Məhkəmə qərarları › İş №2(008)-2006/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2006/2025

09.04.2025 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2006/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs 5 saylı “Asan xidmət” X3nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs 5 saylı “Asan xidmət” X3nə qarşı “ölüm faktının müəyyən olunması” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 18 yanvar 1961-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixdə ünvan 1 ünvanında vəfat etməsi ilə əlaqədar ölüm faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə tələbi onunla əsaslandırılmışdır ki, onun atası xx.xx.1961-ci il təvəllüdlü X6 xx.xx.2024-cü il tarixdə Bakı şəhəri Sabunçu rayonu Zabrat qəs, X.Vəliyev küç 72A ünvanında vəfat etmişdir. Atası bir müddət əvvəl xəstə idi. Onlar təcili yardım çağırdıqda atası artıq vəfat etmişdir. Hazırda o, müvafiq orqanlara müraciət etsə də, mərhum atasının ölüm haqqında şəhadətnaməsinin əldə edə bilmir. Sənədləşmə işləri üçün həmin ölüm haqqında şəhadətnamə ona lazımdır. Onlar Sabunçu rayonu Zabrat qəsəbəsində qeydiyyatsız yaşadığı üçün həmin ərazidə yerləşən 21 nömrəli şəhər poliklinikasından “Ölüm haqqında tibbi şəhadətnamə” verilməsinə dair müraciətlərinə ölüm faktını təsdiq edən ölüm haqqında qanunvericiliklə forması müəyyən edilmiş tibbi arayışın verilməsindən rəsmi qaydada imtina edilmişdir. Qeyd edilən tibbi arayışı da təqdim edə bilmədiklərindən 5 saylı Bakı ‘‘Asan Xidmət” X1 ölüm haqqında şəhadətnaməsinin verilməsindən imtina etmişdir. Mərhum atası X6 barəsində ölüm haqqında şəhadətnamənin alınması vacibliyini nəzərə alaraq və həmin şəhadətnamənin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətindədir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəni müdafiə edərək, tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X3 məhkəməyə xx.xx.2025-ci il tarixdə məktubla müraciət edərək iş yükünün çoxluğundan məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin edilməsinin mümkün olmadığını bildirmişdir.. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə maraqlı şəxs 5 saylı Bakı “ASAN Xidmət” X2 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 5 saylı Bakı “ASAN Xidmət” X3 tərəfindən verilmiş xx.xx.2004-cü il tarixli 3-16-5/8-10-1898/2024 nömrəli məktubdan görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 145 saylı, xx.xx.2003-cü il tarixli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm qeydiyyatı ölüm faktını təsdiq edən tibbi şəhadətnamə və ya vətəndaşın ölmüş elan edilməsi barədə məhkəmə qətnaməsi əsasında qeydə alma bilər. Ölüm haqqında tibbi şəhadətnamə olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Bildiririk ki, ölüm haqqında tibbi şəhadətnaməni təqdim etmədiyinizə görə ölümün dövlət qeydiyyatının tərəfimizdən aparılması mümkün olmamışdır. - Azərbaycan Respublikasi Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Baki Baş Səhiyyə Mərkəzi” X8 “21 Nömrəli Şəhər Poliklinikasi”nın xx.xx.2024-cü il tarixli, №365 saylı məktubundan görünür ki, ünvan 3 ünvanında qeydiyyatsız yaşamış 1961-ci il təvəllüdlü X4 poliklinikada tibbi qeydiyyatda olmadığı və müraciəti etmədiyinə görə “Ölüm haqqında tibbi şəhadətnamə” yazılması onların səlahiyyəti xaricindədir. - AZE seriyalı 09255552 nömrəli şəxsiyyət vəsiqəsindən görünür ki, X6 18 yanvar 1961-ci ildı Ermənistan Amasiya rayonunda anadan olmuş, ünvan 4 ünvanında qeydiyyatda olmuşdur. - xx.xx.2024-cü il tarixli Ölüm haqqında Xəbərdarlıq vərəqəsindən surətindən görünür ki, ünvan 5 ünvanına həkim gələnə kimi X5 məxsus kişi cinsli meyit aşkar edilmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib onları iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizəçinin tələblərinin dəlillərini, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla qiymətləndirərək belə hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, X6 ərizəçinin atasıdır olmuşdur. O, xx.xx.2024-cü ildə Bakı şəhərində vəfat etmişdir. Ölüm haqqında tibbi şəhadətnamə alınması üçün ərizəçi şəhər poliklinikasına müraciət etmiş, lakin poliklinikadan buna dair imtina cavabı almışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.8-ci maddəsinə əsasən məhkəmə müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktınınmüəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Məhkəmə ərizənin dəlilləri ilə bağlı qeyd edir ki, həmin faktın müəyyən olunması ərizəçiyə sosial hüquqlarının həyata keçirilməsi iləbağlı olduğundan və qeyd edilən faktın müəyyən edilməsini digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi mövcud tələblə məhkəməyə müraciət etmişdir. Buna görə də ərizə təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. Məhkəmə, məhkəmə tədqiqatı zamanı yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmış və öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1961-ci il təvəllüdlü X4 xx.xx.2024-cü il tarixində Bakı şəhərində vəfat etməsi faktı müəyyən edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar