Məhkəmə qərarları › İş №2(008)-1798/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1798/2021

30.03.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1798/2021 30.03.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Kazımova Zərif Rafil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və borca görə tutulmuş məbləğin hesaba qaytarılması” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi və borca görə tutulmuş məbləğin hesaba qaytarılması” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ASC tərəfindən yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozda yerləşən evə 00045534FACB5080 saylı abonent koduтa (**********3 nömrəli sayğac) əsassız hesablanmış 215 (iki yüz on beş manat) manat məbləğində borcun silinməsi və əsassız hesablanmış borca görə hesabından silinən məbləğlərin hesabına qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra iddiaçı xx.xx.2021-ci il tarixində iddianın dəqiqləşdirməsi barədə ərizə təqdim edərək Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz ünvanında **********00002 saylı abonent koduna qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 215 (iki yüz on beş) manat məbləğində borcun silinməsi və borca görə hesabdan silinən məbləğlərin hesaba qaytarılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, İddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxozda yaşayır. xx xxxxxx 2019-cu il tarixdə əvvəlki smart tipli qaz sağacından xəttə qaz gəlməməsi ilə əlaqədar yaşadığı evdə olan sayğac yenidən Smart G-4 İTRON GALLUS PAY markalı, **********3 nömrəli sayğacla əvəz edilmişdir. Lakin sayğac dəyişdirildikdən sonra yenə də xəttdə qaz olmamış, yalnız qaz xəttinin boruları açılıb təmizləndikdən sonra yaşadığı evin xəttinə qaz gəlmişdir. Yəni problemin sayğacda deyil, qaz boru xəttlərinin tutulmasında olduğu aydınlaşmışdır. Hadisələr baş verən tarixdən yəni, 2019-cu ilin noyabr ayından 1 ildən artıq müddət keçməsinə baxmayaraq xx xxxxxx 2020-ci il tarixdə e-Manat ödəniş sistemi vasitəsilə 00045534FACB5080 kart nömrəsinə 100 (yüz) manat məbləğində vəsait daxil edərkən 10 (on) manat məbləğində vəsait kartdan silinmişdir. Bunun hansı səbəbdən olduğunu araşdırmaq üçün Qaz İdarəsi ilə əlaqə saxlanılmış və ordan onlara bildirmişlər ki, onların qaz idarəsinə 215 (iki yüz on beş) manata yaxın borcuları var. Halbuki o smart-kart tipli sayğacdan istifadə etmiş və həmin sayğacda ödəniş kart vasitəsilə olmuşdur. Qalıq borcun yaranması absurddur. Sayğac dəyişdirilən zaman heç bir qüsur aşkar edilməmişdir. Ancaq o borcun hardan yaranması məlum deyil. Əsassız olaraq istifadəsində olan hesaba borc hesablanıb. Borcun hardan yaranması göstərilmir. Yəni mövcud olmayan bir borcdur ona görə də yaranma səbəbləri göstərilə bilmir. Qeyd etdiklərindən də görünür ki, göstərilən borc onun borcu deyil və bu borc Cavabdeh ASC tərəfindən ona qanunsuz olaraq hesablanmışdır. O istifadə etdiyi təbii qazın dəyərini vaxtı vaxtında ödəmiş və heç bir borcu yoxdur. Məhkəmə iclasında iştirak etmiş İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh İB məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına nümayəndəsi gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Rüspublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Qaz sayğacının çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında xx.xx.2019-cu il tarixli ******* saylı Aktdan görünür ki, İTRON G 4 markalı, **********3 nömrəli sayğac çıxarılmışdır. Çıxarılma səbəbi kimi “sayğacın qazı fasilələrlə buraxması” göstərilmişdir. - **********00002 saylı abonentin saldosundan görünür ki İddiaçı 2020-ci ilin qalıq və aktlar üzrə 216 manat məbləğində borcu mövcuddur. - Cavabdeh İB ilə İddiaçı arasında bağlanmış Qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqı-satqısı barədə xx.xx.2019-cu il tarixli Müqavilədən görünür ki, paylayıcı istehlakçını keyfiyyətli qazla təmin edir, istehlakçı isə aldığı qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. - Azərbaycan respublikası Dövlət Neft Şirkəti Cavabdeh Qaz sayğacının yoxlanılması barədə MSK 29/1710-03406-1 saylı aktının surətindən görünür ki, Fransa istehsalı G4 markalı smart-kart tipli qaz sayğacları xx xxxxxx 2019-cu il tarixində Dövlət yoxlaması nəticəsində yararsız hesab olunmuşdur. - Təbii qazdan istifadə qaydalarının pozulmasl haqqında ******* saylı, xx xxxxxx 2020-ci il tarixli aktın surətindən görünür ki, 29/1710-03406-1 nömrəli rəyə əsasən 1202AQ**********0 zavod nömrəli sayğacın hesablama mexanizminin ilişərək işlədiyi müəyyən edilmişdir. - xx xxxxxx 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, xx.xx.2020-ci il tarixli, ******* nömrəli akta əsasən itirilmiş qazın bərpası üçün 2160 kub metr hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi qərara alınmışdır. - **********3 saylı Smart saygaclı abonentin GASREP məlumatlarında görünür ki, 2020-ci ilin noyabr ayından 2021-ci ilin mart ayınadək **********0002 saylı abonentin balansına yüklədiyi məbləğdən borca görə 36,50 (otuz altı manat, əlli qəpik) manat silinmə olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən hesablanmış 216 manat borc silinməli və borca görə tutulmuş məbləğ hesaba qaytarılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Subtropik sovxoz ünvanında **********00002 saylı abonent koduna qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 215 (iki yüz on beş) manat məbləğində borc silinsin və borca görə hesabdan silinən məbləğlər hesaba qaytarılsın. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar