Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1744/2023 29.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Mikayılova Dilbər Ağaverdi qızının katibliyi, İddiaçı X4, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı X4 cavabdeh "xxxx" ASC-yə qarşı “aktın ləğv edilməsi və əsassız borcun silinməsi” tələbi barədə iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı X7 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən qanunsuz olaraq tərtib edilmiş aktın etibarsız hesab edilməsi və əsassız hesablanmış 768 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, cavabdeh qurumun əməkdaşları tərəfindən yaşadığı ünvan 1 ünvanında yerləşən mənzilinə xx.xx.2022-ci il tarixdə 030335 nömrəli akt tərtib edilmişdir. Həmin akt əsasında **********90000 abonent kodlu sayğaca qanunsuz və əsassız olaraq 768 manat borc yazılmışdır. Həmin aktın yazılmasına əsas kimi göstərilmişdir ki, Elektrik enerjisindən istifadə Qaydalarına uyğun elektrik sayğaclı xətlərinin dayaqdan yerinin dəyişdirilərək kənar mənbədən - 0 xətti götürməklə elektrik sayğacının sistemdən kənarlaşdırıldığı aşkarlanmışdır. Lakin tərəfindən ünvan 2 ünvanda yerləşən sayğaca heç bir müdaxilə olmamış və sayğac sistemdən kənarlaşdırılmamışdır. Bununla "xxxx" ASC tərəfindən Qanunun tələbləri kobud surətdə pozulmuşdur. Beləliklə, cavabdeh "xxxx" ASC tərəfindən ünvan 3 ünvanında yerləşən mənzilinə əsassız olaraq 768 manat borc hesablanmışdır. Qeyd edilənlərə əsasən, iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılması xahiş olunur. Məhkəmə iclasında iştirak edən iddiaçı X7 iddia tələbini müdafiə edərək iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X6 iddia tələbinə etiraz edərək, izahatında bildirdi ki, iddiaçıya məxsus ünvanda quraşdırılmış sayğac labarotoriyaya göndərilmiş və elektrik sayğacının giriş-çıxış xətlərinin dayaqdan yerini dəyişdirilərək kənar mənbədən “0” xətti götürməklə elektrik sayğacının sistemdən kənarlaşdırıldığı müəyyən edilmişdir. Bu barədə xx.xx.2022-ci il tarixli, 030335 nömrəli akt tərtib edilərək, həmin akt əsasında cəmi 767,6 manat ziyan məbləği hesablanmışdır. Nümayəndə qeyd olunan halların nəzərə alınaraq, iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, ünvan 4 ünvanda yerləşən, abunə kodu **********90000 olan mənzil "xxxx" ASC tərəfindən xx.xx.2021-ci il tarixdən etibarən elektrik enerjisi ilə təchiz edilir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli aktdan görünür ki, abonent X5 məxsus ünvan 3 ünvanda quraşdırılmış sayğaca həmin tarixdə baxış keçirilmiş və Elektrik enerjisindən istifadə Qaydalarına uyğun olaraq sayğaca baxış keçirən zaman sayğacın giriş-çıxış xətlərinin dayaqdan yerinin dəyişdirilərək kənar mənbədən – “0” xətti götürülməklə elektrik sayğacının sxemdən kənarlaşdırıldığı aşkarlanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli “əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblər”dən görünür ki, xx.xx.2022-ci il tarixli akt əsasında abonentə 767,6 manat məbləğində borc hesablanmışdır. Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektrik enerjisindən istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında” Qərarının 9.1-ci bəndinə əsasən, istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin X1 Agentliyinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.33-cü bəndinə görə, məişət abonenti tərəfindən elektrik enerjisindən istifadədə pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. Lakin iş materiallarından görünür ki, həmin akt iddiaçı və hal şahidləri tərəfindən imzalanmamış, abonent (iddiaçı) tərəfindən imzalamaqdan imtina edilməsi barədə hər hansı qeyd aparılmamış, yalnız "xxxx" ASC-nin nümayəndələri tərəfindən imzalanmışdır. Eyni zamanda, iddiaçının həmin aktla bağlı məlumatının olmasını təsdiq edən hər hansı sənəd iş materiallarında aşkar edilməmişdir. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, 767,6 manat məbləğində borc iddiaçının abunə koduna əsassız hesablandığından, iddia tələbi qismən təmin edilərək, xx.xx.2022-ci il tarixli, 030335 saylı akt etibarsız hesab edilməli və həmin akt əsasında əsassız hesablanmış borc məbləği silinməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddianın qiyməti 1000 manatadək olduğundan, cavabdehdən dövlət mədaxilinə 30 manat məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, məhkəməyə verilən iddia ərizələrindən iddia qiyməti 1.000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti (əməkdaşları) tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli, 030335 saylı akt etibarsız hesab edilsin. **********90000 abonent kodu olan X3 elektrik sərfiyyatına görə tələb olunan 767,6 manatın silinməsi vəzifəsi "xxxx" Açıq Səhmdar Cəmiyyətinə həvalə edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30 (otuz) manat dövlət rüsumu alınaraq, Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətnamədən onun rəsmi təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-1744/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1744/2023
29.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver