Məhkəmə qərarları › İş №2(008)-1748/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1748/2023

04.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1748/2023 04.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada, ümumilikdə 3620 (üç min altı yüz iyirmi) manat məbləğində pulun və ödənilmiş 56.2 (əlli altı manat, iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun, ümumilikdə 3676.20 (üç min altı yüz yetmiş altı manat, iyirmi qəpik) manat onun, İddiaçı xeyrinə tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, 2020-ci ilin iyul ayında Cavabdeh1 adlı tanışı ona Gədəbəy rayonunda birlikdə kartof əkini və satışı işi ilə məşğul olmağı təklif etdi. Samirlə Gədəbəy rayonuna getdikdən sonra orada Samirin vasitəsi ilə digər cavabdehlər Cavabdeh2 və onun oğlu, Cavabdeh3 tanımışdır. Cavabdehlərin vasitəsi ilə kartof əkini ilə məşğul olmaq üçün torpaq sahəsi taparaq işə başlamışdır. Bir müddət sonra, 2021-ci ilin mart ayında Cavabdeh2 ona müraciət edərək, 6000 (altı min) manat borc pula ehtiyacı olduğunu və hər ay 400-500 manat olmaqla qaytaracağını bildirmişdir. O, ona o qədər pulunun olmadığını bildirsə də, o, bunun çox vacib olduğunu deyərək, başqa bir adamdan pul tapıb verməyini ondan xahiş etdi. O, Ziyafəti Samirin vasitəsi ilə tanıdığı üçün Samirlə əlaqə saxlayıb Ziyafətə borc pul vermək fikrində olduğunu bildirmişdir və ondan Ziyafətin gələcəkdə pulu qaytarmasına zamin durub durmadığını soruşmuşdur. Samir ona, o barədə narahat olmamağı, deyibsə vaxtında qaytaracağını bildirmişdir. O, Ziyafətin həqiqətən də yaxşı vəziyyətdə olmadığını görüb, diger bir tanışından 3000 (üç min) manat məbləğində borc pul götürmüşdür. Ziyafətin yaşadığı Gədəbəy rayonu, Qarabulaq kəndində yerləşən fərdi yaşayış evində Anar adlı tanışının yanında pulu sayaraq, Ziyafətə təqdim etmişdir. Ziyafət özü də 3000 (üç min) manat pulu sayıb ondan təhvil aldı və 2021-ci ilin sentyabr ayında bağlamaq şərti ilə hər ayın 5-nə qədər 500 manat qaytaracağını razılaşmışlar. Bu vaxtdan 2-3 ay keçməsinə baxmayaraq, Ziyafət borcdan heç bir məbləğ ona qaytarmamışdır. Ziyafət ona yenidən müraciət edərək, borcu oğlu Cavabdeh3 işləyib qaytaracağını və hazırda onun Rusiya Federasiyasında çətin vəziyyətdə olduğunu, ölkəyə gələ bilməməsini bildirdi. Ona görə də, xahiş etdi ki, oğlunun bilet almasına və Azərbaycana gəlməsinə kömək etsin. O yenə də, onun çətin vəziyyətdə olduğunu görüb, oğlu Cavabdeh3 620 (altı yüz iyirmi) manata bilet alınmasında da kömək edərək ölkəyə gəlməsini təmin etmişdir. Lakin Eşqin ölkəyə gəldikdən sonra nə anası Ziyafət, nə də özü Ziyafətə verdiyi 3000 (üç min) manat məbləğində pulu və Eşqinin Bakıya gəlməsinə görə bilet almaq üçün verdiyi 620 (altı yüz iyirmi) manat pulu qaytarmadılar. Bundan sonra, o Samirə müraciət edərək, Ziyafət və Eşqinin borcu qaytarmadıqlarını və onlar qaytarmadığı təqdirdə onun 3000 manatı verməli olduğunu bildirmişdir. Samir isə cavabında ona borcu olmadığını, pulu Ziyafət və Eşqindən tələb etməyini dedi. Hazırda uzun müddət keçməsinə baxmayaraq, nə Cavabdeh2, nə Cavabdeh3, nə də Cavabdeh1 borc kimi verdiyim, ümumilikdə 3620 (üç min altı yüz iyirmi) manat məbləğində puldan qismən də olsa heç bir hissəsini qaytarmayıblar. Əksinə, Cavabdeh3 və anası Cavabdeh2 ona “borcu qaytarmırıq, imkan yoxdu, bizə heç nə edə bilməzsən” kimi ifadələrlə borcdan boyun qaçırmağa çalışırlar. Onların ona borclu olduğunu Eşqinlə “whatsapp” yazışmaları zamanı ona göndərdiyi audi səs yazıları və onunla telefon danışıqlarında qeyd edilmiş səs yazıları, eləcə də Cavabdeh2 Gədəbəy Rayon Polis Şöbəsinə verdiyi izahatı da sübut edir. Əvvəllər Eşqin dəfələrlə borcu qaytaracağını bildirsə də, ona möhlət verməyi üçün ona yalvarsa da, hazırda ümumiyyətlə borcu qaytarmaqdan imtina edir. O, onlara borc verdiyi pulu sahibinə qaytarmaq üçün bankdan kredit götürmüş və hələ də həmin kreditin hər ay faizi ilə birlikdə ödənişini edir. Bütün qeyd olunanları nəzərə alaraq, cavabdehlərə qarşı borc tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehlər məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri haqqında məlumat olmadığından məhkəmə Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdeh1 Səyyaf oğlu xx.xx.2023-cü il tqarixində iddia ərizəsinə etiraz yazaraq iddia tələbini qəbul etməyərək iddiaçıya heç bir borcu olmadığını, iddiaçının digər cavabdehlə onun vasitəsi ilə tanış olduğunu bildirmişdir. O Ziyafətə söz vermişdir ki, onun torpağında məhsuldarlıq çox olsa onun torpağını alacağını, Vidadi ilə birlikdə kartof işi ilə məşğul olacağını, həmin il məhsul olmadığı üçün ziyana düşdüklərini, torpağı ala bilmədiklərini də bildirmişdir. Bir müddət sonra Vidadi ona zəng vuraraq Ziyafətin ondan pul istədiyini, dostundan alıb vermək fikrini oldunu bildirmişdir. Ondan Ziyafətin pulu ödəyəcəyinə zamin dura biləcəyini dedikdə, o bildirmişdir ki, əgər deyibsə vaxtında ödəyəcəkdir. Bir müddət sonra borcu Ziyafət və Eşqindən geri ala bilmədikdə ondan tələb etmişdir. O Ziyafətə dəfələrlə zəng etsə də, onu tapa bilməmişdir. Sonradan Ziyafətlə əlaqə saxladıqda Ziyafət öz torpaq sahəsi almağı yenidən ona təklif etmişdir. O, torpağı almağa pulu olmadığını demiş, torpağı niyə belə təcili satdığını soruşmuşdur. Ziyafət Vidadiyə 3600 manat borcu olduğunu bildirmişdir. Ziyafət özü borcunu etiraf etdiyi halda bu pulun ondan tələb edilməsini başa düşmədiyini, borcu Ziyafətin özünün götürdüyünü, borcun da ondan tələb edilməli olduğunu bildirərək onu heç kimə borcu olmadığını bildirmişdir. Gədəbəy Rayon Polis Şöbəsi tərəfindən Cavabdeh2 tərəfindən verilən izahatdan görünür ki, o, bildirmişdir ki, iddiaçı ilə 3 il bundan qabaq tanış olmuş, o vaxtdan da onunla birlikdə kartof əkməyə qərar vermiş, kartof yetişib qurtardıqdan sonra onun Rusiya Federasiyasında işləyən oğlu Cavabdeh3 orada yaranmış maddi sıxıntıları ilə əlaqədar İddiaçı 1500 manat borc pul almış, təxminən bir müddət sonra oğlu Eşqinin Rusiya Federasiyasından Azərbaycan qayıtması üçün 620 manat məbləğində bilet almışdır. Sonradan ailədə yaranmış maddi sıxıntılardan əlaqədar ümumi məbləği 2120 manat olan borc pulu qaytara bilməmişdir. O onun özü ilə danışarkən hissə-hissə verəcəyini bildirmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır; 386.1-ci maddəsinin tələbinə görə, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür; 443.1-ci maddəsinə görə öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur; 445-ci maddəsinin tələbinə görə, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehlərdir; Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 740.1-ci maddəsinə əsasən borc müqaviləsi tərəflərin razılaşması ilə şifahi və ya yazılı formada bağlanır. Həmin Məcəllənin 740.2-ci maddəsinə əsasən borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq müqavilənin iştirakçısı hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanmalıdır. Məhkəmə ilk öncə iddia tələbini Cavabdeh2 yönələn hissəsinə münasibət bildirərək qeyde edir ki, iddiaçı cavabdehlərdə olan Cavabdeh2 3000 manat borc pul və əlavə 620 manat bilet pulu vermiş olduğunu bildirsədə Cavabdeh2 Gədəbəy Rayon Polis İdarəsində vermiş olduğu izhatdan yalnız onun iddaçıdan 1500 manat və 620 manat bilet pulu almış olduğu sübut edildiyindən iddia tələbi Cavabdeh2 münasibətdə yalnız həmin hissələrdən təmin edilməlidir. Bundan başqa məhkəmə iddia tələbinin digər cavabdehlərə yönələn hissəsinə münasibət bildirərək qeyd edir ki, iddiaçının özünün vermiş olduğu izhatdan habelə iddia ərizəsinin məzmunundan da müəyyən edilir ki, iddiaçı digər cavabdehlər hər hansı bir pul məbləği verməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi digər cavabdehlərə münasibətdə təmin edilə bilməz. Həmçinin məhkəmə iddia tələbinin 56.2 manat dövlət rüsumunun cavabdehlərdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumunun 41.2 manat hissəsi Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsinin 107, 115, 119, 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh2 2120 (iki min bir yüz iyirmi) manat məbləğində pul və 41.2 (qırx bir manat iyirmi qəpik) manat dövlət rüsumu tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar