Məhkəmə qərarları › İş №2(008)-1983/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1983/2024

04.04.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1983/2024 04.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizələri üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “borcun hesab kodundan silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən evin hesab koduna əsassız hesablanmış 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat kod (**********00000) silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh İB-nin nümayəndələri tərəfindən xx.xx.2023- cü il tarixdə ünvan 1 ünvanında yerləşən ona məxsus evin küçədə qaz xəttinin üzərində quraşdırılmış sayğaca onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı Cavabdeh İB-yi tərəfindən quraşdırılmış G-4 markalı **********3 zavod nömrəli qaz sayğacının qoruyucu örtüyü oturacaqdan aralanması barədə onun imzası olmadan ******* saylı akt yazılmışdır. Həmin akt əsasında onun hesab koduna (**********00000) əsassız olaraq 1555,20 (min beş yüz əlli beş manat iyirmi qəpik) manat dəymiş ziyan hesablanmışdır. Cavabdeh İB-nin hesabladığı dəymiş ziyan qanunsuz və əsassızdır. Akt tərtib olunarkən Cavabdeh İB-yi tərəfindən ona məlumat verilməmiş, onun imzası olmadan tərtib olunmuşdur. Bundan başqa qaz sayğacı dövlət yoxlmasından keçirilərkən onun iştirakı olmadan keçirilmişdir. Qeyd etmək istəyir ki, qaz sayğacı Cavabdeh İB-nin nümayəndələri tərəfindən qaz xəttinin üzərindən çıxarılarkən sayğacın üzərində olan plomplar yerində olmuşdur. Cavabdeh İB-nin ərazi üzrə nəzarətçiləri hər ay sayğaca baxış keçirərək orada olan göstəriciləri bazaya işləyirlər. Əgər qaz sayğacının qaz sayğacının qoruyucu örtüyü oturacaqdan aralanması nəyə görə bununla bağlı tədbir görülməmişdir? Eyni zamanda qeyd etmək istəyirəm ki, maliyyə arayışında göründüyü kimi tərəfindən hər ay qaz kartına pul vurmaqla təbii qazdan istifadə olunmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il 80 qərarı ilə təsdiq edilən “Qazdan istifadə Qaydaları” nın 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi özləri daşıyırlar. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etdi. İddiaçı məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmələri baxmayaraq məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbəbləri barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş İddiaçı məxsus **********00000 nömrəli abonentin saldosundan görünür ki, təbii qazdan istifadəyə görə İddiaçı 2023-cü ilin mart ayının sonu üçün 1555.20 manat borc yazılmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli ******* nömrəli aktdan görünür ki, 14-2- 2/3-5-3014-1 saylı rəyə əsasən **********3 zavod nömrəli sayğacın qoruyucu örtüyü oturacaqdan aralandığı müəyyən edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Qazdan istifadə Qaydaları”nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Məhkəmə araşdırması zamanı sayğaca məhz iddiaçı tərəfindən müdaxilə edilməsi öz təsdiqini tapmadığı üçün məhkəmə qanunvericiliyin “istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyin qaz paylayıcısının üzərinə düşməsi” tələbini nəzərə alaraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, Cavabdeh İB tərəfindən hesablanmış 1555.2 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh İB tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən evə **********00000 saylı abonent koduna qazdan istifadəyə görə əsassız olaraq hesablanmış 1555.2 manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar