Məhkəmə qərarları › İş №2(008)-182/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-182/2025

23.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-182/2025 23.01.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “əsassız borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına əsassız olaraq borc kimi yazılmış olan 184436.89 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanında yerləşən ev faktiki olaraq onun və ailə üzvlərinin istifadəsindədir. Həmin ünvanda Cavabdeh tərəfindən sayğac quraşdırılmışdır. O, Cavabdeh İB-nin Bakı Regional Qazın Satışı Departamentində qeydiyyata alınmaqla xx.xx.2017-ci il tarixli 4925 nömrəli müqavilə əsasında evinə **********00000 hesab nömrəsi verilmişdir. Mənzilə gələn ödəniş xəbərdarlığında onun 17982.64 manat borcu olunması qeyd olunur. Belə ki, 31 yanvar 2019-cu il tarixdə idarə tərəfindən 2016-cı ildən 2019-cu il tarixə qədər olan dövr ərzində ondan 3683.50 manat məbləğində pulun alınaraq Cavabdeh İB-nin xeyrinə tutulması hissəsində məhkəmə iddianı qismən, 874.2 manat hissəsində təmin etmiş və qalan hissədə rədd etmişdir. Belə olan halda idarə tərəfindən yazılan şişirdilmiş 17932.84 manat məbləğində pulun hansı əsaslarla yazılması şübhə doğurur. Bu əsasla cavabdehə müraciət edərək, hansı illər və aylar üzrə evinə borcun yazılması ilə bağlı arayış verilməsini xahiş etmiş, 30 yanvar 2024cü il tarixdə məktuba cavab göndərilmişdir. Cavab məktubunda hal-hazırda hesabda 184436.89 manat məbləğində borcun mövcud olması qeyd olunmuşdur. Belə ki, borcun yaranması ilə bağlı cavabdeh heç bir arayış təqdim etmir və ən əsası tərəflər arasında olan 2019-cu il tarixli məhkəmə qətnaməsi ilə bağlı məhkəmənin iddia tərəfin tələb etdiyi məbləğin 874.2 manat hissəsini təmin etməsini nəzərə alsa və hər ay onun qaza olan kommunal ödənişlərini nəzərə alsa, 184436.89 manatın yaranması şübhə doğurur. Həmişə tərəfindən vaxtaşırı ödənilməklə həmin ünvan qazla təmin olunub. O, həmin aktın tərtib olunmasında iştirak etməmişdir. Ümumiyyətlə, həmin vaxt heç kim nə yaşadığı ünvana gəlmiş, nə də o, harasa dəvət olunmamışdır. 184436.89 manatın manat pul borc kimi qanunsuz və əsassız olaraq yazılmışdır. Ona görə də hesab edir ki, ünvan 2 ünvanında yerləşən evə faktiki olaraq borc kimi yazılmış olan 184436.89 manatın Cavabdeh tərəfindən silinməsi barədə qətnamə qəbul olunmalıdır. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, ünvan 1 ünvanına Cavabdeh tərəfindən əsassız olaraq hesablanmış 18.082,69 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Daha sonra iddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək, iddiada göstərilən məbləğin 19925.69 manatla əvəz olunmasını və iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə etdi, iddia ərizəsinin məzmununa uyğun izahat verdi və əlavə olaraq bildirdi ki, 2020-ci ilin aprel ayında 3 ay müddətində (soyuq aylarda) qaz xəttinə qanunsuz qoşulmuş, qalan vaxtlarda isə qoşulmamışdır. Qeyd olunanlara əsasən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X3 iddia tələbini etiraf etmədi və izahatında bildirdi ki, 2018-ci ilin avqust ayı da daxil olmaqla dəymiş zərərlə bağlı qətnamə mövcuddur. Təbii qazdan sayğacdan kənar qoşulma vasitəsilə qeyri-qanuni istifadə etdiyi üçün hazırda mübahisələndirdiyi aktlar tərtib edilmişdir. Aktlara əlavə edilmiş fotoşəkillərdən də məlum olur ki, iddiaçıya məxsus ünvanda sayğacdan kənar qoşulma olub. Göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarının izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2019-cu il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2020-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin təbii qazdan qeyri-qanuni istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və sayğacdan kənar xətt aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2018-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, iddiaçının ünvanında quraşdırılmış sayğaca baxış keçirilmiş və abonentin sayğacdan kənar təbii qazdan istifadə etdiyi aşkar edilmişdir. İş materiallarında olan abonent saldosundan görünür ki, İddiaçı yaşadığı fərdi yaşayış evində qaz sərfinə görə qalıq və aktlar bölməsində 2010-cu ilin iyun ayında 20 manat, 2011-ci ilin mart ayında 194.40 manat, 2016-cı ilin dekabr ayında 338.80 manat, 2017-ci ilin fevral ayında 479.60 manat, aprel ayında 200.80 manat, may ayında 209.80 manat, iyul ayında 73 manat, sentyabr ayında 70 manat, noyabr ayında 212.40 manat, 2018-ci ilin yanvar ayında 1242 manat, fevral ayında 201.60 manat, aprel ayında 155 manat, may ayında 57.60 manat, iyun ayında 115.20 manat, avqust ayında 230.40 manat, sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat, 2020-ci ilin aprel ayında 885.60 manat, 2023-cü ilin may ayında 8812.80 manat məbləğində borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli bildiriş xəbərdarlığın surətindən görünür ki, İddiaçı yekun borcu 19925.69 manat təşkil edir. İş materiallarında olan Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-272/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsindən görünür ki, cavabdeh İddiaçı təbii qazdan istifadəyə görə yaranmış 759.8 manat borc, 99.4 manat debitor borc və 15 manat dövlət rüsumu, cəmi 874.2 manat pulun tutularaq iddiaçı Cavabdehnə ödənilməsi qət edilmişdir. Həmin qətnamədən görünür ki, Cavabdeh tərəfindən 2016-cı ilin dekabr ayından 2018-ci ilin sentyabr ayına qədər tərtib olunmuş aktlar üzrə hesablanmış 3590.20 manat borcun tutulmasını tələb etmiş, iddia tələbi cavabdeh tərəfindən etiraf edilən hissədə təmin edilmişdir. Məhkəmə iclasında iş materialları ilə müəyyən edilmişdir ki, iddiaçının yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün quraşdırılmış sayğaca baxış keçirilən zaman cavabdeh tərəfindən abonentin təbii qazdan sayğacdan kənar qeyri-qanuni istifadə etdiyi aşkar edilmiş, bununla bağlı aktlar tərtib edilərək, iddiaçının abunə hesabına 2010cu ilin iyun ayında 20 manat, 2011-ci ilin mart ayında 194.40 manat, 2016-cı ilin dekabr ayında 338.80 manat, 2017-ci ilin fevral ayında 479.60 manat, aprel ayında 200.80 manat, may ayında 209.80 manat, iyul ayında 73 manat, sentyabr ayında 70 manat, noyabr ayında 212.40 manat, 2018-ci ilin yanvar ayında 1242 manat, fevral ayında 201.60 manat, aprel ayında 155 manat, may ayında 57.60 manat, iyun ayında 115.20 manat, avqust ayında 230.40 manat, sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat, 2020-ci ilin aprel ayında 885.60 manat, 2023-cü ilin may ayında 8812.80 manat məbləğində borc hesablanmışdır. Məhkəmə, iddia tələbi ilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 saylı qərarı ilə təsdiq edilən “Qazdan istifadə qaydaları”nın: 1.1-ci bəndinə əsasən bu Qaydalar “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq hazırlanmışdır və qaz paylayıcısı ilə istehlakçı arasında qaz təchizatı üzrə münasibətləri (qazın alqı-satqı müqaviləsi əsasında), şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtlərini, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtlərini və digər məsələləri tənzimləyir. 1.3-cü bəndinə əsasən qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. 1.4-cü bəndinə əsasən istehlakçıya tələb olunan qazın həcmi onun istismar edəcəyi qaz qurğularının texniki pasport göstəricilərində maksimal saatlıq qaz sərfinə uyğun olaraq müəyyən edilir. 3.4.1-ci bəndinə əsasən özbaşına qaz qurğularının quraşdırılmasını, qaz qurğularının və qapadıcı ventillərin yerdəyişməsini, dəyişdirilməsini və təmirini həyata keçirmək, habelə bina daxilində qeyri-metal borular vasitəsilə qurğulara qaz xəttinin çəkilişini aparmaq istehlakçılara qadağandır. 6.5-ci bəndinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın 1 (bir) nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), 1 (bir) nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün EN-ə, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. 6.6-cı bəndinə əsasən qazın verilməsinin dayandırılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan və qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirildikdən sonra 1 (bir) gün müddətində qaz paylayıcısı tərəfindən qazın verilməsi bərpa edilməli və aktın 1 (bir) nüsxəsi istehlakçıya təqdim edilməlidir. 6.7-ci bəndinə əsasən qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci və 6.1.7-ci yarımbəndləri istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 21.1-ci maddəsində göstərilir ki, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinin tələbinə görə zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 560.1-ci maddəsinə əsasən mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. 560.2-ci maddəsinə əsasən hüquqdan sui-istifadəyə yol verilmir, bu əsas üzərində həyata keçirilən razılaşmalar və hərəkətlər isə etibarsızdır. 560.3.5.2-ci maddəsinə əsasən istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. Məhkəmə iclasında iddiaçı yalnız bir dəfə, 2020-ci ilin aprel ayında 3 ay müddətində qaz xəttinə qanunsuz qoşulduğunu etiraf etmiş, aktların tərtib olunduğu digər tarixlərdə isə qaz xəttinə qanunsuz qoşulmadığını, aktların qanunsuz olaraq, onun iştirakı olmadan tərtib edildiyini bildirmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli ******* saylı akt əsasında hesablanmış 885.60 manat məbləğində zərərin 442.80 manatının silinməsi hissəsində iddia əsassız olduğundan rədd edilməli, 442.80 manat borc isə silinməlidir. Belə ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2020-ci il tarixli tələbnamənin surətindən görünür ki, cavabdeh tərəfindən itirilmiş qazın bərpası üçün hesabat qaz işlədicilərinin maksimal qaz sərfi müvafiq olaraq 1.2, 1.5, 1.4 m3 saat, orta günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə aparılmış və cəmi 8856 m3 qaz sərfinə görə 885.60 manat dəymiş ziyan hesablanmışdır. Məhkəmə hesab edir ki, qaz sərfiyyatının gündəlik 24 saat hesablanması ağlabatan və inandırıcı deyildir. Odur ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi 24 saat deyil, 12 saat qəbul edilməlidir. Belə olan halda, itirilmiş qazın bərpası 1.2x12x90=1296 m3, 1.5x12x90=1620 m3, 1.4x12x90=1512 m3 olmaqla, 4428 m3 hesablanmalı və həmin rəqəm Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 (on qəpik) manata vurulmaqla, cavabdehə dəymiş ziyanın məbləği müəyyən edilməlidir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, xx.xx.2020-ci il tarixli ******* saylı akta əsasən cavabdehə vurulmuş ziyanın məbləği 442.80 manat təşkil edir və həmin məbləğ iddiaçıya aid edilməlidir. Həmin akt üzrə hesablanmış 442.80 (885.60-442.80) manat borcun silinməsi hissəsində isə iddia əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə, aktlar əsasında digər tarixlərdə hesablanmış borclara münasibətdə qeyd edir ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77-ci maddəsi (hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir) sübutetmə vəzifəsinin bölüşdürülməsinin ümumi qaydasını, sübutetmə prosesində məhkəmənin mövqeyini müəyyənləşdirir və mülki prosesin çəkişmə xarakteri daşımasını təsbit edir. Sübutetmə vəzifəsinin ümumi qaydalara əsasən işdə iştirak edən tərəflərin üzərinə qoyulması mülki məhkəmə icraatında çəkişmə və tərəflərin bərabərliyi prinsipindən doğur. Çəkişmə prinsipi tərəflərin öz hüquqi mövqeyini müdafiə etmək üçün irəli sürdükləri tələb və etirazların əsaslarını sübut etmək vəzifələrini, bunun üçün sübutlar təqdim etmək, vəsatətlər vermək və başqa zəruri prosessual hərəkətləri etmək imkanını müəyyən edir. Çəkişmə prinsipi müəyyən edilmiş sübutetmə qaydasıdır. Bu qaydaya uyğun olaraq işdə iştirak edən hər bir şəxs öz tələb və etirazlarını əsaslandırdığı halları sübut edir. Məhkəmə araşdırması zamanı İddiaçı qaz xəttinə qanunsuz qoşulmaqla təbii qazdan istifadə etməsi faktı öz təsdiqini tapmamışdır. Belə ki, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 3-16-16/2 3/1103 nömrəli xx.xx.2024-cü il tarixli rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilmədi. Qaz sayğacından kənar xətlərin çəkilməsi müşahidə edilmədi. Tədqiqat obyektləri üzərində trasoloji zədələrin (izlərin) olubolmamasını müəyyən etmək üçün onların səthində vizual olaraq müvafiq tədqiqatlar aparılmalıdır. Fotoşəkillərə əsasən obyektlər üzərində trasoloji tədqiqatların aparılması mümkün olmadığından qərarda qoyulmuş “(fotoşəkillərlə müqayisəli şəkildə tədqiqat aparılmaqla) qazdan qanunsuz istifadəyə xarakterik müdaxilə izi yaxud digər qanunsuz qoşulma əlamətləri (qaynaq yeri, borucuq və s.) mövcuddurmu?” sualı cavablandırılmadı. Göründüyü kimi, cavabdeh tərtib olunmuş aktlar üzrə hesablanmış borc məbləğlərinin iddiaçının hüquqazidd hərəkətləri nəticəsində yaranmasını sübut edə bilməmişdir. Bununla yanaşı, məhkəmə hesab edir ki, 19.925,69 manat borcun silinməsi hissəsində iddia qismən əsaslıdır. Belə ki, abonent saldosundan görünür ki, iddiaçının abunə hesabına 2018-ci ilin sentyabr ayına qədər 3586.20 manat məbləğində borc hesablanmışdır. 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3586.20 manat borcun 759.8 manatının Bakı şəhəri Xəzər Rayon Məhkəməsinin 2(003)-272/2019 nömrəli xx.xx.2019-cu il tarixli qətnaməsinə əsasən iddiaçıdan tutulması qət edilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayına qədər hesablanmış 3586.20 manat məbləğində borcdan 759.8 manat çıxılmalı, qalan 2826.40 manat borc isə silinməlidir. Məhkəmə, 2018-ci ilin sentyabr ayından 2023-cü ilin may ayı daxil olmaqla (xx.xx.2020-ci il tarixli ******* saylı aktdan başqa) müddətdə tərtib olunmuş aktlar üzrə də borcun silinməsi hissəsində iddianı əsaslı hesab edir. Belə ki, 2018-ci ilin sentyabr, noyabr, dekabr aylarında, 2019-cu ilin yanvar, fevral, mart, aprel aylarında iddiaçının qaz xəttinə qanunsuz qoşulması sübuta yetirilməmiş, 2018-ci ilin oktyabr ayında hesablanmış 57.60 manat borca dair isə məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Ona görə də məhkəmə hesab edir ki, 2018-ci ilin sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 288 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat olmaqla, həmin aylarda cəmi hesablanmış 532.80 manat borc da silinməlidir. Məhkəmə, xx.xx.2023-cü il tarixli ******* saylı akt əsasında hesablanmış 8812.80 manat borcun silinməsi hissəsində də iddianı qanuni və əsaslı hesab edir. Belə ki, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun xx.xx.2022-ci il tarixdən qüvvəyə minmiş 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, cavabdeh tərəfindən iddiaçının barəsində təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2023-cü il tarixli ******* saylı akt “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1ci maddəsi qüvvəyə mindikdən sonra, yəni 2023-cü ildə tərtib edilmişdir. Həmin maddənin tələbinə əsasən xx.xx.2022-ci il tarixdən sonra qaz paylayıcısı tərəfindən sayğaca müdaxilə, habelə qaz xəttinə qanunsuz qoşulma halları aşka edildikdə bu barədə akt tərtib edilməli və həmin aktın bir nüsxəsi barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsi isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana, cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. Lakin cavabdeh, iddiaçının qaz xəttinə qanunsuz qoşulması ilə bağlı təqsiri müvafiq icra hakimiyyəti orqanının və ya məhkəmənin qərarına əsasən müəyyən edilmədən, birbaşa xx.xx.2023-cü il tarixli ******* saylı akt tərtib etmiş, bununla da, “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununun 13.8-1-ci maddəsinin tələblərini pozmuşdur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Beləliklə, göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna 2018-ci ilin sentyabr ayına qədər 2826.40 manat, 2018-ci ilin sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat, 2020-ci ilin aprel ayında 442.80 manat, 2023-cü ilin may ayında 8812.80 manat olmaqla, cəmi hesablanmış 12.902,80 manat məbləğində borc silinməli, iddia qalan hissədə rədd edilməlidir. Məhkəmə hesab edir ki, Cavabdehndən 128.71 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli, ekspertiza tədqiqatının dəyəri olan 64 manat isə İddiaçı və Cavabdehndən müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilməlidir. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı **********00000 saylı abunə koduna 2018-ci ilin sentyabr ayına qədər 2826.40 manat, 2018-ci ilin sentyabr ayında 115.20 manat, oktyabr ayında 57.60 manat, noyabr ayında 57.60 manat, dekabr ayında 57.60 manat, 2019-cu ilin yanvar ayında 133.20 manat, fevral ayında 133.20 manat, mart ayında 133.20 manat, aprel ayında 133.20 manat, 2020-ci ilin aprel ayında 442.80 manat, 2023-cü ilin may ayında 8812.80 manat olmaqla, cəmi hesablanmış 12.902,80 manat məbləğində borc silinsin. İddia qalan hissədə rədd edilsin. Cavabdehndən 128.71 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Məhkəmə-trasoloji ekspertizası tədqiqatının dəyəri olan 64 manat məbləğində pul müştərək qaydada İddiaçı və Cavabdehndən müştərək qaydada tutulsun, Az.MEM, VÖEN **********, AZ34CTRE********************, X1, KOD 210005, VÖEN **********, müxbir hesab AZ41NABZ013601**********3944, SWİFT BİK CTREAZ22, büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar