Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1889/2023 25.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3, Ərizəçi iştirakları ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tovuz Regional Asan Xidmət Mərkəzindəki Notariat Ofisi qeyd edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tovuz Regional Asan Xidmət Mərkəzindəki Notariat Ofisiqeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək xx.xx.1969-cu il tarixdə ölmüş X8 ərizəçinin atası X1 anası, ərizəçinin də nənəsi olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, uşaq olarkən mərhum nənəsi X8 adına Gədəbəy rayonunun Arabaçı kəndində olan 0.25 ha torpaq sahəsi üzrə təsərrüfatında qeydiyyatda olmuşdur. xx.xx.1969-cu il tarixdə nənəsi X12 ölmüş və bundan sonra həmin təsərrüfat üzrə təsərrüfat başçısı kimi ərizəçi qeyd olunmuşdur. Ərizəçi adıçəkilən torpaq sahəsinin vərəsəlik qaydasında adına rəsmiləşdirilməsi ilə bağlı Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tovuz Regional Asan Xidmət Mərkəzindəki Notariat Ofisinə müraciət etmişdir. Həmin Notariat Ofisi bildirilmişdir ki, mərhum nənəsi X12 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edə bilmədiyindən müraciətini rəsmiləşdirmək mümkün olmamışdır. Bildirir ki, nənəsi X12 atası X1 anasıdır və atası xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonunun Arabaçı kəndində ölmüşdür. Lakin Gədəbəy Rayon Qeydiyyat Şöbəsinin 1936-1942-ci illərə dair X16 qeydiyyat kitabında atası X1 adına akt qeydi aşkar olunmamışdır. Hazırda atası X1 X8 oğlu olması və ərizəçinin nəvəsi olmağına dair qohumluq münasibətləri üzrə lazımi sənədləri başqa qaydada ala bilmir və hesab edir ki, həmin faktlar məhkəmə qaydasında müəyyən edilə bilər. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi xx.xx.1949-c il tarixdə Gədəbəyə rayonunda doğlumşdur, Bakı şəhəri, Sabunçu rayonunda qeydiyyatdadır (0******* №-li Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Ərizəçi atası X2r (Gədəbəy VVAQ bürosu tərəfindən onun adına xx.xx.1966-cı il tarixdə verilmiş ******* №-li doğum haqqında şəhadətnamə). Gədəbəy rayon Dövət Arxivi tərəfindən verilmiş 643 №-li, xx.xx.2016-cı il tarixli Arxiv Arayışına əsasən ərizəçinin mərhum nənəsi X8 adına Gədəbəy rayonunun Arabaçı kənd XDS İK-nın 05 №-li təsərrüfat kibatının 448-ci şəxsi hesabında 0,25 ha torpaq sahəsi qeyd edilmiş, X8 adının qarşısında «vəfat edib» yazılmış, ölmüş və təsərrüfat başçısı kimi Ərizəçi qeyd göstərilmişdir. Ərizəçi Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Tovuz Regional Asan Xidmət Mərkəzindəki Notariat Ofisinə müraciət edərək, xx.xx.1969-cu il tarixdə ölmüş X6 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsini xahiş etmişdir. Notariat Ofisinin 2817 №, xx.xx.2022-ci il tarixli məktubu ilə bildirilmişdir ki, mərhum nənəsi X12 ilə qohumluq münasibətlərini təsdiq edən sənədlər təqdim edə bilmədiyindən müraciətimi rəsmiləşdirmək mümkün olmamış və məhkəməyə müraciət etmək tovsiyyə edilmişdir. Ərizəçi atasının adına olan doğum akt qeydinin alınması üçün Gədəbəy Rayon Qeydiyyat Şöbəsi və Gədəbəy rayon Dövlət arxivinə müraciət etmişdir. Gədəbəy Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 05/630 №-li məktubdan və Gədəbəy rayon Dövlət arxivi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 351 №-li arxiv arayışdan görünür ki, ərizəçinin atası X1 adına doğum akt qeydi aşkar olunmamışdır. Ərizəçinin atası X5 xx.xx.1981-ci il tarixdə Gədəbəy rayonu Arabaçı kəndində ölmüşdür (Cədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/483 №-li arayış). X12 xx.xx.1969-cu il tarixdə Gədəbəy rayonu Arabaçı kəndində ölmüşdür (Cədəbəy rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 05/482 №-li arayış). Şahidlər – XX.XX.1939-cu ildə Gədəbəy rayonunda doğulmuş X9, xx.xx.1957-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X7, xx.xx.1949-ci il tarixdə Gədəbəy rayonunda doğulmuş X4 məhkəmədə ifadə verərək ərizəçi ilə eyni faxtda Gədəbəy rayonunda yaşadıqlarını, onu və onun ailəsini yaxından tanıdıqlarını və həqiqətən X8 ərizəçinin atası X1 anası olmasını təsdiq etdilər. Hazırda ərizəçi X8 onun atası X1 anası, onun özünün də nənəsi olması faktının müəyyən edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Yuxarıda qeyd olunan hallardan (şahid ifadələrindən, X8 adına Gədəbəy rayonunun Arabaçı kənd XDS İK-nın 05 №-li təsərrüfat kibatının 448-ci şəxsi hesabında 0,25 ha torpaq sahəsinə dair sənəddə təsərrüfat başçısı kimi Ərizəçi qeyd edilməsindən, X8 adına ölüm haqqında arayışın ərizəçiyə verilməsindən görünür ki, X12 Ərizəçi atasının anasıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.1969-cu il tarixdə ölmüş X8 Ərizəçi atası X1 anası, özünün də nənəsi olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1889/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1889/2023
25.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver