Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-19/2025 11.09.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mirzəliyev Ruslan Əsəd oğlunun sədrliyi, X5 qızının katibliyi, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi Cavabdeh qarşı “magistral qaz kəmərinin mühafizə zonasında inşa olunmuş tikilinin sökülməsi” tələbinə dair məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” idarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Ramanı qəsəbəsindən (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) keçən hissəsində qaz kəmərinin mühafizə zonasında Cavabdeh tərəfindən qeyri-qanuni inşa edilmiş daş hasarın onun hesabına sökülməsi, tikinti mal-materıallarının qaz kəmərinin mühafizə zonasından çıxarılması və ödənilmiş dövlət rüsumunun Cavabdeh tutularaq iddiaçı “Qaz İxrac” İdarəsinə ödənilməsi qətnamə çıxarılmasını xahiş etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, Cavabdeh tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1999-cu il tarixli, 103 nömrəli qərarı ilə təsdiq edilmiş «Qaz təchizatında mühafizə zonaları və təhlükəsizlik tədbirləri Qaydaları»nın tələbləri pozularaq “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Dıgah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Ramanı qəsəbəsindən (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, daha dəqiqliklə qaz kəmərindən “9” metr məsafədə qanunsuz olaraq daş hasar inşa edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün tərəflərindən xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00048 nömrəli məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00046 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə "yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi yanında X3 etməsinin Təşkili üzrə Dövlət Agentliyinin 12 mart 2021-ci il tarixli **********81 nömrəli cavab məktubunda bildirilmişdir ki, qeyd olunan məsələ Bakı ərazi şöbəsinin işçiləri tərəfindən yerində araşdırılmış, Cavabdeh tərəfindən sözügedən ərazidə qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan tikinti işlərinin aparılması faktı təsdiqini tapmışdır. xx.xx.2021-ci il tarixində Sabunçu rayonu, Ramanı qəsəbəsi (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) ünvanında, 720 mm diametrli «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., Cavabdeh tərəfindən, qaz kəmərindən 9 metr məsafədə daş hasar inşa edilməsi barədə 4 nömrəli Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Sabunçu rayonu Ramanı qəsəbəsi (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) ünvanında, qaz kəmərinin mühafizə zonasında qanunsuz olaraq daş hasar inşa edən Cavabdeh onun tərəfindən inşa edilən tikilinin sökülərək magistral qaz kəmərindən 50 metr məsafədə kənarlaşdırılması barədə xəbərdarlıq məktubu təqdim edilsə də, o xəbərdarlıq məktubunu qəbul etməmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsinin etibarnamə üzrə nümayəndəsi X2 iddia ərizəsini müdafiə edərək, iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh iddia tələbini qəbul etmədiyini bildirdi. İş materiallarından görünür ki, xx.xx.2021-ci il tarixində Sabunçu rayonu, Ramanı qəsəbəsi (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) ünvanında, 720 mm diametrli «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atm.) yerüstü magistral qaz kəmərinin mühafizə zonasında vət., Cavabdeh tərəfindən, qaz kəmərindən 9 metr məsafədə daş hasar inşa edilməsi barədə 4 saylı Xətti İstismar Xidmətinin əməkdaşları tərəfindən AKT tərtib edilmişdir. Tikintinin qarşısının alınması və mühafizə zonasında yerləşən tikilinin sökülərək ləğv edilməsi istiqamətində müvafiq tədbirlər görülməsi üçün iddiaçı tərəfindən xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00048 nömrəli məktubla Sabunçu Rayon İcra Hakimiyyətinin başçısına və xx.xx.2021-ci il tarixli SOCAR**********30490075X00046 nömrəli məktubla Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə "yüksək təzyiqli magistral qaz kəmərinin mühafizə zonasında yaranmış təhlükəli vəziyyət barədə” rəsmi məlumat verilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 03 iyun 2025-ci il tarixli 10/3357 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2024-cü il tarixli 3-21-3-30/2-48394/2024 nömrəli mütəxəssis rəyində aşağıdakılar göstərilmişdir. Qərardadın birinci-ikinci sualları üzrə - Torpaq sahəsi 986.0 kv.m təşkil etdiyi müəyyən edilmişdir. Sözügedən torpaq sahəsinə dair sənəd təqdim edilməmişdir. Vahid elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi Dövlət mülkiyyəti torpağı olmaqla Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin neft-qaz əməliyyatlarının aparılması üçün istifadəsində olan "xxxx"nin hüdudları daxilində yerləşir (Azgerneft MMC). Sahə tamamilə qaz kəmərinin mühafizə zonasında yerləşdiyi müəyyən edilmişdir. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin 46-cı maddəsinin 1-ci hissəsində deyilir ki, dövlət mülkiyyətində olan torpaqlara aşağıdakılar daxildir: dövlət hakimiyyət orqanlarının yerləşdiyi torpaqlar; dövlət obyektlərinin dağ-mədən sənayesinin, təsdiq edilmiş faydalı qazıntı yataqlarının, vahid energetika sisteminin, magistral boru kəmərlərinin, nəqliyyat, rabitə və müdafiə obyektlərinin, dövlət sərhəd zolaqlarının, mühüm meliorasiya və su təsərrüfatı obyektlərinin yerləşdiyi torpaqlar; yay və qış otlaqlarının, mal-qara düşərgələrinin və köç yollarının torpaqları; meşə fondu torpaqları (dövlət kənd təsərrüfatı müəssisələrinin meşələri də daxil olmaqla); Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin su fondu torpaqları; Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsinin sahilboyu 20-50 metrlik zolağının altında olan torpaqlar; təbiəti mühafizə, təbii-qoruq, sağlamlaşdırma, turizm və rekreasiya, tarix-mədəniyyət təyinatlı torpaqlar, habelə üzərində təsərrüfat fəaliyyəti qadağan edilmiş qanunla qorunan digər ərazilərin torpaqları; dövlət elmi-tədqiqat və tədris müəssisələrinin, onların təcrübə bazalarının, maşınsınaq stansiyalarının, dövlət sort-sınaq xidmətinin, toxumçuluq və damazlıq təsərrüfatlarının torpaqları; dövlət müəssisə, idarə və təşkilatlarının daimi istifadəsində olan və ya dövlət obyektlərinin tikintisi layihələşdirilmiş torpaqlar; dövlət ehtiyat fondu torpaqları. 46-cı maddəsinin 2-ci hissəsinə əsasən, göstərilən torpaqlar dövlətin müstəsna mülkiyyətindədir, həmin torpaqlar bu məcəllədə və digər normativ-hüquqi aktlarda müəyyən olunmuş qaydada istifadəyə və icarəyə verilə bilər. 84-cü maddəsinin 1-ci hissəsinə görə, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur. 84-cü maddəsinin 3-cü hissəsinə əsasən, torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin pozulmuş hüquqları qanunvericilikdə nəzərdə tutulmuş qaydada bərpa edilir və hüquqların pozulması nəticəsində onlara dəyən zərər tam həcmdə ödənilir. 111-ci maddəsinə görə, Azərbaycan Respublikasında torpaqların özbaşına tutulması (zəbt edilməsi) qanunla qadağan olunur. Özbaşına tutulmuş (zəbt edilmiş) torpaq sahələri qanunsuz istifadə zamanı çəkilən xərclərin əvəzi ödənilmədən aidiyyəti üzrə geri qaytarılmalıdır. Torpaqların əvvəlki vəziyyətinə gətirilməsi (orada olan binaların, tikililər və qurğuların sökülməsi də daxil olmaqla) torpaqları zəbt etmiş hüquqi və fiziki şəxslər tərəfindən və ya onların hesabına həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.8-ci maddəsinə əsasən, mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. 180.1-ci maddəsinə əsasən, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş yaşayış evi, digər tikili, qurğu və ya başqa daşınmaz əmlak özbaşına tikinti sayılır. 180.4-cü maddəsinə görə, tikinti məqsədləri üçün ayrılmayan torpaq sahəsində və ya buna lazımi icazələr almadan və ya şəhərsalma və tikinti normalarını və qaydalarını ciddi surətdə pozmaqla tikilmiş bina və qurğular müvafiq icra hakimiyyəti orqanlarının və ya maraqlı tərəfin müraciəti üzrə qəbul edilmiş məhkəmənin qərarı əsasında sökülə bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli 167 nömrəli Qərarı ilə təsdiq edilmiş "İstismar olunan ixrac neft boru kəmərlərinin "Mühafizə Zonası"nın müəyyənləşdirilməsi Qaydaları"nın 4.1-ci bəndində göstərilir ki, ixrac neft boru kəmərlərinin istismarı üçün şərait yaratmaq və onların döşəndiyi şəraitdən asılı olaraq zədələnmə ehtimalının qarşısının alınmasını təmin etmək məqsədilə mühafizə zonası müəyyənləşdirir və ixrac neft boru kəmərlərinin marşrutu boyunca boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi şərti xətlərlə məhdudlaşdırılır. Sadalanan normalarının birgə təhlilindən görünür ki, magistral boru kəmərlərinin yerləşdiyi torpaqlar dövlət mülkiyyətindədir. Əhalinin təhlükəsizliyinin təmin olunması və neft boru kəmərlərinin istismarına lazımi şəraitin yaradılması üçün onların ətrafında mühafizə zonaları yaradılır. Mühafizə zonası boru kəməri oxunun hər tərəfindən 50 metrlik məsafədən keçən torpaq sahəsi ilə məhdudlaşdırılır. Hazırkı işdə görünür ki, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Ramanı qəsəbəsindən (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) keçən hissəsində, qaz kəmərinin mühafizə zonasında, qaz kəmərindən “9” metr məsafədə qanunsuz olaraq daş hasar inşa edilmişdir. Məhkəmə hesab edir ki, sözügedən tikili xüsusi mülkiyyət kimi dövlət qeydiyyatından keçmədiyindən, həmçinin sadalanan normalarının tələblərini pozularaq inşa edildiyindən və neft kəmərinə qulluq, o cümlədən istismar edilməsinə maneçilik yaratmaqla iddiaçının maraqlarına toxunduğundan, iddia təmin edilməli və həmin daş hasar özbaşına tikili sayılaraq, cavabdehin hesabına sökülməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. 115-ci maddəsinə əsasən şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir. İş materiallarında olan ödəniş tapşırığına əsasən mütəxəsis rəyinin alınması üçün 95 manat rüsum iddiaçı tərəfindən ödənilmişdir. 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. 217.4-cü maddəsinin tələblərinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə iddia qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilməlidir. 220.6-cı maddəsinə əsasən məhkəmə qətnamənin icra qaydası və müddətini müəyyən etdiyi və ya onun icrasının təmin edilməsi üçün tədbirlər gördüyü hallarda, bunu qətnamənin nəticə hissəsində göstərməlidir. Göstərilənləri və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Dövlət Neft Şirkəti, “Qaz İxrac” İdarəsinin Abşeron Magistral X4 balans və istismarında olan 720 mm diametrli «Hövsan-Digah-Qaradağ» yüksək təzyiqli (12 atmosfer) yerüstü magistral qaz kəmərinin Sabunçu rayonu, Ramanı qəsəbəsindən (sovxoz Ramanı, Ramanı QPS-in yaxınlığı) keçən hissəsində qaz kəmərinin mühafizə zonasında inşa edilmiş daş hasar Cavabdeh hesabına sökülsün və tikinti malmaterıallarının qaz kəmərinin mühafizə zonasından çıxarılsın. Məhkəmə iddia qaldırılması üçün Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Qaz İxrac İdarəsi tərəfindən ödənilmiş 10 manat dövlət rüsumunun cavabdehdən tutularaq, iddiaçıya ödənilsin. 100 (bir yüz) manat ekspertiza xərcindən 50 manat iddiaçıdan, 50 manat isə cavabdehdən tutularaq, Məhkəmə Ekspertizası Mərkəzinə (Hesab: AZ34CTRE********************) ödənilsin. Qətnamə həmin ərazidə neft-qaz hasilatının təmin edilməsi üçün nəzərdə tutulmuş əməliyyatlarının başlandığı zaman icra edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Ruslan Mirzəliyev
Məhkəmə qərarları › İş №2(008)-19/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-19/2025
11.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver