Məhkəmə qərarları › İş №2(008)-1755/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1755/2025

19.03.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1755/2025 19.03.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X14 qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə qarşı “ölüm faktının müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1988-ci il təvəllüdlü X3 1988-ci il tarixində ölməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, onun bacısı X7 03 may 1988-ci ildə anadan olmuş, elə həmin ildə də 1988-ci ildə vəfat etmişdir. Binəqədi rayon Binəqədi kənd qəbristanlığında ailəsi və yaxınlarının iştirakı ilə dəfn edilmişdir. X7 1988-ci il tarixində, yaşadığı evdə vəfat edərək, Binəqədi rayon Binəqədi kənd qəbristanlığında dəfn edilməsinə baxmayaraq, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən ölüm haqqında məlumat tibb müəssisəi tərəfindən informasiya sistemi vasitəsilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sisteminə ötürülməməsi səbəbi ilə yanaşı, ölüm haqqında tibbi şəhadətnamə əldə edə bilməmişlər. Ərizəçi xx.xx.2025-ci il tarixdə ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsinin xahiş etdim hissəsində “xx.xx.1988-ci il” tarixi “xx.xx.1988-ci il” kimi oxunmasını məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinin rəsi Tahirə Əsgərova xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, iddiaçının iddiasına etiraz etmədiklərini və işin həllinin məhkəmənin mülahizəsinə buraxdıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsinə Qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli, 3-16-5/7-2150-13/24 nömrəli məktubunda Ərizəçi, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 saylı qərarı ilə təsdiq edlmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı qaydası”-nın 8.5 bəndlərinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə təsdiq edilməlidir. X3 adına tərtib edilmiş ölüm haqqında tibbi şəhadətnamə olmadığı üçün ərizə hazırda təmin edilə bilinmədiyi bildirilmişdir. İş materiallarında olan İİİ-ЖГ seriyalı 443249 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X5 ilə X6 arasında xx.xx.1985-ci ildə 171 nömrəli akt qeydi ilə nikahlarını bağlamış, ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. İş materiallarına əlavə olunan İİİ-ЖГ seriyalı 276942 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X7 xx.xx.1988-ci il tarixdə Bakı şəhərində doğulmuş, atası X5, anası X4r. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 257696 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2021-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2022-ci ilin 02 ayının 05 günündə 95 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan 4 saylı Bakı “Asan xidmət” Mərkəzi Qeydiyyat şöbəsinin AZ-İİ seriyalı 444621 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.2024-cü ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2024-cü ilin 09 ayının 13 günündə 516 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələri İdarəetmə Birliyi” X15 “Bakı şəhər Baş Səhiyyə Mərkəzi” X15 35 nömrəli Şəhər Poliklinikasının 100 nömrəli 26 fevral 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1988-ci il təvəllüdlü X7 1988-ci ildə vəfat etdiyi üçün Binəqədi rayon 35 nömrəli poliklinika 18 yaş yuxari vətəndaşlara xidmət göstərdiyi ilə əlaqədar olaraq Binəqədi rayonu 35 nömrəli poliklinika heç bir məlumat yoxdur. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X15 “Ə.D.X12 Tİbb Mərkəzi” Publik Hüquqi X1 bildirilmişdir ki, 1980-ci illəri əhatə edən sənədlər Azərbaycan Respublikasının müvafiq qanunvericilik üzrə müəyyən olunmuş qaydalarına uyğun saxlama müddətləri bitdiyinə görə məhv edilmişdir. İş materiallarına əlavə olunan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi sorğuya cavab məktubunda bildirilmişdir ki, “Elektron notariat” informasiya sistemində qeyd olunan şəxslərin adına vərəsəlik işinin açılması aşkar olunmamışdır. İş materiallarına əlavə olunan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı Departamenti Əhaliyə Vətəndaşlıq Xidməti Trestinin 3-52-13- 18/2-7/2025 nömrəli 03 mart 2025-ci il tarixli sorğuya cavab məktubunda bildirilmişdir ki, xx.xx.1988-ci il tarixində anadan olmuş və 1988-ci il ilin iyul ayında vəfat etmiş X3 Binəqədi rayon 7-ci m/rayon qəbiristanlığında dəfn olunub olunmaması haqqında heç bir məlumat yoxdur. Qəbiristanlıq, xx.xx.2002-ci il tarixli,76/1№-li Sərəncamla balanslarına verilmişdir. “Dərnəgül” elektrik metro deposunun tikintisi zamanı əraziyə düşən qəbirlərin Binəqədi rayonu Sulutəpə qəbiristanlığına köçürülməsini təmin etmək məqsədilə, hazırlanıb təsdiq olunmuş siyahiya əsasən 156 nömrəli adsız uşaq qəbri də Binəqədi rayonu Sulutəpə qəbiristanlığına köçürülmüşdür. Məhkəmə ərizəçinin izahatını, onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli 3 nömrəli Qərarının 9.4-cü bəndinə əsasən, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsinə dair ərizəni təmin edən məhkəmə qətnaməsində ölüm faktı müəyyən edilən şəxsin adı, soyadı, atasının adı, ölümün baş vermə vaxtı və hansı şəraitdə baş verməsi göstərilməlidir. Ölümün baş vermə tarixi məhkəmənin qətnaməsində ölümün baş verməsinə dair göstərilən və məhkəmənin müəyyən etdiyi tarix hesab olunur. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə hüquqlarının həyata keçirilməsi ilə bağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizə təmin edilməlidir. Yəni həmin sənədin ələdə edilməsi onlara vərəsəliklə bağlı sənədləşdirmə işlərinin aparılması üçün zəruri olduğundan və ölüm haqqında şəhadətnaməni başqa formada əldə edə bilmədiklərindən məhkəmə qətnaməsi əsasında müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1988-ci il təvəllüdlü X3 1988-ci il il tarixində Bakı şəhərində ölməsi faktı müəyyən edilsin. Qətnamədən onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar