Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2027/2025 09.04.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, İddiaçı nümayəndəsi X3 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış cərimənin silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddia tələbini təmin edərək «X5 tərəfindən ona hesablanmış 17813,76 manat mələğində borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ünvan faktiki olaraq onun istifadəsində və sahibliyindədir. Qaz sayğacı X1nın adında olub. X1 xx.xx.2021-ci il tarixdə dünyasını dəyişib. Buna baxmayaraq anası dünyasını dəyişdikdən sonra xx.xx.2022-cil il tarixdə AKX-04868xx/xx-2022 № li müqaviləyə qaz sayğacını adına rəsmiləşdirmişdir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. Qeyd etmişdir ki, o, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. Demək olar ki Cavabdeh əməkdaşları belə görünür ki Cavabdeh qeyri-qanuni hərəkətlər edirlər. Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq onun sahibliyində və istifadəsində olan ünvan 3 ünvanında yerləşən mənzildə Zenner G-4T markalı № **********290 nömrəli məişət qaz sayğacın boru vasidəsi ilə qeyri qanuni sayğaca müdaxilə olunmaqla qazdan isdifadə olunduğu qeyd olunmuşdur. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqmda 0314433, 0212255, 0255604, 0298864, 0378166, 0216855, 0219758, 0228145, 0231821, 0234839, 0239032, 0249297, 0261239, 0267721, 0273621, 0246325, 0283614, 0353845, 0372015, 0373364, 0392503, 0392436, 0393442, 0395444, aktlar tərtib olunmuşdur. Cərimələr tam qərəzli şəkilədə yazılmışdır. Yoxlamanın nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin qazdan qeyr-qanuni istifadə olunması mümkün deyil. Daha sonra “Qazdan istifadə Qaydaları”nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011 -ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Odur ki, dövlət yoxlamasını həyata keçirən şəxslər bunu qərəzli şəkildə aparmış və bilərəkdən yanlış səbəblər göstərmişlər. Bundan başqa sayğacın təmir edilməsinin tərəfindən 15 gün müddətində təmin edilməsi, əks təqdirdə qaz təchizatının əlavə məlumat verilmədən dayandırılması göstərilmişdir. Cavabdeh əməkdaşları tərəfindən 17813.76 manat borcun nəyə əsasən yazılması və hesablanma qaydası göstərilməmişdir. Həmin borcun hansı əsasla yaranması barədə İdarəyə müraciət edib aydınlaşdırmaq istədikdə, idarə əməkdaşları borcun hansı əsasla yaranması səbəblərini ona izah etmədilər. AR Konstitusiyasının 73-cü maddəsinə əsasən, heç kəs qanunla nəzərdə tutulmuş əsaslar olmadan və qanunda göstərilmiş həcmdən əlavə dövlət ödənişləri ödəməyə məcbur edilə bilməz. O, əsassız borcun silinməsi barədə Azərbaycan Respublikası Dövlət Neft Şirkəti Cavabdehnə müraciət etmişdir. Lakin müsbət nəticə əldə edə bilməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək mülki işi başqa vaxta təxirə salanmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə mülki işə cavabdeh tərəfin iştirakı olmadan baxılmasını mümükün hesab etmişdir. Məhkəmə iddiaçının nümayənəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. 4 saylı Bakı “Asan Xidmət” Mərkəzi Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2021-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 228909 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə Kariogen şok səbəbindən vəfat etmişdir. Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış xx.xx.2022-ci il tarixli, AKX- 04868xx/xx-2022 nömrəli “qaz paylayıcısı ilə fiziki şəxs olan istehlakçı arasında qazın alqısatqısı” barədə müqavilənin 1-ci maddəsinə əsasən paylayıcı bu müqavilə ilə müəyyən edilmiş şərtlərə uyğun olaraq istehlakçını keyfiyyətli qazla təmin edir. İstehlakçı isə qazın dəyərini qaz sayğacının göstəricisinə uyğun olaraq Paylayıcı tərəfindən təqdim edilən hesaba əsasən ödəyir. Həmin müqavilənin 2.1.8-ci maddəsinə əsasən təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu Müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində Paylayıcıya dəymiş zərərin əvəzini ödəmək istehlakçının vəzifəsidir. **********02980 saylı abonentin saldosunun surətindən görünür ki, İddiaçı 2012-ci ilin sonu üçün qalıq və aktlar üzrə 698.40 manat, 2019-cu ilin sonu üçün qalıq və aktlar üzrə 1587,60 manat, 2020-ci il ilin sonu üçün qalıq və aktlar üzrə 934,80 manat, 2021-ci il ilin sonu üçün qalıq və aktlar üzrə 1771,20 manat, 2022-ci il ilin sonu üçün qalıq və aktlar üzrə 8812,80 manat, 2023-cü il ilin sonu üçün qalıq və aktlar üzrə 4026,24 manat borc cəmi 17831.04 manat hesablanmışdır. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 8316 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 1332 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 324 kub metr qaz sərfi müəyyən edilmişdir İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsaəsn 324 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 1332 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2019-cu il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2019cu il tarixli akta əsasən 2952 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2020ci il tarixli akta əsaəsn 2952 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2020ci il tarixli akta əsaəsn 2952 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2020ci il tarixli akta əsasən 2952 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2020-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2020ci il tarixli akta əsaəsn 492 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2021ci il tarixli akta əsasən 11880 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2021ci il tarixli akta əsasən 5832 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2022-ci il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2022ci il tarixli akta əsaəsn 73440 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsasən 6120 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından qeyriqanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsaəsn 6120 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsaəsn 12240 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilə baxış zamanı abonentin qazdan sayğacdan kənar qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsaəsn 3024 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilə baxış zamanı abonentin qazdan sayğacdan kənar qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsaəsn 3024 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilə baxış zamanı abonentin qazdan sayğacdan kənar qeyri qanuni istifadə etdiyi aşkar edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli, xx.xx.2023cü il tarixli akta əsaəsn 1512 kub metr qaz sərfi müəyyən edilmişdir. Dəymiş ziyanın bərpasına dair tələbnamədən görünür ki, ******* nömrəli xx.xx.2023cü il tarixli akta əsaəsn 1512 kub metr qaz sərfi müəyyən edilmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında ******* nömrəli, xx.xx.2023-cü il tarixli aktın surətindən görünür ki, mənzilin sayğacından kənar qeyri-qanuni təbii qazdan istifadə aşkar edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikasının 25 .02.2022-ci il tarixli, 486-VİQD nömrəli Qanununun 1.4.5-ci maddəsinə əsasən Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanununa 13.8-1-ci maddəsi əlavə edilmiş və sözügedən maddə xx.xx.2022-ci il tarixdən qüvvəyə minmişdir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası Qanunun 13.8-1-ci maddəsinə əsasən qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktların bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə, bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraatın başlanması məsəlsəinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısını vurulmuş zərəin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurumuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta günlük qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənMəhkəmə ilk öncə iddia tələbinin 2012-ci ilin may ayında qalıq və aktlar üzrə yazılmış olan 698.40 manat borcun silinməsi hissəsinə müansibər bildirərək qeyd edir ki, qeyd edilən cərimənin iddiaçıya məxsus ünvana hansı əsasla hesablanması məlum olmadığından iddia tələbi həmin hissədə təmin edilməli, 2012-ci ilin may ayında **********02980 nömrəli abonentə hesablanmış 698.40 manat borc silinsin. Bundan sonra məhkəmə iddia tələbinin 2019-cu ili mart ayından 2021-ci ilin iyul ayınadək yazılmış ümumi 4293.6 manat borcun silinməsi hissəsinə münasibət bildirərək qeyd edir ki Cavabdeh ilə İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” müqavilə əsasında cavabdeh iddiaçıya məxsus yaşayış evi təbii qazla təmin etmişdir. İddiaçı sayğacdan kənar qeyriqanuni təbii qazdan istifadə etmiş və cavabdehə ziyan vurmuşdur. Lakin, məhkəmə iddiaçının kənar qaz xəttindən istifadəyə görə hesablanmış borcunun şişirdilmiş olduğuna dair dəlilini inandırıcı sayır. Belə ki, iş materiallarında olan 2019-ci ilin mart ayından başlayayraq 2021-ci ilin iyul ayınadə tərtib edilmiş aktlarda iddiaçının imzasının olmadığını, dolayısı ilə iddiaçıya məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Bundan əlavə, işdə olan fotoşəkillərin çəkilmə tarixi göstərilmədiyindən hansı aktları əsaslandırdığını müəyyənləşdirmək qeyri-mümkün olması aktların düzgünlüyünə şübhə yaradır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə hesab edir ki, abonent İddiaçı təbii qazdan qeyri qanuni istifadə etməsi nəticəsində ilk akt üzrə borc istisna olmaqla digər aktlar üzrə yazılmış borc silinməlidir. Lakin, məhkəmə ******* saylı xx.xx.2019-cu il tarixli akt görə hesablanmış borcunun şişirdilmiş olduğundan, iş materiallarında olan tərtib edilmiş dəymiş ziyanın bərpasına dair tələbnamədə orta günlük iş rejimi PQ4, QSQ, İran sobanın 180 günlük sərfiyyatı deyil, 30 gün üçün sərfiyyatı hesablanmalıdır. Belə olan halda itirilmiş qazın bərpası 1.2x6x12x30=216 m3, 1.5x18x30=810 m3, 1.5x8x30=360 m3 olmaqla, cəmi 1386 m3 hesablanmalıdır və alına rəqəmi Azərbaycan Respublikasının Tarif Şurası tərəfindən tənzimlənən tarifə əsasən 0.10 qəpikə vurulmalıdır. Bu zaman isə cavabdeh tərəfdən iddiaçıya ******* saylı xx.xx.2019-ci il tarixli akt üzrə yazılmış dəymiş zərər 138.6 manat məbələğində olması müəyyən edildiyindən, qeyd edilən cərimə ümumi yazılmış cərimədən çıxıldıqdan sonra yerdə qal pul məbləği silinməlidir. 4293.6-138.6=4155) Bundan sonra məhkəmə iddia tələbinin 2022-ci ilin dekabr ayından 20223-cü ilin dekabr ayının sonunadək qalıq və aktlar üzrə hesablanmış 12839.04 manat borcun silinmsəi hissəsinə münasibət bildirərək qeyd edir ki, qeyd edilər cərimə borcunun hesablanması üçün cavabdeh tərəfindən tərtib edilmiş aktlar xx.xx.2022-ci il tarixdən sonraki dövürü əhatə etdi8yindən və istehlakçının məsuliyyətə cəlb edilmədiyindən sözügedən aktlar əsasında yazılmış cərimə silinməlidir. Azərbaycan Respublikası MPM-nın 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88-ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh İB tərəfindən **********02980 nömrəli abonent İddiaçın təbii qazdan istifadəyə görə əsassız hesablanmış 17675.16 (on yeddi min altı yüz yetmiş beş, on altı qəpik) manat məbləğində borc silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən apelyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli
Məhkəmə qərarları › İş №2(008)-2027/2025
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2027/2025
09.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver