Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2028/2020 18.06.2020 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmayan şəxs hesab edilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “cavabdehin yaşayış sahəsindən istifadə hüququnun olmayan şəxs hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin iddiaçının mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmamasının müəyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən əmlak 18.01.2001-ci il tarixdə Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən reyestr nömrəsi 22, qeydiyyat nömrəsi ********* olan, FM seriyalı 008606 saylı çıxarışa əsasən İddiaçı mülkiyyətinə verilmişdir. Lakin həmin ünvanda Cavabdeh pasport qeydiyyatında olması iddiaçının həmin əmlaka dair sərbəst surətdə sərəncam verə bilməməsinə və istənilən hərəkət edə bilməməsi ilə nəticələnmişdir. Cavabdeh sözügüdən evdə formal olaraq qeydiyyatdadır və qeydiyyatdan çıxamamasının səbəbini faktiki yaşadığı evə mülkiyyət hüququnun əldə edə bilməməsidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə etdiyini bildirmiş və iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş x1 izahatında bildirdi ki, o iddiaçının qonşusudur. Uzun müddətdir ki, iddiaçını tanıyır, lakin cavabdehləri həmin ünvanda yaşamadığını və tanımadığını bildirdi. Məhkəmə iş materiallarında olan sübutlara məcmu halda qiymət vərərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Texniki İnventarlaşdırılma və Mülkiyyət Huquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş FM seriyalı, 008606 saylı qeydiyyat vəsiqəsinin surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında Cavabdeh adına qeydə alınmışdır (qeydiyyat tarixi 18.01.2001). - Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyatı haqqında ******* saylı arayışdan görünür ki, ünvan 1 ünvanında Cavabdeh qeydiyyatdadır. - 03.06.2020-ci il tarixli aktın surətindən görünür ki, hazır ki mülki iş üzrə məhkəmə bildirişi Cavabdeh göndərilmiş və həmin ünvanda yaşamadığından bildirişi ona təqdim etmək mümkün olmamışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.2. maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. İşin araşdırılan halları ilə müəyyən edildi ki, cavabdeh İddiaçı ilə mübahisəli mənzilin mülkiyyətçisi olan Cavabdeh arasında mübahisəli mənzilə dair notariat qaydasında təsdiqlənən yazılı razılaşma yoxdur. Belə olan halda məhkəmə hesab edir ki,Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququ olmadığından, iddiaçı haqlı olaraq mövcud tələblə məhkəməyə müraciət etmişdir. Bundan başqa, Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında Azərbaycan Respublikasının Qanunununun müdəalarını nəzərə alaraq məhkəmə qeyd etməyi zəruri hesab edir ki, şəxsin hər hansı ünvan üzrə qeydiyyatda olması onun həmin yaşayış yerinə istifadə hüququnun olması anlamına gəlmir, əsasən şəxslərin uçota alınmasının təmin edilməsi məqsədi daşıyır. Bu baxımdan cavabdehin ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evində qeydiyyatda olması onun həmin məzilə dair istifadə hüququnun olmasına dəlalət edə bilməz. Lakin, göründüyü kimi, cavabdehin sözügedən mənzildə qeydiyyatda olması səbəbindən iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü maddəsinin İ bəndində göstərilir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Göründüyü kimi, qanunun qeyd olunan tələbinə uyğun qaydada iddiaçı tam şəkildə mülkiyyət hüquqlarından istifadə edə bilmir, onun bu hüquqdan istifadə imkanı cavabdehin həmin mənzildə qeydiyyatda olması ilə məhdudlaşdırılmış və o, mülkiyyət hüququndan məhrum edilməsə də, həmin hüquqların həyata keçirilməsinə cavabdehin mənzildə qeydiyyatda olması maneçilik törədir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.4-cü maddəsinin mahiyyətindən görünür ki, əgər mülkiyyətçiyə mülkiyyətdən məhrum etmədən maneələr törədilirsə, o, bu hərəkətlərə son qoymağı tələb edə bilər və bu cür hərəkətlər davam edərsə, həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində göstərilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və оnlardan istifadə etməlidir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Mülki Prosessual Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdiyi sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə istifadə hüququnun olmaması müəyyən edilsin. Hazırki qətnamə cavabdehin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsas hesab edilsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2028/2020
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2028/2020
18.06.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver