Məhkəmə qərarları › İş №2(008)-179/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-179/2024

28.11.2024 · Mülkiyyət hüququ ilə əlaqədar mübahisələr - Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-179/2024 28.11.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil, Cavabdehlər Cavabdeh1, X4 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, X6, Cavabdeh3 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evindən istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, cavabdehlər Cavabdeh1 onun bioloji qardaşı, Cavabdeh2 qardaşı oğlu və Əliyeva (İskəndərova) İradə şakir qızı isə baldızıdır. Mərhumə anası X2 mərhum atası X7 ilə xx.xx.1964-cü ildə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 1973-cü ildə o anadan olmuş və elə həmin ildən xx.xx.2011ci ilə kimi ünvan 1 ünvanında pasport qeydiyyatında olmaqla yaşamışdır. Cavabdehlər onunla yaşadığı müddət ərzində onunla (iddiaçı: İddiaçı) ilə mütəmadi dava etmiş və sonda onun qeyd edilən ata evindən çıxmağını tələb etmişlər. Çox təəssüf ki, nəticədə cavabdehlər məqsədlərinə nail olmuş və onu Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evdən qovmuşlar. Qeyd edilən evdən qovduqdan sonra o, məcbur olub Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, H.Soltan küçəsi 12 nömrəli evin sahibi X1 evində ayda 150 (bir yüz əlli) manat ödəməklə kirayədə yaşamağa başalamışdır. Xüsusi olaraq qeyd etmişdir ki, o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evdə pasport qeydiyyatında ola-ola kirayədə yaşamağa məcbur edilmişdir. Pozulmuş hüquqlarının bərpası üçün məcbur olub Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etməli olmuşdur. Nəticədə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2011 -ci il tarixli 2(008)- 3938/2011 saylı qətnaməsi ilə iddia tələbi təmin edilmiş və o, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evə köçürülmüşdür. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evə köçürüldükdən sonra evi cavabdehlərlə öz aralarında bölmüşdür. Cavabdehlər onu komunul xidmətlərdən istifadəsinə məhdudiyyətlər, çətinliklər etdiyindən bir müddət sonra fərdi qaydada öz adına öz şəxsi isifadəsi üçün işıq və su xətti çəkdirməyə məcbur olmuşdur. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evinə hal-hazırda ayrı-ayrılıqda iki komunal xəttlər (işıq və su) daxil olur. Bütün bunlara baxmayaraq cavabdehlər onu normal formada evdən istifadə etməyinə maneələr törədirlər. Belə ki, evin bir giriş çıxış qapısı olmağını nəzərə alınsa o övladını orta məktəbə apardıqdan sonra evə qayıtdıqda həyətin giriş qapısı bağlı olur, inanın ki, saatlarla qapını döysə də qapısı cavabdehlər açmır, hətta həyətə it gətirdiklərindən uşağda həyətə çıxmağa qorxur və sairə. İnanın ki, qonşularının yanında çox xəcalətli olmuşdur. Cavabdehlərlə dəfələrlə evə daxil olmaq üçün həyətin iki yerə bərabər bölərək hasarın çəkilməsini və ayrı-ayrılıqda giriş-çıxış qapısının quraşdırılmasını və çəkiləcək xərcin onun tərəfindən qarşılanmasını təklif etsə də cavabdehlər heç bir formada buna razı olmur. Sonda məcbur olub pozulmuş hüquqlarının Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi 58 nömrəli evindən istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi tələbinə dair müraciət etməli olmuşdur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi X5 iddia tələbini müdafiə edərək, ekspertizanın rəyi ilə razı olduğunu bildirmiş və ekspert rəyi uyğun olaraq iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehlər Cavabdeh1, X9 iddia tələbini qəbul edərək, iddia tələbinin ükspert rəyinə uyğun olaraq təmin edilməsinə etiraz etmədiklərini bildirmişlər. Digər Cavabdeh3 məhkəmə iclasının vaxtı və yeri barədə dəfələrlə xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə digər Cavabdeh3 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, tərəflərin izahatını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)- 3938/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilərək X2 və X10 Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Cahangirov küçəsindəki 58 nömrəli evə köçürülməsi qərara almışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5414 nömrəli ekspertizanın rəyindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 58 nömrəli evin və həyətyanı iddiaçı tərəfindən ekspertə baxış üçün təqdim edilən, yəni iddiaçının hazırda faktiki istifadəsində olan hissəsinin ümumi sahəsi 112.0 kv.metr, tikilinin sahəsi isə 34.0 kv.metrdir, Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 58 nömrəli evin yerləşdiyi həyətin iddiaçının hazırda istifadə etdiyi hissəsində 4.25 kv.m olan toyuq hini və sahəsi 13.5 kv.m olan anbar tikililəri söküldükdən sonra həmin sökülmüş hissədən ayrıca giriş-çıxış qapısı açılmaqla təcrid şəkildə ayrılması texniki cəhətdən mümkündür. Aparılmış tədqiqatın dəyəri 100 manat müəyyən edilmişdir. İş materiallarına əlavə edilmiş qəbzin surətindən görünür ki, iddiaçı tərəfindən 100 manat dövlət rüsumu ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmə araşdırması zamanı məlum olmuşdur ki, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-3938/2011 nömrəli, xx.xx.2011-ci il tarixli qətnaməsindən görünür ki, X10 Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsindəki 58 nömrəli evə köçürülmüş. Bundan sonra iddiaçının həmin mənzildən istifadəsinə maneələr yaradıldığından iddiaçı “istifadə hüququna maneələrin aradan qaldırılması və istifadə qaydalarının müəyyən edilməsi” tələbinə dair iddia tələbi ilə məhkəməyə müraciət etmişdir. Sonuncu məhkəmə iclasında isə cavabdehlər iddia tələbinə dair hər hansı etirazlarının olmadığlarını, ekspertizanın rəyi ilə razı olduqlarını bildirmişdilər. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 3-16- 16/2-10/5414 nömrəli ekspertizanın rəyindən isə görünür ki, iddia obyekti olan evin yerləşdiyi həyətin iddiaçının hazırda istifadə etdiyi hissəsində 4.25 kv.m olan toyuq hini və sahəsi 13.5 kv.m olan anbar tikililəri söküldükdən sonra həmin sökülmüş hissədən ayrıca giriş-çıxış qapısı açılmaqla ayrılması texniki cəhətdən mümkün olduğu qeyd edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, tərəflərin istifadəsində olan Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 58 nömrəli evin və həyətyanı sahənin iddiaçının istifadəsində olan hissəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5414 nömrəli ekspertizanın rəyinə əklavə edilmiş bölgü sexeminə əsasən) 4.25 kv.m olan toyuq hini və sahəsi 13.5 kv.m olan anbar tikililəri sökülməli, həmin sökülmüş hissədən ayrıca giriş-çıxış qapısı açılmaqla iddiaçının ayrıca istifadə qaydası müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflər məhkəmə məsrəflərinə daxildir. Cavabdeh1, X6, Cavabdeh3 ekspert rəyi üzrə 100 (yüz) manat ekspert xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin ödənilməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119, 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Balaxanı qəsəbəsi, Cahangirov küçəsi ünvanında yerləşən 58 nömrəli evin iddiaçının hazırda istifadə etdiyi hissəsində (Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 14 avqust 2024-cü il tarixli, 3-16-16/2-10/5414 nömrəli ekspertizanın rəyinə əklavə edilmiş bölgü sxeminə əsasən) 4.25 kv.m olan toyuq hini və sahəsi 13.5 kv.m olan anbar tikililəri sökülərək, həmin sökülmüş hissədən ayrıca giriş-çıxış qapısı açılmaqla İddiaçı ayrıca istifadə qaydası müəyyən edilsin. 100(yüz) manat ekspert xərci cavabdehlər Cavabdeh1, X3 və Cavabdeh3 tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin hesabına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar