Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2021/2024 18.03.2024 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Həqiqət Sahib qızının sədrliyi, Rüstəmova Sürəyya Nazim qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs olmaqla, doğum akt qeydinin bərpa edilməsinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1958-ci ildə Zəngilan rayonunda doğulmasına dair doğum akt qeydinin bərpa edilməsi, doğum haqqında şəhadətnamənin ata qrafasında – “X8”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək, onunla əsaslandırdı ki, o, xx.xx.1958-ci ildə Zəngilan rayonunda anadan olmuşdur. X2, anası X1 rayonunda anadan olmuşlar. Atası xx.xx.1976-cı ildə Zəngilan rayonunda, anası xx.xx.2002-ci ildə Bakı şəhərində vəfat etmişdir. Onun doğum haqqında şəhadətnaməsi itmişdir. SSRİ nümunəli pasportu olmuşdur. Bu pasportla Əhmədova (Namazova) Rəna Həsən qızı ilə 1993-cü ildə nikaha daxil olmuş, sonradan SSRİ pasportunu da itirmişdir. Doğum haqqında şəhadətnamənin əslini itirdiyindən, indiyə kimi şəxsiyyət vəsiqəsi ala bilməmişdir. Pensiyaya çıxması ilə əlaqədar, həmin sənədi əldə etməsi zəruridir. Sabunçu və Zəngilan rayon Qeydiyyat şöbələrinə dəfələrlə müraciət etsə də, doğum haqqında şəhadətnaməni ala bilməmiş, müraciətə cavab olaraq doğum haqqında akt qeydinin aşkar olunmaması bildirilmişdir. Bu səbəbdən də ona hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi və doğum akt qeydinin bərpa edilməsi üçün məhkəməyə müraciət olunması tövsiyə olunmuşdur. Göstərilənlərə əsasən, ərizəçi ona pensiya təyin edilməsi üçün ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. İş üzrə maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Bununla belə, məhkəmənin hazırlıq iclasında iştirak etmiş X5 ərizədə göstərilənlərlə razılaşaraq, təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Təsdiq edir ki, ərizəçi 1958-ci ilin iyun ayında Zəngilan rayonunda doğulmuşdur. Onun anası X7, X2 olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində göstərmişdir ki, o, ərizəçinin bacısıdır. Təsdiq edir ki, qardaşı xx.xx.1958-ci il tarixdə Zəngilan rayonunda doğulmuşdur. Onun anası X7, X2 olmuşdur. Qardaşı doğum haqqında şəhadətnaməsini itirmişdir. Beləliklə, məhkəmə baxışı zamanı müəyyən edilmişdir ki, ərizəçi xx.xx.1958-ci il tarixdə Zəngilan rayonunda anadan olmuşdur. Bakı şəhəri, B.ünvan 1 ünvanında qeydiyyatsız yaşayır. Pensiya təyin edilməsi ilə əlaqədar doğum haqqında şəhadətnaməsi tələb olunur. Lakin o, həmin sənədini itirmişdir. Yeni doğum haqqında şəhadətnamənin verilməsi ilə bağlı Bakı şəhəri Maraqlı şəxsnə müraciət etmiş, lakin orada ona doğum akt qeydinin bərpasının və yeni doğum haqqında şəhadətnamənin verilməsinin yalnız məhkəmə qətnaməsi çıxarıldıqdan sonra mümkün olacağı bildirilmişdir. Bu səbəbdən, Ərizəçi hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlər Ərizəçi AA 250631 seriya nömrəli sürücülük vəsiqəsinin surəti, şahid ifadələri, şəxsiyyət vəsiqəsinin alınması üçün 086/1 nömrəli tibbi arayışın surəti, Zəngilan rayon Qeydiyyat şöbəsinin, Bakı şəhəri Maraqlı şəxs xx.xx.2024-cü il tarixli məktubları, arayışları və digər sənədlərlə təsdiqlənir. Məhkəmə, ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsindən görünür ki, məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.3-cü maddəsinə əsasən, məhkəmə doğumun qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə, işin məhkəmə iclasında tədqiq olunan hallarını, qanunvericiliyin tələblərini nəzərə alır və belə nəticəyə gəlir ki, ərizəçi doğum haqqında şəhadətnaməsini itirdiyindən və onun başqa yolla bərpası mümkün olmadığından, ərizə təmin edilməli, Ərizəçi xx.xx.1958-ci il tarixdə Zəngilan rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilməli, doğum haqqında şəhadətnamədə ata qrafasında – “X8”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” olaraq qeydiyyat aparılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 305-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: Ərizə təmin edilsin. Ərizəçi xx.xx.1958-ci il tarixdə Azərbaycan Respublikası Zəngilan rayonunda doğulmasına dair doğum akt qeydi bərpa edilsin. Doğum haqqında şəhadətnamədə ata qrafasında – “X8”, atanın milliyyəti olaraq “azərbaycanlı”, ana qrafasında “X7”, ananın milliyəti olaraq “azərbaycanlı” qeyd edilsin. Hazırkı qətnamə ərizəçiyə yeni doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetə yerləşdirməklə 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Həqiqət Mahmudova
Məhkəmə qərarları › İş №2(008)-2021/2024
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2021/2024
18.03.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver