu aparılmışdır. (115,30 + 172,80+ 1055,80 + 2,10 =1346 manat, 1346- 225,30 manat borca görə tutulmalar = 1120,70) Beləliklə, cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində onun tərəfindən edilmiş ödəmələr əsasinda borca görə tutulmalar da nəzərə alınmaqla iddiaçıya 4886,60 manat qalıq borcu qalmaqdadır. Cavabdeh iddia ərizəsinə etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, sözügedən abonent kodu ona məxsus deyil və onun qeydiyyat ünvanı ünvan 2nda yaşamır. O, Kürdəxanı qəsəbəsində yeni yaşayış massivində yaşayır. Onun babasının adı da Cavabdehdur, babası ölüb. İddaçı babasının əvəzinə onu cavabdeh kimi məhkəməyə verib. Halbukı, **********00000 saylı abonent kodu ona məxsus deyil. İddaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli qazın alqı-satqısı barədə müqavilədə istehlakçı qrafasında olan imza ona məxsus deyil, orada şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi də ona məxsus deyil. İddaçı məhkəmədə iddia qaldırdığı zaman onun ünvanı ünvan 3 müqavilədə ünvan Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 31 qeyd edilmişdir. Tərtib edilmiş coxsaylı aktlarda soyad “Balaoğlanov” deyil, “Baloğlanov” kimi göstərilmişdir. İddiaçı xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək guya təbii qazın talanması faktı aşkar edərək 28 akt tərtib etmişdir. O zaman iddiaçı əgər 2016-cı ildən təbii qazın talanmasını faktı aşkar etmişdirsə, bu qanunsuzluğun qarşısını almaq üçün təbii qazın verilməsini dayandırmırdı. İddiaçının təqdim etdiyi aktlardan görünür ki, onlar qanunvericiliyin tələblərinə zidd olaraq birtərəfli qaydada, istehlakçının iştirakı olmadan tərtib olunmuş, eyni zamanda aktın bir surəti istehlakçıya təqdim olunmamış və ya göndərilməmişdir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, iddiaçı məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası MPM-nin 259.0.7-ci maddəsinə əsasən işə onun iştirakı olmadan baxmağı xahiş etməmiş iddiaçı məhkəmənin birinci çağırışına gəlmədikdə, cavabdeh isə işin mahiyyəti üzrə baxılmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanır; Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə mülki iş üzrə məhkəmə iclasının iddiaçının iştirakı olmadan keçirilməsini, işə mahiyyəti üzrə baxılaraq yekun qətnamə qəbul edilməsini xahiş etdi və bu barədə arizəsini məhkəməyə taqdim etdi. Məhkəmə işə iddiaçının iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi (vəkili) Nümayəndə etirazın məzmununa uyğun izahat verərək iddianən rədd olunmasını xahiş etdi. Məhkəmə cavabdehin nümayəndəsinin (vəkili) izahatını dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). “Azəriqaz” İstehsalat Birliyi ilə abonent X1 arasında xx.xx.2013-cü il tarixli, 1229 nömrəli «Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmışdır. Həmin müqavilədə istehlakçının ünvanı Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 31, istehlakçı Abdulla Baloğlanovun şəxsiyyət vəsiqəsinin nömrəsi «nəvəsi» qeydi ilə AZE № 06119688, şəxsiyyət vəsiqəsini verən orqan isə Sabunçu RPİ, verilmə tarixi xx.xx.2007-ci il göstərilmişdir. «AZEMİS» elktron məhkəmə sistemindən əldə edilmiş məlumata əsasən 06119688 №-li şəxsiyət vəsiqəsinin X2 məxsus olması görünür (ünvan Bakı şəhəri, X.Dadaşov küçəsi, 162, verən orqan Yasamal RPİ, verilmə tarixi xx.xx.2007-ci il). Göründüyü kimi, müqavilə cavabdehlə deyil, digər bir şəxslə bağlanılmışdır. Sabunçu rayonu İcra Hakimiyyəti Kürdəxanı qəsəbə İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, Cavabdeh ünvan 5 ünvaninda qeydiyyatdadır, lakin Kürdəxanı qəsəbəsi, Dədə Qorqud küçəsində (yeni yaşayış massivi) qeydiyyatsız yaşayır. “Azəriqaz” İstehsalat Birliyi tərəfindən abonent Cavabdeh aktlar üzrə 3756,60 manat məbləğində maddi zərər və əvvəlki dövrdən qalan 1120,70 manat borc, cavabdeh tərəfindən edilmiş ödəmələr əsasında borca görə tutulmalar da nəzərə alınmaqla ümumılikdə 4886,60 manat qalıq borcu hesblanmışdır (Abonentin saldosu). “Azəriqaz” İB tərəfindən “Təbii X7nın pozulması haqqında» aşağıdakı aktlar tərtib olunmuşdur. xx.xx.2016-cı il tarixli, 080678 saylı akt əsasında 172,80 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 647,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 214 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 291,60 manat, xx.xx.2018-ci il tarixli, ******* saylı akt əsasında 97,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 133,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 142,20 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019- cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 32,40 manat, xx.xx.2019-cu il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 177,10 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 312,50 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat, xx.xx.2020-ci il tarixli, ******* saylı akt əsasında 194,40 manat Cavabdeh iddia ərizəsinə vermiş olduğu etirazdan görünür ki, cavabdehin babasının adı da Cavabdehdur və babası ölmüşdür. Belə ki, cavabdehə məxsus JQ seriyalı 321080 №-li doğum haqqında şəhadətnamədən onun atasının adının Hacıməmməd olduğu görünür. Eyni zamanda müqavilədə də istehlakçı abonentin nəvəsi kimi göstərilmişdir. İddaçının məhkəməyə təqdim etdiyi xx.xx.2013-cü il tarixli qazın alqı-satqısı barədə müqavilədə, “Təbii X7nın pozulması haqqında» aktlarda, abonentin saldosunda ünvan Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 31 qeyd edilmişdir. Hazırda iddiaçı cavabdehdən 4886,60 manat məbləğində zərərin, 30 manat dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 5216,60 manat pulun tutulmasnı istəyir. Qeyd olunan aktlarda və abonentin saldosunda **********00000 saylı abonent kodunun cavabdehə məxsus olması barədə iddiçı tərəfindən məhkəməyə hər hansı bir sübut təqdim edilməmişdir. Bundan başqa Cavabdeh babası Cavabdeh təbii qazdan Kürdəxanı qəsəbəsi, H.Hacıyev küçəsi, 31 ünvanında istifadə etmiş və onun adına tərtib olunan qeyd olunan aktlar məhz həmin ünvanda təbii X7nın pozulması haqqında tərtib edilmişdir. Müqavilə cavabdehlə bağlanılmamışdır. Məhkəmə aşağıda qeyd olunan əsaslara görə iddianın əsassız olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 50.1-ci maddəsinə əsasən prosesdə tərəflər iddiaçı və cavabdeh hesab edilirlər. Fiziki və hüquqi şəxslər, dövlət orqanları və başqa orqanlar iddiaçı və ya cavabdeh qismində çıxış edə bilərlər. 50.2-ci maddəsinə əsasən özünün və ya başqasının mənafeyi naminə iddia qaldırmış fiziki və hüquqi şəxslər, habelə dövlət idarə və təşkilatlarının və ya təsisçisi dövlət və ya dövlət idarəsi, yaxud təşkilatı olan hüquqi şəxslərin müvafiq müraciəti olduğu hallarda dövlət mənafeyinin müdafiəsi üçün iddia qaldırmış prokuror iddiaçılar hesab edilirlər. 50.3-cü maddəsinə əsasən iddia tələbinin yönəldiyi fiziki və hüquqi şəxslər cavabdeh hesab olunurlar. Göründüyü kimi, iddia düzgün cavabdehə yönəlməmişdir. İddiaçı tərəfindən məhz bu cavabdehən bu iddiaya hansı əsaslarla cavab verməli olduğuna dair sübutlar təqdim olunmamışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 115.0.6-cı maddəsinə əsasən vəkillərə etdikləri kömək üçün ödənilən xərclər işin baxılması ilə əlaqədar məsrəflərə aid edilmişdir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia rədd edildiyindən, həmin məbləğlər tutula bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia rədd edilsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-173/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-173/2023
19.01.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver