Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1759/2021 22.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4, Ərizəçi X8 nümayəndəsi və vəkili Abilova Radmila Ablu qızının iştirakı ilə, Ərizəçi X8 maraqlı şəxs Sabunçu rayon Qeydiyyat şöbəsi qeydə edilməklə hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: Ərizəçi X17 qohumluq faktının müəyyən edilməsi barədə ərizə ilə məhkəməyə müraciət etmişdir. Daha sonra ərizəçi dəqiqləşdirilmiş ərizə ilə məhkəməyə müraciət edərək Sabunçu rayon Qeydiyyat şöbəsini maraqlı şəxs kimi qeyd etməklə X6 24.10.1939-cu ildə doğulmuş, 2012-ci ildə vəfat etmiş X11 anası olması faktının müəyyən edilməsini xahiş etmişdir. Ərizə onunla əsalandırılmışdır ki, onun atası X19 24.10.1939-cu ildə doğulmuş, 212-ci ildə ölmüşdür. Ata və anası 1971-ci ildə nikah bağlayıb vəfat edənə kimi Sabunçu rayonu, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, ev 11-də yaşamışlar. Həmin ev onun atasının anası, yəni nənəsi X9 məxsus olmuşdur. X12 vəfat edənə kimi həmin evdə yaşamışdır. Bakı şəhər X1 İcrayyə Komitəsi adından Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən 17.02.1958-ci il tarixdə evin 1/3 hissədə X10 adına çıxarış verilmişdir. Nənəsindən sonra atası X19 evi öz adına qeydiyyatdan keçirməmişdir. Valideynləri vəfat etdikdən sonra evi öz adına rəsmiləşdirmək istəmişdir. Lakin atası X11 doğum haqqında şəhadətnaməsini tapa bilməmişdir. Həmin şəhadətnamənin arxivdən alınması üçün Bakı şəhəri 5 saylı «Asan Xidmət»ə müraciət etmiş və imtina cavabı almışdır. Maraqlı şəxs Bakı şəhəri Sabunçu rayon Qeydiyyat Şöbəsi məhkəmə iclasını vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçinin nümayəndəsi və vəkili Abilova Radmila Ablu qızı ərizənin və dəqiqləşdirilmiş ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. İş üzrə ifadə verən şahid X2 qeyd etdi ki, X12 onun xalası, ərizəçinin atası X11 isə anasıdır. İş üzrə ifadə verən şahid X14 qeyd etdi ki, o, ərizəçinin dayısı, X12 ərizəçinin atası X11 anasıdır. Məhkəmə ərizəçinin izahatını, şahidləri ifadələrini dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi 22.07.1973-cü ildə Bakı şəhərində doğulmuş, şəhadətnamənin ata qrafasında «X7» və ana qrafasında «X3» qeyd edilmişdir (Maştağa qəsəbə Soveti tərəfindən 19.09.2973-cü il tarixdə verilmiş 28313 №-li doğum haqqında şəhadətnamənin və şəxsiyyət vəsiqəsinin surəti). Ərizəçiyə X18 nikahını bağladıqdan sonra «Abbasova» soyadı verilmişdir (Bakı şəhəri Binəqədi rayonu «Leyla» nikah evi tərəfindən verilmiş 312866 №-li nigahın bağlanması haqqında şəhadətnamə). Ərizəçinin atası X19 24.10.1939-cu ildə Bakı şəhərində doğulmuş (şəxsiyyət vəsiqəsinin məlumatları) və 22.06.2012-ci il tarixdə ölmüşdür (Sabunçu rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İ 537206 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq olunmuş surəti). X11 valideynləri barədə məlumat mövcüd deyil. Hazırda ərizəçi X6 onun nənəsi, yəni atası X11 anası olması faktının müəyyən edilməsini istəyir. Belə ki, Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 11 №-li evin 1/3 hissəsi X9 məxsus olmuşdur (Bakı şəhər X1 İcrayyə Komitəsi Bakı şəhəri planlaşdırma İdarəsi yanında Şəhər Uçot-Müxəlləfət Bürosu tərəfindən 17.02.1958-ci il tarixdə verilmiş Bakı şəhərində Bələdiyyələşdirilmiş tikintilərin reyestrindən çıxarış və Daşınmaz əmlakın Dövlət Reyestr Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə təqdim edilmiş şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surəti). X12 09.02.2020-ci il tarixdə ölmüşdür. Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin Maştağa qəsəbəsi üzrə Nümayəndəliyi tərəfindən X6 və X11 vəfat etdiyi vaxtadək Maştağa qəsəbəsi, Baloğlan Bağırov küçəsi, 11 №-li evdə qeydiyyatda olmamaları və yaşamaları barədə 191 №-li 21.06.2021-ci il tarixli məktub verilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin edilməlidr. Azərbaycan Respublikasının MPM-nin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata kecirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma ücün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12.04.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, X6 24.10.1939-cu ildə doğulmuş, 2012-ci ildə vəfat etmiş X11 anası olması faktı müəyyən edilməlidir. Yuxarıda qeyd olunanlara əsasən və Azərbaycan Republikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X6 24.10.1939-cu ildə doğulmuş, 2012-ci ildə vəfat etmiş X11 anası olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətidə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti veriilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1759/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1759/2021
22.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver