Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-1997/2022 17.03.2022 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, İlk iddia üzrə İddiaçı, İlk iddia üzrə Cavabdeh2 iştirakları ilə, İddiaçı İddiaçı Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı bağ evindən istifadə etməyinə süni manelər yaradılmasının qadağan edilməsi və həmin bağ evinə köçürülməsi, Cavabdeh2 Cavabdeh İddiaçı qarşı istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı İddiaçı cavabdeh Ağamirova Mehriban Salman qızına qarşı məhkəmədə iddia qaldıraraq cavabdehə onun Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsi ******* ha torpaq sahəsi üzərində yerləşən 65.35 kv.metr olan 2 otaqlı 720 saylı bağ evindən istifadə etməyinə süni manelər yaratmasının qadağan edilməsi və həmin bağ evinə köçürülməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh2 mülki işə cavabdeh qismində cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, qızı Ağamirova Rəna Vaqif qızı 19.03.2915-ci il tarixli bağışlama müqaviləsi ilə Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsi ******* ha torpaq sahəsi üzərində yerləşən 65.35 kv.metr olan 2 otaqlı 720 saylı bağ evini (sonradan – mübahisəli əmlak) X6 bağışlamış, sonuncu isə 09.04.2015-ci il tarixli bağışlama müqaviləsi ilə Ağamirova Mehriban Salman qızına bağışlamışdır. Həmin müqavilələrlə bağlı qızı Ağamirova Rəna Vaqif qızı məhkəmələrdə mübahisələr qaldırsa da müqavilələr qüvvədə qalmışdır. O isə ailə üzvləri ilə birlikdə həmin bağ sahəsində yaşayırlar. Cavabdeh 2017-ci ildə ailə üzvləri ilə birlikdə bağdan çıxarılması barədə məhkəmədə iddia qaldırmış, Sabunçu rayon məhkəməsi 04.07.2017-ci il tarixli qətnaməsi ilə iddianı təmin etmişdir. Həmin qətnamədən verilmiş Apellyasiya şikayəti təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 23.01.2018-ci il tarixli qətnaməsi ilə qeyd olunan bağ evinə istifadə hüququ yaranmışdır. Ailə üzvləri evdən çıxarıldıqdan sonra giriş darvaza qapısına qıfıl vurulmuşdur. Həyat yoldaşı ölmüş, oğlu isə ailəsi ilə başqa ünvana kirayə köçmüş, o da kirayələrdə qalmaqdan əziyyət çəkir. Cavabdehin qeyri-qanuni hərəkətləri ilə istifadə hüququna maneələr yaradılır. Məhkəmənin 29.09.2021-ci il tarixli qiyabi qətnaməsi ilə iddia təmin edilmişdir. Cavabdeh2 ərizəsi əsasında Məhkəmənin 08.02.2022-ci il tarixli qərardadı ilə qiyabi qətnamə ləğv edilmişdir. Cavabdeh2 cavabdeh İddiaçı qarşı qarşılıqlı iddia verərək mübahisəli əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ev iddiaçı tərəfindən alınanda sox bərbad, yaşayışa yararlı olmayan vəziyyətdə olmuşdur. Evin bərpa edilməsi çox xərc tələb edəcəyəni nəzərə alaraq, həyətin digər hissəsində yeni ev inşa etdirməyə başlamışdır. Sadıqov Vagif orada yaşamayıb, evin üstündə qıfıl olmadığından kimsə orada qoyun-quzu saxlayırdı. Hazırda həmi dağılmış köhnə evdə toyuq-cücə saxlanılır və əşyaların saxlanılması üçün istifadə edillir. İddiaçı tələbini dəqiqləşdirərək Cavabdeh1 və Cavabdeh2 mübahisəli əmlakdan istifadə etməyinə süni maneələrin yaratmasının qadağan edilməsi, cavabdehlərin 2 saylı Bakı Asan xidmətinin mərkəzində Notariat ofisində 4Ə-836 -No-li reyestrlə 17.06.2020-ci il tarixdə bağladıqları AN-İ X«0859962 alqı-satqı müqaviləsinin notariusa məlumatlı və tərəf olması əsası ilə məhkəmə qətnaməsini təqdim etməmələri əsası ilə etibarsız hesab edilməsi, mübahisəli əmlakın ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin hər iki cavabdehə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Dəqiqləşdirilmiş tələb onunla əsaslandırılmışdır ki, 23.06.2021-ci il tarixdə iddia ərizəsi məhkəməyə verildikdən sonra cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, bağ sahəsini və mənzili alqı-satqı müqaviləsi əsasında Cavabdeh2 satdığını bildirmişdir. 01.03.2022-ci il tarixli iclasda məlum olmuşdur ki, cavabdeh mənzili alarkən notariat orqanı tərəfindən hər hansı maneə yaradılmamış, lakin bağla bağlı məhkəmə mübahisələri olduğunu bilmişdir. Eyni zamanda köçürülməsi tələb olunan mənzil artıq istifadəyə yararsız hala salınmış, toyuq-cücə saxlanılır, yaxın məsafədə 2 mərtəbəli ev tikilmişdir. Müqavilə bağlanarkən hər iki tərəf məlumatlı olduqlarınnan məhkəmə qətnaməsini notariat orqanına təqdim etməklə iddiaçının razılığı alınmalı idi. İlk iddia üzrə Cavabdeh1 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə Cavabdeh1 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən ilk iddia üzrə Cavabdeh2 ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia rədd edilməli, qarşılıqlı iddia isə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (sənədlər iş materiallarına əlavə edilmişdir). Bakı Apellyasiya Məhkəməsinin 23.01.2018-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı Ağamirova Mehriban Salman qızı cavabdehlər İddiaçı, X2 və X9 qarşı cavabdehlərin mülkiyyətində olan mübahisəli əmlakdan çıxarılmaları barədə Sabunçu rayon məhkəməsində iddia qaldırmış, həmin məhkəmənin 04.07.2017-ci il tarixli qətnaməsi ilə iddia təmin olunmuşdur. Həmin qətnamədən İddiaçı apellyasiya şikayəti vermiş, Bakı Apellyasiya Məhkəməsinin 23.01.2018-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin olunmuş, Sabunçu rayon Məhkəməsinin 04.07.2017-ci il tarixli qətnaməsi qismən, İddiaçı qarşı irəli sürülmüş tələblərin təmin edilməsi hissəsində ləğv edilmiş, həmin iddia tələbi rədd edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 23.01.2018-ci il tarixli qətnaməsindən müəyyən olunmuşdur ki, Bakı şəhəri İcra Hakimiyyəti Başçısı Aparatının Abadlaşdırma və X1 Departamentinin Bağlar Təsərrüfatının İnkişafı və İstismarı Birliyi ilə Ağamirova Rəna Vaqif qızı arasında bağlanmış 01.09.2014-cü il tarixli müqaviləyə əsasən mübahisəli əmlak Rəna Ağamirovanın istifadəsinə verilmişdir. İddiaçı həmin vaxtdan mübahisəli bağ sahəsində yerləşən evdə yaşamaqla Rəna Ağamirvoa ilə birgə təsərrüfat aparmışdır. Bakı şəhər Sabunçu rayon İcra Hakimiyyəti Başçısının 06.06.2014-cü il tarixli 1317 №-li sərəncamına əsasən 12.07.2014-cü il tarixdə bağ sahəsi və üzərindəki bağ evi xüsusi mülkiyyət hüququ üzrə Rəna Ağamirovanın adına dövlət reyestrində qeydiyyatdan keçmişdir. Rəna Ağamirova 19.03.2015-ci il tarixdə X4 (keçmiş həyat yoldaşı) daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq bağ evini sonuncuya bağışlamış və həmin daşınmaz əmlak RX seriyalı ******* №-li çıxarışa əsasən 07.04.2015-ci il tarixdən Salman Ağamirovun xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Daha sonra Salman Ağamirov 09.04.2015-ci il tarixdə Ağamirova Mehriban Salman qızı ilə daşınmaz əmlakın bağışlanması müqaviləsi bağlayaraq bağ evini Cavabdeh1 bağışlamış və həmin daşınmaz əmlak RX seriyalı ******* №-li çıxarışa əsasən 16.04.2015-ci il tarixdən Cavabdeh1 xüsusi mülkiyyəti kimi qeydiyyatdan keçmişdir. Həmin qətnamə ilə izah edilmişdir ki, İddiaçı həmin evə istifadə hüququna mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Qətnamə qanuni qüvvəsini almışdır. 17.06.2020-ci il tarixdə Bakı şəhəri 2 saylı Bakı «Asan xidməti mərkəzində notariat ofisinin xüsusi notariusu tərəfindən təsdiq edilmiş alqı-satqı müqaviləsinə əsasən Ağamirova Mehriban Salman qızı mübahisəli əmlakı 28000 manat müqabilində Cavabdeh2 satmışdır. Adıçəkilən alqı-satqı müqaviləsi bağlanılmamış, 08.06.2020-ci il tarixdə DƏDRX Ağamirova Mehriban Salman qızının nümayəndəsinə məktub göndərərək, mübahisəli əmlakın dövlət reyestrində aparılmış qeydlərin silindiyi barədə məlumat vermişdir. Cavabdeh2 həmin ərazidə yeni ev inşa etdirir. Belə ki, Sabunçu rayon İcra Hakmiyyəti başçısının 25.08.2020-ci il tarixli məktubu ilə evin tikintisi ilə təqdim edilən layihənin razılaşdırıldığı bildirilmişdir. Hazırda ilk iddia üzrə iddiaçı Cavabdeh1 və Cavabdeh2 mübahisəli əmlakdan istifadə etməyinə süni maneələrin yaratmasının qadağan edilməsi, cavabdehlərin 2 saylı Bakı Asan xidmətinin mərkəzində Notariat ofisində 4Ə-836 -No-li reyestrlə 17.06.2020-ci il tarixdə bağladıqları AN-İ X«0859962 alqı-satqı müqaviləsinin notariusa məlumatlı və tərəf olması əsası ilə məhkəmə qətnaməsini təqdim etməmələri əsası ilə etibarsız hesab edilməsi, mübahisəli əmlakın ilkin vəziyyətinin bərpa edilməsi vəzifəsinin hər iki cavabdehə həvalə edilməsini istəyir. Qarşılıqlı iddia üzrə İddiaçı mübahisəli əmlaka istifadə hüququnun itirilmiş hesab edilməsini istəyir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddianın əsassız, qarşılıqlı iddianın qanuni olduğu qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin İ hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 646.1-ci maddəsinə əsasən daşınmaz əşyanın alqı-satqı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. Həmin Məcəllənin 647.2-ci maddəsinə əsasən daşınmaz əşyaya mülkiyyət hüququ alıcıya daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat anından keçir. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Qeyd edildiyi kimi, mübahisəli əmlakın yeni mülkiyyətçisi var, o, həmin əmlakı alaraq, İddiaçı həmin evə istifadə hüququnun olduğunu bilmirdi. Belə ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyeətrində qeydə alınmamışdır. Bundan başqa, İddiaçı həmin əmlaka qeydiyyata düşməmişdir. Məhkəmə bu əsasdan hesab edir ki, alqı-satqı müqavilənin bağlanması zamanı notarius tərəfindən hər-hansı bir hüquq pozuntusuna yol verilməmişdir. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia rədd edilməlidir. Bu əsaslardan da məhkəmə hesab edir ki, İddiaçı mübahisəli əmlakı yeni mülkiyyətçiyə nisbətdə istifadə hüququ itirilmiş hesab edilməlidir. İddiaçı yeni mülkiyyətçinin onun istifadə hüququ barədə məlumatı olduğunu sübut edə bilməmişdir. Məhkəmə hesab edir ki, İddiaçı ilə Cavabdeh2 arasında hər-hansı mülki münasibətlər mövcud olmadığından, Cavabdeh2 ona qarşı hər-hansı öhədliyinin olmadığından, Sadıqov X8 Həsən Asif oğluna qarşı tələb irəli sürə bilməz. Lakin, məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh1 maddi zərər tələbi ilə iddia irəli sürə bilər. Belə ki, yuxarıda qeyd edildiyi kimi, qanuni qüvvəsini almış Bakı Apellyasiya Məhkəməsinin 23.01.2018-ci il tarixli qətnaməsində izah edilmişdir ki, İddiaçı mübahisəli əmlaka istifadə hüququna mülkiyyətçinin, yəni Cavabdeh1 məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verilməsi yolu ilə xitam verilə bilər. Cavabdeh1 isə bunu etmədən, İddiaçı həmin evdə qeydiyyatda olmadığından istifadə edərək mübahisəli əmlakı satmış və onu istifadə hüququndan məhrum etmişdır. Məhkəmə bir daha qeyd etməyi zəruri hesab edir ki, ilkindən mübahisəli əmlak İddiaçı qızının mülkiyyəti olmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. İddiaçı isə Cavabdeh1 qanunsuz hərəkəti nəticəsində yaşadığı yerdən məhrum edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 238-253, 244, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İlk iddia rədd edilsin. Qarşılıqlı iddia təmin edilsin. Bakı şəhəri, Sabunçu rayonu, Vişnovka-2 bağ sahəsi ******* ha torpaq sahəsi üzərində yerləşən 65.35 kv.metr olan 2 otaqlı 720 saylı bağ evindən İddiaçı istifadə hüququ itirilmiş hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-1997/2022
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-1997/2022
17.03.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver