Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1750/2023 20.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı və onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh iştirakı ilə, İddiaçı cavabeh Cavabdeh qarşı "fərdi yaşayış evindən çıxarılma və fərdi yaşayış evinə köçürlmə" tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı "özbaşına tikilidən çıxartma və özbaşına tikiliyə köçürülmə" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh Bakı şəhəri, ünvan 1 ünvanda inşa etdiyi ümumi sahəsi 202.55 kv.m, iki mərtəbəli, birinci mərtəbəsində zal (sahəsi 28,52 kv.m), mətbəx (sahəsi 21 kv.m), sanitar qovşaq (sahəsi 5.7 kv.m), hol (sahəsi 24.3 kv.m), qaraj (sahəsi 21.2 kv.m), ikinci mərtəbsində zal (sahəsi 23.8 kv.m), yataq otağı (sahəsi 17.01 kv.m), yataq otağı (sahəsi 11.4 kv.m), yataq otağı (sahəsi 13.2 kv.m), sanitar qovşaq (sahəsi 5.9), holl yerləşən fərdi yaşayış evindən (tikilidən) çıxarılması və onun həmin fərdi yaşayış evinə (tikiliyə) köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, uzun illərdir ünvan 2 ünvanında inşa etdiyi 1 mərtəbəli tikilidə ailəsi ilə birgə yaşayır. X2 2002-ci ildə hazırki iş üzrə Cavabdeh ilə rəsmi nikaha girməklə ailə qurmuşlar. Onların yaşamağa yerləri olmadığından müvəqqəti olaraq onun evində yaşamışlar. Daha sonra onlar kirayə mənzilə köçmüş və bir müddət kirayə mənzildə yaşamışlar. 2007-ci il ərzində yaşadığı evin həyətyanı torpaq sahəsində əlavə olaraq daha bir 2 mərtəbəli evi inşa edib təmir etdirmişdir. Təxminən 8 ay ərzində həmin tikilini tam hazır vəziyyətə gətirdikdən sonra oğlu Fəxrəddinin yaşamağa evinin olmadığını görüb özünə ev alanadək yaşaması üçün ailəsi ilə birgə yeni inşa etdiyi 2 mərtəbəli evə köçməsinə icazə vermişdir. Onlar övladları ilə birgə bu evdə yaşamağa başladılar. Daha sonra 2016-cı ildə Bakı şəhəri, Sabunçu rayonu, ünvan 3 ünvanda yerləşən mənzili almış və oğluna həmin mənzilə köçə biləcəklərini bildirmişdir. Buna baxmayaraq onlar inşa etdiyi bu evdə yaşamağa davam etdilər. Son dövrlər isə X2 ilə cavabdeh olan Cavabdeh arasında münasibətlər korlanmış, Sabunçu məhkəməsinin xx.xx.2022-ci il tarixli qətnaməsi ilə onların arasında bağlanmış nikah pozulmuşdur. O onların arasında olan mübahisələrdən kənar qalmaq üçün tələb etmişdir ki, onun bu evini tərk etsinlər. Fəxrəddin 2 övladı ilə birgə evini tərk edib getmiş, Bakı şəhəri, Sabunçu rayonu, Rakıxano qəsəbəsi, M.Fətəliyev küçəsi, 4001-4010-cu məhəllə, ev 13, mənzil 56 ünvanda yaşamağa başlamışdır iş üzrə cavabdeh olan Cavabdeh isə evi tərk etməmiş, yaşamaqda davam etmişdir. Onun bu evdə yaşaması onun hüquqlarını pozur, onur ədəbsiz və qeyri-etik davranışları rahat yaşayışına maneçilik törədir. Ona görə hesab edir ki, cavabdeh həmin tikilidən çıxarılmalıdır. Cavabdeh mübahisəli ünvana 2007-ci ildə köçüb yaşamağa başladığından hazırki münasibətə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsi analogiya üzrə tətbiq edilməklə mübahisə həll edilməlidir. Mübahisələndirilən tikili mülkiyyət kimi qeydiyyatdan keçmədiyindən və mübahisəni tənzimləyən konkret hüquq norması olmadığından münasibətə analogiya tətbiq edilməklə mübahisə həll edilməlidir. Sadalanan qanunvericilik normalarına əsalanaraq hesab edir ki, cavabdeh onun ailə üzvləri sırasına daxil deyildir. Cavabdehlə aralarında yaşayış sahəsindən istifadə edilməsi ilə bağlı notariat qaydasında təsdiq edilmiş və reyestrdə qeydə alınmış yazılı razılaşma olmamışdır. Ona görə də cavabdehin sözügedən yaşayış sahəsindən istifadə hüququ və ya digər hüququ yoxdur. Bu da hazırki mülki iş üzrə tikilmiş mübahisəli evin tikiliməsində istifadə olunmuş əşyalarla bağlı əmlak hüquqlarının olduğunu göstərir. Qanunvericilik mülkiyyətçi olmayan şəxslərin də əmlak hüquqlarını qoruyur və onların müdafiəsinə təminat verir. Qanunvericilik hər kəsin sahiblik və istifadə hüququna təminat verməklə, hər kəsin qanunla nəzərdə tutulmuş şərtlər istisna olmaqla öz əmakından məhrum edilməsim qadağan etmişdir. Cavadehə qadağan edilmiş hərəkətlərə son qoymasını, ona məxsus torpaq sahəsini və tikilini tərk etməsini tələb etsə də bunun heç bir faydası olmamışdır. Artıq bu qadağan edilmiş özbaşınalıq uzun müddətdir ki, davam etməkdədir. Ona görə də hesab edir ki, cavabdeh mübahisəli fərdi yaşayış evindən çıxarılmalıdır. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsini müdafiə edərək məhkəmədən iddianın təmin olunmasını xahiş edərək bildirmişdir ki, hazırda cavabdehin yaşadığı evi o öz şəxsi vəsaiti hesabına inşa etdirmişdir Belə ki, onun həmin vaxtı yüksək gəliri olmuşdur. Qeyd edilən evdən başqa həmin həyətda əlavə iki dənədə özbaşına tikili olan ev yerləşir. Həmin evlərin birində o özü yaşayır, digərində isə əvvəllər Fəxrəddin ilə hazırki iş üzrə cavabdeh birlikdə yaşayırdı, o biri evdə isə digər oğlu ailəsi ilə birlikdə yaşayır. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil iddia tələbinin məzmununa uyğun izahata verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia ərizəsini qəbul etməyərək rədd edilməsini məhkəmədən xahiş edərək bildirmişdir ki, sözügedən torpaq sahəsində iddiaçının özünün evi, o gəlin getdiyi gündən bugünədək vardır. Hazırki mübahis predmenti olan ev isə o və onun həyat yoldaşının vəsaiti hesabına tikilmişdir. Bütün kamunal ödənişlər onun yoldaşının adınadır. Son dövürdə isə onu evdən çıxartmaq üçün qaz sayğacını iddiaçı öz adına keçiritmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan Yerli büdcənin vergi ödəyicisi olan fiziki şəxsin uçota alınması haqqında 2022-ci il tarixli şəhadətnamənin surətindən görünür ki, İddiaçı ünvan 4 ünvanında yerləşəm 326 m2 torpaq sahəsini üzərində yerləşən 202.55 kv.m olan fərdi yaşayış evinin vergi ödəyicisidir. xx.xx.2015-ci il, xx.xx.2014-cü, xx.xx.2018-ci il, xx.xx.2021-ci il tarixli mədaxil qəbzlərinin surətindən görünür ki, İddiaçı tərəfindən 50 manat , 37 manat, 50 manat, 40 manat olmaqla torpaq və əmlak vergisi ödənilmişdir. Bakı şəhəri Sabunçu rayonu İcra hakimiyyəti Başçısının Sabunçu qəsəbəsi inzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin xx.xx.2022-ci il tarixli, 1/584 nömrəli məktubdan görünür ki, Xəlilov X12 qəsəbəsi, Əliyar Əliyev (keçmiş Anaşkin) küçəsində uzun müddət bundan qabaq özünün inşa etdiyi özbaşına tikilidə ailəsi ilə birlikdə qeydiyyatsız olaraq yaşamışdır. Azəriqaz İB-nin Abonent saldosundan görünür ki, ünvan 5 ünvanı üzrə abonent X6r. Azərişıq ASC-nin abonent saldosundan görünür ki, ünvan 6 ünvanı üzrə abonent X6r. Azərsu ASC-nin abonent saldosndan görünür ki, ünvan 7 ünvanı üzrə abonenet X6r. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-623/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qətnamədən görünür ki, Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Muxtar Fətəliyev küçəsi 4001- 4010-cu məhəllə ev 13, 56 saylı mənzilə (yeni qaydalarla: Bakı şəhəri Sabunçu rayonu Bakıxanov qəsəbəsi Xəlil bəy Xasməmmədov küçəsi 76 M14 m4) 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 mülkiyyət hüququ tanınması, Bakı şəhəri Sabunçu rayonu Y.Əliyev küçəsi 2595 saylı məhəllə 6-cı bina 1-ci blok 4- cü mərtəbədə yerləşən, ümumi sahəsi 67.20 kv.m olan 37 (yeni 44) saylı mənzilə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 payları müəyyən edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X10 ilə X22 arasında bağlanmış xx.xx.2021-ci il tarixli və “Mercedes Benz 230” minik markalı 90-EO452 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin satılmasına dair X10 ilə X23 arasında bağlanmış xx.xx.2021-ci il tarixli nəqliyyat vasitəsinin alqı-satqı müqavilələri etibarsız hesab edilməsi, “Mitsubishi Pajero” minik markalı **-EJ-*** dövlət nömrə nişanlı və “Mercedes Benz 230” minik markalı **-EO-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrinə 1/2 hissədə Vəliyeva (Xəlilova) Aygün Mahmud qızının, 1/2 hissədə X5 payları müəyyən edilməsi, cavabdeh X3 50 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə keçirilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2023-cü il tarixli, 3.21-3-30/2-6572/2023 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh adına İmişli rayonu, Qızılkənd kəndində yerləşən ümumi sahəsi 180 kv.m olan 4 otaqlı fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsi ləğv edilmiş DTXK tərəfindən JN089A nömrəli xx.xx.2000-ci il tarixli torpağın mülkiyyətə verilməsinə dair şəhadətnaməsinə əsasən xx.xx.2014-cü il tarixdə qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətdədir. Bakı şəhəri ünvan 9 ünvanında İddiaçı yaşadığı iki mərtəbəli evin eskiz sxemi təqdim edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X18 iddiaçının evində usta işlədiyindən onu tanıdığını ancaq cavabdehi tanımadığını yəni onu Sabunçu rayonunda yerləşən evində görmədiyini bildirdi. Evdə usta kimi 2007-ci ildə işlədiyini suvaq işləri ilə məşğul olduğunu, onunla bir nəfər fəhlənində işlədiyini , həmin Fəhlənin adının Arif olduğunu bildirdi. Onu İddiaçı ilə qonşuları tanış etmişdir. Ora işlədiyi zamanı ona yeməyi Akif kişinin həyat yoldaşı verdiyini bildirdi. Eyni zamanda bildirdi ki, işlədiyi işin haqqını isə ona Akif kişi vermiş olduğunu bildirdi. 2 aya yaxın həmin evdə işlədiyini bildirdi. İşlədiyi evin həyətində İddiaçı başqa bir evidə varidi. Həyətdə İddiaçı, onun həyat yoldaşını və evin balaca oğlunu gördüyüynü bildirdi, arabirdə Akif Xəlolovun qızınında evə gəldiyini görmüşdür. Fəxrəddinidə aradabir gördüyün, lakin onun həyat yoldaşı olan Aygün xanımı orda görmədiyini, ümumiyyətlə onu tanımadığını bildirdi. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X7 izahat verərək bildirdi ki, o 2000-ci il tarixdən iddiaçı ilə qonşu olduğunu bildirdi. İddiaçının oğlu olan Fəxrəddini tanısada, onun arvadı Aygün xanımı tanımadığını bildirdi. Eyni zamanda bildirdi ki, 2008-ci il tarixində iddiaçı tərəfindən ev tikilin zaman o həmin evin plastik pəncərə işini görmüşdür. Pencərələrin pulunu ona Akif vermişdir. O həmin evin üçün 8-10 pəncərə düzəltmiş olsada, nə qədər pul almış olduğunu xatırlamır. Fəxrəddinin ev tikilən zaman görmədiyini bildirir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X11 izahat verərək bildirdi ki, o İddiaçı ilə divar qonşu olduğlarını bildirir, lakin Aygün xanımı tanımasda onuda görmüşdür həmin məhlədə. O həm Fəxrəddinə məxsus evlə, həmdə Akifə məxsus ev ilə divar qonşu olduğlarını bildirdi. Fəxrəddinə məxsus olan ev elə əvvəldən Fəxrəddin üçün tikdirilirdi. Ev tikilən zaman Fəxrəddin atasına məxsus evdə yaşayırdı. O evin tikintisinə çəkilən xərcin kim tərəfindən verilməsini tam olaraq bilmir lakin birdəfə ustalar pulu onlara Akifin vermiş olduğunu bilmişdir. Akifin gəlir mənbəyinin nədən ibarət olduğunu bilməsədə tikinti vaxtı Fəxrəddinin telefon alqı-satqısı ilə məşğul olduğunu bildirdi. Akifin 3 övladı olduğunu, onlardan 2-nin oğlan, birinin isə qızı olduğunu bildirdi. Akif məllimin balaca oğluda o vaxtı telefon işi ilə məşğul olduğunu bildirdi. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X14 izahat verərək bildirdi ki, o 20 ilə yaxındırki İddiaçı ilə qonuşu olduqlarını bildirdi, Cavabdeh isə onların gəlini olduğu üçün tanıdığını bildirdi. Həyətdə 2 ev olduğunu bildirdi. Bu tikilən ev Fəxrəddin üçün tikilirdi. Lakin evin tikintisinə kimin pul xərclədiyini bilmi. Lakin bir dəfə Akif məllim onun qapı ustası kimi onun qaynının nömrəsini isdəmişdir. Lakin qaynına pulu kim verdiyini bilmir, o sadəcə onları tanış etmişdir. Fəxrəddini üvin tuikintisi vaxtı tanımadığını bildirdi, məhləyə çıxan zaman yalnız Akif kişini görürdüyüynü, Fəxrəddin isə işə gedib gəldiyini bilir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X10 izahat verərək bildirdi ki, idiaçdının onun atasıdır, cavabdehin isə onun keçmiş arvadı olmuşdur. 1998-ci ildən etibarən həmin həyatyanısahə atasının istifadəsində olmuşdur. 2007-2008-ci illərdə kirayədə yaşadığını, 2008-ci ildə mübahisəli evə gəlmişlər və 2020-ci ilə qədər həmin evdə yaşamışdırlar. Mübahisəli evi atası qardaşı üçün tikdirmişdir. Ustalardan Şərifi, Zauru, Lətifi tanımışdır. Ustalardan yalnız Lətifi suvaq işi məşğul olmaq üçün atası ilə o tanış etmişdir. Onlar 2008-ci ildə evə köçərkən evi tam hazır olmuşdur. İnşaat mallarını dəyərini, ustaların məvacibinin hamısını atasının verdiyini, onun və cavabdeh tərəfindən heç bir ödəniş edilmədiyini bildirmişdir. Tikilinin birinci və ikinci mərtəbəsinin arasında beton yoxdur. Tavana alçipan vurulmuşdur. Divarlarda şkaturun altında qum daşı, suvağ, malyar olunmuşdur. İşığ xətti atasının adına rəsmiləşdirilmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X19 izahat verərək bildirdi ki, o, Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısı yanında Sabunçu Qəsəbəs nümayəndəliyində işlədiyini bildirdi ki, İddiaçı 2007-2008-ci ildə tikinti üçün onun işlədiyi müəsissəyə müraciət etmişdir. O bildirdi ki, iki mərtəbəli yaşayış üçün ev tikmək isdədəi8yini bildirdi. Tikili aparılan müddətdə o həmin əraziyə gəlib getmişdir. Gəlib gedən zaman orada ancaq iddiaçını görmüşdür. mühəndis işlədiyini, 2014-2015-ci illərdə, 2008-2009-cu illərdə tikinti üçün icazə verildiyini bildirmişdir. O zamanadək torpaq sahəsi boş, qamışlıq olmuşdur. İddiaçının müraciət etdiyini, cavabdehi tanımadığını bildirmişdir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X24 izahat verərək bildirmişdir ki, o iddiaçı ilə qonşudur. İddiaçının Anaşkin küçəsində yerləşən evi o hörmüşdür, lakin Cavabdeh tanımır. Təxminən iş 2007-2008-ci illərdə işləmişdir. Bütün matrialları ona Akif kişi alıb vermişdir. Tikili iki mərtəbəli olmuşdur. Lakin mərtəbələrin arası beton deyildir. Məhkəmə iclasına iddiaçı tərəfindən şahid qismində dəvət edilmiş X8 izahat verərək bildirmişdir ki, o X15 ilə Anaşkin küçəsində olan evdə qonşudurlar. Lakin Cavabdeh xanımı tanımır. Akifin Ananşkin küçəsində tikinti apardığı evdə kafel metlaq işlərini görmüşdür. Görülən işlərə görə ona çatacaq olan haqqı İddiaçı vermişdir. Məhkəmə iclasına cavabdeh tərəfindən dəvət edilmiş şahidlər X18, X16 və X9 hazırki mülki işin halları barədə məhkəməyə məlumat vermədiyindən məhkəmə onlar tərəfindən şahid qismində verilmiş olan izahatı sübutlar siyahısından çıxartmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.1-ci maddəsinə əsasən tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 180.2-ci maddəsinə əsasən özbaşına tikinti aparmış şəxs ona mülkiyyət hüququ əldə etmir. Onun tikintiyə dair sərəncam vermək onu satmaq, bağışlamaq, icarəyə vermək, digər əqdlər bağlamaq ixtiyarı yoxdur. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan SSR-in xx.xx.1982-ci il tarixli Qanunu ilə təsdiq edilmiş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 123.1-ci maddəsinə əsasən Yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ailə üzvləri sayılırlar. 1 oktyabr 2009-cu il tarixə kimi qüvvədə olmuş Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 53-cü maddəsinin 1-ci hissəsinə əsasən, kirayəçi ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini kirayə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həmin Məcəllənin 53-cü maddəsinin 3-cü hissəsinə əsasən, kirayəçinin ailə üzvləri kirayəçinin arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. Kirayəçi ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də kirayəçinin ailə üzvləri hesab edilə bilərlər. Beləliklə işin hallarından müəyyən edilir ki, iddiaçının oğlu ilə cavabdeh 2004-ci il tarixindən rəsmi nikaha daxil olaraq ailə həyatı qurmuşlar. Onlar 2008-ci il taixindən başlayaraq Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən özbaşına tikilidə yaşamağa başlamışlar. İddiaçının oğlu ilə cavabdeh arasında rəsmi nikah xx.xx.2022-ci il tarixdə Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin qətnaməsi ilə pozulmuşdur. Hazırda iddiaçı məhkəməyə müraciət edərək onun oğlu ilə cavabdeh arasında bağlanmış nikah pozulduğundan cavabdehin onun yəni iddiaçının özü tərəfindən inşa edilmiş evdən çıxarılmasını və onun özünün həmin evə köçürülməsini xahiş edir. Beləliklə iddia tələbindəndə aydın olur ki, Bakı şəhəri, ünvan 1 ünvanda yerləşən özbaşına tikili mübahisə predmentidir. Məhkəmə işi düzgün həll etmək üçün sözügedən evinin kimin vəsaiti hesabına ( yəni iddiaçınınmı yoxsa cavabdeh ilə iddiaçının oğlunun birgə nikah dövründə əldə etmiş olduğları birgə vəsait hesabına) tikilməsini müəyyən etməlidir. Beləki tərəflər ikimərtəbəli bir evin mövcudluğu və həmin evə kimin haqqı çatmasını mübahisələndirirlər. Nəzərə alınmalıdır ki, evin özbaşına tikili olması özlüyündə həmin evə heç kimin hüququ olmaması demək deyil. Bir yaşayış evi mövcuddursa, həmin evin inşasına vəsait xərclənmişdir və həmin evin inşasına sərf edilmiş vəsait, istifadə olunan materiallar vəsaiti xərcləyən, materialı alan şəxsə məxsusdur. Gələcəkdə özbaşına tikili olması əsası ilə həmin ev söküləsi olsa belə, həmin materialın mülkiyyətçisi öz əmlakını götürmək hüququndan məhrum deyil. İddiaçı tərəf məhkəməyə bir neçə şahid gətirərək evin onun vəsaiti hesabına tikilmiş olduğunun israr etsə də məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən evin inşası 2008-ci ildə başa çatmış və həmin tarixdəndə cavabdeh ailəsi ilə birlikdə həmin evə köçərək orada yaşamağa başlamışdır. Və eyni zamanda məhkəmə iclasında tərəflərin habelə şahidlərin vermiş olduğu izahatdan da, oda məlum olur ki, mübahisəli evin yerləşdiyi məhlədə həmin evdən başqa bir dənədə özbaşına tikili olan ev mövcuddur və həmin evdə əvvədən iddiaçı və onun ailə üzvüləri yaşayır. Belə olan halda məhkəmə eyni bir məhlədə ikinci bir evin iddiaçı tərəfindən tikilməsinə dair iddiaçının gətirmiş olduğu dəlilləri inandırıcı saymır. Bundan başqa da məhkəmə iclasında iddiaçı tərəfindən dəvət edilmiş şahid ifadələrinidə məhkəmə qiymət verərək hesab edir ki, adı çəkilən şahidlərin hər birinin ifadəsində qeyrisəmimilik müşaiyyət olunur. Belə ki, iddiaçının vəsaiti hesabına evinin tikintisində iştirak edən hər bir şahid vəsaiti iddiaçıdan aldığlarını habelə iddiaçı ilə qonşu olduğlarını onu tanıdığlarını bildirsələrdə, onların hər biri 2008-ci il tarixindən həmin məhlədə yaşayan cavabdehi tanımadığlarını bildirdilər. Bundan başqa məhkəməyə iddiaçı tərəfindən təqdim edilmiş vergi ödəyicisi kimi iddiaçının uçota alınmasına dair sənədə, habelə Sabunçu Bələdiyyəsinə ödənilmiş qəbzlərə də hüququ qiymət verərək qeyd edir ki, sözügedən torpaq sahəsində iki ev olduğundan (biri iddiaçının yaşadığı ev və digəri isə cavabdehin yaşadığı ev) sözügedən vergilərin hansı əmlaka ödənilməsi məhkəməyə məlum deyildir. Bundan başqa məhkəmə iclasında şahid kimi dindirilmiş X1 evin onun tərəfindən deyildə atası tərəfindən inşa edilmiş olduğunu bildirsədə onun atası ilə olan xoş münasibətini, cavabdeh ilə olan gərgin münasibətlərini, cavabdehin həmin mənzildən çıxarıldığı halda bu onun maraqlarına xidmət etməsini nəzərə alaraq onun şahid kimi məhkəmədə vermiş olduğu ifadəsinidə səmimi qəbul etmir. Belə olan halda məhkəmə iddia tələbinə hüququi qiymət verərək qeyd edir ki, sözü gedən evin iddiaçının vəsiti hesabına tikilməsi məhkəmədə təkzibolunmaz sübutlarlala sübut edilə bilmədiyindən və cavabdeh mübahisəli evdə 2008-ci il yaşaması işin mübahisə edilməyən halı olduğundam iddia tələbi təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası MPM-nın 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmadığından ödənilmiş dövlət rüsumu İddiaçıya aid edilməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabeh Cavabdeh qarşı "Bakı şəhəri, ünvan 10 ünvanında yerləşən fərdi yaşayış evindən məcburi qaydada çıxarılması " tələbinə dair mülki iş üzrə iddia tələbi təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1750/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1750/2023
20.04.2023 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver