Məhkəmə qərarları › İş №2(008)-1793/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1793/2025

11.02.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1793/2025 11.02.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ hakim Qasımov Vidadi Kamal oğlunun sədrliyi, məhkəmə iclasının katibi X4, Ərizəçi iştirakı ilə Ərizəçi "xx.xx.1934-cü il təvəllüdlü atası X2 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizəsinə dair mülki işə məhkəmənin binasında açıq məhkəmə baxışı iclasında baxaraq aşağıdakı qətnaməni qəbul etdi. Təsviri hissə: Ərizəçi "xx.xx.1934-cü il təvəllüdlü atası X2 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi" barədə ərizə ilə Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsinə müraciət etmişdir. O, ərizəsini belə əsaslandırmışdır ki, xx.xx.1934-cü il təvəllüdlü atası X7 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etmiş, həmin gün Bakı şəhəri Sabunçu rayonu Pirşağa qəsəbəsi 2 saylı X15 küçəsi ünvanında yerləşən qəbiristanlıqda dəfn olunmuşdur. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ölümün qeydiyyata alınması üçün ölüm haqqında şəhadətnamənin verilməsindən imtina etmişdir. Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 saylı Sovxoz massivi Səfərəlibəyov küçəsi ev 10 mənzil 6 order ilə mərhum atasının adındadır. Həmin əmlakın vərəsəlik qaydasında qəbul edilməsi üçün ölüm haqqında şəhadətnamənin olması zəruridir. Əsaslandırıcı hissə: Aşağıdakı hallara görə məhkəmə ərizəni əsaslı hesab edir. Müəyyən edildi ki, X7 xx.xx.1934-cü ildə Cəbrayıl rayonunun Soltanlı kəndində anadan olmuş, xx.xx.2000-ci ildə vəfat etmişdir. Ərizəçi Bakı Baş Səhiyyə Mərkəzi "36 saylı Şəhər Poliklinikası"na müraciət edərək, mərhum X2 adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməsini xahiş etmiş, lakin poliklinika xx.xx.2025-ci il tarixli 1 nömrəli cavab məktubunda bildirmişdir ki, X2 adına ölüm haqqında şəhadətnamə forma 106 verilməmişdir. 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsi isə ərizəçinin müraciətinə cavab olaraq xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, mərhum X2 ölüm faktını təsdiq edən sənəd olmadığından ölüm qeydə alına bilməz. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin məktubundan görünür ki, xx.xx.2000-ci ilə aid ölüm akt qeydi aşkar edilməmişdir. İşdə olan 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-4823/2024 cavab məktubundan görünür ki, mərhum X2 ölüm faktını təsdiq edən sənəd olmadığından ölümün qeydə alınması üçün məhkəməyə müraciət olunmalıdır. İşdə olan Bakı Baş Səhiyyə Mərkəzi "36 saylı Şəhər poliklinikası"nın xx.xx.2024-cü il tarixli 1 nömrəli cavab məktubundan görünür ki, X2 adına ölüm haqqında şəhadətnamə forma 106 verilməmişdir. İşdə olan АЗБ seriyalı 083931 nömrəli doğum haqqında şəhadətnamənin notariat qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx.xx.1968-cı ildə anadan olmuş, atası X7, anası X3r. İşdə olan Sabunçu Rayon Pirşağı Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli 85 nömrəli arayışından görünür ki, X7 xx.xx.2000-ci ildə vəfat etmişdir və Bakı şəhəri Sabunçu rayonu Pirşağı qəsəbəsi 2 saylı X15 küçəsində yerləşən qəbiristanlıqda dəfn edilmişdir. İşdə olan Bakı Şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin xx.xx.2024-cü il tarixli 3-16-5/8-15-1593/2024 nömrəli məktubundan görünür ki, ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından ölüm faktının qeydiyyata alınması mümkün olmamış və məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Məhkəmə baxışı zamanı şahid qismində dindirilmiş X5, X1 və X12 oxşar məzmunlu ifadələr verərək göstərmişlər ki, X7 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə məhkəmə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə görə, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş "Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"nın 8.2-ci bəndinə əsasən, ölüm haqqında məlumat tibb müəssisəsi tərəfindən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən isə həmin gün EHİS vasitəsilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə və oradan da avtomatlaşdırılmış rejimdə ölümün baş verdiyi yer üzrə qeydiyyat şöbəsinə ötürülür. Həmin Qaydanın 8.5-ci bəndinə əsasən, ölüm haqqında tibbi şəhadətnamə olmadıqda ölüm faktı məhkəmə qaydasında müəyyən edilir. Bu halda Azərbaycan Respublikası Ailə Məcəlləsinin 194.2-ci maddəsinə uyğun olaraq "Elektron məhkəmə" informasiya sistemindən Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sisteminə daxil olmuş ölüm faktının müəyyən olunması və ya şəxsin ölmüş elan edilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsindən çıxarışa əsasən ölümün qeydiyyatı aparılır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Kollegiyasının xx.xx.2018-ci il tarixli 05 nömrəli qərarı ilə təsdiq edilmiş "İnsanın ölüm anının müəyyən edilməsi, reanimasiya tədbirlərinin dayandırılması meyarları və qaydası"nın 4.1-ci bəndində deyilir ki, "Ölüm haqqında tibbi şəhadətnamə" (bundan sonra "şəhadətnamə") mülkiyyət formasından asılı olmayaraq ambulator-poliklinik (stomatoloji istisna olmaqla), stasionar və sanator-kurort xidməti göstərən bütün tibb müəssisələri, həmçinin patoloji-anatomik müayinə aparan dövlət tibb müəssisələri tərəfindən verilir. Həmin Qaydanın 4.2-ci bəndinə görə, ölüm hadisəsi yaşayış yerində (kənd və qəsəbə istisna olmaqla) baş veribsə Təcili və X8 Stansiyasının (TTTYS) həkimi ölüm hadisəsini təsdiq edir, bu barədə çağırış vərəqəsində qeydiyyat aparmaqla vəfat edənin şəxsiyyətini təsdiq edən sənəd əsasında "Xəbərdarlıq vərəqəsi"ni bu qaydanın 4.1-ci bəndində qeyd olunan tibb müəssisələrinə təqdim etmək üçün doldurur (2 nömrəli əlavə) və ölüm hadisəsi barədə ərazi üzrə polis və ya prokurorluq orqanına (bundan sonra "hüquq-mühafizə orqanı") məlumat verir. Ölüm hadisəsi rayonun (şəhərin rayonu istisna olmaqla) kənd (qəsəbə) yerində baş veribsə, kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri ölüm hadisəsini təsdiq edir və hadisə barədə hüquq-mühafizə orqanına məlumat verir. Zorakı ölümə şübhə olduğu hallarda, həmçinin ölüm hadisəsi qeyri yaşayış sahələri və ümumi istifadədə olan ərazilərdə baş veribsə, TTTYS-in həkimi və ya kənd sahə xəstəxanasının (həkim məntəqəsinin) həkimi və ya tibb məntəqəsinin feldşeri hüquq-mühafizə orqanlarının nümayəndəsi gələnə qədər meyitin yanında gözləməlidir. Qaydanın 4.3-cü bəndinə görə, ölümün baş vermə səbəbi məlum olan hallarda şəhadətnamə "Xəbərdarlıq vərəqəsi" və (və ya) tibbi sənədlər (ambulator tibbi kitabça, xəstəlik tarixindən çıxarış və s.) əsasında 4.4-cü və 4.5-ci bəndlər istisna olmaqla vəfat edən şəxsin qeydiyyatda olduğu və ya faktiki yaşadığı ərazi üzrə ambulator tibb müəssisəsi tərəfindən verilir. Qaydanın 4.4-cü bəndinə əsasən, aşağıdakı hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinə aparan tibb müəssisəsi tərəfindən verilir: 4.4.1. hamiləlik və doğuşla əlaqədar baş vermiş ana ölümləri zamanı; 4.4.2. infeksion xəstəliklər və ya onlara şübhə olduğu hallarda; 4.4.3. tibbi müayinə və müdaxilə zamanı baş verən və səbəbləri araşdırılmalı olan ölüm hallarında; 4.4.4. zorakı ölümə şübhə olduğu hallarda; 4.4.5. ölümün baş vermə səbəbi məlum olmayan digər hallarda; 4.4.6. ölənin qohumları tərəfindən müayinə və müalicəsi ilə bağlı şikayət olduğu hallarda. Sadalanan normaların birgə təhlilindən göründüyü kimi, qeydiyyat şöbəsi ölümü o halda qeydə ala bilər ki, şəxsin adına ölüm haqqında tibbi şəhadətnamə verilmiş olsun, yaxud da belə bir sənəd olmadıqda, ölüm faktı məhkəmə qaydasında müəyyən edilmiş olsun. Ölüm haqqında tibbi şəhadətnamə isə yalnız ölümün baş vermə səbəbi məlum olduqda verilir. Digər hallarda tibbi şəhadətnamə patoloji-anatomik və ya məhkəmə-tibbi müayinələrdən sonra verilə bilər. Müəyyən edildi ki, X2 ölümünün baş vermə səbəbi məlum olmadığına görə onun adına "Ölüm haqqında tibbi şəhadətnamə" verilməmiş, bu səbəbdən də onun ölümünün 4 saylı Bakı "ASAN xidmət" mərkəzində qeydiyyat şöbəsində qeydə alınması mümkün olmamışdır. Məhkəmə baxışı zamanı tədqiq edilmiş və yuxarıda sadalanan sübutlarla isə onun xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etməsi təsdiq olunmuşdur. Ona görə də məhkəmə bu qənaətə gəldi ki, hazırkı ərizə təmin edilməli və X2 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilməlidir. Nəticə hissəsi: Yuxarıda qeyd olunanlara əsasən, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.1934-cü il təvəllüdlü X2 xx.xx.2000-ci ildə Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində qətnamədən Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Apellyasiya şikayətinin məhkəməyə göndərilməsi "Elektron məhkəmə" informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə həyata keçirilməlidir. X14.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar