Məhkəmə qərarları › İş №2(008)-1758/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1758/2022

29.04.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1758/2022 29.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “qanunsuz hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh nümayəndələri tərəfindən tərtib olunmuş 21.09.2018-ci il tarixli, ******* nömrəli aktın ləğvi və akt əsasında tətbiq edilmiş 1944 manat məbləğin hesab kodundan silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh nümayəndələri tərəfindən 31.08.2018-ci il tarixdə ünvan 1 ünvanında ona məxsus evdə 2017-ci ildə küçədə quraşdırılmış G-4 markalı 1702AZ**********52 saylı qaz sayğacına mənim iştirakım olmadan baxış keçirilmişdir. Baxış zamanı QİS tərəfindən küçədə quraşdırılmış qaz sayğacının daxilində dəlik aşkar olunduğu müəyyən olunmuş bununla bağlı nümayəndələr tərəfindən onun imzası olmadan ******* nömrəli akt tərtib edilərək qeyd olunan ünvanda quraşdırılmış qaz sayğacı sökülərək yenisi ilə əvəz olunmuşdur. Bundan 1 ay sonra Cavabdeh İB-nin nümayəndələri tərəfindən 21.09.2018-ci il tarixdə onun iştirakı və imzası olmadan ******* saylı akt tərtib edilərək 180 gün yəni 6 ay müddətinə heç bir qanuna əsaslanmayaraq onun hesab koduna 1944 manat (min doqquz yüz qırx dörd manat) məbləğində dəymiş ziyan hesablanmışdır. Bildirmək istəyir ki, Cavabdeh İB-nin nümayəndələri 31.08.2018-ci il tarixdə ona məxsus evdən qaz sayğaçı çıxarılarkən ona qabaqcadan yazılı və ya şifahi heç bir məlumat verilməmiş və aktda imza olmamışdır. Həmçinin dövlət yoxlamasınada keçirilərkən onun iştirakı olunmadan sayğac yoxlamadan keçirilmişdir. Qeyd edir ki, qaz sayğacı 2017-ci ildən qeyd olunan ünvana quraşdırılmışdır.” Azəriqaz” İB-nin ərazi üzrə nümayəndələri tərəfindən təlimata əsasən qaz sayğaclarına hər ay baxış keçrilir və orada olan göstərici komputer bazasına işlənilir. Buradan belə sual meydana çıxır həmin aylar ərzində Cavabdeh İB-yi tərəfindən təhkim edilmiş nəzarətçi tərəfindən həmin sayğacın normal işləməməsi görülməmişdir. Bildirir ki, küçədə quraşdırılmış qaz sayğacın normal işlənib işləməməsinə abonent tərəfindən nəzarət edilmir. Qeyd edilən ünvana sayğac 2017-cu il tarixdə quraşdırıldıqdan 2018-ci ilədək kart vasitəsi ilə maliyyə arayışında göründüyü kimi hər ay pul yüklənmişdir. Azərbaycan Respublikası Nazirlər X1 Qaydalarının təsdiq edilməsi haqqında 12.05.2011-ci il tarixli 80 saylı qərarın 4.8 ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi qaz paylayıcısı hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Aktın ləğvi cərimənin silinməsi ilə bağlı tərəfinimdən Cavabdeh İB-nə yazılı və şifahi müraciət edilmişdir. Lakin Cavabdeh İB-yi tərəfindən heç bir nəticə olmamış qaz təchizatı bərpa olunmamış və hesab kodundan əsasız hesablanmış 1944 manat silinməmişdir. ARDNŞnin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydaların 2-ci bəndinə əsasən hesablanmış qazın dəyərinin ödənilməsi vaxtı istehlakçı tərəfindən qazdan istifadə qaydalarının pozulması aşkar olunan günə qədər ödənilmiş qazın dəyəri nəzərə alınmalıdır, yəni həmin məbləğ hesablanmış dəyərdən çıxarılmalıdır. Buradan göründüyü kimi Cavabdeh İB karta ödənilmiş həmin məbləğləri nəzərə almamşıdır. Cavabdeh İB-yi ilə bağlanmış müqavilənin 3.3-cü bəndinə əsasən istehlakçılar tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması hallarında qanunsuz istifadə olunmuş qazın dəyərinin bərpasının hesablanması bu müqaviləyə əlavə edilmiş ARDNŞ-nin Şurasının 14 mart 2011-ci il tarixli 11 nömrəli qərarı ilə təsdiq edilmiş qaydalara uyğun olaraq tənzimlənir. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmişlər, iddiaçı tərəfindən 27.04.2022-ci il tarixdə məhkəməyə ərizə ilə müraciət olunaraq, 29.04.2022-ci il tarixxə təyin edilmiş məhkəmə icıasının onu iştirakı olmadan keçirilməsinə, iddia tələbinin təmin olunması məhkəmədən xahiş edilmiş, cavabdeh tərəf isə gəlməmələrinin üzürlü səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Cavabdeh ilə İddiaçı arasında bağlanmış 14.09.2018-ci il tarixli, AKX- 0026850/09-2018 saylı nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.3.4-cü maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. İş materiallarında olan Təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, 21.09.2018-ci il tarixli ******* sayl aktın surətindən görünür ki, 29/1710-014726/3- 50 nömrəli rəyə əsasən 1702AZ**********52 zavod nömrəli sayğacın çıxış plastmas borusunun deşilməsi qeyd edilmiş və dəymiş ziyan hesablanması qərara alınmışdır. 30 avqust 2018-ci il tarixli itirilmiş dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, ******* nömrəli, 21.09.2018-ci il tarixli akta əsasən 9720 m3 qaz sərfiyyatı hesablanmışdır. 29/1710-01472/3-50 nömrəli, 18 sentyabr 2018-ci il tarixli aktın surətindən görünür ki, sayğacın çıxış plasmas borusu deşilməsi səbəbindən sayğac yararsız vəziyyətə düşmüşdür. **********00011 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2018-ci il üçün aktlar üzrə 1944 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı 12.05.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, sayğaca keçirilmiş baxış zamanı 1**********00011 nömrəli abonent İddiaçı istifadəsinə verilmiş sayğacın çıxış plastmas borusu deşilmiş və bunun əsasında itirilmiş qazın həcmi 9720 kub metr hesablanaraq dəymiş zərər 1944 manat olduğu müəyyən edilmişdir. Məhkəmə hesab edir ki, sayğacın çıxış plastmas borusunun deşildiyi məhz iddiaçının təqsiri üzündən baş verməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 21.09.2018-ci il tarixli akta əsasən **********00011 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1944 (min doqquz yüz qırx dörd)manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən tərtib edilmiş təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* saylı, 21.09.2018-ci il tarixli akta əsasən **********00011 saylı abonent İddiaçı qanunsuz olaraq hesablanmış 1944 ( bir min doqquz yüz qırx dörd) manat borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar