Məhkəmə qərarları › İş №2(008)-198/2022

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-198/2022

12.10.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-198/2022 12.10.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh2 qarşı “yaşayış evinə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 iddiaçıya məxsus Sabunçu rayonu, Sabunçu qəsəbəsi, Şəhər şossesi, döngə 4, ev 2b, 2v saylı fərdi yaşayış evindən çıxarılması barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, ünvan 1 saylı fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında ona məxsusdur. Bu barədə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2011-ci il tarixli MA seriyalı, ******* saylı çıxarış verilmişdir. O, 2006-cı ildən orada yaşayır və həmçinin sözügedən ünvanda pasport qeydiyyatındadır. İddia ərizəsinə əlavə edəcəyi forma 2 arayışından da göründüyü kimi o, iki övladı 2007-ci il təvəllüdlü X4 və 2009-cu il təvəllüdlü X5 həmin ünvanda qeydiyyatdadırlar və faktiki olaraq orada yaşayırlar. Torpaq sahəsi üzərində “A”, “B”, “V” tikilisi olmaqla 3 fərdi yaşayış evi inşa olunmuşdur. Onun sözügedən fərdi yaşayış evində bir müddət olmamağından istifadə edən cavabdeh qanunsuz olaraq ona məxsus evdə məskunlaşmışdır. Dəfələrlə ona məxsus evdən çıxması barədə cavabdehə müraciət etsə də, heç bir nəticəsi olmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. İddiaçı xx.xx.2022-ci il tarixdə Azərbaycan Respublikası MPM-nin 53-cü maddəsinə əsasən iddianın dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən Seriya MA №0223658 çixariş əsasında xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında “A” tikilisində yerləşən (y/s-15.1 kv.m) otağa köçürülməyi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə Azərbaycan Respublikası Mülki Prosesual Məcəlləsinin 53-cü maddəsinin tələblərinə uyğun olduğundan mümükün hesab edilməlidir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizəsini onunla əsaslandırmışıdr ki, cavabdehlərdən biri olan Cavabdeh1 mübahisəli mənzildən çıxıb getdiyindən onun cavabdehlər siyasından çıxıarılmasını xahiş edərək, iddia tələbini yalnız Cavabdeh2 Mnaf oğluna qarşı yönəldərək, iddia tələbinin dəqiqləşdirilmsinə dair ərizəni nəzərə alaraq iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianın təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi və vəkili X2 iddianın təmin edilməsinə etiraz etmədiyini bildirdi. Məhkəmə, iddiaçının və cavabdehin izahatlarını dinləyib, məhkəmə baxışında tədqiq edilmiş sübutlara və araşdırılmış iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət Reyestrindən MA seriyalı ******* saylı çıxarışının surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin A tikilisindən 15.1kv.m olan 1 otaqın mülkiyyətçisi İddiaçı, yaşayış sahəsi 23.8 kv.m olan bir otağın mülkiyyətçisi isə Cavabdeh2dur. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri Ərazi İdarəsinin **********539-10301 saylı xx.xx.2011-ci il tarixli Daşınmaz Əmlakın Texniki Pasportunun surətindən görünür ki, ünvan 1 saylı fərdi yaşayış evinin torpaq sahəsi üzərində “A”, “B”, “V” tikilisi olmaqla 3 fərdi yaşayış evi inşa olunmuşdur. Beləliklə məhkəmə araşdırılması zamanı məlum olmuşdur ki, ünvan 1 saylı fərdi yaşayış evinin A tikilisindən yaşayış sahəsi 15.1kv.m olan 1 otaqın mülkiyyətçisi İddiaçı, yaşayış sahəsi 23.8 kv.m olan bir otağın mülkiyyətçisi isə Cavabdeh2dur. Hazırda iddiaçı mülkiyyətində olan otağA kömək isdədiyindƏn, lakin cavabdehin ona maneə yaratadığından o məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157.4-cü maddəsinə əsasən Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.1-ci maddəsinə əsasən İki və ya bir neçə şəxsin mülkiyyətində olan əşya onlara ümumi mülkiyyət hüququ əsasında mənsubdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 213.2-ci maddəsinə əsasən Əşya mülkiyyət hüququnda mülkiyyətçilərin hər birinin payı müəyyənləşdirilməklə (paylı mülkiyyət) və ya belə paylar müəyyənləşdirilmədən (birgə mülkiyyət) ümumi mülkiyyətdə ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.1-ci maddəsinə əsasən Paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 215.2-ci maddəsinə əsasən . Paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı öz mülkiyyətinə olan otağa köçürülməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia tələbi təmin edilsin. İddiaçı ünvan 1 saylı fərdi yaşayış evində inşa edilmiş «A» tikilisində yerləşən (y/s- 15.1 kv.m) otağa köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar