Məhkəmə qərarları › İş №2(008)-1987/2024

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1987/2024

09.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1987/2024 09.04.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində şöbəsi olmaqla hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə, müəyyənetdi: Ərizəçi ərizə və maraqlı şəxsin dəqiqləşdirilməsinə dair ərizə ilə məhkəməyə müraciət edərək, atası xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəsini müdafiə edərək onunla əsaslandırdı ki, mərhum X8 onun atasıdır. Atası xx.xx.1958-ci il tarixdə Cəbrayıl rayonunda doğulmuşdur. O, ürək çatışmazlığı xəstəliyindən əziyyə çəkirdi, mütəmadi olaraq xəstəliyə qarşı müalicələr alırdı. xx.xx.2024-cü il tarixdə atasının səhhəti qəfil pişləşmiş, həmin vaxt ondan başqa, bacıları - Həsənova Hicran Rafiq qızı, X7 atalarının yanında olmuşlar. Onlar təcili tibbi yardım xidmətinə zəng vurmuşlar. Lakin təcili tibbi yardım briqadası gələnə kimi atası keçinmişdir. Mərhum Sabunçu rayonunda yerləşən Ramana qəbirstanlığında dəfn edilmişdir. Hal-hazırda müəyyən sənədləşmə işləri görmək, atasından qalan pensiyanı almaq üçün mərhum atasının ölüm haqqında şəhadətnaməsi tələb olunur. Bununla əlaqədar, 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində şöbəsinə müraciət edilmişdir, lakin atasının adına şəhadətnamə verilməsindən imtina edilmiş və məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Ərizəçinin atasının öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Göstərilənlərə əsasən, ərizəçi ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən, maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirmişdir ki, o, ərizəçinin dayısıdır. Mərhum yeznəsi X3 qəsəbəsində yaşayırdı, xəstə idi, daim müalicələr alırdı. Mərhum xx.xx.2024-cü il tarixdə vəfat etmiş, Ramana qəbirstanlığında dəfn edilmişdir. O, mərhumun dəfn mərasimində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, o, ərizəçi ilə qonşudur. Qonşusu X1 xəstəliklərdən əziyyət çəkmişdir. Onun vəfatını həyətdəki səs-küydən eşitmişdir. Mərhum xx.xx.2024-cü il tarixdə vəfat etmişdir. Ölümünün səhəri günü Ramana qəbiristanlığında dəfn olunmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bədəlova Hicran Rafiq qızı ifadəsində bildirmişdir ki, X8 onun atası idi. Mərhum xəstə idi, müalicə alırdı. xx.xx.2024-cü il tarixdə Ramana qəsəbəsi, Südçülük sovxozu ünvanında vəfat etmiş, səhəri gün Ramana qəsəbəsində dəfn olunmuşdur. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını, həmçinin fotoşəkili araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına və şahid ifadələrinə hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclası zamanı tədqiq edilmiş: - AA ******* seriya nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1984-cü il tarixdə doğulmuşdur. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.1984-cü il təvəllüdlü Ərizəçi X4 oğludur. - Bakı şəhəri Təcili və X5 Stansiyasının xx.xx.2024-cü il tarixli ölüm haqqında xəbərdarlıq vərəqəsindən görünür ki, xidmət edən 14 saylı bölmənin təcili tibbi yardım briqadasının əməkdaşları həmin tarixdə kişi cinsli meyit aşkarlamışlar. - Sabunçu rayonu Ramana bələdiyyəsinin arayışından məlum olur ki, X8 xx.xx.2024-cü ildə vəfat etmiş və Ramana qəsəbəsi, Südçülük sovxozunda yerləşən qəbristanlıqda dəfn edilmişdir. - Azərbaycan Respublikası TƏBİB Bakı Baş Səhiyyə Mərkəzi “21 nömrəli Birləşmiş Şəhər Xəstəxanası”nın xx.xx.2024-cü il tarixli arayışından görünür ki, xx.xx.1958-ci il təvəllüdlü X8 yaşadığı müddətdə 21 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına heç bir xəstəliklə müraciət etmədiyi üçün ölüm haqqında tibbi şəhadətnamə vermək mümkün olmamışdır. - 4 saylı Bakı “ASAN xidmət” mərkəzində qeydiyyat şöbəsinin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, X4 ölüm faktını təsdiq edən tibb müəssisəsinin müvafiq sənədi olmadığından, ərizəçiyə ölümün qeydiyyata alınması ilə bağlı aidiyyəti üzrə məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. - Məzardaşının fotoşəklində “X14 xx.xx.1958-xx.xx.2024” yazıları qeyd olunmuşdur. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edildi ki, Ərizəçi atası X8 xx.xx.2024cü il tarixdə Bakı şəhərində vəfat etmişdir. Mərhumun pensiyasının verilməsi və gələcəkdə yarana biləcək sənədləşmə işləri ilə bağlı mərhumun öldüyünü təsdiq edən ölüm haqqında şəhadətnamənin əldə edilməsi zəruridir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın 8.5-ci bəndinə əsasən, ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.8-ci maddəsinə əsasən, məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda şəxsin müəyyən vaxtda müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. xx.xx.1958-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə Bakı şəhərində ölməsi barədə hüquqi əhəmiyyətli fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həqiqət Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar