Məhkəmə qərarları › İş №2(008)-1892/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1892/2023

27.09.2023 · Ailə münasibətləri üzrə mübahisələr - Alimentin təyin edilməsi tələbi - Ailə münasibətləri üzrə mübahisələr - Uşaq tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1892/2023 27.09.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Rəhmanov Cahid Faiq oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “uşağın himayəyə verilməsi və aliment” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-519/2020 saylıq ətnaməsi dəyişdirirlərək yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 ananın himayəsinə verilməsinə, xx.xx.2006-cı il təvəllüdlü X8, xx.xx.2007-ci il təvəllüdlü X5 və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər bir uşaq üçün hər ay 220 manat, toplamda 660 aliment tutulması və 100 manat dövlət rüsumun Cavabdeh tutulması barəsində qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, Cavabdeh ilə xx.xx.2007-cıi il tarixdə rəsmi nikaha daxil olaraq ailə həyalı qurmuşdur. Onların birgə nikahından xx.xx.2006-ci il təvəllüdlü Ömər, xx.xx.2007-ci il təvəllüdlü Əfqan və xx.xx.2013-ciı il təvəllüdlü Fəqan adlı uşaqları anadan olmuşdur. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ei il tarixli, 2(008)-519/2020 saylı qətnaməsinə əsasən cavabdeh X9 ilə Bakı şəhəri Xətai rayonu VVADQ şöbəsində 19 iyun 2007-ci il tarixdə bağlanmış nikah pozulması, birgəh nikahdan doğulmuş xx.xx.2007-ci il təvəllüdlü X10 boşanmadan sonra atasının yanında qalması, xx.xx.2006-ci il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllüdlü X11 onun yanında qalması və xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment Cavabdeh alınaraq ona verilməsi qət edilmişdir. xx.xx.2007-ci il təvəllüdlü X10 hal-hazırda 4 aydır ki, onun yanında qalır. O onunla qalmaq istədiyini bildirmişdir. Bu səbəbdən hesab edir ki, xx.xx.2007-ci il təvəllüdlü X10 onun yanında qalmalıdır. Eyni zamanda cavabdehə qarşı aliment tələbi də vardır. Belə ki, cavabdeh bir valideyn kimi uşaqları saxlamağa borcludur. Hazırki iqtisadi çətin bir vaxtda uşaqların saxlanılması üçün cavabdehə heç bir köməklik göstərmir. Hazırda uşaqların maddi ehdiyaclarını özüm qarşılayır. xx.xx.2022-ci il tarixdə keçirilən mediasya iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilsə də, o iclasda iştirak etməmişdir. Bu baxımdan problemin həlli mümükün olmadığı üçün məhkəməyə müraciət etmək tövsiyəsi edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış Cavabdeh məhkəməyə gəlməmiş, bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçı tərəfin izahatını dinləyib, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, iddia tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə olunmuş Bakı şəhəri Xətai Rayonu VVADQ Şöbəsi tərəfindən verilmiş AZ-İ seriyalı 969621 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2007-ci il tarixdə X10 doğulmuşdur, atası Cavabdeh, anası isə İddiaçıdır. Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin 2(008)-519/2020 nömrəli, xx.xx.2020-ci il tarixli qətnamənin surətindən görünür ki, Cavabdeh ilə X7 arasında Bakı şəhəri Xətai raypnu VVADQ Şöbəsində 19 iyun 2007-ci il tarixdə bağlanmış nikah pozulmalı, tərəflərin birgə nikahından doğulmuş xx.xx.2007-cı il təvəllüdlü X5 boşanmadan sonra atası Cavabdeh yanında qalması,xx.xx.2006-cı il təvəllüdlü X12 və xx.xx.2013-cü il təvəllülü X11 anası X3 yanında saxlanması, Cavabdeh xx.xx.2019-cu il tarixdən başlayaraq, xx.xx.2013-cü il təvəllüdlü X6 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 170 manat sabit pul məbləğində aliment alınaraq, X4 verilməsi qərara alınmışdır. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluğ və X2 rayon Məhkəməsinə ünvanladığı xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, Cavabdeh xx.xx.2007-cı il təvəllüdlü X5 ananın himayəsinə verilməsinə etiraz etmədiyindən 2(008)-1892/2023 saylı mülki işə rəy verilmədən geri qaytarılmışdır. - Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı mediasiya sessiyasında iştirak etmişdir, iddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. - xx.xx.2023-cü il tarixli qəbzin surətindən görünür ki, İddiaçı tərəfindən 50 manat dövlət rüsumu ödənilmişdir. Uşaq Hüquqları Bəyannaməsi və Uşaq Hüquqları Haqqında BMT-nin Kоvensiyasının 18-ci maddəsinin 1-ci bəndində göstərilir ki, iştirakçı dövlətlər uşağın tərbiyəsi və inkişafı üçün hər iki valideynin birlikdə və eyni dərəcədə məsuliyyət daşıdığına dair prinsipin qəbul edilməsini təmin etməkdən ötrü mümkün оlan bütün səyləri göstərirlər. Uşağın tərbiyəsi və inkişafı üçün əsas məsuliyyəti valideynlər və ya müvafiq hallarda qanuni qəyyumlar daşıyırlar. Uşağın ən yaхşı maraqları оnların əsas оbyektidir. Azərbaycan Respublikası Kоnstitusiyasının 34-cü maddəsinin 4-cü hissəsinə görə, uşaqlara qayğı göstərmək, оnları tərbiyə etmək valideynlərin həm hüququ, həm də bоrcudur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 49.2-ci maddəsinə əsasən hər bir uşaq ailədə yaşamaq və tərbiyə almaq, öz valideynlərini tanımaq və оnların qayğısından istifadə etmək, uşağın maraqlarına zidd оlan hallar istisna оlmaqla, оnlarla birgə yaşamaq hüququna malikdir. Həmin Məcəllənin 49.3-cü maddəsinə görə uşaq öz valideynləri tərəfindən tərbiyə olunmaq, öz maraqlarının təmin olunması, hərtərəfli inkişafı, onun ləyaqətinə hörmət olunması hüququna malikdir. Həmin Məcəllənin 56.1-ci maddəsinə əsasən, valideynlər öz uşaqları barəsində bərabər hüquq və vəzifələrə malikdirlər. Ailə Məcəlləsinin 58.2-ci maddəsinə görə valideynlər uşaqların tərbiyəsinə, sağlamlığına və onların psixi, fiziki, mənəvi inkişafına görə məsuliyyət daşıyırlar. Ailə Məcəlləsinin 60.1-ci maddəsinə görə valideynlik hüquqları uşaqların mənafeyinə zidd həyata keçirilə bilməz. Ailə Məcəlləsinin 60.2-ci maddəsinə əsasən valideynlik hüquqlarını həyata keçirərkən valideynlər uşaqların mənəvi inkişafına, fiziki və psixi sağlamlığına xələl yetirməməlidirlər. Həmin Məcəllənin 61.2-ci maddəsinə görə uşaqlarla yaşayan valideyn uşağına fiziki, psixi sağlamlığına, onun əxlaqi inkişafına zərər yetirməyən digər valideynlə uşağın ünsüyyətinə mane olmamalıdır. Həmin Məcəllənin 61.3-cü maddəsinə görə valideynlik hüququnun həyata keçirilməsi qaydası haqqında valideynlər razılığa gələ bilmədikdə, mabahisə onların (onlardan birinin) tələbi əsasında müvafiq icra hakimiyyəti, yəni yerli icra hakimiyyətinin qəyyumluq və himayə orqanının iştirakı ilə məhkəmə tərəfindən həll edilir. Həmin Məcəllənin 73.1-ci madəsinə əsasən uşaqların tərbiyəsi ilə əlaqədar mübahisələrə məhkəmədə baxılarkən, uşağın müdafiəsi üçün iddianın kim tərəfindən qaldırılmasından asılı olmayaraq müvafiq icra hakimiyyəti orqanı işə cəlb edilir. Həmin Məcəllənin 73.2-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanı mübahisə ilə bağlı uşağın və onun tərbiyəsi ilə məşğul olmaq istəyən şəxsin (şəxslərin) həyat şəraitini müayinə etməyə, müayinə aktını və mübahisəyə dair ona əsaslanmış rəyini məhkəməyə təqdim etməyə borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin «Nikahın pozulması, boşanmadan sonra yetkinlik yaşına çatmayan uşaqların valideynlərdən hansının yanında qalması və uşaqlar üçün valideynlərdən aliment tutulması tələbinə dair işlərə baxarkən qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» 28 mart 2016-cı il tarixli qərarda göstərilmişdir ki, «Yetkinlik yaşına çatmayan uşağın valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün valideynlərdən hansının yanında qalması ilə bağlı mübahisə həll edilərkən uşağın üstün mənafeyi rəhbər tutulmaqla aşağıdakılar nəzərə alınmalıdır: uşağın yaşı; onun fikri; uşağın valideynlərdən hər birinə, qardaş və bacılarına bağlılığı; valideynlərin mənəvi və sair şəxsi keyfiyyətləri; valideynlərdən hər biri ilə uşaq arasında yaranmış münasibətlər; uşağın tərbiyəsi və inkişafı üçün şərait yaratmaq imkanı (valideynlərin peşəsi, iş rejimi, onların maddi və ailə vəziyyəti, səhhəti nəzərə alınmaqla); ayrı yaşayan valideynlərdən hər birinin yaşayış yeri üzrə mövcud vəziyyətini xarakterizə edən digər hallar. Sadalanan xüsusatlara əsaslanaraq və qanunvericilik aktı normalarını rəhbər tutaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, ki, məhkəmə uşağın hansı valideynin himayəyə verilməsi ilə əlaqədar mübahisəni həll edərkən, hər şeydən əvvəl uşağın mənafeyini əsas götürməli, valideynlərdən hansının öz şəxsi keyfiyyətlərinə əsasən uşaqların tərbiyəsi ilə daha yaxşı məşğul ola bilməsini, onların uşaqlara münasibətini, eləcə də uşağın yaşını, valideynlərdən hansının yanında qalması arzusunu və valideynə şəxsi bağlılığını nəzərə almalıdır. Məhkəmə ilk öncə iddia tələbinin Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il Comment [NC 1]: tarixli 2(008)-519/2020 saylı qətnaməsi dəyişdirirlərək yetkinlik yaşına çatmayan xx.xx.2007-ci il təvəllüdlü X5 ananın himayəsinə verilməsi hissəsinə münasibət bildirərək qeyd edir ki, Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Qəyyumluğ və Himayəçilik Komisyasının məktubundan da görünür ki, cavabdehin uşağın ananın himayəsinə verilməsinə etiraz olmadığından iddia tələbi bu hissədə təmin edilməli, Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(008)-519/2020 saylı qətnaməsini dəyişdirilərək birgə nikahdan olmuş xx.xx.2007-ci il tarixdə doğulmuş X10 Cavabdeh himayəsindən alınaraq İddiaçı himayəsinə verilməlidir. Bundan sonra məhkəmə iddia tələbinin xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanması üçün cavabdehdən hər ay hər bir uşaq üçün 220 manat, toplamda 440 alimenti9n tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə də əsaslı olduğundan təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə əsasən, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin Məcəllənin 75.4-cü maddəsinə əsasən valideynlər uşaqları saxlamadıqda uşaqların saxlanması üçün vəsait (aliment) valideynlərdən məhkəmə qaydasında tutulur. Ailə Məcəlləsinin 78.1-ci maddəsinə əsasən valideynlər arasında yetkinlik yaşına çatmayan uşaqlara aliment ödənilməsi barədə saziş yoxdursa, eləcə də aliment verməyə borclu olan valideynin qazancı (gəliri) qeyri-müntəzəm, dəyişən olarsa, ya da qazancın (gəlirin) hamısını və ya bir hissəsini həmin valideyn natura və ya xarici valyuta ilə alırsa, yaxud onun qazancı və ya sair gəliri yoxdursa, habelə alimentin valideynin qazancından (gəlirindən) müəyyən hissə kimi tutulması mümkün olmadığı, çətinlik törətdiyi və ya tərəflərdən birinin marağını əhəmiyyətli dərəcədə pozduğu başqa hallarda, uşaqların saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarı məhkəmə tərəfindən hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də bu Məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyən edilə bilər. Ailə Məcəlləsinin 100.2-ci maddəsinə əsasən, aliment məhkəməyə müraciət edilən vaxtdan tutulur. “Azərbaycan Respublikasında 2023-cü il üçün yaşayış minimumu haqqında” Azərbaycan Respublikası Qanununa əsasən 2023-cü il üçün yaşayış minimumu uşaqlar üçün 220 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa məhkəmə iddia tələbinin xx.xx.2013-cü il təvəllüdlü X1 üçün 220 manat məbləğində alumentin cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, artıq Bakı şəhər Sabunçu Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(008)-519/2020 saylı qətnaməsi ilə tərəflərin birgə nikahından doğulmuş xx.xx.2013-cü il təvəllüdlü X1 üçün sabit pul məbləği şəkilində aliment tutulduğundan iddia tələbi hu hissədəd təmin edilə bilməz. İddiaçı qeyd edilən aliment məbləğinin artıqılması ilə bağlı məhkəməyə müraciət edə bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 234.2.1-ci maddəsinə əsasən şəxsin saxlanılması üçün vəsaitlərin, o cümlədən alimentlərin alınması haqqında qətnamələr dərhal icra olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Məhkəmə bundan başqa iddia tələbinin 100 manat dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması hissəsinə münasibət bildirərək qeyd edir ki, iddia tələbi bu hissədə əsaslı olduğundan təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 50 manat mediyasiya xərci və 50 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi qismən təmin edilsin. İddiaçı ilə Cavabdeh birgə nikahdan olmuş xx.xx.2007-ci il tarixdə doğulmuş X10 Cavabdeh himayəsindən alınaraq İddiaçı himayəsinə verilsin. xx.xx.2006-cı il təvəllüdlü X8 və xx.xx.2007-ci il tarixdə doğulmuş X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün Cavabdeh xx.xx.2023-cü il tarixdən başlayaraq hər ay hər uşaq üçün 220 manat olmaqla, cəmi 440 manat sabit pul məbləğində aliment tutularaq iddiaçıya ödənilsin. Qətnamənin aliment hissəsi dərhal icra edilsin. 50 (əlli) manat mediyasiya xərci və 50 (əlli) manat dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar