Məhkəmə qərarları › İş №2(008)-1958/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1958/2024

23.10.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1958/2024 23.10.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İddiaçı Cavabdeh İB-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh əməkdaşları tərəfindən onun barəsində qanunsuz tərtib olunmuş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın etibarsız hesab edilməsi və həmin akta əsasən hesablanmış 4147,20 manat məbləğində borcun onun hesabından silinməsinə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddianı onunla əsaslandırmışdır ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşayır. Yaşadığı evdə qanuni şəkildə təbii qazdan istifadə edir. İstifadə etdiyi təbii qazın dəyərini isə həmiş ödəmişdir. Onun heç vaxt təbii qaza görə borcu olmayıb. 2023-cü ilin əvvəlində istifadə etdiyi təbii qazın dəyərini ödəmək istəyəndə onun hesabına artıq qaz pulu hesablandığını görüb bununla maraqlananda Qaz idarəsindən ona sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etdiyinə görə barəsində akt tərtib edildiyini və həmin akta əsasən də ona 4147,20 manat məbləğində borc hesablandığını bildirdilər. O, sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etmədiyini və onun evinə hər hansı bir sayğacdan kənar qaz xəttinin çəkilmədiyini, həmçinin evinə gedən sayğacdan kənar qaz xəttinin olmasını sübut edən hər hansı bir sənədin olmasını tələb etsə də cavabdehin əməkdaşları bununla bağlı ona heç bir sübut təqdim edə bilmədilər. Belə olan halda o, barəsində tərtib edilən aktın qanunsuz olduğunu bildirib həmin akta əsasən ona hesablanmış 4147,20 manat məbləğində borcun hesabından silinməsini tələb etsə də cavabdeh təşkilatın əməkdaşları bunun mümkün olmadığını bildirdilər. Bundan sonra o heç bir məlumatı olmadan barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktı, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnaməni və abonent saldosunu almışdır. xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktda guya onun mənzildə sayğacdan kənar qeyri-qanuni əlavə qaz xəttindən istifadə etdiyi qeyd edilmişdir. Həmin aktda istehlakçı kimi onun adı qeyd edilsə də, akt imza edilməsi üçün ona təqdim edilməmiş, həmçinin akt bilavasitə həmin aktın tərtib edilməsində maraqlı olan cavabdeh təşkilatın 3 nəfər nümayəndəsinin iştirakı ilə tərtib edilməklə qanunvericiliyin tələbinə görə aktın tərtib edilməsində hal şahidlərinin iştirakı təmin edilməmişdir. Bundan əlavə onun sayğacdan kənar xətt vasitəsi ilə təbii qazdan istifadə etməyini təsdiq edən hər hansı bir sübut cavabdeh təşkilat tərəfindən ona təqdim edilməmiş və ya ona təqdim edilən sənədlərə əlavə edilməmişdir. Həmçinin onu da qeyd etmişdir ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə aktın tərtib edilmə tarixi xx.xx.2022-ci il tarix kimi qeyd edilmişdir. Bu da barəsində tərtib olunan xx.xx.2022-ci il tarixli, ******* nömrəli aktın tamamilə qanunsuz olduğunu bir daha sübut edir. Göründüyü kimi təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il (Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə aktın tarixi xx.xx.2022-ci il göstərilmişdir) tarixli, ******* nömrəli akt onun heç bir məlumatı olmadan tərtib edilmiş, hal şahidləri dəvət edilməmiş, aktda adının qeyd edilsə də akt imza edilməsi üçün ona təqdim edilməmişdir. Qanunvericiliyin tələbinə akt ən azı iki nəfər hal şahidləri dəvət edilməklə təbii qaz istehlakçısının özünün və ya onun nümayəndəsinin iştirakı ilə tərtib edilməlidir. xx.xx.2022ci il tarixli, ******* nömrəli aktın qanunsuz tərtib edilməsini sübut edən ikinci məqam ondan ibarətdir ki, cavabdeh təşkilatın əməkdaşları ay ərzində 2 dəfədən az olmayaraq qaz sayğacına baxış keçirib onun sərfiyyatını qeyd edərək bu barədə abonentə bildiriş təqdim edirlər. Cavabdeh təşkilatın əməkdaşları qaz sayğacına baxış keçirərkən onun sayğacdan kənar qaz xətti vasitəsi ilə əvvəlki aylarda təbii qazdan istifadə etməyini müəyyən edərdilər. Bir ay ərzində təbii qazdan sayğacdan kənar qaz xəttindən istifadə etməklə dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə qeyd edilən miqdarda- 34560 kub metr miqdarda qaz itkisinə yol verilməsi mümkünsüzdür. Üçüncü məqam ondan ibarətdir ki, dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədə cavabdeh təşkilatın əməkdaşları onun evində istifadə etdiyi qaz işlədicilərinin nədən ibarət olmasını müəyyən etmədikləri halda qaz sayğacının normal qaz sərfini 4 kub metr orta günlük iş rejimini 24 saat və hesabat müddətini 360 gün qəbul edib hesabat aparması qanunsuz olmaqla cavabdeh təşkilat həmin cərimənin hansı qanuna əsasən hesablaması barədə ona heç bir sənəd təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh İB-nin nümayəndəsi X2 iddia tələbini və ekspertizanın rəyini qəbul etməyərək rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş matriallarında olan **********00007 nömrəli abonent İddiaçı məxsus sayğac göstəricisindən görünür ki, abonentin 2022-cü il dekabr ayının sonu üçün qalıq və aktlar üzrə 4147.20 manat olan borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, ******* saylı aktdan görünür ki, **********00007 nömrəli abonent İddiaçı məxsus evdə qaz xəttinə sayğacdan kənar qoşulma halları müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, itirilmiş qazın həcmi 34560 kub metr hesablanmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1105 nömrəli ekspertiza rəyindən görünür ki, tədqiqata təqdim edilən qaz sayğacının və borunun üzərində müdaxilə nəticəsində yaranmağa xarakterik olan iz və zədə aşkar edilməmmiş, qaz sayğacından kənar xətlərin şəkilməsi müşahidə edilməmişdir. Aparılmış təqdiqatın dəyəri 64 manat müəyyən edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Məhkəmə xx.xx.2022-ci il tarixli, ******* saylı akta və onun əsasında hesablanmış borcun silinməsinə münasibət bildirərək qeyd edir ki, sözügedən akt xx.xx.2022-ci il tarixdən sonraki dövrdə tərtib edildiyindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən, həmçinin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli, 3-16-16/2-3/1105 nömrəli ekspertiza rəyini nəzərə alaraq hesab edir ki, sözügedən akt etibarsız hesab edilməli və onun əsasında yazılmış cərimə silinməlidir. Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 115.0.1-ci maddəsinə görə, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə daxildir; Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra – Mülki Prosessual Məcəllənin) 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. **********00007 saylı abonent İddiaçı barəsində tərtib edilmiş xx.xx.2022-ci il tarixli ******* saylı akt etibarsız hesab edilərək həmin akt üzrə hesablanmış 4147.20 (dörd min yüz qırx yeddi manat, iyirmi qəpik) manat borc məbləği silinsin. 64 manat ekspertiza xərci cavabdeh Azəriqaz İB-dən tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin hesabına ödənilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar