Məhkəmə qərarları › İş №2(008)-1947/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1947/2022

05.04.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1947/2022 05.04.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun nəzdində yaradılmış “Əkinçi” Yoldaşlıq –Bağçılıq Təsərrüfatının 07 avqust 1989-cu il tarixli, 2 nömrəli protokolunda adı Sona kimi qeyd edilən və 06.04.2003-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17.04.2003-cü il tarixli, 446 nömrəli akt ilə qeydi ilə verilmiş “Ölüm haqqında şəhadətnamədəki adı Soniya kimi qeyd edilən X5 eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi 06.04.2003-cü tarixdə vəfat etmiş anası X3 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağlar massivində yerləşən, 0.6 ha ərazisi olan, 13 № li bağ sahəsinə dair Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitunun nəzdində yaradılmış "ƏKİNÇİ” Yoldaşlıq - Bağçılıq Təsərrüfatının 01 avqust 1989-cu il tarixli, 2 № li protokolunda X4 qeyd edilmişdir. Azərbaycan Respublikasının Milli Arxiv İdarəsi Dövlət Arxivinin 16.10.2020-ci il tarixli, DA- 00374-2020 № li Arxiv Arayışında 18.10.1939-cu ildə anadan olması və soyadı qeyd olunmayan Soniya Nəriman qızı kimi qeyd edilmişdir. Bakı şəhər Sabunçu Rayon Qeydiyyat şöbəsinin 17.04.2003-cü il tarixli, 446 № li AKT qeydi ilə verilmiş "ölüm haqqında şəhadətnaməsində X1 qeyd edilmişdir. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Bakı Şəhəri 39 saylı Notariat Ofisinin 09 dekabr 2021-ci il tarixli, 411 № li "vərəsəlik” arayışında X1 qeyd edilmişdir. 07 avqust 1969-cu il təvəllüdlü Ərizəçi doğum haqqında şəhadətnaməsində "atası" qrafasında X11, "anası" qrafasında isə X9 qeyd edilmişdir. Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reystri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə edilən müraciətə **********89 № li məktubla cavab olaraq "Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Hövsan bağlar massivində yerləşən, 0.6 ha ərazisi olan, 13 № li bağ sahəsinə dair Hüseynova Soniya (Sona) Nəriman qızının adına hər hansı bir sənədin arxiv qovluğunda aşkar edilməməsi" bildirilmişdir. Ərizəçi məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barəsində lazımı qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin onun nümayəndəsi məhkəməyə gəlməmiş və gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 oktyabr 2020-ci il tarixli, DA-00374-2020 nömrəli Azərbaycan Respublikasının Dövlət Arxivinin arxiv arayışından görünür ki, 1935-1939-cu illərə dair Bakı şəhəri Lenin (Sabunçu) rayonu Zabrat İcra nümayəndəliyi üzrə doğum haqqında qeydiyyat kitablarında 18 oktyabr 1939-cu ildə doğulan (soyadı qeyd olunmayıb) Soniya (sənəddə olduğu kimi) Nəriman qızının təvəllüdü qeyd olunur. Atası (soyadı qeyd olunmayıb) Nəriman Bayram oğlu, anası X10r. - Bakı şəhəri 39 saylı Notariat Ofisinin 09.12.2021-ci il tarixli, 411 nömrəli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı şəhəri Ərazi İdarəsinin məktubuna əsasən X5 06.04.2003-cü il tarixdə vəfat etməsi ilə əlaqədar olaraq vərəsələrin ərizəsi əsasında tərəflərindən vərəsəlik işi açılmışdır və vərəsələrin dairəsi müəyyən edilmişdir. Qanunvericiliyin tələbinə əsasən Ərizəçi miras qoyanın vərəsəsi olması barədə məlumat verilmişdir, Bakı şəhəri, Hövsan qəsəbəsi ünvanında yerləşən 0.06 ha torpaq sahəsinə dair çıxarış verilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin **********89 nömrəli, 04.12.2017-ci il tarixli məktubunun surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsində yerləşən 13 nömrəli bağ sahəsinə dair Hüseynova Soniya (Sona) Nəriman qızının adına hər hansı bir sənəd arxiv qovluğunda aşkar olunmamışdır. - Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyat şöbəsinin АЗ seriyalı, ******* nömrəli Ərizəçi 07 avqust 1969-cu il tarixdə doğulmuşdur. X16 Qasım oğlu, anası isə X6r. - Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin AZ İİ seriyalı, 171990 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X8 06.04.2003-cü ildə Bakı şəhərində ölmüşdür. - 01 fevral 1990-cı il tarixli “Əkinçilik” yoldaşlıq bağçılığa üzvlüyə qəbul kitabçasının notarial təsdiq olunmuş surətindən görünür ki, X12 “Azdövyerqurlahin” texniki şöbəsində korrektor vəzifəsində işləmişdir. 01.08.1989-cu il tarixdən 2 nömrəli protokola görə “Əkinçilik” yoldaşlıq bağçılığa üzvlüyə qəbul edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanunaziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən, görünür ki, Ərizəçi anasının adı X8 olduğu halda 01 fevral 1990-cı il tarixli “Əkinçilik” yoldaşlıq bağçılığa üzvlüyə qəbul kitabçasında barəsində üzvlüyə qəbul edilmiş şəxsin adı yalnışlıqla Sona kimi qeyd edilmişdir. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməli, Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun nəzdində yaradılmış “Əkinçi” Yoldaşlıq –Bağçılıq Təsərrüfatının 07 avqust 1989-cu il tarixli, 2 nömrəli protokolunun 06.04.2003-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17.04.2003-cü il tarixli, 446 nömrəli akt ilə qeydi ilə verilmiş “Ölüm haqqında şəhadətnamədəki X7 məxsus olması faktı müəyyən edilmələlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. Azərbaycan Dövlət Yerquruluşu Layihə İnstitutunun nəzdində yaradılmış “Əkinçi” Yoldaşlıq –Bağçılıq Təsərrüfatının 07 avqust 1989-cu il tarixli, 2 nömrəli protokolunda qeyd edilən Hüseynova Sona ilə 06.04.2003-cü il tarixdə vəfat etmiş, Bakı şəhəri Sabunçu Rayon Qeydiyyat Şöbəsinin 17.04.2003-cü il tarixli, 446 nömrəli akt ilə qeydi ilə verilmiş “Ölüm haqqında şəhadətnamədəki X5 eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar