Məhkəmə qərarları › İş №2(008)-1737/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-1737/2021

07.04.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-1737/2021 07.04.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X1, İddiaçının nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdehlər X2, X5, X6, X3, X9, X10, X7 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı İddiaçı cavabdehlər X2, X5, X6, X3, X9, X10, X7 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərin ona məxsus Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X19 küçəsi, ev 14, 10 saylı mənzilə dair istifadə hüquqlarının itirilmiş hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, cavabdehlər məhkəmə iclasına gəlməmiş və bunun səbələri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə mülki işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X16 izahatında qeyd etdi ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X19 küçəsi, ev 14, 10 saylı mənzili alqı-satqı yolu ilə əldə etmiş və hazırda mənzil onun xüsusi mülkiyyətindədir. Mənzili alarkən cavabdehlər qeydiyyatda olmuşlar və qeydiyyatdan çıxmalarına söz versələrdə, buna əməl etməmişlər. Cavabdehlərlə heç bir qohumluq əlaqələri yoxdur və onlar həmin mənzildə yaşamırlar. Odur ki, iddianının təmin olunmasını xahiş etdi. Məhkəmə iddiaçını dinləyib, iddia ərizəsini və mülki işin materiallarını nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsinə məhkəmə qaydasında baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, X19 küçəsi, ev 14, 10 saylı mənzili cavabdeh X4 aralarında bağlanmış alqı-satqı müqaviləsinə əsasən satın almışdır (xx.xx.2018-ci il tarixdə Bakı şəhəri 16 saylı notariat ofisinin notariusu tərəfindən təsdiq edilmiş AN-İ seriyalı ******* №-li alqı-satqı müqaviləsinin notarial qaydada təsdiq olunmuş surəti). Sözügedən mənzil iddiaçı İddiaçı xüsusi mülkiyyətindədir (Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Çıxarışın surəti). Cavabdehlər mübahisəli mənzildə qeydiyyatdadırlar (147 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli 499 №-li arayış (Forma-2). Hazırda iddiaçının tələbi cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi ilə bağlıdır. Məhkəmə hesab edir ki, İddiaçı bu cür iddia ilə ümumi məhkəməyə müraciət edərkən məhkəmə aidiyyətinə dair Mülki Prosessual və İnzibati Prosessual qanunvericiliyin tələblərinə əməl etməmişdir. İnzibati İcraat Haqqında Azərbaycan Respublikası Qanunun 2.0.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxs inzibati orqan hesab edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir; Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. Həmin qərarda qeyd olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Eyni zamanda adıçəkilən qərarla müəyyn edilmişdir ki, yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Beləliklə, iddiaçı cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsi ilə bağlı müvafiq icra hakimiyyəti orqanına, yəni Sabunçu rayon Polis İdarəsinə müraciət etməli, müvafiq icra hakimiyyəti orqanının imtina məktubunu aldıqdan sonra məhkəmə qaydasında mübahisələndirərək qeyd olunan cavabdehlərin mənzilə dair istifadə hüquqlarının itirilməsini tələb edə bilər. Belə olan halda, məhkəmə hesab edir ki, iddiaçının tələbinə ümumi məhkəmədə deyil, müvafiq inzibati məhkəmədə baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Belə olan halda məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər X2, X5, X6, X3, X9, X10, X7 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işin icraatına Azərbaycan Respublikası MPM-nin 261.0.1-ci maddəsinə əsasən işə məhkəmədə baxılmalı olmadığından xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 261-262, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdehlər X2, X5, X6, X3, X9, X10, X7 qarşı yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan 10 (on) gün müddətində Sabunçu Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar