Məhkəmə qərarları › İş №2(008)-2028/2025

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2028/2025

20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2028/2025 20.05.2025 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2, Cavabdehin nümayəndəsi Zümrüd Əliyevanın iştirakı ilə, İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "Azəriqaz" İB-nə qarşı "borcun silinməsi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "Azəriqaz" İB tərəfindən hesablanmış 4194.20 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən ev faktiki olaraq iddiçının istifadəsində və sahibliyindədir. Qaz sayğacı atası X1 adınadır. Atası X1 xx.xx.2204-cü il tarixdə dünyasını dəyişib. İddiaçı həmin evdə ailə üzvlərilə birlikdə yaşayır. İddiaçı yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında edib və tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. Demək olarki Cavabdeh əməkdaşları Abonentin saldosunda aktlarda atasının adını düzgün qeyd etməyiblər. Bununla bağlı qaz idarəsinə müraciət edilməsinə baxmayaraq dedilər ki, ata adının səhvən yazılması problem deyil buna görə narahat olmayın. Belə görünür ki Cavabdeh qeyri qanuni hərəkətlər edirlər. Cavabdeh əməkdaşları tərəfindən faktiki olaraq iddiaçının sahibliyində və istifadəsində olan Bakı şəhəri, Nardaran qəsəbəsi, ünvan 2 ünvanında yerləşən mənzildə G-4T markalı **********6 nömrəli məişət qaz sayğacın boru vasidəsi ilə qeyri qanuni sayğaca müdaxilə olunmaqla qazdan istifadə olunduğu qeyd olunmuşdur. Ona görə də təbii qazdan istifadə qaydalarının pozulması haqqında 0234812, 0283304, 0228177, 0286983, 0231647, 0239161, 0255752, 0246522, 0273554, 0267635, 0261313, ******* aktlar tərtib olunmuşdur. Cərimələr iddiaçıya tam qərəzli şəkildə yazılmışdır. Yoxlamanın nəticəsi ilə razı deyil. Sayğac yararsız hesab edilə bilər, lakin qazdan qeyri-qanuni istifadə olunması mümkün deyil. Daha sonra “Qazdan istifadə Qaydaları’nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı daşıyır. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək, iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Zümrüd Əliyeva iddianı qəbul etməyərək bildirmişdir ki, 2009-cu ildən 2020-ci ilin iyul ayınadək aktlar tərtib edilib. Bu səbəbdən iddianın rədd edilməsini xahiş edir. İş materiallarında olan "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, ******* abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2020-ci il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında" xx.xx.2019-cu il tarixli ******* nömrəli aktın surətindən görünür ki, **********00000 abonent kodu üzrə sayğacdan kənar təbii qazdan qeyri-qanuni istifadə edildiyi aşkar olunmuşdur. - 13.01.2025-ci il tarixli "Abonentin saldosu"ndan görünür ki, **********00000 abonent kodu olan Talıbov Jəbrayıl adına 2013-cü ilin iyun ayı üzrə 86,40 manat, 2019-cu ilin iyun ayı üzrə 147,60 manat, 2019-cu ilin iyul ayı üzrə 32,40 manat, 2019-cu ilin avqust ayı üzrə 32,40 manat, 2019-cu ilin sentyabr ayı üzrə 32,40 manat, 2019-cu ilin oktyabr ayı üzrə 32,40 manat, 2019-cu ilin noyabr ayı üzrə 133,20 manat, 2019-cu ilin dekabr ayı üzrə 295,20 manat, 2020-ci ilin yanvar ayı üzrə 295,20 manat, 2020-ci ilin fevral ayı üzrə 295,20 manat, 2020-ci ilin mart ayı üzrə 295,20 manat, 2020-ci ilin aprel ayı üzrə 78,70 manat, 2020-ci ilin iyul ayı üzrə 784,80 manat, 2021-ci ilin iyun ayı üzrə 216 manat qalıq və aktlara görə borcu mövcuddur. Cavabdehin sayğac vasitəsilə istifadə edilmiş qaz sərfiyyatına görə isə 1338,35 manat debitor borcu mövcuddur. Məhkəmə "Azəriqaz" İB-nin iddiaçı barəsində tərtib etdiyi aktlarla bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə görə, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. "Qaz təchizatı haqqında" qanunun 6.2-ci maddəsinə əsasən, bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi" əsasında cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmiş, istifadə olunan təbii qazın həcmi müvafiq ölçü cihazları ilə iki tərəfli qaydada müəyyən edilmiş, istifadə olunan təbii qazın dəyər məbləğinin vaxtında ödənilməsi barədə cavabdehin üzərinə öhdəlik götürmüş, lakin üzərinə götürdüyü öhdəliyi lazımi qaydada icra etməmiş, təbii qazdan istifadə nəticəsində 2708,25 manat borcu yaranıb. Qalan borcu isə qazdan kənar xətdən istifadə etməyə görə aktlara əsasən yaranıb. Ona yazılan ilk akt üzrə borc (xx.xx.2019-ci il tarixli ******* nömrəli akt) 147,60 manatdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi və Cinayət Məcəlləsində təbii qaz şəbəkəsinə qoşulmaqla ondan istifadə edilməsi vurulmuş ziyanın məbləğindən asılı olaraq inzibati və cinayət məsuliyyəti yaradır. Belə olan halda uzun müddət ərzində dəfələrlə qanunsuz qoşulma faktı olduğu halda cavabdehin bu fakt barədə hüquq mühafizə orqanlarına məlumat vermədən yeni akt tərtib etməsi həmin aktın mötəbərliyi barədə şübhə doğurur. Məhkəmə iddia tələbində qeyd olunmuş aktlara əsasən, dəymiş zərərin tutulmasına qiymət verərkən qeyd edir ki, tərtib edilmiş aktlarda cavabdehin imzasının olmadığını, ona məxsus evə dəfələrlə baxış keçirilsə də, iştirakının təmin edilməməsini nəzərə alır. Beləliklə məhkəmə hesab edir ki, tərtib olunmuş və ödənilməmiş xx.xx.2019-ci il tarixli ******* nömrəli akt ilk akt üzrə borc istisna olmaqla qalan aktlar üzrə borc silinməlidir. Eyni zamanda məhkəmə sərfiyyat borcuna münasibət bildirərək qeyd edir ki, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 135.1-ci maddəsinə əsasən, fiziki və hüquqi şəxslər, həmçinin belə xidmətlərdən istifadə edən dövlət orqanları, bələdiyyələr və digər təşkilatlar yaşayış sahəsinə və kommunal xidmətlərə görə haqqı vaxtında və tam məbləğdə ödəməyə borcludurlar. "Qaz təchizatı haqqında" Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. "Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqaviləsi"nin 2.3.1-ci bəndinə əsasən, istehlakçı qaz sayğacının göstəricisinə əsasən hesablanmış və paylayıcı tərəfindən ona təqdim olunmuş hesab üzrə qazın dəyərini tam ödəməlidir. Göründüyü kimi, iddiaçının borcu 4194,20 manat təşkil edir və iddiaçı yalnız aktlar əsasında yazılmış borc məbləğinin silinməsini deyil, ümumi borcunun silinməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, xx.xx.2019-ci il tarixli ******* nömrəli akt üzrə hesabanmış 147,60 manat borc və 1338,35 manat debitor borcu istisna olmaqla (4194,20-147,60- 1338,35 =2708,25) iddia tələbi qismən təmin edilərək, 2708,25 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu haqqında" Azərbaycan Respublikası Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Hazırki iddianın qiymətinə görə 61,94 manat məbləğində dövlət rüsumu ödənilməlidir. Cəmi 4194,20 manat məbləğində iddianın 2708,25 manat hissəsi (64,57 faizi) təmin olunduğuna görə dövlət rüsumunun 64,57 faizi, yəni 39,99 manat cavabdehə aid edilməli və həmin məbləğ ondan alınaraq dövlət büdcəsinə ödənilməli, iddiaçının isə dövlət rüsumunu ödəməkdən azad olunduğu nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı (abonent kodu **********00000) əsassız hesablanmış 2708,25 (iki min yeddi yüz səkkiz manat iyirmi beş qəpik) manat məbləğində borc silinsin. Hazırki iddiaya ödənilməli olan 39,99 (otuz doqquz manat doxsan doqquz qəpik) manat cavabdeh “Azəriqaz" İstehsalat Birliyindən alınaraq dövlət büdcəsinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apelyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar