Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1910/2022 09.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı Fərhad oğlunun, Cavabdeh Qurban Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru X6, Cavabdeh AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 idarəsinin nümyəndəsi X7 iştirakı ilə, İddiaçı Fərhad oğlunun cavabdehlər Qurban Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 idarəsininə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M ü ə y y ə n e t d i: İddiaçı Fərhad oğlu cavabdeh Qurbanov Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 idarəsininə qarşı “əmrin etibarsız hesab edilməsi və işə bərpa”tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun haqqında Qurban Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş “tar müəllimi” vəzifəsindən AZad edilməsi barədə olan 11.06.2021-ci il tarixli 07 saylı əmrin etibarsız hesab edilməsi, onun 50 illik vəzifəsinin bərpa olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, 1973-cü ildən 2021-ci ilin iyul ayına qədər fasiləsiz və qüsursuz olaraq eyni bir müəssisədə, Ağdam şəhər Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbində ixtisasına uyğun olaraq “ Tar müəllimi” və hAZırda isə həmin məktəbdə “X14” şöbəsinin müdiri işləmişdir. ( yalnız 1975- 1977-ci illərdə hərbi xidmətdə olmuşdur). Rəhbərlik tərəfindən dəfələrlə təşəkkür və fəxri fərmanlar almışdır. 2020-ci ildə 65 yaşının tamam olmasına baxmayaraq məktəbdə tar müəlliminə olan zəruri ehtiyacı nəzərə alan məktəbin direktoru X8 Regional Mədəniyyət İdarəsinin rəisi cənab Rza Quliyevə müraciəti əsasında fəaliyyətini davam etdirməyi üçün onunla 3 dəfə müddətli müqavilə bağlanılmışdır. Bundan sonra həmişə olduğu kimi hamısı yeni dərs ilinin açılmasını gözləyirdi. Çox böyük təəssüf hissi ilə bildirir ki, sentyabr ayında yeni dərs ilinə başlamaq üçün məktəbə getdikdə, məktəbin direktoru ona bildirdi ki, baxmayaraq ki, yenə də məktəbdə “Tar müəlliminə” çox böyük zəruri ehtiyac olması və onsuz da çox AZ sayda tar müəllimlərinin olduğu halda bir tərəfdən də 2021-ci ildə digər bir tar müəllimi Allahverdi Bilinin vəfat etməsi nəticəsində vəziyyətin daha da çətinləşməsi, ən AZı 4-5 tar müəlliminə ehtiyac olduğu halda yalnız bir o, bir də tar müəllimi Rövşən Əkbərovun cəmi 2 tar müəlliminin qaldığı barədə Regional İdarələrinə yenicə təyin edilmiş rəisi cənab Qalib Həsənova 35 saylı təqdimat və eləcə də Regional İdarələrinə “Elektron ünvan ” E-mailə onlayın təqdimat göndərsə də onunla müvəqqəti müqavilə bağlanılmasına icAZə verməmiş və ona görədə onu11 iyun 2021-ci ildən AZad etmişdir. Ona bunu yalnız 22 sentyabr 2021-ci il tarixdə yeni dərs ilinin başlaması ilə əlaqədar məktəbə gedəndə bildirmişlər və həmin tarixdə də sənədlərini və əmək kitabçanı direktor imza edərək ona rəsmi qayda təqdim etmişdir. Bununla da, AZərbaycan Respublikası Ali Məhkəməsinin 23 dekabr 1993-cü il tarixli Plemununun qərarları kobud surətdə pozulmuşdur. Düzü onun üçün çox anlaşılmAZ və təəcüblüdür ki, AZqala 50 il eyni müəssisədə “tar müəllimi” işləyən, yaxşı fəaliyyətinə görə həmin məktəbdə şöbə müdiri vəzifəsinə irəli çəkilən, dəfələrlə təşəkkür və fəxri fərmanlar almış, indiyə qədər bir dəfə də olsun ən adi cəza, tapşırıq almamış, müsbət xasiyyətnaməsi olduğu halda,YAP-ın üzvü, ailəliklə Ağdam rayonundan məcburi köçkün, digər heç bir yerdə işləməyən, hər il keçdiyi dövrü tibbi müayinənin rəyi ilə “praktiki sağlam” olduğu halda, X2 pandemiyasının tüğyan etdiyi bir vaxtda işçiləri maksimum işdən AZad etməməli tövsiyyəsinə belə məhəl qoyulmadan yeni rəis hansı məqsədlə onunla müvəqqəti müqavilə bağlanılmasına icAZə verməyib. Əmək kitabçasında ƏM-nin 70 “e” bəndinə əsasən onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə 11.06.2021-ci il tarixli 07 saylı əmr 1993-cü ildən Bakı şəhərində müvəqqəti fəaliyyət göstərən Ağdam şəhər Qurban Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilib. Lakin, ona təqdim olunan Əmək Müqaviləsinə xitam verilməsi ilə bağlı X4 İşəgötürənin adı AZəbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 İdarəsi olduğu göstərilir. Çox maraqlı və müəmmalıdır ki, yeni təyin olunmuş rəis hörmətli Qalib Həsənovu hansı şəxsi marağı təhrik edir ki, hAZırda mövcud “Dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisinin yaş həddinə çatdıqda” qanununda verilmiş qanuni imkandan istifadə etməsin. Həmin qanuna görə müəssisədə işçiyə ehtiyac olduqda işçilərin ümumi sayının 2 faizindən çox olmamaq şərtilə yaşı 65-dən yuxarı işçilərlə 70 yaşına qədər müddətli müqavilə bağlanılmasına qanun yol verir! Həmin qaydalara uyğun olaraq bütün büdcə təşkilatlarında olduğu kimi onlarda da 65 yaşdan yuxarı işçilərin müvəqqəti müqavilə vaxtı bitdikdə AZad edilirlər və müəssisə rəhbərinin konkret halda Qurban Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktorunun zəruri ehtiyacı nəzərə alaraq, müsbət xasiyyətnaməyə malik işçilərlə ərizəsi əsasında yenidən müvəqqəti əmək müqaviləsi bağlanılır. Onun üçün bir müəmma da var ki, Regional İdarələrin yeni rəisi Qaib müəllim onunla telefon bağlantısında çox mədəni, qayğıkeş, məcburi köçkünlərin halına qalan bir rəhbər kimi danışsa da lakin, digər bir vaxtda onun məsələsi barədə məktəbin direktoru ilə telefon danışığında isə tamamilə başqa bir adam idi. Onun səmimiyyəti onda şübhə doğurur! Cənab rəis niyə belə mövqe tutur, düzü o hələ də başa düşə bilmir. Bir neçə vakant “tar müəllimi” yerinə niyə onunla müvəqqəti müqavilə bağlanmasına icAZə vermir. Axı onun və ailənin bir məcburi köçkün kimi buna həqiqətən çox böyük ehtiyacı vardır! Hətta real vəziyyəti bilən rayon ağsaqqalları da bu barədə xahiş etmişdirlər. Məhkəmə iclasında iştirak edən İddiaçı Fərhad oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Qurbanov Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru X9 iddia tələbinin əsasız olduğunu qeyd edərək, iddia tələbinin rədd edilməsini xahiş edir. Məhkəmə iclasında iştirak edən cavabdeh AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 İdarəsinin nümayəndəsi X11 iddia tələbini qəbul etməyərək bildirdi ki, İddiaçı iddia ərizəsi ilə Bakı şəhər Sabunçu rayon Məhkəməsinə müraciət edərək onun haqqında Qurban Pirimov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş tar müəllimi vəzifəsindən AZad edilməsi barədə olan 11.06.2021-ci il tarixli 07 saylı əmrin etibarsız hesab edilməsi və onun həmin işə bərpa olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bildirir ki, iddia ərizəsi tam olaraq əsassızdır. Belə ki, X5 İdarəsi Ağdam rayon Q.Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin X14 Şöbəsinin müdiri ixtisas tar müəllimi İddiaçı 65 yaşı tamam olduğu üçün onun ərizəsi əsasında 29.04.2020-ci il tarixli, 15.09.2020-ci il tarixli və 05.01.2021 -ci il tarixli Ağdam rayon Q.Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktorunun əmrlərinə əsasən İddiaçı əmək müqaviləsinin müddəti 3 dəfə uzadılmışdır. 05.01.2021-ci il tarixdə İddiaçı ərizə ilə X5 İdarəsinə müraciət edərək ailə vəziyyətinin və köçkünlüyünün nəzərə alınaraq əmək müqaviləsinin 3-cü dəfə 10.06.2021-ci il ci il tarixə kimi uzadılmasını xahiş etmiş və həmin müddət bitdikdən sonra ona məlumat verilmədən müqaviləyə xitam verilməsini ərizəsində qeyd etmişdir. İddiaçı ərizəsi nəzərə alınaraq onunla işlədiyi Ağdam rayon Q.Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbi arasında bağlanmış müqavilənin müddəti 05.01.2021-ci il tarixdən 10.06.2021-ci il tarixədək 6 (altı) ay müddətinə uzadılmışdır. Həmin müddət bitdikdən sonra İddiaçıla bağlanmış müqaviləyə xitam verilmişdir. Lakin bundan sonra İddiaçı heç bir hüquqi əsası olmayan tələbi ilə bağlı məhkəməyə müraciət etmişdir. İddiaçı onun haqqında Qurban Pirimov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş tar müəllimi vəzifəsindən AZad edilməsi barədə olan 11.06.2021-ci il tarixli 07 saylı əmrin etibarsız hesab edilməsi və onun həmin işə bərpa olunması barədə iddia ərizəsi əsassız olduğundan təmin edilməməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş üzrə toplanmış materialları araşdırıb sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmamalıdır. İş materiallarında olan X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M 29.04.2020-ci il tarixli, 72 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X14 şöbəsinin müdiri ixtisas tar müəllimi İddiaçı AZərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən Əmək Müqaviləsi dərs ilinin sonuna qədər uzadılmışdır. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M direktoru Məmmədov E.A tərəfindən AZərbaycan Respublikasının Mədəniyyət NAZirliyi X5 İdarəsinin rəisi Rza Quluyev cənablarına 18.09.2020-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı çoxillik iş təcrübəsi, məktəbin və idarənin ictimai işlərində fəal olması, şagirdlərinin məktəbi bitirdikdən sonra mədəniyyət sahəsində orta ixtisas və ali ixtisas məktəblərinə daxil olaraq təhsillərini davam etdirməsi və pedaqoji fəaliyyəti dövründə bir çox nailiyyətlər əldə etməsini nəzərə alaraq, onunla bağlanmış Əmək Müqaviləsinin 1(bir) tədris ili müddətinə uzadılmasında köməklik göstərməyini xahiş etmişdir. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M 15.09.2020-ci il tarixli, 92 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X14 şöbəsinin müdiri ixtisas tar müəllimi İddiaçı AZərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən Əmək Müqaviləsi 15.09.2020-ci il tarixdən 31.12.2020-ci il tarixə qədər uzadılmışdır. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M 05.01.2021-ci il tarixli, 01 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X14 şöbəsinin müdiri ixtisas tar müəllimi İddiaçı AZərbaycan Respublikasının Əmək Məcəlləsinin 10-1 maddəsinə əsasən Əmək Müqaviləsi 05.01.2021-ci il tarixdən 10.06.2021-ci il tarixə qədər 6 (altı) aylıq müqavilə bağlanaraq uzadılmışdır. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M 11.06.2021-ci il tarixli, 07 nömrəli əmrdən çıxarışın surətindən görünür ki, X14 şöbəsinin müdiri ixtisas tar müəllimi İddiaçı AZərbaycan Respublikasının Əmək Müqaviləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. - 10.06.2021-ci il tarixdə Məktəbin direktoru tərəfindən imzalanmış İddiaçı Fərhad oğlunun xasiyyətnaməsindən görünür ki, işlədiyi müddət ərzində səmərəli fəaliyyətinə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə təşəkkür almış, heç bir töhmət və xəbərdarlıq almamışdır. - 22.09.2021-ci il tarixli aktdan görünür ki, X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M şöbə müdiri, ixtisas tar müəllimi İddiaçı ilə bağlanmış X12 Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən xitam verildiyi üçün işdən AZad edildiyindən tibbi müayinə kartı və əmək kitabçası müdiriyyət tərəfindən İddiaçı təhvil verilmiş və İddiaçı sənədləri təhvil almışdır. - 22.09.2021-ci il tarixli aktdan görünür ki, X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M direktoru Məmmədov Elşad texniki dinləyişlər kitabını, dinləyişlər kitabını, açıq dərslər protokolunu, şöbənin iclas protokolunu, bütün fənlər üzrə proqramları məktəbin xalq/çalğı alətləri şöbəsinin müdiri İddiaçı təhvil alınmışdır. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M direktoru Məmmədov E.A tərəfindən AZərbaycan Respublikasının Mədəniyyət NAZirliyi Gənclərlə iş şöbəsinin müdiri xanım Sevda Məmmədəliyevaya 21.01.2021-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı çoxillik iş təcrübəsi, məktəbin və idarənin ictimai işlərində fəal olması, şagirdlərinin məktəbi bitirdikdən sonra mədəniyyət sahəsində orta ixtisas və ali ixtisas məktəblərinə daxil olaraq təhsillərini davam etdirməsi və pedaqoji fəaliyyəti dövründə bir çox nailiyyətlər əldə etməsini nəzərə alaraq, onunla bağlanmış Əmək Müqaviləsinin 1(bir) tədris ili müddətinə uzadılmasında köməklik göstərməyini xahiş etmişdir. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M direktoru Məmmədov E.A tərəfindən X5 İdarəsinin Baş X1 22.07.2021-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı çoxillik iş təcrübəsi, məktəbin və idarənin ictimai işlərində fəal olması, şagirdlərinin məktəbi bitirdikdən sonra mədəniyyət sahəsində orta ixtisas və ali ixtisas məktəblərinə daxil olaraq təhsillərini davam etdirməsi və pedaqoji fəaliyyəti dövründə bir çox nailiyyətlər əldə etməsini nəzərə alaraq, onunla bağlanmış Əmək Müqaviləsinin 1(bir) tədris ili müddətinə uzadılmasında köməklik göstərməyini xahiş etmişdir. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M direktoru Məmmədov E.A tərəfindən AZərbaycan Respublikası Mədəniyyət NAZirliyi Kadrla Şöbəsinin rəisi Zemfira Hüseynbəyli xanıma 22.07.2021-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, İddiaçı çoxillik iş təcrübəsi, məktəbin və idarənin ictimai işlərində fəal olması, şagirdlərinin məktəbi bitirdikdən sonra mədəniyyət sahəsində orta ixtisas və ali ixtisas məktəblərinə daxil olaraq təhsillərini davam etdirməsi və pedaqoji fəaliyyəti dövründə bir çox nailiyyətlər əldə etməsini nəzərə alaraq, onunla bağlanmış Əmək Müqaviləsinin 1(bir) tədris ili müddətinə uzadılmasında köməklik göstərməyini xahiş etmişdir. - X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M direktoru Məmmədov E.A tərəfindən AZərbaycan Respublikasının Mədəniyyət NAZirliyi X5 İdarəsinin rəisi Qalib Həsənov cənablarına 09.09.2021-ci il tarixdə məktub ünvanlayaraq bildirmişdir ki, məktəbin ixtisas tar müəllimi Allahverdi Bilun 2021-ci ilin May ayında vəfat etdiyi üçün məktəbdə yalnız bir tar müəllimi Rövşən Əhmədov qalmışdır. Əlavə olaraq Xanəndəlik sinifi üçün də müşayətçi tar müəllimi yeri hAZırda vakantdır. Beləliklə, məktəbdə tar müəllimi üçün zəruri ehtiyac vardır. Zəruri ehtiyacı nəzərə alaraq məktəbin X14 şöbəsinin müdiri ixtisas tar müəllimi İddiaçı 65 yaşı tamam olmasına baxmayaraq növbəti 2021-2022 tədris ilində fəaliyyətinin davam etdirməyinə köməklik göstərməyini xahiş etmişdir. - 05.01.2021-ci il tarixli İddiaçı tərəfindən X5 İdarəsinin rəsinə ünvanlanmış məktubdan görünür ki, ailə vəziyyətini və köçkünlüyünü nəzərə alaraq onunla bağlanmış müqavilənin müddətini uzadılmasını xahiş etmişdir. Ona məlumat vermədən müqaviləyə xitam verə biləcəyini bildirmişdir. - X5 İdarəsinin 17 sentyabr 2021-ci il tarixli, 201 nömrəli İddiaçı ünvanlanmış məktubdan görünür ki, 09 sentyabr 2021-ci il tarixli ərizəsinə cavab olaraq bildirilmişdir ki, Ağdam Rayon Q.Pirimov adına 2 saylı U.M.M 07 saylı, 11 iyun 2021-ci il tarixzli əmri ilə AZərbaycan Respublikası Əmək Məcəlləsinin 70 e maddəsinə əsasən tutduğu vəzifədən AZad edilmişdir. AZərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsində işə götürən tərəfindən əmək müqaviəsinin ləğv edilməsinin əsasları göstərilmişdir. Həmin maddənin “e” bəndində qeyd edilir ki, dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə əsasən işəgötürən bu Məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Həmin Məcəllənin 10-1.1-ci maddəsinə əsasən Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65-dir. Həmin Məcəllənin 10-1.2-ci maddəsinə əsasən dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə 1 ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. AZərbaycan Respublikası Mülki Məcəlləsinin 390.1-ci maddəsinə əsasən Fiziki və hüquqi şəxslər AZad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Beləkilə məlum olur ki, İddiaçı Fərhad oğlu 01.09.1972-ci il tarixdən müəyyən edilmiş təqaüd yaşına qədər (65 yaşına qədər) X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbində “tar müəllimi” vəzifəsində işləmişdir. İddiaçının 65 yaşı tamam olduğdan sonra tərəflərin iradələrinə uyğun olaraq könüllü surətdə 29.04.2020-ci il tarixli, 15.09.2020-ci il tarixli, 05.01.2021-ci il tarixli X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktorunun əmrləri ilə Əmək müqavilələrinin müddəti uzadılmışdır. X5 İdarəsi Ağdam Rayon Q.Pirimov adına 2 saylı Uşaq Musiqi Məktəbinin direktorunun 11.06.2021-ci il tarixli 07 nömrəli əmri ilə İddiaçı Fərhad oğlunun AZərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “e” bəndinə əsasən bağlanmış Əmək Müqaviləsinə xitam verilmişdir. İddiaçı hal-hAZırda məhkəməyə iddia ərizəsi verərək 11.06.2021-ci il tarixli 07 nömrəli əmrin etibarsız edilərək, onun yenidən əvvəlki işinə bərpa edilməsini məhkəmədən xahiş etsə də, məhkəmə araşdırılması zamanı məhz Qurban Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinin direktoru tərəfindən verilmiş “tar müəllimi” vəzifəsindən AZad edilməsi barədə olan 11.06.2021-ci il tarixli 07 saylı əmrin etibarsız hesab edilməsinə əsas ola biləcək hallar məhkəmə tərəfindən aşkar edilmədi. Bundan başqa məhkəmə iddiaçının yenidən əvvəlki işin bərpa olunmasına dair tələbinə münasibət bildirərək qeyd edir ki, Əmək qanunvericiliyinin tələblərindən də görünür ki, dövlət büdcəsindən maliyyələşin iş yerlərində çalışmanın son yaşı həddi 65-dir. Bundan sonra işçinin həmin müəssisədə çalışması üçün işçi ilə işə götürənin qarşılığlı rAZlığı əsasında müqavilə bağlanmalıdır. İşəgötürəni əmək müqaviləsi bağlanmasına məcbur edilməsi qanunvericiliyin tələbinə uyğun deyildir. Məhkəmə hesab edir ki, iddiaçı 65 (altmış beş) yaşına çatdığından, əmək müqaviləsinə işçisi çalışmanın yaş həddinə çatdığı üçün xitam verildiyindən və cavabdeh tərəfindən əmək qanunvericiliyinin pozulmadığından İddiaçı Fərhad oğlunun cavabdeh Qurbanov Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 idarəsininə qarşı ““əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia tələbi təmin edilməməlidir. AZərbaycan Respublikası Konstitusiyanın 127-ci maddəsinin İİ hissəsində ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsipləri kimi işlərə qərəzsiz, ədalətlə, tərəflərin hüquq bərabərliyinə, faktlara əsasən və qanuna müvafiq baxılması təsbit edilmişdir. AZərbaycan Respublikası MPM-nin 9.1-ci maddəsində göstərilir ki, ədalət mühakiməsi çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirilir. Həmin Məcəllənin 9.3-cü maddəsində göstərilir ki, məhkəmə bütün hallarda prosesin çəkişmə prinsipini təmin etməli, öz qərarını yalnız tərəflərin çəkişmə prinsipinə əsasən müzakirə etdiyi dəlillərlə, onların verdiyi izahatlarla, sənədlərlə əsaslandırmalıdır. Qeyd olunanlara əsasən və AZərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı Fərhad oğlunun cavabdeh Qurbanov Primov adına Ağdam şəhər 2 saylı Uşaq Musiqi Məktəbinə və AZərbaycan Respublikası Mədəniyyət NAZirliyinin X5 idarəsininə qarşı ““əmrin etibarsız hesab edilməsi və işə bərpa” tələbinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-1910/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1910/2022
09.03.2022 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver