Məhkəmə qərarları › İş №2(008)-2/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2/2021

01.11.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2/2021 01.11.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Ənvərli Ənvər Niyazi oğlunun katibliyi, Cavabdehlər İddiaçı8, İddiaçı11 iştirakı ilə, İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X2 cəlb edilməklə “müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla, mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X2 cəlb edilməklə “müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh və ondan ayrılan əmlaka sahiblik edən İddiaçı7 və İddiaçı3 aid olan təsərrüfat cəmiyyətinin üzərinə onların birgə iştirakı ilə qanunvericiliyə müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyi qoyulması, Səhm əvəzində əmlakın götürülməsi zamanı bölünmənin təsirinə düşməyən borc öhdəliklərinə görə Cavabdeh-yə dəyən zərər 639 622 (altı yüz otuz doqquz min altı yüz iyirmi iki) manat 44 qəpik məbləğində müəyyən edilməklə, bu məbləğin yarısı, yəni 319 811 (üç yüz on doqquz min səkkiz yüz on bir) manat 22 qəpiklik hissəsi İddiaçı6, İddiaçı5, İddiaçı11, İddiaçı8, İddiaçı9 və İddiaçı10 onların hər biri arasında 53 301 (əlli üç min üç yüz bir) manat 87qəpik olmaqla, İddiaçı7 2 117 (iki min bir yüz on yeddi) manat 15 qəpik, İddiaçı3 317 694 (üç yüz on yeddi min altı yüz doxsan dörd) manat 07 qəpik tutularaq Cavabdehyə ödənilməsi, məhkəmə xərcləri olaraq ödənilmiş 30 (otuz) manat dövlət rüsumu cavabdehlərdən bərabər şəkildə alınmaqla, yəni 3 (üç) manat 75 qəpik olmaqla iddiaçılara ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçılar iddia tələbini onunla əsaslandırmışdır ki, Cavabdeh-nin səhmdarlarının 6 avqust 2010-cu il tarixində keçirilmiş ümumi yığıncağın qərarına əsasən, səhmdarlar İddiaçı7 və İddiaçı3 məxsus olan müvafiq olaraq 25 və 37720 ədəd adi adlı sənədsiz səhmlərin müqabilində ünvan 1 ünvanda yerləşən əmlak kompleksi (istifadəsində olan 170861,9 m2 torpaq sahəsi ilə birlikdə) pay olaraq ayrılmışdır. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi həmin qərara əsasən səhmdar cəmiyyətinin 37745 ədəd səhminin dövriyyədən çıxarılmasını qeydə almış və ASC-nin İdarə Heyəti sədri İddiaçı5 tərəfindən səhmdarlara bu barədə bildiriş göndərilmişdir. Cavabdeh-nin dövriyyədə olan səhmləri müvafiq sayda azaldılaraq 213 751 ədədə enmişdir. 10 yanvar 2011-ci il tarixli təhvil-təslim aktına və ona əlavələrə əsasən, əsas vəsaitlər, material ehtiyyatları və az qiymətli tezköhnələn əşyaların bölgüsü aparılaraq, K. Yadigarova və V. Rzayevaya verilmişdir. Cavabdeh-nin səhmdarlarının 6 avqust 2010-cu il tarixli ümumi yığıncağının protokolundan, tərəflər arasında imzalanmış təhvil-təslim aktından və ona əlavələrdən görünür ki, tərəflər arasında bölünmə balansı tərtib olunmamışdır. Eləcə də tərəflər əmlakın bölünməsi zamanı debitor və kreditor bocları üzrə öhdəlikləri nəzərə almamışlar. Belə ki, vergi orqanına təqdim edilmiş “Mənfəət vergisinin bəyannaməsinə Əlavə N° 1”dən görünür ki, 2010-cu il üzrə vergi dövrünə, yəni əmlakın təhvil-təsliminə qədər Cavabdehnin debitor borcları 192 575,94 manat, kreditor borcları isə 136 224 manat bank kreditləri olmaqla, toplam 361 805,49 manat olmuşdur. Dolayısı ilə, əmlak payı alan səhmdarlar əsas vəsaitləri əldə etmiş, lakin bu əmlakların istifadəsi ilə cəmiyyətin yaratdığı öhdəliklərin icrası üzrə pay bölgüsündə iştirak etməmişlər. 2010-cu il üçün “Mənfəət vergisinin bəyannaməsinə Əlavə N° 1” dən o da görünür ki, əslində təhvil- təslim aktı imzalananadək səhmdarlar əmlak payını götürmüşlər. Belə ki, 2010-cu il ərzində vergi uçotunun məqsədləri üçün aktivlərin 2 020 565,86 manatlıq hissəsi, o cümlədən əsas vəsaitlərdən binalar, tikililər və qurğular - 759 245,47 manat, maşınlar, avadanlıqlar və hesablama texnikası - 607 688,48 manat və nəqliyyat vasitələr - 624 071,82 manat ləğv edilmişdir. Əslində bu əmlaklar səhmdarlar K. Yadigarova və V. Rzayevaya verilmişdir və iddianın əksini sübut edən və ona dəlalət edən amillər mövcud olmamışdır. Səhmdarlara cavabdehlərdən K. Yadigarovun və V. Rzayevanın 75 490 manatlıq əmlakı götürdükləri bildirilsə də, əslində faktiki olaraq 2 020 565,86 manat dəyərində əmlak götürülmüşdür. Təhvil-təslim aktından, ümumi yığıncağın protokolundan, müstəqil qiymətləndirici kimi dəvət edilmiş "xxxx" MMC-nin bazar qiymətinə dair 05.01.2011-ci il tarixli ekspertiza rəyindən, eləcə də K. Yadigarov və V. Rzayevanın səhmləri qarşılığında əmlakın tələbi üzrə yaradılan komissiyanın arayışından o da görünür ki, cəmiyyətdən ayrılan səhm sahiblərinə verilən əmlakın dəyəri onlara məxsus olan səhmlərin nominal dəyəri həcmində, yəni 75 490 manat təşkil edir. Bu isə rəsmi orqanlara təqdim olunan sənədlərə adekvat deyil. Vergi bəyannaməsinə əlavə ilə digər sənədlər arasındakı fərq 1 milyon 945 min 75 manat 86 qəpik təşkil edir. Yəni, K. Yadigarov və V. Rzayeva götürməli olduqlarından 1 milyon 945 min 75 manat 86 qəpik artıq dəyərdə əmlak əldə etmişlər. Cavabdeh-nin 2009-cu il vergi dövrünü əhatə edən “Mənfəət vergi bəyanaməsinə Əlavə N° 1”dən görünür ki, qurumun əsas vəsaitlərinin dəyəri hesabat dövrünün sonuna 2 475 158,52 manat olmuşdur. Növbəti ilin eyni hesabatından isə görünür ki, əsas vəsaitlərin dəyəri 2 020 565,86 manat azalmışdır. Beləliklə, K. Yadigarov və V. Rzayeva Maştağa qəsəbəsi, M. Hüseynzadə küçəsi, 1 ünvanında yerləşən əmlakı götürməklə, cəmiyyətin əsas vəsaitlərinin elan edildiyi kimi 15 faizinə deyil, 81,63 faizinə sahib olmuşlar. Ayrılma üzrə yaradılmış komissiyanın sədri, həmin tarixə ASC-nin İdarə Heyətinin sədri vəzifəsini icra edən İddiaçı5 səhmdarların ümumi yığıncağına təqdim etdiyi yazılı arayışa əsasən tərəflər arasında yalnız əmlakın bölgüsü müəyyən edilmiş, səhmdar cəmiyyətinin borc öhdəlikləri ayrılma zamanı tərəflərin iştirak payı kimi müəyyən olunmamışdır. Bu iddia ərizəsi üzrə təqdim olunan yazılı sübutlar, yəni Cavabdeh-nin səhmdarlarının 6 avqust 2010-cu il tarixli ümumi yığıncağının protokolu, tərəflər arasında imzalanmış təhvil-təslim aktı və ona əlavələr, ASC-nin 2010-cu il üçün “Mənfəət vergisinin bəyannaməsinə Əlavə N1” iddiaçılardan İddiaçı2 tərəfindən ASC-nin İdarə Heyətinə müraciət etməklə, eləcə də onun Bakı şəhəri Xətai Rayon Məhkəməsində iddia tərəfi olduğu 2(011)- 1932/13 nömrəli mülki iş üzrə məhkəmə baxışı zamanı və Bakı şəhəri Vergilər Departamentinə müraciəti əsasında qanuni yollarla əldə edilmişdir. Bakı şəhəri Vergilər Departamentinin Kommersiya X6 Qeydiyyatı İdarəsinin (KHŞDQİ) iddiaçılara təqdim etdiyi 10 sentyabr 2013-cü il tarixli məktubda bildrilir ki, reyestr məlumatlarına əsasən, Cavabdeh-nin nizamnamə kapitalı 502 992 manat təşkil edir. "... cəmiyyətin əmlakının ayrılması barədə sorğuda qeyd etdiyiniz 2010-cu il tarixli səhmdarların ümumi yığıncağının qərarı İdarəyə təqdim edilməmişdir. İşin bu halları üzrə qeyd olunan dövrdə Cavabdeh-nin Müşahidə Şurasının sədri İddiaçı6,' İdarə Heyətinin sədri isə İddiaçı5 olmuşlar. Bunu Bakı şəhəri Vergilər Departamentinin KHŞDQİ-nin məktubunda qeyd olunan dövlət reyestr məlumatları da təsdiq edir. Səhm qarşılığında əmlakın K. Yadigarova və V. Rzayevaya verilməsi üzrə yaradılan Komissiyaya İH sədri İddiaçı5, cəmiyyətin baş mühasibi Məhərrəm Məmmədov (bu dövrdə vəfat etmişdir və buna görə cavabdeh kimi cəlb olunmur), cəmiyyətin hüquq məsləhətçisi İddiaçı8, səhmdarlar İddiaçı11, İddiaçı9 və İddiaçı10, eləcə də əmlak tələbi üzrə ayrılma tələb edən şəxslər İddiaçı7 və İddiaçı3 daxil olmuşlar. Onların hər biri mühasibatlıq sənədləri sayılan müvafiq sənədləri, yəni təhvil-təslim aktını və və ona əlavələri imzalamışlar. Cavabdeh-nin iki səhmdarına səhmdar cəmiyyətinin əmlakları verilərkən onun adından çıxış edən şəxslər Mülki Məcəllənin 49.3-cü maddəsinin tələbinə müvafiq hərəkət etməmişlər. Yəni, səhmdar cəmiyyətinin mənafeləri üçün vicdanla və ağılla hərəkət etməmişlər. Nəticədə hüquqi şəxs ağır maddi duruma düşmüşdür. Belə ki, Maştağa sahəsindəki əmlak kompleksi ayrıldıqdan sonra kreditor borclarını ödəməkdə çətinlik çəkən səhmdar cəmiyyətin Bakı şəhəri, Zığ şosesi, 18 nömrəli ünvanında yerləşən inzibati binası vergi borcları və digər kreditorlara olan borcların ödənilməsi üçün satılmışdır. Bunu təsdiq edən iş üzrə mühüm əhəmiyyət kəsb edən faktlar mövcuddur. Belə ki, hələ 2007-ci ilin yanvar ayının 9-na olan tarixə verilmiş iqtisadi mübahisələrə dair məhkəmə qərardadı üzrə İcra vərəqəsinə əsasən, Cavabdeh-nin “Qara- Qaya” Assosiasiyasına olan 150042,23 manat borcuna görə cəmiyyətin əmlaklarına, o cümlədən Bakı şəhəri, Xətai rayonu, Zığ şosesi, 18 ünvanında yerləşən İxtisaslaşdırılmış Xüsusi Tikinti Quraşdırma İdarəsinin üzərinə həbs quyulmuşdu. Həmin əmlakların açıq hərracda satılması və əldə olunacaq vəsaitin iddiaçıya - “Qara-Qaya” Assosiasiyasına - ödənilməsi qət edilmişdi. Bundan başqa, 2007- 2010-ci illəri əhatə edən dövrə aid onlarla məhkəmə icra sənədləri mövcud olmuşdur. Bunu Xətai Rayon Məhkəməsinin 8(011)-1145/2012 JVe-li iş üzrə 08 avqust 2012-ci il tarixli Qərardadı da təsdiq edir. Həmin qərardada əsasən, ASC-nin Bakı şəhəri, Zığ şosesi, 18 nömrəli ünvanda yerləşən əmlak kompleksinə həbs qoyulmuşdur. Bu və digər məhkəmə qərarlarının icrası ilə əlaqədar həmin əmlak kompleksi 2013-cü ildə hərrac vasitəsilə satılmış və daxil olan pul vəsaiti Xətai rayon icra şöbəsi tərəfindən 35 sayda ödəniş tapşırıqlarının icrasına yönəldilmişdir. İdarə Heyətinin hazırki sədri İddiaçı11 səhmdarların müraciəti əsasında tərtib olunmuş rəsmi siyahı bunu təsdiq edir. Bundan əlavə, cəmiyyətə məxsus olan demək olar ki, bütün maşın və mexanizmlər hərrac vasitəsilə satılaraq, kreditor bocların ödənilməsinə yönəldilmişdir. Hazırda ASC-nin təkcə "xxxx" ASC-yə olan borclarının məbləği 327 487,67 manatdır. Nəticədə səhmdar cəmiyyətinin kreditor borcları hesablanmış faizlər və dəbbə pulu nəticəsində şişməkdə davam etməkdədir və bu gün onu ödəmə qabiliyyətindən məhrum edərək müflis vəziyyətinə salmışdır. "xxxx" ASC-nin kredit borcunun tutulmasına dair iddia tələbi əsasında 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsi əsas borc 120 224 manat olmaqla, ümumilikdə 327 487,67 manatın Cavabdeh-dən tutulmasını qət etmişdir. Cavabdeh-nin səhmdarı olmuş İddiaçı3 həm də o dövrdə ASC-nin Müşahidə şurasının sədri olmuş İddiaçı6 həyat yoldaşı olmuşdur və ailə münasibətləri davam etməkdədir. MŞ sədri öz həyat yoldaşının xeyrinə hərəkət edərkən, ASC-nin və onun digər iştirakçılarının mənafeləri baxımından vicdansız hərəkət etmiş, öz ailə maraqlarını hüquqi şəxsin maraqlarından üstün tutmuşdur. Bu isə hüquqi məsuliyyət yaradır. Eləcə də İdarə Heyəti sədri İddiaçı5 ona həvalə edilmiş vəzifəni icra edərkən, hüquqi şəxsin maraqlarına uyğun hərəkət etməmişdir. Cavabdeh 2003-cü ildə ARDNŞ-nin “Xəzərdənizneftsosialtikinti” trestinin bazasında yaradılıb. Trestin rəisi İddiaçı6 özəlləşdirmə komissiyasının sədri olmuşdur. Özəlləşdirmə nəticəsində səhmdar cəmiyyətinin səhmlərinin 26,99%-i və ya 67 900 ədədi onun həyat yoldaşı İddiaçı3 adına rəsmiləşdirilmişdir. Bundan başqa, Maştağa sahəsindəki əmlak müqabilində V.A. Rzayeva səhmlərin cəmi 15 faizini, yəni 37 720 ədədini təhvil vermiş, qalan səhmlər isə Rzayevlərin qızı X4 adma ötürülmüşdür. İddiaçı6 ASC-nin MŞ sədri səlahiyyətinə 2011-ci il 30 dekabr tarixli səhmdarların ümumi yığıncağında MŞ-nin yeni tərkibi seçilməklə xitam verilmişdir. Hazırda R. Rzayevin mülkiyyətində CavabdehSC-nin 20 səhmi vardır. Onun qızı Ülviyənin adında isə 30180 ədəd səhm vardır (səsli səhmlərin 14,1192 faizi). Yuxarıda qeyd olunduğu kimi, 2010-cu il 6 avqust tarixli ümumi yığıncağın qərarı dövlət qeydiyyat orqanına' təqdim olunmadığı üçün R. Rzayev hələ də cəmiyyətin MŞ sədri sayilır. Mülki Məcəllənin 49.3-cü maddəsi məhz belə hallarda hüquqi şəxsin, o cümlədən səhmdar cəmiyyətinin idarəetmə orqanları ilə digər iştirakçılarının münasibətlərini tənzimləyir. Belə ki, həmin maddənin tələbinə görə: “Hüquqi şəxs adından çıxış edən şəxs, o cümlədən hüquqi şəxsin idarəetmə orqanlarında (müşahidə (direktorlar) şurası, icra orqanı) təmsil olunan hər hansı şəxs təmsil etdiyi hüquqi şəxsin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etmək, hüquqi şəxsin və onun bütün iştirakçılarının maraqlarına sadiq olmaq və hüquqi şəxsin maraqlarını öz maraqlarından üstün tutmaq və ehtiyatlı olmağa borcludur. Həmin şəxs, bu vəzifələrin hüquqi şəxsin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. Hüquqi şəxsin iştirakçılarının tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir. Hazırki iddia ilə iddiaçılar idarəetmə orqanlarında təmsil olunan,R. Rzayev və S. Qasımovun vəzifələrini pozduqlarına görə, pozuntu nəticəsində Cavabdeh-yə dəymiş zərərin əvəzinin hüquqi şəxsə ödənilməsini tələb edirlər. Dəymiş zərərin əvəzinin ödənilməsi tələbi eyni zamanda həmin dövrdə formalaşdırılmış Komissiyanın üzvləri olan digər şəxslərə, o cümlədən A. Alıyevə, Ə. Qasımova, İ. Bünyatova və S. Bağırova, eləcə də əmlakı qəbul etmiş K. Yadigarova və V. Rzayevaya qarşı yönəldilir. İddiaçılar hesab edirlər ki, R. Rzayev, S. Qasımov, A. Alıyev, Ə. Qasımov, İ. Bünyatov və S. Bağırov hüquqi şəxsə dəymiş zərərin yarısını aralarında bərabər şəkildə bölünməklə ödəməli, digər yarısını isə K. Yadigarov və V. Rzayeva əldə etdikləri əmlaka münasibətdə paylarına uyğun nisbətdə müəyyən edilməklə ödəməlidirlər. Mülki Məcəllənin 107.8-ci maddəsinə və Cavabdeh-nin nizamnaməsinin 13.13-cü bəndinə əsasən, Direktorlar şurasının (Müşahidə şurasının) sədri şuraya rəhbərlik edir. Mülki Məcəllənin 107.4-ci maddəsinə müvafiq olaraq Cavabdeh-nin icara orqanı funksiyasını İdarə Heyəti yerinə yetirmişdir. O, cəmiyyətin fəaliyyətinə cari rəhbərliyi həyata keçirir, direktorlar şurasına (müşahidə şurasına) və səhmdarların ümumi yığıncağına hesabat verir. Səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına səbəb olmuş “səhm müqabilində əmlak payının verilməsi” əməliyyatı Mülki Məcəllədə 105.1, 105.3 və 505-1-ci maddələri ilə tənzimlənmir və səhmlərin geri alınması kimi qəbul edilə bilməz. Məcəllənin 105.1 -ci maddəsi səhmlərin geri satın alınmasını səhmdar cəmiyyətinin özünün təşəbbüsü ilə, səhmdarların ümumi yığıncağının qərarına əsasən səhmlərin nominal dəyərini azaltmaq yolu ilə və ya səhmlərin bir hissəsini satın alıb onların ümumi miqdarını azaltmaq yolu ilə nizamnamə kapitalını azaldılmasının mümkünlüyünü təsbit edir. Satın almanın ödəniş vasitəsi kimi Məcəllə pul sərvətlərini təyin etmişdir. Yəni səhmin müqabilində əmlak payının verilməsi kimi alternativ müəyyən olunmamışdır. Məcəllənin 105.3-cü maddəsində deyilir ki, səhmlərin bir hissəsinin satın alınması və ödənilməsi yolu ilə səhmdar cəmiyyətinin nizamnamə kapitalının azaldılmasına bu şərtlə yol verilir ki, belə imkan cəmiyyətin nizamnaməsində nəzərdə tutulmuş olsun. Həqiqətən belə bir imkan nizamnamədə nəzərdə tutulmuşdur. Lakin nə səhmlərin qarşılığında əmlak tələbi qanunvericiliyin bu normasına istinad etmişdir, nə də ona müvafiq icra edilmişdir. ASC-nin iki səhmdarın əmlak qarşılığında səhmləri təqdim etməsi Mülki Məcəllənin 105-1-ci maddəsinin və Nizamnamənin 7.9 və 7.11-ci maddələrinin tələblərinə də uyğun deyildir. Belə ki, həmin norma səhmin həm cəmiyyətin, həm də onun səhmdarının təşəbbüsü ilə səhmin geri satın alınması qaydasını müəyyən edir. Lakin səhmin geri satın alınması onun ümumi yığıncaqda müəyyən edilmiş qiyməti ilə mümkün ola bilərdi. Səhmdarların 6 avqust 2010cü il tarixli ümumi yığıncağında nə səhmlərin satınalma qiyməti müəyyən olunmuş, nə də onların satınalması həyata keçirilmişdir. Belə ki, səhmlər geri satın alınmış olsaydı, MM-in 105-1.5-ci madəsinə və nizamnamənin 7.11 -ci bəndinə müvafiq olaraq, onlar geri satın alındığı tarixdən bir il müddətində ya təkrarən yerləşdirilməli, ya da ümumi yığıncağın qərarı ilə ləğv edilməli idilər. Belə bir hadisə baş verməmişdir. İddia ərizəsinin 22-24-cü hissələrində göstərildiyi kimi, səhmdarlar səhmlərini səhmdar cəmiyyətinə təhvil verməklə əmlak qarşılığında ondan ayrıla bilməzdilər və qanunvericilik digər təşkilati-hüquqi formada yaradılmış təsərrüfat cəmiyyətlərindən fərqli olaraq açıq səhmdar cəmiyyətinin iştirakçıları üçün belə bir hüquq tanımır. Lakin belə bir hal qiymətli kağızlar bazarına nəzarət edən dövlət orqanı olan Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi tərəfindən tanındığı üçün və Cavabdeh-nin səhmlərinin azaldılmasına dair Qiymətli kağızların buraxılışı reyestrində müvafiq qeydlər edildiyi və keçmiş səhmdarlar K. Yadigarov və V. Rzayeva onlara ayrılmış əmlaka sahiblik etdikləri üçün, bu proseslərin geri dönməzliyi kimi mühüm xüsusatları nəzərə alaraq, iddiaçılar hesab edirlər ki, əmlakın adıgedən səhmdarlara verilməsini Mülki Məcəllənin ayrılma yolu ilə hüquqi şəxsin yenidən təşkilini tənzimləyən 56.4-cü maddəsi ilə nəzərdən keçirməli və buna uyğun hüquqi nəticələri qəbul və tətbiq etmək lazımdır. İddiaçıların tələblərinin əsası olan başqa bir huquqi istinad Mülki Məcəllənin 58.3-cü maddəsidir. Hüquqi şəxs yenidən təşkil edilərkən onun kreditorlarının hüquqları üçün təminatları müəyyən edən həmin maddədə göstərilir ki, əgər bölünmə balansı yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq varisini müəyyənləşdirməyə imkan vermirsə, yeni yaranmış hüquqi şəxslər yenidən təşkil edilmiş hüquqi şəxsin öhdəlikləri üçün onun kreditorları qarşısında birgə məsuliyyət daşıyırlar. Cavabdeh səhmdarların ondan ayrılmasından sonra kreditorları qarşısında olan öhdəlikləri təkbaşına ödəməli olmuş, ayrılan iki səhmdarın təsərrüfat cəmiyyəti isə Cavabdeh-nin kredirorları qarşısında məsuliyyətdən kənarda qalmışlar. İddiaçılar hesab edirlər ki, Cavabdeh-də K.E. Yadigarovun və V.A. Rzayevanın səhmləri müqabilində əmlak payı almaqla cəmiyyətdən çıxdıqdan sonra yaranmış maliyyə durumunun aradan qaldırılması üçün məhkəmə tərəflərə, yəni Cavabdeh-yə və ondan ayrılan əmlaka sahiblik edən şəxslərin təsərrüfat cəmiyyətinə onların birgə iştirakı ilə qanunvericiliyə müvafiq bölünmə balansının hazırlanıb səhmdarların ümumi yığıncağında təsdiq edilməsi öhdəliyinin icrasını tapşırmalıdır. Daha sonra təhvil akti və bölünmə balansı yenidən təşkil olunan tərəflərin nizamnamələrinin dövlət qeydiyyatı üçün müvafiq dövlət qeydiyyat orqanına təqdim oluna bilər. Bölünmə balansının tərtib olunmaması və təhvil aktında bu barədə qeydlərin olmaması iddia tərəfinə Xətai rayon məhkəməsi tərəfindən baxılan 2(011)-1932/2013 nömrəli işin məhkəmə araşdırması zamanı əldə olunan sənədlər nəticəsində məlum olmuşdur. Belə ki, səhmdarların qeyd olunan ümumi yığıncağında təhvil-təslim akti təqdim olunmamış, eləcə də bölünmə balansının tərtib olunub-olunmadığı barədə məlumat verilməmiş, belə bir balans ümumi yığıncağa nə həmin gün, nə də sonrakı dövrdə təqdim olunmuşdur. İş üzrə iddiaçılar həmçinin hesab edirlər ki, 6 avqust 2010-cu il tarixindən sonra keçən müddətdə Cavabdeh-nin debitor borclarının təqdim olunması, eləcə də kreditor borcları, o cümlədən bank kreditləri üzrə borclar (əsac borc və ona hesablanmış faizlər və dəbbə pulu), vergi borcları üzrə ödəmələrin ümumi məbləği müəyyən olunmaqla, cəmiyyətdən ayrılan tərəfin, yəni K. E. Yadigarovun və V.A. Rzayevanın pul məbləği ilə ifadə olunan maddi məsuliyyət həddi təyin olunmalıdır. Bu məbləğ iddianın 14-cü hissəsində istinad olunan hüquqi normaya müvafiq olaraq səhm sayına proporsional olaraq K. E. Yadigarov (25 ədəd) və V. A. Rzayeva (37 720 ədəd), digər 50 faizi isə adları çəkilən digər cavabdehlər arasında mütənasib şəkildə bölünməklə, hüquqi şəxsə - Cavabdeh-yə qaytarılmalıdır. Hüquqi şəxsə dəymiş zərərə dair toplanmış məlumatlara əsasən, qeyd olunan dövrdə Cavabdeh kreditorı qarşısında borcları üzrə məhkəmə qətnamələri və sair icra vərəqələri üzrə (toplam 36 iş) 347 008,17 manat, eləcə də inzibati binanın satışı üzrə hərrac mərkəzinə 20 000 manat, məhkəmə qərarlarının icrası üzrə icra məmurları şöbələrinə 27 iş üzrə tələbin 7 faizi olmaqla topmal 23 067,11 manat, həmçinin əmək kollektivi üzvləri qarşısında olan öhdəliklər üzrə 66 000 manat, cəfni 456 075,28 manat ödəniş aparmışdır. Bundan başqa, səhmdar cəmiyyətin "xxxx" ASC-yə olan 327 487,67 manat həcmində borcu da tanınmışdır. Ümumi məbləğ 783 562,95 manat təşkil edir. İddiaçılar cavabdehlərin səhmdar cəmiyyətə vurduqları zərəri cəmiyyətdən faktiki olaraq ayrılmış, iddia ərizəsinin 7ci bölməsində qeyd olunmuş 81,63%-lik əmlakın mütənasib hissəsi olaraq, 639 622 (altı yüz otuz doqquz min altı yüz iyirmi iki) manat 44 qəpik məbləğində qiymətləndirirlər və zərərin cavabdehlərdən tutulmasını tələb edirlər. Yerdə qalan borc öhdəlikləri isə ASC-yə şamil edilə bilər. İddiaçılar hesab edirlər ki, zərərin ödənilməsi məsələsində məhkəmənin ədalət prinsipi nəzərə alınmalı və vurulan zərərdə cavabdehlərin iştirak adekvat qiymətləndirilməlidir. Buna görə də tərəflərin məsuliyyətini nəzərə almaqla K. E. Yadigarovdan və V.A. Rzayevadan əldə etdikləri paylara mütənasib bölünməklə vurulan zərərin birlikdə 50 (əlli) faizini, yəni 319 811 (üç yüz on doqquz min səkkiz yüz on bir) manat 22 qəpiyini, digər cavabdehlər, yəni İddiaçı6, İddiaçı5, İddiaçı11, İddiaçı8, İddiaçı9 və İddiaçı10 birlikdə bərabər hissələrlə, hər biri 53 301 (əlli üç min üç yüz bir) manat 87 qəpik olmaqla yerdə qalan 50 faizini ödəməlidirlər. İddiaçılar cavabdehlərin səhmdar cəmiyyətə vurduqları zərəri cəmiyyətdən faktiki olaraq ayrılmış, iddia ərizəsinin 7-ci bölməsində qeyd olunmuş 81,63%-lik əmlakın mütənasib hissəsi olaraq, 639 622 (altı yüz otuz doqquz min altı yüz iyirmi iki) manat 44 qəpik məbləğində qiymətləndirirlər və zərərin cavabdehlərdən tutulmasını tələb edirlər. Yerdə qalan borc öhdəlikləri isə ASC-yə şamil edilə bilər. Hesablamalarımıza əsasən, K. Yadigarov ayrılan əmlakda 25 səhm olmaqla 0,0662%-lik paya sahib olduğu üçün dəymiş zərər 2 117,15 manat (K. Yadigarova və V. Rzayevaya aid edilməli olan zərər məbləği, yəni 319 811,22 manat, bölünsün 100%, vurulsun K. Yadigarova çatan pay nisbəti - 0,0662% - bərabərdir 2 117,15 manat). Zərərin qalanı, yəni 317 694,07 manat (üç yüz on yeddi min altı yüz doxsan dörd) 07 qəpik eyni hesablama metodu ilə hesablanmaqla əldə etdiyi paya proporsional olaraq V. Rzayeva tərəfindən ödəməlidir. İddiaçılar İddiaçı1 Cavabdeh-nin 2650 ədəd, İddiaçı4 Çaylı oğluna - 1264 ədəd, İddiaçı2 - 560 ədəd səhmləri məxsusdur. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı8 iddia tələbini qəbul etməyərək iddiaçılar belə iddiaları başqa məzmunlarda olmaqla dəfələrlə məhkəməyə müraciət etmiş, lakin iddia tələbləri əsassız olduqlarından iddiaları təmin edilməmişdir. Bu səbəbdən də iddianın təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı11 iddia tələbini qəbul etməyərək iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Məhkəmə icalsının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmış iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2, cavabdehlər İddiaçı3, İddiaçı6, İddiaçı7, İddiaçı9 və mübahisə predmenti barədə müstəqil tələb irəli sürməyən X2 mhkəmə iclasına gəlməmiş gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə işi iddiaçıların və digər cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən İddiaçı2 iddia tələbini müdafiə edərək, iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdeh İddiaçı9 iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Cavabdehlər İddiaçı8, İddiaçı11 və İddiaçı9 məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdilərki, Bakı şəhəri Sabunçu rayon Məhkəməsinin icraatında (hakim: Nilufər Cəfərli) iş üzrə iddiaçılar İddiaçı1, İddiaçı4 Çaylı oğlu və İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı10 Firudin oğluna, İddiaçı11 və maraqlı şəxs Cavabdeh-yə qarşı "müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarların ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi tələbinə dair" mülki iş vardır. İddianın tələb hissəsində iddiaçılar Cavabdeh və ondan ayrılan əmlaka sahiblik edən İddiaçı7 və İddiaçı3 aid olan təsərrüfat cəmiyyətinin üzərinə onların birgə iştirakı ilə qanunvericiliyə müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətdə səhmdarların ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və cavabdehlərdən ümumilikdə 639622,44 manat məbləğində vurulmuş zərərin tutularaq Cavabdeh-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş edilir. İddia ərizəsində bəndlər üzrə göstərilənlərlə əlaqədar aşağıdakıları bildiririk: İddiaçılar göstərir ki; tərəflər arasında ( yəni, Cavabdeh və plan "ayrılan" əmlaka sahiblik edən İddiaçı7 və İddiaçı3 arasında) bölünmə balansı tərtib olunmamışdır. Bu bölünmə deyil, səhmdarlara səhminin əvəzində əmlak ayrılmasıdır. Mülki Məcəllənin 55.2-ci maddəsində deyilir: Qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. İddiaçı7 və İddiaçı3 götürməli olduqlarından 1 milyon 945 min 75 manat 86 qəpik artıq dəyərində əmlakın ayrılması barədə yazılanlar isə sağlam düşüncəyə sığmır. Belə ki, 2003-cü ildə ASC yaranan zaman onun nizamnamə kapitalı ********* AZN (indiki 502992 manat) müəyyən edilmişdir. 2003-cü ildən bəri həmin əmlakların amortizasiyasını, həmçinin ASC-nin Bakı şəhəri, Xətai rayonu, Əbilov 18-də yerləşən inzibati binasının və 200-yə yaxın nəqliyyat vasitəsinin məhkəmə qərarlarına əsasən hərracda satıldığını nəzərə alsaq, ASC-yə məxsus əmlakın hazırkı qiymət 502992 manatdan da xeyli az olar. Tərəflər arasında əmlak "xxxx" zamanı ASC-nin borc öhdəliklərinin nəzərə alınmamasına gəlincə, yuxarıda qeyd etdiyimiz kimi bu bölünmə deyil, səhmdarlara səhminin əvəzində əmlak ayrılmasıdır. İddiaçıların Cavabdeh-yə dəymiş zərərin əvəzinin hüquqi şəxsə ödəniləməsini tələb etməsi tamamilə qanunsuzdur. a) Zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Bunu tələb etmək üçün həmin şəxsin subyektiv hüququ olmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər. Öz hərəkətlərinə hüquqi ixtiyar.. - Başqa (borclu) şəxslərdən tələb etmək hüququ..-..Müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementlərim birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərini, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasında, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Həmin şəxslərin (iddiaçıların) Xətai Tikinti Mexanizasiya" ASC-nin adından çıxış etmək səlahiyyəti yoxdur. Mülki Məcəllənin 49.3-cü maddəsində deyilir: Hüquqi şəxsin nizamnamə kapitalında ən azı 5 faiz paya (səhmə) malik olan iştirakçısının (iştirakçılarının) tələbi ilə o, vəzifələrini pozduğu halda, pozuntu nəticəsində hüquqi şəxsə dəymiş zərərin əvəzini ödəməlidir, iddiaçıların birlikdə XTM ASC-dəki səhmləri 2,2428 % təşkil edir. Mülki Məcəllənin 106-1.3-cü maddəsində səhmdarların hüquqları sırasında səhmdarın Səhmdar Cəmiyyətə dəymiş zərərin əvəzinin tələb etməsi nəzərdə tutulmayıb. Qanunvericilikdə, o cümlədən Mülki Məcəllədə, həmçinin ASC-nin nizamnaməsində səhmdara səhm müqabilində əmlak payı verilməklə "Ayrılma" hüququnun verilməməsinə gəlincə, heç bir qanunvericilikdə səhmdara səhm müqabilində əmlak payı verilməsini qadağan edən bir norma yoxdur. İddiaçı Aslanbəyovun oxşar predmet üzrə şikayəti dair Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı 18 aprel 2014-cü il tarixli qərarında bu hal göstərilir. Mülki Prosessual Məcəllənin 69.2-ci maddəsində deyilir ki, hüquqi şəxsi məhkəmədə qanunlarla, digər hüquqi aktlarla və ya hüquqi şəxsin təsis sənədləri ilə müəyyən edilmiş səlahiyyətli şəxsləri, yaxud müvafiq qaydada səlahiyyət verilmiş və əsas iş yeri həmin hüquqi şəxs olan işçiləri və ya vəkillər təmsil edir. Səhmdara səhm müqabilində əmlak payı götürmək hüququnun tanınmasına gəlincə, yuxarıda qeyd etdiyi kimi bu barədə heç bir qadağa yoxdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti İqtisadi inkişaf Nazirliyi Dövlət Əmlakının İdarə olunması və Özəlləşdirilməsi Departamentinin 31 mart 2003-cü il tarixli 92 saylı sərəncamına əsasən "Xəzərədənizneftsosialtikinti" trestinin və onun struktur bölmələrinin bazasında yaradılmışdır. Cəmiyyətin nizamnamə kapitalı ********* manat (indiki 502992 manat) müəyyən edilmiş, nizamnamə kapitalına uyğun olaraq hər birinin nominal dəyəri 10000 manat nazırkı məzənnə ilə 2 manat) olmaqla 251496 ədəd (iki yüz əlli bir min dörd yüz doxsan altı) sənədsiz adlı səhm buraxılmışdır. Həmin səhmlərdən 37745 ədədi (otuz yeddi min yeddi yüz qırx beş) İddiaçı7 (25 ədəd) və İddiaçı3 37720 ədəd) məxsus olmuşdur. Göstərilən şəxslər 12 aprel 2009-cu ildə Səhmdar Cəmiyyətinə ərizə ilə müraciət edərək onlara məxsus səhmlərin müqabilində Səhmdar Cəmiyyətin Maştağa sahəsində yerləşən əmlakının və ərazidən istifadə hüququnun onlara verilməsi və bu məsələnin ümumi yığıncağı gündəliyinə daxil edilərək müvafiq qərar qəbul edilməsini xahiş etmişlər. Səhmdar Cəmiyyətin Nizamnaməsinin 11-ci bəndinə uyğun olaraq təklif olunan məsələ Səhmdar Cəmiyyətin 22 may 2009-cu ildə keçirilmiş ümumi yığıcağında müzakirə edilmiş və onun müvafiq qaydalara uyğun olaraq baxılması məqsədilə komissiya yaradılmışdır. Komissiya tərəfindən Maştağa sahəsindəki əmlakın inventarizasiyası aparılmış lazımi sənədlər tərtib edilmişdir. Məsələ "xxxx" ASC-nin səhmdarlarının 06 avqust 2010-cu il tarixli ümumi yığıncağının (iştirak faizi 88,96 %) gündəliyinə daxil edilmiş və səsverməyə çıxarılmış və lehinə-216402 s/s, əleyhinə -7322 s/s, bitirəf -0 , olmaqla göstərilən əmlakın (ərazinin) həmin şəxslərə ayrılması barədə qərar qəbul edilmişdir. Həmçinin iş üzrə İddiaçı2 həmin iclasda iştirak etmiş və həmin qərarın lehinə səs vermişdir. Bundan sonra 10 yanvar 2011-ci ildə təhvil-təslim aktı tərtib olunmuş Səhmdar Cəmiyyətin Maştağa sahəsində yerləşən əmlakının və ərazidən istifadə hüququnun İddiaçı7 və İddiaçı3 onlara verilməsi Səhmdar Cəmiyyətə aid olan hissədə başa çatmış və dəyişiklik nizanamədə və digər sənədlərdə rəsmiləşdirilmişdir. - 22 avqust 2010-cu ildə Xalq qəzetində Cavabdeh-yə məxsus səhmlərin bir qisminin dəyərinin əmlakla ödənilməsi ilə bağlı səhmdar cəmiyyətin nizamnamə kapitalının 75,49 min manat azaldılması barədə elan verilmişdir. -04/041-525 saylı, 28 sentyabr 2010-cu il tarixli qərarı ilə Cavabdeh-nin 37745 adi adlı sənədsiz səhmlərinin dövriyyədən çıxarılması rəsmiləşdirilmişdir. Milli Depozit Mərkəzi tərəfindən Cavabdeh-nin 37745 adi adlı adsız qiymətli kağızlarının ləğv edilməsinə dair 04 noyabr 2010-cu il tarixli AKT tərtib edilmişdir. Göstərilənlərlə əlaqədar Cavabdeh-nin Nizamnaməsində 28.12.2010-cu ildə müvafiq dəyişiklik edilmişdir. Həmçinin İddiaçı2 2013cü ildə cavbdeh Cavabdeh-yə qarşı "əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması haqqında səhmdarların ümumi yığıncağının 06 avqust 10-cu il tarixli qərarının etibarsız hesab edilməsi, dəymiş maddi ziyana görə 15753 manat pul tələbinə dair" iddia ərizəsi ilə Xətai rayon Məhkəməsinə daha sonra isə apellyasiya instansiyasına və kassasiya instansiyasına müraciət etmişdir. Xətai rayon Məhkəməsinin 2(011)- 1732/2013 saylı, 12 avqust 2013-cü il tarixli qətnaməsi, Bakı Apellyasiya Məhkəmsinin 2(103)- 5773/2013 saylı, 27 noyabr 2013-cü il tarixli qətnaməsi və Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-1320/2014 saylı 18 aprel 2014-cü il tarixli qərarı ilə iddia tamamilə əsassız olduğu üçün təmin edilməmişdir. Bütün məhkəmə instansiyaları əmlak və torpaq sahəsinin adi adlı sənədsiz səhmdəki paylara uyğun olaraq ayrılması prosesinin qanunauyğun keçirildiyini və bu prosesin həyata keçirilməsi nəticəsində İddiaçı2 heç bir ziyan dəymədiyini qət etmişlər. Belə olan halda onların adlarına çıxarışın verilməsi iddiaçının heç bir hüququnu pozmur və həmin şəxsin bu proseslə əlaqədar məhkəməyə müraciət etməyə heç bir subyektiv hüququ yoxdur. İş üzrə məhkəmə icraatı başa çatdıqdan sonra onların tərəfindən tələb olunan hüquqmüəyyənedici sənədlər (protokoldan çıxarış, sərəncam, istismara icazə aktı) müvafiq orqana təqdim edimiş və həmin sənədlər əsasında həmin əmlak kompleksinin üzərində 24 aprel 2014-cü il tarixdə İddiaçı7 (0,07 %) və İddiaçı3 (99,93 %) mülkiyyət hüququ tanınaraq, RX ******* seriyalı dövlət reyestrindən çıxarışla rəsmiləşdirilmişdir. Yəni bütün proses mövcud qaununvericiliyin tələblərinə tamamilə uyğun həyata keçirilmişdir. İddiaçılar İddiaçı1, İddiaçı4 Çaylı oğlunun və İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla “müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi”tələbinə dair iddiasının rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Əvvəlki məhkəmə iclasına müstəqil tələb irəli sürməyən 3-cü şəxs o, X3 qanuni nümayəndəsi olduğunu və məhkəmədə təmsil edib hüquqlarını qoruduğunu bildirmişdir. İddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyərək, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, tərəflərin istinad etdiyi halları nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, iddia tələbi əsassız olduğundan rədd edilməlidir. Belə ki, iş materiallarında olan 06 avqust 2010-cu il tarixli CavabdehSC səhmdarlarının ümumi yığıncağının protokolunun surətindən görünür ki, Xətai Tikinti ASCnin Maştağa sahəsində yerləşən və müvafiq Komissiyanın arayışında göstərilmiş ümumi məbləği 75490.0 manat olan əmlak və onun yerləşdiyi maştağa qəsəbəsi, M.Hüseynzadə küçəsi 1 ünvanındakı 17861.9 kv.m torpaq sahəsi səhmdar İddiaçı7 dövlət qeydiyyat nömrəsi DP00171616 olan 25 adlı sənədsiz səhiminin və İddiaçı3 dövlət qeydiyyat nömrəli DP00181914 olan 37720 adlı sənədsiz səhiminin payı olaraq onlara ayrılması qərara alınmışdırş - 24.09.2013-cü il tarixli depo hesabından çıxarışdan görünür ki, CavabdehSC-nin Nizamnamə kapila miqdarı 427502.00 manatdır -24.09.2013-cü il tarixli depo hesabından çıxarışdan görünür ki, İddiaçı4 Çaylı oğlunun 1264 ədəd qiymətli kağızları vardır və həmin qiymətli kağızlar öhdəliklər ilə yüklü edilmişdir. -24.09.2013-cü il tarixli depo hesabından çıxarışdan görünür ki, İddiaçı1 2650 ədəd qiymətli kağızları vardır və həmin qiymətli kağızlar öhdəliklər ilə yüklü edilmişdir. -16.01.2007-ci il tarixli depo hesabından çıxarışdan görünür ki, İddiaçı2 Selaydinoviçin 560 ədəd qiymətli kağızları vardır və həmin qiymətli kağızlar öhdəliklər ilə yüklü edilməmişdir. -2010-cu ilin mənfəət vergisinin bəyannaməsinin vergi ödəyicisi haqqında ümumi məlumatdan görünür ki, zərər olaraq 43.502.59 manat hesablanmışdır. -Mənfəət vergisinin bəyannaməsinə 1 nömrəli əlavədən görünür ki, "xxxx" ASC digər öhdəliklər üzrə 112,176.40 manat dövr ərzində daxil olmuş, 2,490,923.33 manat təqdim edilmiş, silinmiş, ləğv edilmiş, 307,622.19 manat hesabat dövrünün sonuna qalan pul məbləği kimi hesablanmışdır. - 2010-cu il tarixli Əmlak Vergisinin Bəyannaməsinə Əlavədən görünür ki, müəssisənin ilin sonuna əmlakın qalıq dəyəri 0 manat qeyd edilmişdir. -X1 görünür ki, 2010-cu il üçün vergi məbləği 4073.80 manat müəyyən edilmişdir. -Mənfəət vergisinin bəyannaməsinənömrəli əlavədən görünür ki, ASC-ə 46.119.07 manat məbləğində zərər hesablanmışdır. -Mənfəət vergisinin bəyannaməsinə 2009-cu il üçün olan 1 nömrəli əlavədən görünür ki, 54.146.35 manat dövr ərzində daxil olmuş, 39.383.92 manat təqdim edilmiş, silinmiş, ləğv edilmiş, 2.686.369.12 manat hesabat dövrünün sonuna qalan pul məbləği kimi hesablanmışdır. - 2010-cu il tarixli Əmlak Vergisinin Bəyannaməsinə Əlavədən görünür ki, müəssisənin ilin sonuna əmlakın qalıq dəyəri 4.003.92 manat qeyd edilmişdir. - Cavabdeh ACS-nin 01.01.2010-cu il tarixinə olan əsas vəsaitləri və matrial ehtiyyatları barədə nizmanəməyə əlavə edilmiş məlumatdan g görünür ki, XTM ASC üçün əsas vəsaitlərin qalıq dəyəri 453180, material 126096, azqiymətli və tez köhnələn inventarlar 16756 olmaqla, cəmi 596032, Maştağa sahəsi üçün əsas vəsaitlərin qalıq dəyəri 65836,14, material 3599,65, azqiymətli və tez köhnələn inventarlar 957,37 olmaqla, cəmi 70393,16, xüsusi çəkisi faizlə əsas vəsaitlərin qalıq dəyəri 14.53%, material 2.85%, azqiymətli və tez köhnələn inventarlar 5.71% olmaqla, cəmi 11.81% qeyd edilmişdir. - Cavabdeh-nin Maştağa sahəsində olan və səhmdarlar İddiaçı7 və İddiaçı3 verilməsi təklif edilən material ehtiyatları barədə arayışdan görünür ki, ümumi məbləğ 3599.65 manat hesablanmışdır. - Cavabdeh-nin Maştağa sahəsində olan və səhmdarlar İddiaçı7 və İddiaçı3 verilməsi təklif edilən azqiymətli və tezköhnələn əşyalar barədə arayışdan görünür ki, ümumi məbləğ 957.37 manat hesablanmışdır. - Cavabdeh-nin Maştağa sahəsində olan və səhmdarlar İddiaçı7 və İddiaçı3 Maştağa sahəsinə ayrılması təklif edilən ərazi və əmlakın ümumi məbləği barədə arayışdan görünür ki, əsas vəsaitlər, material ehtiyatları, azqiymətli və tezköhnələn əşyaların cəmi dəyəri 70393,16 manat, ünvan 4 ünvanında yerləşən ərazi 17861,9 m2 qeyd edilmişdir. - 2011-ci il tarixli səhmdarlar İddiaçı7 və İddiaçı3 Səhmdar Cəmiyyətdən ayrılması ilə bağlı onlara verilən əmlakın və ərazinin təhvil-təslim aktından görünür ki, 06.08.2010-cu il tarixdə keçirilmiş ümumi yığıncağın qərarına əsasən 10 yanvar 2011-ci il tarixdə Səhmdar Cəmiyyətinin Maştağa sahəsində yerləşən 75490.0 manat dəyərində qiymətləndirilmiş əmlakın, o cümlədən: 70932.98 manat məbləğində əsas vəsaitlərin, 3599.65 manat dəyərində materialların və 957.37 manat dəyərində azqiymətli və tezköhnələn əşyların və həmin əmlak yerləşən ünvan 5 ünvanında yerləşən, ümumi sahəsi 17861.9 m2 olan ərazinin təhvil-təslimi həyata keçirilmişdir. -10.01.2011-ci il tarixli təhvil-təslim aktından görünür ki, Maştağa sahəsi üzrə 85 adda əsas vəsaitlərin qalıq dəyəri 66325,31 manat və qiymətləndirilmiş dəyəri 70932,98 manat İddiaçı7 və İddiaçı3 təhvil verilmişdir. -Cavabdeh-nin balansında olan material ehtiyatlarının bölgüsü aktının surətindən görünür ki, İddiaçı7 və İddiaçı3 verilən material ehtiyatları cəmi 3599.65 manat müəyyən edilmişdir. -Cavabdeh-nin balansında olan azqiymətli və tezköhnələn əşyaların bölgüsü aktının surətindən görünür ki, İddiaçı7 və İddiaçı3 verilən material ehtiyatları cəmi 957.37 manat müəyyən edilmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 2(011)-1932/2013 nömrəli, 12 avqust 2013cü il tarixli qətnamənin surətindən görünür ki, İddiaçı2 Cavabdeh-ə və qeyrilərinə qarşı dəymiş zərərə görə kompensasiyanın ödənilməsi tələbinə dair iddiası təmin edilməmişdir. -Bakı Apelyasiya Məhkəməsinin 2(103)-5873/2013 nömrəli, 27 noyabr 2013-cü il tarixli qətnaməsi ilə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 12 avqust 2013-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır.İddiaçı2 tərəfindən verilmiş apelyasiya şikayəti təmin edilməmişdir. -Ali Məhkəmənin 2(102)-1320/2014 nömrəli, 18 aprel 2014-cü il tarixli qərarın surətindən görünür ki, İddiaçı2 və vəkili Heydərov Nemət Əliş oğlunun kassasiya şikayəti təmin edilməmişdir. İş üzrə Bakı Apleyasiya Məhkəməsinin Mülki Kollegiyasının 27 noyabr 2013-cü il tarixli, 2(103)-5873/2013 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. -Bakı şəhəri Vergilər Departamenti Kommersiya X6 Qeydiyyat İdarəsinin 30 avqust 2013-cü il tarixli, **********645200 nömrəli məktuba cavabdan görünür ki, cəmiyyətin əmlakının ayrılması barədə sorğuda qeyd etdiyi 2010-cu il tarixli səhmdarların ümumi yığıncağının qərarı İdarəyə təqdim edilməmişdir. -Bakı şəhəri Xətai Rayon Məhkəməsinin 8(011)-1145/2012 nömrəli qərardada əsasən Cavabdeh-nin mülkiyyətində olan ünvan 6 ünvanında yerləşən əmlak kompleksi üzərinə həbs qoyulmuşdur. - Azərbaycan Respublikası Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin Milli Depozit Mərkəzinin 27 aprel 2012-ci il tarixli məlumatına əsasən Cavabdeh-nin səhmdarlarının siyahısında ümumi miqdarı 213751 olan qiymətli kağızlar mövcuddur. -23 oktyabr 2013-cüil tarixli Xalq Qəzetinin elanından görünür ki, Cavabdeh səhmdarlarının növbədənkənar yığıncağının 22 noyabr 2013-cü il tarixdə saat 15:00-da ünvan 7 ünvanda keçiriləcəkdir. Gündəliyin məsələsi isə Cavabdeh-nin ləğv edilməsi göstərilmişdir. - Bakı şəhəri Binəqədi rayonu Qeydiyyat Şöbəsinin 16 may 2014-cü il tarixli, AZ-İ seriyalı, 676180 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh İddiaçı10 27 aprel 2014-cü il tarixdə ölmüşdür. - Bakı şəhəri Nizami rayonu Qeydiyyat Şöbəsinin 17 mart 2014-cü il tarixli, AZ-İ seriyalı, 671294 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, cavabdeh İddiaçı5 17 mart 2014-cü il tarixdə ölmüşdür. -Milli Depozit Mərkəzinin 12.12.2013-cü il tarixdə məhkəməyə ünvanladığı məktubdan görünür ki, 04.12.20136-cü il tarixdə Cavabdeh-nin səhmdarı İddiaçı6 özenə məxsus olan 20 ədəd səhmi birja vasitəsi ilə alqı-satqı həyata keçirib. 20 ədəd səhm alqısatqı vasitəsi ilə üçüncü şəxsin mülkiyyətinə keçmişdir. -Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)-3162/2015 nömrəli, 19 noyabr 2015-ci il tarixli qətnaməsinə əsasən İddiaçı6 məxsus Cavabdeh 04 dekabr 2013-cü il tarixində 20 ədəd qiymətli kağızların birjada broker vasitəsi ilə satılması ilə əlaqədar bağlanmış əqd etibarsız hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 49.1-ci maddəsinə görə hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası, müvafiq olaraq, nizamnamə, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında” və “Əmanətlərin sığortalanması haqqında” Azərbaycan Respublikasının qanunları ilə müəyyənləşdirilir. Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən hüquqi şəxs öz iştirakçıları, habelə təmsilçiləri vasitəsilə mülki hüquqlar əldə edə bilər və öhdəsinə mülki vəzifələr götürə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 55.1-ci maddəsinə görə, hüquqi şəxsin yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə) onun təsisçilərinin (iştirakçılarının) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanının qərarı ilə həyata keçirilə bilər. Həmin Məcəllənin 55.2-ci maddəsinə görə, qanunla müəyyənləşdirilmiş hallarda hüquqi şəxsin bölünməsi və ya tərkibindən bir və ya bir neçə hüquqi şəxsin ayrılması şəklində yenidən təşkili məhkəmənin qərarı ilə həyata keçirilir. 55.3-cü maddəsinə görə məhkəmə hüquqi şəxsin kənar idarəçisini təyin edir və ona hüquqi şəxsi yenidən təşkil etməyi tapşırır. Kənar idarəçinin təyin edildiyi andan hüquqi şəxsin işlərini idarə etmək səlahiyyətləri ona keçir. Kənar idarəçi məhkəmədə hüquqi şəxsin adından çıxış edir, bölünmə balansını tərtib edib baxılmaq üçün onu yenidən təşkil nəticəsində yaranan hüquqi şəxslərin nizamnamələri ilə birlikdə məhkəməyə verir. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı, qanunvericiliyin tələblərinə riayət edilməklə yeni yaranan X6 qeydiyyatına alınması üçün əsasdır. Həmin Məcəllənin 56.4-cü maddəsinə görə hüquqi şəxsin tərkibindən bir və ya bir neçə hüquqi şəxs ayrıldıqda yenidən təşkil edilmiş hüquqi şəxsin hüquq və vəzifələri bölünmə balansına uyğun olaraq onların hər birinə keçir. 57.1-ci maddəsinə əsasən təhvil aktında və bölünmə balansında yenidən təşkil edilmiş hüquqi şəxsin bütün kreditorları və borcluları barəsində öhdəliklərinin hamısı, o cümlədən tərəflərin mübahisə etdikləri öhdəliklər üzrə hüquqi varislik haqqında müddəalar olmalıdır. 57.2-ci maddəsinə əsasən təhvil aktı və bölünmə balansı hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş onun təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı tərəfindən təsdiq edilir və nizamnamələrlə birlikdə yeni yaranmış X6 qeydiyyatına alınması və ya mövcud hüquqi şəxslərin nizamnamələrində dəyişikliklər edilməsi üçün təqdim olunur. 58.1-ci maddəsinə hüquqi şəxsin yenidən təşkili haqqında qərar qəbul etmiş hüquqi şəxsin təsisçiləri (iştirakçıları) və ya hüquqi şəxsin nizamnamə ilə vəkil edilmiş orqanı, bu Məcəllənin 55.3-cü maddəsində nəzərdə tutulan hallarda isə kənar idarəçi hüquqi şəxsin yenidən təşkili barəsində onun kreditorlarına yazılı bildiriş göndərməyə borcludurlar. 99.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin iştirakçıları onlara mənsub səhmləri digər səhmdarların razılığı olmadan özgəninkiləşdirə bildikdə, o, açıq səhmdar cəmiyyəti sayılır. Bu cür səhmdar cəmiyyəti buraxdığı səhmlərə açıq abunə yazılışını və onların sərbəst satışını həyata keçirə bilər. 106-1.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin səhmdarı cəmiyyətin bir və ya daha çox sayda səhmlərinin bu Məcəllə ilə müəyyən edilmiş qaydada mülkiyyətçisi olan fiziki və (və ya) hüquqi şəxsdir. 107.1-ci maddəsinə əsasən səhmdar cəmiyyətinin ali idarəetmə orqanı onun səhmdarlarının ümumi yığıncağıdır. 107-1.1-ci madəəsinə əsasən səhmdarların ümumi yığıncağı növbəti və növbədənkənar ola bilər. 107-5.1-ci maddəsinə əsasən səhmdarların ümumi yığıncağının qərarı, bu Məcəllə və cəmiyyətin nizamnaməsi ilə başqa hal nəzərdə tutulmadıqda, bu Məcəllənin 107-3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ümumi yığıncaqda iştirak edən səhmdarların sadə səs çoxluğu ilə qəbul edilir. Cəmiyyətin yenidən təşkili, ləğvi, nizamnaməsinə əlavə və dəyişikliklərin edilməsi haqqında qərarlar “Banklar haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qayda istisna olmaqla, səhmdarların ümumi yığıncağında səsvermə hüququna malik olan səhmdarların üçdə iki səs çoxluğu ilə qəbul edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 07.12.2011-ci il tarixli Plenum Qərarında da deyilir ki, “ səhmdar cəmiyyətinin iştirakçısı olan səhmdar öz vəsaitləri hesabına səhmlərin ilkin yerləşdirilməsi və ya onların sonrakı dövriyyəsi zamanı əldə edilməsindən asılı olmayaraq, həmin cəmiyyətlə yaranmış münasibətlərdə investor qismində çıxış edir”. Qeyd olunmalıdır ki, investorların maliyyə vəsaitlərinin cəlb edilməsi məqsədi ilə onların qiymətli kağızlar bazarında hüquqlarının və qanuni mənafelərinin səmərəli qorunması dövlətin iqtisadi siyasətinin əsas vəzifələrindən biridir. Təsadüfi deyil ki, investisiya fəaliyyətinin (sərmayədarlığın) ümumi sosial, iqtisadi və hüquqi şərtlərinin, investisiya fondlarının fəaliyyətinin prinsiplərinin və qaydalarının tənzimlənməsi sahəsində bir sıra mühüm qanunlar qəbul edilmişdir (“İnvestisiya fəaliyyəti haqqında” 13 sentyabr 1995-ci il tarixli Azərbaycan Respublikasının Qanunu, “İnvestisiya fondları haqqında” 22 oktyabr 2010-cu il tarixli Azərbaycan Respublikasının Qanunu və s.). Məhkəmə ilk növbədə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir; Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür. İstinad olunan maddənin mənasından göründüyü kimi sübut etmə vəzifəsi ifadəsi mülki prosessual hüquq üçün xarakterik olan mənada işlədilir. Ona görə də burada sanksiya ilə təmin olunan lazımi davranış qaydasından yox, tərəflərin və digər maraqlı şəxslərin öz mövqeyini təsdiq etmək üçün fəaliyyət göstərməli olduqlarını bildirən dispozitiv xarakterli tələbdən gedir. Qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri bilavasitə sübutetmə yükü ilə bağlıdır. İşin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qətnaməsinin qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir. İddia tələblərinin təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Mülki məhkəmə icraatında tərəfləri sübutetmə üzrə aktiv prosessual fəaliyyətə sövq edən əsas hərəkətverici stimul kimi onların öz mənafeyinə uyğun qərarın qəbul edilməsinə olan marağı çıxış edir. İşin nəticəsində maraqlı olan hər bir şəxs bilməlidir ki, sübutetmədə passivlik onun üçün uğursuz qərarın çıxarılmasına gətirib çıxara bilər. Avropa İnsan Hüquqları Məhkəməsi «Mahmudov Rusiya Federasiyasına» qarşı 26 iyul 2007-ci il tarixli qərarında hüquqi mövqeyini əks etdirərək göstərmişdir ki, konvensiya prosedurları çərçivəsində sübutlar qiymətləndirilərkən bir qayda olaraq affirmanti, non neganti, incumbit probatio (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68). Qeyd edilən prosessual hüquq normalarının tələblərinin və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yuxarıda qeyd edilən qərarında təsbit olunmuş hüquqi mövqenin mövcud mülki mübahisənin həllinə tətbiqi nəticəsində müəyyən edilir ki, iddia tələbinin əsasını sübut etmək vəzifəsi cavabdehin deyil, iddiaçının üzərinə düşür. Məhkəmə hesab edir ki, iddiaçılar hər biri ayrı-ayrılıqda iddialarının əsasları kimi istinad etdikləri hallarla bağlı Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinə görə üzərilərinə düşən sübut etmə vəzifəsini yerinə yetirə bilməmişlər. Məhkəmə qeyd edir ki, iddiaçılar iddia tələblərinin əsası kimi yalnız öz subyektiv mülahizələrinə istinad edirlər və iddia tələblərini təsdiq edən heç bir mötəbər sübutları məhkəməyə təqdim etməmişlər. Bu baxımdan, həmçinin yuxarıda sadalanan əsaslarla məhkəmə hesab edir ki, iddiaçılar istinad etdiyi halları sübut edə bilmirlər. Məhkəmə mülki prosessual qanunvericiliyinə müvafiq olaraq məhkəmə ədalət mühakiməsini çəkişmə, tərəflərin bərabərliyi və faktlar əsasında həyata keçirərək, həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradaraq, iş üzrə toplanmış və tədqiq olunmuş sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra, sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq, məcmu halda hüquqi qiymət verməklə hesab edir ki, iddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla “müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin edilməməlidir. Bundan başqa Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Mülki Prosessual Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə xərcləri ilə əlaqədar məsələyə münasibətdə məhkəmə belə qənaətə gəlir ki, iddia təmin edilmədiyindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilməlidir. Mülki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və iddianın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1, İddiaçı4, İddiaçı2 cavabdehlər İddiaçı3, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11 qarşı Cavabdeh müstəqil tələb irəli sürməyən 3-cü şəxs olmaqla “müvafiq bölünmə balansının hazırlanıb Cavabdeh-nin qanunvericilikdə müəyyən edilmiş müddətə səhmdarlarının ümumi yığıncağının təsdiqinə verilməsi öhdəliyinin qoyulması və zərərin ödənilməsi” tələbinə dair iddia tələbi təmin edilməsin. İş üzrə ödənilmiş dövlət rüsumu iddiaçılara aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar