Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1864/2021 06.05.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X2, İddiaçı “İddiaçı” İB-nin nümayəndəsi və vəkiliİ Mirzəyev Səyyad Şakir oğlunun iştirakları ilə, İddiaçı “İddiaçı” İB-nin Cavabdeh qarşı dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı “İddiaçı” İB Cavabdeh qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 5227,30 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının, ümumilikdə isə 5557,30 manat məbləğində pulun cavabdehdən məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, “İddiaçı” İB ilə abonent Cavabdeh arasında 13.01.2020-ci il tarixində AKX-0200838/01-2020 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» imzalanmış və həmin müqavilə əsasında “İddiaçı” İB abonent Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz etmişdir. Həmin ünvana “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00400 №-li abonent kodu verilmişdir. Qeyd olunan ünvanda fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində 06.04.2020-ci il tarixdə Elster markalı, G-4T Diofraqma tipli, 12533561 zavod nömrəli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh Müqavilənin 2.3.2-ci yarımbəndinin (Müqavilənin və “X4”nın tələblərinə əməl etmək) və “X4”nın 6.5-ci bəndinin (qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma) tələblərini pozaraq, istifadəsinə verilmiş qaz sayğacından kənar qanunsuz olaraq qaz xəttinə qoşulmaqla təbii qazı talamışdır. “İddiaçı” İB-nin işçiləri tərəfindən Birliyin balans və istismarında olan küçə qaz xətlərinə, eləcə də cavabdehin fərdi yaşayış evinə çəkilmiş təbii qaz xətti üzərində quraşdırılmış qaz sayğacına müxtəlif vaxtlarda baxış keçirilərkən cavabdeh tərəfindən qaz xəttinə özbaşına qoşulmaqla onun təbii qazdan qanunsuz istifadə etməsi, yəni qeyri-qanuni şəkildə təbii qazı talaması faktları aşkar olunmuş, aşkar olunmuş faktlar yerində aktlaşdırılmaqla rəsmiləşdirilmişdir. Cavabdehin təqsirli hərəkəti nəticəsində əmələ gələn hallar və faktlar birliyin əməkdaşları tərəfindən foto çəkilişlərlə lentə alınmışdır. Qeyd olunan həmin faktlarla bağlı Birliyin əməkdaşları tərəfindən “Təbii X4n pozulması haqqında” müvafiq aktlar tərtib edilmişdir. Həmçinin istehlakçının ünvanına baxış keçirilərkən həmin ünvanı təbii qazla təhciz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri nəticəsində ilk olaraq 25.02.2018-ci il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İtron markalı, G-4 tipli, 1502AQZ**********513 zavod nömrəli qaz sayğacı «Qaz sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 27.04.2017-ci il tarixli, ******* saylı akt əsasında yeni 1702 AZ**********96 zavod nömrəli qaz sayğacı ilə əvəzlənmiş və xətt üzərindən çıxarılmış qaz sayğacı yoxlanması məqsədi ilə laboratoriyaya göndərilmişdir. 23.01.2018-ci il tarixli, 29/1710-1619-2 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış İtron markalı, G-4 tipli, 1502AQZ**********513 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu (sayğacın çıxış plastmas borusunun kənar təsir nəticəsində deşildiyi) müəyyən edilmişdir. Cavabdehin təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 25.02.2018-ci il tarixli ******* saylı akt əsasında 1990,80 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. İstehlakçının ünvanına təkrar baxış keçirilərkən həmin ünvanı təbii qazla təhciz edən qaz xəttinin üzərində quraşdırılmış qaz sayğacına müdaxilə edildiyi aşkar olunmuş və cavabdehin yuxarıda qeyd olunan təqsirli hərəkətləri ilə əlaqədar 29.10.2019cu il tarixli ******* nömrəli akt tərtib edilmişdir. Cavabdehin yaşadığı fərdi yaşayış evinin qaz xətti üzərində quraşdırılmış İtron markalı, G-4 tipli, 1702 AZ**********96 zavod nömrəli qaz sayğacı «Qaz sayğacın çıxarılması, quraşdırılması və istismara qəbulu haqqında» 30.10.2019-cu il tarixli, ******* saylı akt əsasında (yeni qaz sayğacı quraşdırılıb) və qaz sayğacı yoxlanması məqsədi ilə laboratoriyaya göndərilmişdir. 25.11.2019-cu il tarixli, 29/1710-03341-1 nömrəli laboratoriya rəyinə əsasən həmin ünvandan çıxarılmış İtron markalı, G-4 tipli, 1702 AZ**********96 zavod nömrəli qaz sayğacına müdaxilə olunduğu (sayğacın klapanı işlək deyil) müəyyən edilmişdir. Cavabdehin təkrar təqsirli hərəkətləri nəticəsində qaz itkisi yaranmış olduğundan, dəymiş ziyanın bərpası məqsədilə qaz işlədicilərinin maksimal saatlıq qaz sərfi nəzərə alınmaqla 29.10.2019-cu il tarixli ******* saylı akt əsasında 486 manat məbləğində itirilmiş təbii qazın dəyəri hesablanmışdır. Eləcə də, cavabdehin sayğacdankənar təbii qazdan istifadə etməsi ilə bağlı təqsirli hərəkətləri nəticəsində birliyin əməkdaşları tərəfindən tərtib edilmiş aşağıdakı aktlar əsasında 05.12.2017-ci il tarixli, ******* saylı akt əsasında 290,40 manat, 31.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 658,80 manat, 25.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 1990,80 manat, (müdaxilə) 29.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 486 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 05.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 49,20 manat, “İddiaçı” İB-yə 2176,80 manat məbləğində maddi zərərin dəymiş olduğu müəyyən olunmuşdur.Beləliklə cavabdehin yuxarıda qeyd olunan hərəkətləri nəticəsində, onun tərəfindən edilmiş ödəmələr əsasında aparılmış borca görə tutulmalar da nəzərə alınmaqla, bugünki gün üçün “İddiaçı” İB-yə ümumilikdə 5227,30 manat məbləğində qalıq borcu qalmaqdadır.(AGİS aktları üzrə borc 2176,80 manat + GASREP üzrə borc 3017,20 manat + cari borc 55,30 manat – 22 manat=5227,30 manat. Birliyin nümayəndələri tərəfindən cavabdehə 5227,30 manat pul məbləğinin könüllü qaydada ödənilməsi barədə xəbərdarlıq məktubu göndərilmiş, əks təqdirdə qanunvericiliyin tələblərinə müvafiq olaraq müvafiq qaydada məhkəməyə müraciət ediləcəyi və birliyə vurmuş olduğu maddi zərərdən əlavə məhkəmə xərclərinin də ondan tələb ediləcəyi izah edilmişdir. Sonradan iddiaçının nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək aktlar üzrə 4936,90 manat məbləğində zərərin tutulmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 05.12.2017-ci il tarixli, ******* saylı akt əsasında tutulmalı olan 290,40 manatın tələb etmə müddəti ötürüldüyündən iddia tələbinin bu hissəsindən imtina edirlər. Cavabdeh etiraz vermiş və etirazını onunla əsaslandırmışdır ki, cavabdeh tərəfindn nə sayğaca, nə də ki, küçədəki qaz xəttinə heç bir müdaxilə olunmayıb. Qaz xətti küçədə yerləşdiyindən sayğaca və qaz xəttinə edilmiş müdaxilə abonent tərəfindən edilməsi belə sübut edilməmişdir. Əraziyə nəzarət edən “İddiaçı” İB-nin əməkdaşları təlimata əsasən qaz sayğaclarına və qaz xəttinə hər ay baxış keçirir və elektron tablodakı göstəricilər “İddiaçı” İB-nin bazasına ötürülür. Dəfələrlə keçirilmiş baxış zamanı nəzarətçinin gözündən yayınmış «müdaxilə» inandırıcı deyildir. Ən azından sayğaca müdaxilə edilməsi üçün plomb qırılmalı və ya küçədəki qaz xətti deşilməli idi. Lakin plombun qırılması barədə heç bir qeydiyyat aparılmamışdır. Küçədə quraşdırılmış qaz sayğacına və qaz xəttinə abonent nəzarət etmir və qaz xəttinin deşilməsinə abonent cavabdeh deyil. Ümumiyyətlə nə cavabdehin, nə də ki, ailə üzvlərinin imzaları olmayan həmin Aktlardan xəbərləri olmamışdır. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəməyə çağırılmış, cavabdeh məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmiş, işə onun iştirakı olmadan baxılmasını xahiş etməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Mirzəyev Səyyad Şakir oğlu iddia tələbini müdafiə etdi və iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını təhqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Cavabdeh ilə təbii qazdan istifadə edilməsi ilə bağlı “İddiaçı” İB arasında 13.01.2020-ci il tarixində AKX-0200838/01-2020 saylı «Qaz paylayıcısı ilə məişət qaz qurğusundan istifadəçisi arasında qazın alqı-satqısı barədə müqavilə» bağlanmışdır. Həmin müqaviləyə əsasən, paylayıcı istehlakçını nominal təzyiqdən aşağı olmamaqla, keyfiyyət göstəriciləri dövlət standartlarının tələblərinə uyğun olan qazla fasiləsiz şəkildə təmin etməyi, istehlakçı isə qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən təqdim edilmiş hesab üzrə qazın dəyərini tam ödəməyi öhdələrinə götürmüşlər. Həmin müqavilənin 2.3.4-cü bəndinə əsasən istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində paylayıcıya dəymiş zərərin əvəzini ödəmək vəzifəsi müəyyən edilmişdir. Müqavilədə 4 gözlü qaz plitələri (PQ 4) kimi qaz qurğusunun abonent tərəfindən işlədilməsi qeyd edilmişdir. Cavabdeh “İddiaçı” İB-nin Bakı Regional Qazın Satışı Departamenti tərəfindən **********00400 №-li abonent kodu verilmiş və ünvan 2 ünvanda yerləşən fərdi yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 tipli qaz sayğacı quraşdırılmışdır. Cavabdeh tərəfindən sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə edilməsinə dair iddiaçı tərəfindən aşağıdakı aktlar tərtib edilmiş və dəymiş ziyan hesablanmışdır: 31.01.2018-ci il tarixli, ******* saylı akt əsasında 658,80 manat, 25.02.2018-ci il tarixli, ******* saylı akt əsasında 1990,80 manat, (müdaxilə) 29.02.2019-cu il tarixli, ******* saylı akt əsasında 486 manat, 30.12.2019-cu il tarixli, ******* saylı akt əsasında 756 manat, 30.01.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 28.02.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 30.03.2020-ci il tarixli, ******* saylı akt əsasında 295,20 manat, 05.04.2020-ci il tarixli, ******* saylı akt əsasında 49,20 manat, Hazırda iddiaçı cavabdeh tərəfindən “İddiaçı” İB-yə vurulmuş 4936,90 manat məbləğində zərərin, iddiaçı tərəfindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, hüquqi xidmət göstərilməsi üçün hüquq şirkətinə ödənilmiş 300 manat məbləğində xidmət haqqının ödənilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddianın qismən təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 385.1-ci maddəsinin tələblərinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə irəli sürülən digər tələblərə müvafiq sürətdə hərəkət etməlidir. 442-ci maddəsinə görə öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən ödənişlərin edilməməsi onun tərəfindən kənar xətdən istifadə etməsinə dəlalət edir. Lakin, məhkəmə hesab edir ki, iddiaçı olan “İddiaçı” İB də buna görə məsuliyyət daşıyır. Belə ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12.05.2011-ci il tarixli 80 №-li qərarı ilə təsdiq edilmiş «X4»nın 1.2-ci bəndinə əsasən bu Qaydalarda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: qaz paylayıcısı - alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlərlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs; istehlakçı - alqı-satqı müqaviləsi əsasında qazı satın alan və qazdan yanacaq və ya xammal kimi istifadə edən hüquqi və ya fiziki şəxs; qaz qurğusu - istilik enerjisinin alınması və məişət ehtiyacları üçün qazın yanacaq və müxtəlif növ məhsulların istehsalı üçün xammal kimi istehlakı prosesində istifadə olunan, dövlət standartlarının tələblərinə cavab verən və uyğunluq sertifikatı olan məişət və sənaye qaz qurğusu (qurğuları); Həmin qaydaların 3.1-ci bəndində qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısının (alqı-satqı müqaviləsi əsasında istehlakçılara qazpaylayıcı şəbəkə vasitəsilə qazın paylanılmasını, satılmasını və bu fəaliyyətlə əlaqədar xidmətləri həyata keçirən hüquqi şəxs) aşağıdakı vəzifələrəin yerinə yetirilməsi nəzərdə tutulmuşdur: 3.1.1. qazdan istifadə və texniki təhlükəsizlik üzrə qanunvericiliyin tələblərinə və bu Qaydaların 1.6-cı bəndində göstərilən dövlət nəzarətini həyata keçirən orqanların qanuni göstərişlərinə əməl etməli; 3.1.2. istehlakçını qazın alqı-satqı müqaviləsində göstərilən keyfiyyətdə və həcmdə, habelə dövlət standartlarının tələblərinə uyğun qazla təmin etməli; 3.1.3. qazpaylayıcı şəbəkəni onun etibarlılığının və təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə təmir-profilaktika işlərini vaxtında yerinə yetirməklə, texniki cəhətdən saz vəziyyətdə saxlamalı; 3.1.4. qaz paylayıcısının illik iş planında göstərilən müddətlərdə təmirprofilaktika işlərinin aparılması ilə əlaqədar qazın verilməsinin dayandırılması barədə istehlakçını ən azı 5 (beş) gün əvvəl xəbərdar etməli; 3.1.5. istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməli; 3.1.6. bu Qaydaların 3.2.7-ci və 3.2.9-cu yarımbəndlərində nəzərdə tutulmuş hallarda məlumat daxil olduqda, dərhal zəruri tədbirlər görməli, 3.2.10-cu yarımbəndində nəzərdə tutulmuş halda məlumat daxil olduqda isə istehlakçının qaz qurğularını dəmir örtüklü qapaqla və ya tıxacla xətdən ayırmalı; 3.1.7. qazpaylayıcı şəbəkədə qəza hallarının qarşısını almalı və nəticələrini aradan qaldırmalıdır. Məhkəmə hesab edir ki, iddia birinci 27.01.2018-ci il tarixli akt hissəində təmin, digər aktlar üzrə iddia rədd edilməlidir. Yəni, iddia aktlar üzrə 658,80 manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Belə ki, iddiaçı üzərinə düşən vəzifələri icra etmədən, öz imkanlarından və səlahiyyətlərindən istifadə etməklə abonent tərəfindən kənar xətdən istifadə etməyin qarşısını almadan, faktiki abonentə kənar üçün şərait yaratmaqla hər ay akt tərtib edib məhkəmədə iddia qaldırır. Eyni zamanda, bu abonentin məsuliyyəti aradan qaldırmır. Qeyd edildiyi kimi, cavabdeh tərəfindən ödənişlər edilməmişdir, bu səbəbdən məhkəmə cavabdeh tərəfindən kənar xətdən istifadə etdiyi qənaətinə gəlmişdir. Cavabdeh də izahatında kənar xətdən istifadə etdiyini etiraf etmişdir. Bundan başqa, cavabdehin 33,30 manat cari borcu mövcuddur. Odur ki, həmin məbləğ də tutulmalıdır. Beləliklə, iddia 692,10 manat (658,80 +33,30 = 692,10) manat hissədə təmin, qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 121.1-ci maddəsinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. 115.0.5-ci maddəsinə əsasən nümayəndəyə ödənilmiş xərclər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddiaçı pozulmuş hüquqlarının bərpası ilə bağlı çəkdiyi 300 manat xərcin cavabdehdən tutulmasını tələb etsə də, həmin məbləğin ödənilməsi barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. Cavabdeh “İddiaçı” İB-yə vurulmuş 658,80 manat məbləğində zərər, 33,30 manat cari borc, 30 manat dövlət rüsumu, cəmi 722,10 manat məcburi qaydada tutularaq “İddiaçı” İB-nin Azərbaycan Beynəlxalq Bankı İddiaçı Şöbəsi üzrə (Kod 805153, VÖEN **********, M/H AZ03NABZ********************, SWİFT İBAZAZ2X, İddiaçı İB, VÖEN**********, İBAN: AZ50İBAZ********************) bank hesabına ödənilsin. İddia qalan hissədə rədd edilsin. Qətamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1864/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1864/2021
06.05.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver