Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(008)-199/2024 02.05.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X3 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş bağ sahəsindən çıxarılması və ərazinin boşaldılıması tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin sahibliyində olan 904 və 904a saylı 0,19 ha bağ sahəsi ilə İddiaçı məxsus 905 saylı 0,19 ha bağ sahələrinin naturada müəyyən edilməsi, cavabdehlər tərəfindən iddiaçıya məxsus zəbt olunmuş bağ sahəsindən çıxarılması və ərazinin boşaldılması barədə qətnamə barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Bakı şəhər icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və Park-Bağ Təsarufatının inkişaf Departamenti Bağlar təsarufatının inkişafı və istismarı Birliyi tərəfindən Bakı şəhər Sabunçu rayonu, Nardaran qəsəbəsi bağlar massivində 0,19 ha torpaq sahəsi 1968-ci ildən atası X6 məxsus olmuş, xx.xx.1989-cu il tarixli 58 Ns-li müqaviləyə və xx.xx.1989- cu il tarixli 58 Ns-li Nardaran bağlar massivinin baş planına uyğun olaraq cizgi planı tərtib edilmişdir Həmin tərtib edilmiş cizgi planına əsasən atası X6 məxsus bağ sahəsi 900-905 rəqəmi ilə işarələnmişdir. xx.xx.2022-ci il tarixli qeydiyyat nömrəsi ********** olan çıxarışa əsasən Bakı şəhəri Sabunçu rayonu Nardaran qəsəbəsi 905 Ns-li bağ sahəsi mülkiyyət hüququ ilə İddiaçı verilmişdir. Bakı şəhər icra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamenti Bağlar təsarufatının inkişafı və İstismarı birliyi ilə bağlanmış 13357 N°-li, xx.xx.2003-cü il tarixli və 32008 N°-li, xx.xx.2003cü il tarixli müqavilələrə əsasən Cavabdeh2 və Cavabdeh1 istifadəsində olan 0,12 ha-dan ibarət 904 və 0,07 ha-dan ibarət 904a saylı bağ sahələri vardır və həmin bağ sahələri iddiaçının istifadəsində olan 905 N°-li bağ sahəsi ilə qonşudur.Cavabdehlərə məxsus cəmi 0.19 ha torpaq sahəsi yerindədir heç bir mübahisə predmetı deyildir. Lakin buna baxmayaraq cavabdehlər iddiaçıya məxsus 905 N°-li bağ sahəsini qanunsuz olaraq zəbt etmişlər. Tərəflər məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilməklə məhkəmənin iclasına çağırılmışlar, lakin onlar məhkəməyə gəlməmiş, cavabdehlər məhkəməyə ərizə göndərərək iddiaçı olmadığı səbəbindən xitamın verilməsini xahiş etmiş, iddiaçı gəlməməsinin səbəbləri barədə məlumat verməmiş və işə onun iştirakları olmadan baxılmasını xahiş etməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia ərizəsi baxılmamış saxlanmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-nin: 259.0.6-cı maddəsinə əsasən, işə onların iştirakı olmadan baxmağı xahiş etməmiş tərəflər məhkəməyə gəlmədikdə iddia ərizəsi baxılmamış saxlanır; 263.2-ci maddəsinə əsasən məhkəmə iş üzrə icraatı dayandırdıqda, icraata xitam verdikdə, iddianı baxılmamış saxladıqda, habelə bu Məcəllə ilə nəzərdə tutulmuş digər hallarda qərardad çıxarır. 268.1-ci maddəsinə əsasən şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində verilir. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı ********** №-li xx.xx.2022-ci il tarixli qəbzlə 30 manat, ********** №-li xx.xx.2023-cü il tarixli qəbzlə 70 manat dövlət rüsumu ödəmişdir. Məhkəmə hesab edir ki, həmin rüsum dövlət büdcəsindən iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının MPM-nin 114.1.5-ci maddəsinə əsasən iddia ərizəsi baxılmamış saxlanıldıqda ödənilmiş dövlət rüsumu geri qaytarılır. Eyni zamanda məhkəmənin təşəbbüsü ilə tikinti-texniki ekspertizası təyin edilmiş, rəy məhkəməyə təqdim edilmişdir. Məhkəmə hesab edir ki, ekspertiza tədqiqatının 50 manat dəyəri iddiaçıdan Ekspertiza Mərkəzinin xeyrinə tutulmalıdır. Belə ki, iddiaçının nümayəndəsi (arvadı) X5 ekspertiza ilə əlaqədar bütün ödənişlərin öz üzərlərinə götürdüklərini bildirmişdir. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 259, 263-264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı zəbt olunmuş bağ sahəsindən çıxarılması və ərazinin boşaldılıması tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın. ********** №-li xx.xx.2022-ci il tarixli qəbz əsasında 30 manat, ********** №-li xx.xx.2023-cü il tarixli qəbz əsasında 70 manat dövlət rüsumu dövlət büdcəsindən İddiaçı qaytarılsın. 50 manat ekspertizanın dəyəri İddiaçı tutulub X2, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SFİFT BİK CTREAZ22, məhkəmə ekspertiza mərkəzi VÖEN **********, AZ34CTRE******************** hesabına köçürülsün. Qərardaddan 10 (on) gün müddətində Sabunçu rayon məhkəməsinə şikayət verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-199/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qərardad — İş №2(008)-199/2024
02.05.2024 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver