Məhkəmə qərarları › İş №2(008)-1976/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1976/2024

25.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1976/2024 25.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Məmmədzadə Fərid Nicat oğlunun katibliyi, Ərizəçi X9 iştirakı ilə, Ərizəçi X9 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X17 maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs cəlb olunmaqla, “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, Ermənistan Respublikasının Basarkeçər rayonunda xx.xx.1988-ci il tarixdə doğulması, atası X23, milliyyəti azərbaycanlı, X1, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum haqqında akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1988-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuşdur. X15 xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikasının Basarkeçər rayonunda doğulmuşdur. X1 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. Onun doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasının Basarkeçər rayonunda verilmişdir. Doğum haqqında şəhadətnaməsi Ermənistan Respublikasından alındığından, bir çox sənədləşmə işində problemlər yaranmışdır, bununla da bir sıra hüquqlarından məhrum olmuşdur. Qeydiyyat şöbəsinə müraciət etsə də, şəxsiyyətini təsdiq edən sənədi olmadığından, doğum haqqında akt qeydinin bərpa edilməsi və şəhadətnamə almaq mümkün olmamışdır. Bu səbəbdən də ona doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Buna görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında ərizəçi X17 ərizəni müdafiə edib, ərizədə göstərilənlərə uyğun izahat verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X14 ifadəsində bildirmişdir ki, o və ərizəçi Basarkeçər rayonunun Çaxırlı kəndində yaşamışlar. Çingiz doğulanda onun 17-18 yaşı olardı. Çingizlə qohum deyillər. Evləri bir-birindən 3-4 ev aralıda olub. Çingiz doğulanda təxminən 1987-1988-ci illər olardı, ay və günü dəqiq bilmir. Çingizin atası X16r, milliyyətcə azəridir. Anası isə X4, milliyyətcə azəridir. Məlum hadisələrlə bağlı ermənilər tərəfindən zorla öz evlərindən çıxarılmış, hamı Bakı şəhərində eyni ərazidə məskunlaşmışlar. Məhkəmə iclasında ərizəçinin vəsatəti əsasında dəvət olunmuş şahid X10 ifadəsində bildirmişdir ki, onlar Ermənistanda yaşayanda Çingiz 1988-ci ildə doğulmuşdu. Ərizəçinin ailəsi ilə atasıgil Basarkeçər rayonunun Çaxırlı kəndində qonşu olmuşlar. O, hərbi xidmətə getməzdən qabaq Çingiz artıq doğulmuşdu, təqribi yaz ayları idi, aprel və ya may olardı. O, hərbi xidmətə 1988-ci ildə Yevlax rayonunda getmişdir. Çingizin atası X20, milliyyətcə azəridir. Anası isə X4, milliyyətcə azəridir. Məlum hadisələr zamanı onlar gecələr kənddə gizlənirdilər ki, ermənilər basqın edər. Həmin ərəfədə Çingizi anasının qucağında görmüşdür. Məhkəmə, ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş üzrə toplanmış materialları tədqiq edərək və araşdırılan sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AZE seriyalı 09079288 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X23 xx.xx.1955-ci il tarixdə Ermənistan Respublikası Vardenis rayonunun Çaxırlı kəndində doğulmuşdur, ünvan 1 ünvanında pasport qeydiyyatındadır. - AA seriyalı ******* nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X6 xx.xx.1967-ci il tarixdə Azərbaycan Respublikasında doğulmuşdur. - xx.xx.2024-cü il tarixli qəbzdən görünür ki, X23 tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. - Bakı şəhəri Maraqlı şəxs 3-16-5/8-xx-xx/2024 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X9 doğum haqqında akt qeydinin bərpa edilməsi barədə müraciətinə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”a müvafiq qaydada əsaslar olmadığından doğum akt qeydinin bərpa edilməsi məsələsinin həlli qeydiyyat orqanında mümkün deyildir. Doğum haqqında akt qeydinin bərpa edilməsi və valideynlər haqqında məlumatın qeyd edilməsi barədə məhkəmə qətnaməsi çıxarıldıqdan sonra ərizəçinin doğum haqqıda akt qeydinin bərpa olunaraq müvafiq sənədlə təmin olunacağı bildirilmişdir. - Bakı şəhəri Sabunçu RİHB-nın Sabunçu qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 5-18-9/2-148/2024 nömrəli xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, Taharov X11 qəsəbəsi Q.Vəzirov küçəsində özbaşına tikilidə qeydiyyatsız yaşayır. - B N 646852 nömrəli xx.xx.2003-cü il tarixli əsas təhsil haqqında şəhadətnamənin surətindən görünür ki, 1988-ci ildə doğulmuş Ərizəçi Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli orta məktəbdə oxumuş və 2003-cü ildə əsas təhsilini bitirmişdir. - B 217467 nömrəli xx.xx.2005-ci il tarixli orta təhsil haqqında attestatın surətindən görünür ki, 1988-ci ildə doğulmuş Ərizəçi Bakı şəhəri C.Məmmədyarov adına 155 nömrəli orta məktəbi bitirmişdir. - Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin şəxsin Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması haqqında ******* nömrəli xx.xx.2023-cü il tarixli qərarından görünür ki, 27 may 1988-ci il təvəllüdlü Ərizəçi Azərbaycan Respublikasının vətəndaşlığına mənsubiyyətinin tanınması qərara alınmışdır. - İİİ-СЛ seriyalı 295329 nömrəli nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X23 ilə X5 xx.xx.1987-ci il tarixdə nikahlarını bağlamışlar, nikah bağlandıqdan sonra arvada Taarova soyadı verilmişdir. - Vİ-СЛ seriyalı 275344 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, Ərizəçi xx.xx.1988-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunun Sovetakert kəndində doğulmuşdur, atası X20, anası X2r. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1967-ci il tarixdə Bakı şəhərində doğulmuşdur. - İİ-СЛ seriyalı 143296 nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş tərcüməsindən görünür ki, X20 xx.xx.1955-ci il tarixdə Ermənistan SSR Vardenis rayonunun Çaxırlı kəndində doğulmuşdur, atası X18, anası X3r. - 8 nömrəli Uşaq Poliklinikasının 132 nömrəli xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, poliklinikada xx.xx.1988-ci il təvəllüdlü Ərizəçi Tair oğluna aid qeydlər aşkar edilməmişdir. Bundan başqa, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin xx.xx.2016-cı il tarixli 100 nömrəli əmrinə əsasən uşağın ambulator kitabçası (uşaq poliklinikaları üçün) saxlanılma müddəti 25 ildir. Məhkəmə iclasında müəyyən olundu ki, ərizəçi X17 xx.xx.1988-ci il tarixdə Ermənistan SSR Vardenis (hazırkı Basarkeçər) rayonunun Sovetakert (hazırkı Çaxırlı) kəndində doğulmuşdur, Bakı şəhəri Sabunçu rayonu ərazisində yaşayır. Ərizəçinin doğum haqqında şəhadətnaməsi mövcud olsa da, bugünədək şəxsiyyət vəsiqəsi almamışdır. Ərizəçinin doğum akt qeydi Ermənistan Respublikasının müvafiq qeydiyyat orqanında qeydə alındığından, həmin akt qeydinin əldə edilərək “Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sisteminə daxil edilməsi qeyri-mümkündür. Ərizəçinin müraciəti Bakı şəhəri Maraqlı şəxsndə araşdırılmış, izah edilmişdir ki, doğum akt qeydinin bərpa edilməsi üçün zəruri sənədlər təqdim olunmadığına görə məsələnin həlli mümkün deyildir. Bu səbəbdən ərizəçi məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.2.3-cü maddəsinə əsasən məhkəmə doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 12 aprel 2019-cu il tarixli qərarının 4-cü bəndinə əsasən məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, X9 təvəllüdü xx.xx.1988-ci il, doğulduğu yer Ermənistan SSR Vardenis (hazırkı Basarkeçər) rayonu Sovetakert (hazırkı Çaxırlı) kəndi, ata qrafasında X23, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı qeyd edilməklə, doğum akt qeydi bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, məhkəmə xərcləri ərizəçiyə aid edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. X9 xx.xx.1988-ci il tarixdə Ermənistan SSR Vardenis (hazırkı Basarkeçər) rayonu Sovetakert (hazırkı Çaxırlı) kəndində doğulmasının qeyd edilməsi faktı müəyyən edilsin. Təvəllüdü xx.xx.1988-ci il, doğulduğu yer Ermənistan SSR Vardenis (hazırkı Basarkeçər) rayonu Sovetakert (hazırkı Çaxırlı) kəndi, ata qrafasında X23, milliyyəti azərbaycanlı, ana qrafasında X6, milliyyəti azərbaycanlı kimi qeyd edilməklə X9 doğum haqqında akt qeydi bərpa edilsin. Məhkəmə xərcləri ərizəçiyə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar