Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-200/2020 19.10.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, Ərizəçi iştirakı ilə Ərizəçi maraqlı şəxs qismində Maraqlı şəxs cəlb olunmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Maraqlı şəxsnə qarşı “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2008-ci il tarixində onun yəni Ərizəçi Bakı şəhərində bir qız uşağı doğmağı faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, o, X7 ilə faktiki nikaha daxil olaraq xx.xx.2005-ci il tarixində ailə həyatı qurmuşdur. Birgə nikahdan xx.xx.2006-cı il təvəllüdlü X8 və xx xxxxxx 2008-ci il təvəllüdlü X6 adlı övladları dünyaya gəlmişdir. Lakin, ikinci övladı olan xx.xx.2008-ci il təvəllüdlü X6 tibb müəssisəsindən kənarda, yəni evdə doğulması ilə əlaqədar olaraq doğum faktı rəsmi qaydada qeydə alınmamışdır. Hüquqi savadsızlıq və ailə vəziyyəti ilə əlaqədar olaraq uşağın doğumunun qeydiyyata alınmaması məsələsi bu günə kimi onlar üçün bir çox problemlər yaratmaqdadır. Qeyd edir ki, uşağın doğum faktının qeydə alınması üçün xx.xx.2018-ci il tarixində Bakı şəhəri Maraqlı şəxsnə etdiyi müraciətə cavab olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 31.10. 2003-cü il 145 saylı Qərarı ilə təsdiq edilmiş ‘Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası"-nın 2.4.5-ci bəndinə uyğun olaraq uşağın tibb müəssisəsindən kənarda doğulması halında doğuma köməklik göstərmiş həkimin verdiyi müvafiq sənəd təqdim edilməməsilə bu qaydaların 2.5,-ci bəndində nəzərdə tutulan əsasların olmaması əsas gətirilərək doğum faktının qeydə alınmasından imtina edilmiş və həmin faktın məhkəmə qaydasında müəyyən edilməsi məqsədilə məhkəməyə müraciət etməyi tövsiyə olunmuşdur. Qeyd edir ki, doğum faktı zamanı köməklik göstərən qohum və qonşular mövcuddur. Bakı şəhər 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş arayışda qeyd edilir ki, övladı həmin müəssisədə qeydiyyatdadır və sağ-salamatdır. Məhkəmə iclasında iştirak etmiş Ərizəçi iddia tələbinin artırılması barədə ərizə təqdim edərək, X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olması, atasının xx.xx.1984-cü il təvəllüdlü X7 anasının isə Ərizəçi olması faktı müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə ərizəçinin iddia tələbinin həcminin artırılması barədə xahişini mümkün hesab etmişdir. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessul Məcəlləsinin 53-cü maddəsində qeyd edilir ki, iddiaçı məhkəmə tərəfindən qətnamə qəbul edilənə kimi iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Mehdiyeva Pərvanə ifadəsində bildirdi ki, o ərizəçinin qonşusudur. Elza xx.xx.2008-ci il tarixdə bir qız uşağı doğmuşdur. Həmin uşaq ev şəraitində doğulmuşdur. Uşağın doğulmasına onunla birlikdə Həmidə də köməklik göstərmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Rüstəmova Həmidə ifadəsində bildirdi ki, o ərizəçinin qonşusudur. Elza xx.xx.2008-ci il tarixdə bir qız uşağı doğmuşdur. Həmin uşaq ev şəraitində doğulmuşdur. Uşağın doğulmasına onunla birlikdə Pərvanə köməklik göstərmişdir. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasında səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını və şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq, aşağıda qeyd olunanlara əsasən hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarında olan Maraqlı şəxs tərəfindən verilmiş xx.xx.2018-ci il tarixli 659 saylı məktubla ərizəçiyə bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasının təsdiq edilməsi haqqında təlimatın 2.5-ci bəndi əsas gətirilərək məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. - Bakı şəhər Baş Səhiyyə İdarəsinin 12 nömrəli şəhər poliknikasının konsultativ uşaq poliknikası şöbəsinin xx.xx.2018-ci il tarixli arayışdan görünür ki, X4 12 saylı şəhər poliknikasının uşaq şöbəsində qeydiyyatdadır. - Doğum haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı ildə Bakı şəhərində anadan olmuş X5 atası kimi X7, anası kimi isə Ərizəçi göstərilmişdir. - AZ-İ№ 290243 saylı atalığın müəyyən edilməsi haqqında şəhadətnamənin surətindən görünür ki, xx.xx.2006-cı il tarixdə anadan olmuş X5 X1, anası Ərizəçidır. - Səhiyyə Nazirliyinin “Məhkəmə-Tibbi Ekspertiza və X3” X11 xx.xx.2020-ci il tarixli, 133/2020-MTBŞ saylı ekspert rəyindən görünür ki, “Rəvanə” adlı uşağın X7 və Ərizəçi olan cütlükdən törəməsi mümkündür. Ərizəçi təqdim edilmiş Rəvanə adlı uşağın anası olması inkar olunmadı. Məhkəmə tərəfindən aparılmış araşdırma nəticəsində, dindirilmiş şahidlərin ifadələri, təyin olunmuş ekspertiza rəyi ilə müəyyən edildi ki, X6 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X1, anası Ərizəçidır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktları müəyyən edir. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımı sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli, 145 nömrəli qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı» Qaydasının 2.1-2.3-cü bəndlərinə əsasən doğumun dövlət qeydiyyatı uşağın doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə qeydiyyat şöbəsi, konsulluq idarəsi və icra hakimiyyətinin nümayəndəliyi tərəfindən aparılır. Uşağın doğulmasının qeydə alındığı yerdən asılı olmayaraq doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın doğulduğu yer kimi onun doğum yeri göstərilir. Doğum haqqında yazılı və ya şifahi məlumatlar valideynlər və ya onlardan biri tərəfindən verilir, valideynlər xəstə olduqda, öldükdə və ya başqa səbəblərə görə onların məlumat verməsi mümkün olmadıqda məlumat qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və başqa şəxslər tərəfindən verilir. Həmin Qaydanın 2.6-cı bəndinə əsasən bu Qaydanın 2.5-ci bəndində nəzərdə tutulan əsaslar olmadıqda uşağın doğulması faktı məhkəmə qaydasında müəyyən edilməlidir. Məhkəmə hesab edir ki, ərizəçinin Bakı şəhərində, ev şəraitində uşaq dünyaya gətirməsini təsdiq etmək üçün kifayət qədər yoxlanılmış sübutlar vardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımı sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Ərizəçi izahatında sosial hüquqularının həyata keçirilməsi, şəxsiyyət vəsiqəsinin və doğum haqqında şəhadətnamənin alınması üçün lazım olduğunu bildirmişdir. Məhkəmə hesab edir ki, göstərilən faktın sair yolla müəyyən edilməsi mümkün olmamış, ərizəçi düzgün olaraq məhkəməyə müraciət etmişdir. Məhkəmə, şahid ifadələrinin təfərrüatlı və ziddiyyətsiz olmasını, nəzərə alaraq, onları mötəbər sübut növü kimi qəbul edir. Beləliklə, məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda tam, hərtərəfli və obyektiv hüquqi qiymət verərək hesab edir ki, əziçəçinin və şahidlərin məhkəmə iclasında göstərdikləri hallar bir-birini tamamladığından və işin məhkəmə iclasında araşdırılan hallarına əsasən təsdiq olunduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından ərizəçi möcvud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. X2 xx.xx.2008-ci il tarixdə Bakı şəhərində anadan olması, atasının X7, anasının isə Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-200/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-200/2020
19.10.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver