Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1871/2020 22.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X4 iştirakı ilə, X1 cavabdehlər Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakları ilə X1 Cavabdeh1 və Cavabdeh2 qarşı pul tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: X2 cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı cavabdehlərdən 25 000 manat pul vəsaitinin tutularaq ona ödənilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2008-ci il tarixində Binə ticarət mərkəzi adlanan yerdə əvvəllər tanıdığı Cavabdeh2 vasitəsi (iştirakı) ilə Cavabdeh1 ona məxsus 40 kv.m sahəsi olan obyekt almaq məqsədi ilə 25 000 manat məbləğində pul vermişdir. Sənədləşdirmə məsələlərini özləri həll edəcəklərini ona vəd versələr də uzun müddət buna əməl olunmamışdır. Dəfələrlə obyektlər və sənədlər barədə Hikmət və Rafətdən soruşduqda sənədlər tam qaydasında olduğunu və obyektin ona məxsus olduğunu bildirsələr də, obyektə dair hər hansı bir hüquqi sənəd əldə edə bilməmişdir. Guya almış olduğu ticarət obyektinin sənədlərini təkidlə tələb etdikdən sonra ona hansısa hüquqi əhəmiyyəti olmayan bir sənəd verilmişdir. 2018-ci ilin əvvəli ticarət mərkəzinin rəhbəri ilə görüşüb məsələyə aydınlıq gətirmək istəyərkən ona məlum olmuşdur ki, onun adına heç bir obyekt rəsmiləşdirilməmiş və hər hansı bir alqı-satqı olmamışdır. Şəxsi araşdırmaların nəticəsində ona məlum olmuşdur ki, onun verdiyi puldan Cavabdeh1 öz adına 13 000 manata anbar tipli obyekt almış, pulun qalan hissəsini 12 000 manatı isə Hikmətlə Rafət mənimsəmişdir. 2018-ci ildə o, şikayət ərizəsi ilə Polisə müraciət etmiş və araşdırma nəticəsində onun etimadından sui istifadə olunaraq Rafətin öz adına obyekt alması, pulunun şəxsi ehtiyacları üçün istifadə etməsi öz əksini tapmışdır. Cavabdeh1 və Cavabdeh2 Nəsimi rayon X7 Şöbəsinə verdikləri ifadədə həqiqətəndə ondan 25 000 manat pul aldıqlarını etiraf etmişlər. Bütün sadalananlar Nəsimi rayon X7 Şöbəsinin araşdırma və yekun qərarında öz əksini tapmış və cinayət işinin rədd olunaraq, ona mülki qaydada məhkəməyə müraciət olunma barədə tövsiyyə olunmuşdur. Məhkəmə iclasında iddiaçı X6 iddia tələbini müdafiə etmiş, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iddianı qəbul etmədilər və iddia tələbinin rədd olunması barədə qətnamə çıxarılmasını xahiş etdilər. Məhkəmə tərəflərin izahatlarını dinləyib, mülki işin materiallarını araşdıraraq, məhkəmə baxışı zamanı tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia rədd olunmalıdır. Hazırki işin faktiki halları aşağıdakılardır. "xxxxxxxx" MMC ilə Cavabdeh1 arasında icarə müqaviləsi bağlanmışdır. Həmin müqavilədə "Yeni Bazar" Ticarət Kompleksinin tikintisi başa çatdıqdan sonra ümumi sahəsi 40 kv.m olan (16-5-25) anbar "xxxxxxxx" MMC tərəfindən Cavabdeh1 icarəyə verilməsi nəzərdə tutulmuşdur. Sonradan, Cavabdeh1 həmin anbarın 25 000 manat müqabilində Vəliyeva Sürayyəyə icarəyə verməsi barədə xx.xx.2008-ci il tarixdə müqavilənamə imzalamışdır. Adıçəkilən müqavilələr icarə müqavilələri kimi göstərilsə də faktiki alqı-satqı müqavilələri olmuşdur. Hazırda iddiaçı həmin obyektin bazarın alver olmayan ərazisində yerləşdiyindən verdiyi pulu cavabdehlərdən geri istəyir (Cavabdeh2 vasitəçilik etdiyinə görə). Məhkəmənin sorğusuna cavab olaraq "xxxxxxxx" MMC tərəfindən məhkəməyə təqdim olunmuş xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, "xxxxxxxx" MMC-yə məxsus "Binə" Ticarət mərkəzində 16.5-25 saylı ticarət obyekti mövcuddur və icarə müqaviləsinə əsasən Cavabdeh1 verilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə iddia tələbinin qanuni olmadığı qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Həmin Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin bu Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcburetməyə yol verilmir. Məhkəmə müəyyən etmişdir ki, iddiaçı könüllü surətdə konkret koordinatları qeyd edilən obyektə dair müqavilə bağlamışdır. Həmin obyektin alver olmayan ərazidə yerləşdiyinə görə cavabdehlər məsuliyyət daşımır, çünki müqavilədə belə bir şərt qoyulmamışdır. İddiaçı öz tələbini əsaslandıraraq Mülki Məcəllənin 1091.1-ci maddəsinə istinad etmişdir (əsassız varlanma). Həmin maddəyə əsasən əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin, 1091.2-ci maddəsinə əsasən əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir. Qeyd edildiyi kimi, tərəflər arasında müqavilə olmuş, müqavilə predmeti olan obyekt həzırda mövcuddur və iddiaçı istənilən zaman həmin obyektə sahiblənə bilər. Bundan başqa, məhkəmə hesab edir ki, iddia müddəti ötürüldüyündən iddia rədd edilməlidir. Belə ki, Mülki Məcəllənin 373.2-ci maddəsinə əsasən müqavilə tələbləri üzrə iddia müddəti üç il, daşınmaz əşyalarla bağlı müqavilə tələbləri üzrə iddia müddəti isə altı ildir. Hazırda iddiaçı 12 il keçəndən sonra iddia qaldırıb. Həmin Məcəllənin Həmin Məcəllənin 375-ci maddəsində nəzərdə tutulmuşdur ki, hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Cavabdehlər belə bir ərizəylə məhkəməyə müraciət etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Qeyd olunan Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Hazırda iddia təmin edilmədiyindən ödənilmiş dövlət rüsumu da iddiaçıya aid edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia rədd edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1871/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1871/2020
22.10.2020 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver