Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2002/2025 08.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Qədirova Şəbnur Şakir qızının sədrliyi, Mamedova Ləman Rizvan qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizəsinə açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: Ərizəçi 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi maraqlı şəxs qismində cəlb olunmaqla “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” haqqında ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1965-ci il təvəllüdlü X1nın xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1965-ci il təvəllüdlü mərhum X1 müxtəlif xəstəliklərdən əziyyət çəkirdi və müalicə olunurdu. Abşeron rayonunda yaşayan anası bu yaxınlarda vəfat etmişdir. X1 həmin yas mərasimində iştirak etmək üçün anasının vəfat etdiyi yerə, yəni Xırdalan şəhərinə getmişdir. Həmin vaxt bacısının halı pisləşmiş, dərhal X18 çağırılmış, X18 bacısını müayinə üçün Abşeron Rayon Mərkəzi Xəstəxanasına aparmışdır. Lakin bacısı xx.xx.2025-ci il tarixdə həmin xəstəxanada vəfat etmişdir. Mərhum bacısının ölümü barədə həkim tibbi arayışı almaq üçün bacısının yaşadığı ərazi üzrə 12 №-li şəhər Poliklinikasına müraciət etmişdir. Lakin həmin yerdən ona bacısının ölümünə dair həkim tibbi şəhadətnaməsinin verilməsinin mümkün olmadığı bildirilmişdir. Səbəb kimi mərhum bacısının həmin müəssisəyə hər hansı bir xəstəliklə bağlı müraciət etmədiyi bildirilmişdir. Bundan sonra o, ölüm haqqında şəhadətnamə verilməsi üçün 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsinə müraciət etmiş, lakin ölüm haqqında şəhadətnamənin verilməsindən imtina edərək, ona məhkəməyə müraciət etməli olduğunu bildirdilər. Mərhum X1 Bakı şəhəri Zabrat 1 qəbirstanlığında dəfn olunmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə etdi, ərizənin məzmununa uyğun izahat verərək, təmin olunması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi məhkəmə iclasının vaxtı və yeri barədə məlumatlandırılmasına baxmayaraq, məhkəmədə səlahiyyətli nümayəndəsinin iştirakını təmin etməmiş, eyni zamanda, xx.xx.2025-ci il tarixli məktubla məhkəməyə müraciət edərək, işə nümayəndələrinin iştirakı olmadan baxılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə, işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirmişdir ki, ərizəçi ilə yaxın qonşudular. O, Sabunçu rayonu Şəhər şossesi döngə 1 ünvanında yaşayır. Həmin günü evdə idilər, xəbər gəldi ki, Sücaət vəfat edib. 09 yanvar 2025-ci il gecə saatları idi. O, dəfn və yas mərasimlərində iştirak etmişdir. Mərhum Zabrat qəsəbəsində dəfn olunub. Dedilər ki, ürəktutmadan ölüb. Məhkəmə iclasında şahid X8 ifadəsində bildirmişdir ki, o, Sabunçu rayonu Elşən Mehdiyev küçəsində yaşayır, ərizəçi ilə qonşudur. Gecə saat 22:00 və ya 23:00 olardı ki, səs-küyə ərizəçigilə getdilər. Orada bildilər ki, Sücaət Xırdalan şəhərində vəfat edib, ərizəçigilə gətiriblər. Dedilər ki, ürəktutmasından vəfat edib. Qonşu kimi yas mərasimlərində iştirak etmişdir. Ərizəçi Zabrat qəsəbəsində dəfn olunub, dəfninə də getmişdir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirmişdir ki, ərizəçi onun dayısı oğludur, özü Abşeron rayonu Xırdalan şəhərində yaşayır. Anasının təzyiqi yüksək olurdu, 2025-ci ilin yanvar ayının 9-da axşam vəfat etdi. Həmin vaxt dayısı qızı Sücaət də orada idi. Sücaət ağlaşma zamanı bir az keçmiş onun gözünün qabağında ah çəkərək ona tərəf yıxıldı, onu tutdu. Allahverdi onun dilini çölə çıxardı ki, qatlanmasın. Təcili yardıma zəng etsələr də, gəlmədilər. Onlar Sücaəti qardaşının maşınına qoyub X7 apardılar. Sonra onları içəri qoymadılar, həkim ona baxıb artıq keçindiyini dedi. Bildiyi qədərilə mərhum Sabunçu qəbirstanlığında dəfn olunub. Dəfn olunan yerə getməmişdir, yəni 09 yanvar 2025-ci ildə həm anası, həm dayısı qızı ölüb. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib və mülki işin materiallarını araşdırıb, toplanmış sübutlara hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: - AA seriyalı 198466 nömrəli məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, Heydərov X2 rayonundan məcburi köçkündür. - AZ-T seriyalı 296642 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1968-ci il tarixdə doğulmuşdur, atası X4, anası X6r. - TTYŞ xəstə müayinə və müşahidə formasından çıxarışdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü X5 həkim gələnə qədər ölmüşdür. - AЗ seriyalı ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X5 xx.xx.1965-ci il tarixdə doğulmuşdur, atası X4, anası X6r. - Əhaliyə Vətəndaşlıq Xidməti Tresti tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, X5 xx.xx.2025-ci il tarixdə Zabrat 1 qəbirstanlığında dəfn olunmuşdur. - 5 saylı Bakı Maraqlı şəxsndə Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış 3- 16-5/8-10-N-16/25 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alına bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Ölüm haqqında tibbi şəhadətnamə təqdim edilmədiyinə görə ölümün dövlət qeydiyyatının aparılması mümkün olmamışdır. - 12 nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş 4 nömrəli xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, xx.xx.1965-ci il təvəllüdlü mərhum X5 bu günə qədər poliklinikaya hər hansı xəstəliklə bağlı müraciət etmədiyi üçün mərhumun adına ölüm haqqında tibbi şəhadətnamə verilməsi mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin. 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının: 1.1-ci bəndindən göründüyü kimi xüsusi icraat işlərinə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 30-40-6-cı fəsillərində müəyyən edilmiş xüsusiyyətlərlə iddia icraatı qaydasında baxılır. Xüsusi icraat işləri ərizəçilər tərəfindən qaldırılır, ərizəçinin və maraqlı şəxsin iştirakı ilə baxılır. Xüsusi icraat işlərinə iddia icraatı üzrə işlərin həllini tənzim edən normalar o, şərtlə tətbiq edilə bilər ki, həmin normalar xüsusi icraat işlərinin bu və ya digər növü üçün müəyyən edilən xüsusi normalara zidd olmasın. Xüsusi icraat qaydasında işlərə baxılmasının məhkəmə aidiyyət məsələləri də xüsusi normalarla tənzimlənir. 1.2-ci bəndinə əsasən hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndinə əsasən lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndinə əsasən məhkəmələrə izah edilir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir. 4.8-ci bəndinə əsasən ölümün qeydə alınma faktının müəyyən edilməsi ilə göstərilən şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə ölməsi faktının müəyyən edilməsini biribirindən fərqləndirmək lazımdır. Birinci hal onu nəzərdə tutur ki, şəxsin ölümü əvvəllər qeydə alınmışdır, lakin həmin qeyd ərizəçidə, o cümlədən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanlarında saxlanılmamışdır. İkinci hal isə, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı orqanları ölüm faktını qeydə almaqdan imtina etdikləri təqdirdə mövcud olur. Göründüyü kimi X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi təqdim olunmuş sənədlərlə və şahid ifadələri ilə tam təsdiq olunur, ərizəçi qeyd olunan faktı təsdiq edən lazımi sənədi başqa qaydada ala bilmədiyindən, məhkəməyə müraciət etmişdir. Bu faktın təsdiq edilməsi X3 ölüm haqqında şəhadətnaməsinin alınması üçün tələb olunur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəllənin: 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda ölməsi barədə hüquqi fakt müəyyən edilməlidir. Qətnamənin ölüm akt qeydinin aparılaraq ölüm haqqında şəhadətnamənin verilməsi üçün əsas olması diqqətə çatdırılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.20-ci maddəsinə əsasən məhkəmədə verilən iddialar üzrə - şəhid ailələri, müharibə veteranları, müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, qaçqınlar və məcburi köçkünlər, habele Çernobıl AES-də qəza nəticəsində şüa xəstəliyinə və şüa yükü ilə əlaqədar xəstəliyə tutulmuş və ya bu xəstəlikləri keçirmiş şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə hesab edir ki, ərizəçi məcburi köçkün olduğundan, məhkəmə xərcləri dövlət büdcəsinə aid edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1965-ci il təvəllüdlü X3 xx.xx.2025-ci il tarixdə Abşeron rayonunda vəfat etməsi faktı müəyyən edilsin. Məhkəmə xərcləri dövlət büdcəsinə aid edilsin. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Şəbnur Qədirova
Məhkəmə qərarları › İş №2(008)-2002/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2002/2025
08.05.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver