Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2031/2023 08.05.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, Məhkəmə iclas katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 2373 manat məbləğində borcun slinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, tərəvəzçilik-südçülük sovxozunda yerləşən fərdi yaşayış evinin mülkiyyətçisidir və orada daimi yaşayır. Yaşadığı ünvanda təbii qazdan istifadəyə üzrə **********00085 saylı abonent kodu istifadəçisidr. xx.xx.2022 və xx.xx.2022-ci il tarixlərdə Cavabdeh İB-nin nümayəndələri tərəfindən iddiaçıya məxsus mənzilin qaz sayğacına onun iştirakı olmadan baxış keçirilmişdir. Baxış zamanı sayğacdan kənar təbii qazdan istifadə olunması və sayğaca qanunsuz müdaxilə olunması aşkar olunduğu barədə iddiaçının imzası olmadan iki akt tərtib olunaraq hesab koduna 2373 manat əsassız olaraq cərimə hesablanmışdır. Həmin borc əsassız və qanunsuz yazıldığına görə silinməlidir. Belə ki, qeyd olunan ünvanda akt tərtib olunan vaxt orada sayğacdan kənar xətt olmamışdır. Aktlar tərtib olunarkən Azəriqaz” İB-yi tərəfindən iddiaçıya heç bir rəsmi məlumat verilməmiş, həmin aktlar iddiaçının iştirakı və imzası olmadan tərtib edilmişdir. Bundan başqa, çıxarılan qaz sayğacına iddiaçı tərəfindən hər hansı bir müdaxilə olmayıb. Əgər həmin qüsurlar əvvəldən mövcud olsa idi, mütəmadi sayğaclara baxış keçirən idarə əməkdaşları bunu aşkar edər və bununla bağlı akt tərtib edərdilər. Cavabdehin istinad etdiyi sayğacın çıxış plastmas borusun deşilməsi iddiaçının iradəsindən asılı olmayaraq baş verib. Məhkəmə iclasında iştirak etmiş iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək, təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacdan qanunsuz istigadə edildiyi aşkar olunmuş və 13500 m.3 ziyanın vurulması müəyyən edilmişdir. - Təbii qazdan istifadə qaydalarının pozulması haqqında xx.xx.2022-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən istehlakçı İddiaçı məxsus evə baxış keçirilərkən abonentə məxsus sayğacın hesablama mexanizminin qoruyucu şüşəsinin alt hissədən deşildiyi aşkar olunmuş və 4320 m.3 ziyanın vurulması müəyyən edilmişdir. - Abonentin saldosundan görünür ki, abonent kodu **********00085 olan abonentin təbii qazdan istifadəyə görə 2373 manat məbləğində borcu var. Məhkəmə iclasında müəyyən edildi ki, Cavabdeh ilə cavabdeh İddiaçı arasında bağlanmış “Qazpaylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə” Müqavilə əsasında iddiaçı cavabdehə məxsus fərdi yaşayış evini təbii qazla təmin etmişdir. Cavabdeh sayğacdan kənar qeyri-qanuni təbii qazdan istifadə etdiyi üçün, tərtib edilmiş aktlar üzrə iddiaçıya 2373 manat ziyan hesablanmışdır. Cavabdehə qeyd olunan pul məbləği dəymiş maddi ziyan kimi hesablanmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə görə mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-cı maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. “Qaz təchizatı haqqında” qanunun 6.2-ci maddəsinə əsasən bilərəkdən (qəsdən) və ya səhlənkarlıq nəticəsində qaz qurğularına ziyan vuran və ya qurğu sahibindən icazəsiz digər qurğudan qaz alan istənilən şəxs, qaz qurğusu sahibinə dəymiş ziyana görə məsuliyyət daşıyır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 80 saylı, xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 6.5-ci maddəsinə əsasən, qazpaylayıcı şəbəkəyə qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal şəbəkədən ayırmaqla qazın verilməsini dayandırmalı və dəymiş zərərin ödənilməsini qanunvericiliyə uyğun olaraq həmin şəxsdən tələb etməlidir. Məhkəmə işin hallarına qiymət verərək müəyyən edir ki, iddiaçı tərəfindən cavabdehə maddi ziyan vurulmasını təsdiq edən sübut yalnız ziyanın hesablanması barədə aktlar və fotoşəkillər olmuşdur ki, həmin aktlar da məhkəmə tərəfindən mötəbər sübut kimi qəbul oluna bilməz. Belə ki, sözügedən aktlar birtərəfli şəkildə tərtib olunduğuna görə aktların əsaslı olaraq tərtib olunmasını müəyyən etmək məqsədilə xx.xx.2023-cü il tarixdə məhkəmə tərəfindən Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsində yerləşən evə yerli baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, evin hasarlarında və divarın kənarlarında heç bir kənar xətt yoxdur. İddiaçı tərəfindən təqdim edilmiş fotoşəkillər ilə evə çəkilmiş qaz boruları arasında aşkar şəkildə fərqlər müəyyən edilmişdir. Belə olan halda məhkəmə borcun əsassız hesablandığı qənaətinə gəlir və hesab edir ki, Cavabdeh İB tərəfindən hesablanmış 2373 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin Mülki-Prosessual Məcəlləsinin 88ci maddəsinə Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. X3 tərəfindən İddiaçı əsassız hesablanmış (abonent kodu **********00085) 2373 (iki min üç yüz yetmiş üç) manat məbləğində borc silinsin. Qətnamədən tərəflərə rəsmi qaydada təqdim olunan gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən apellyasiya şikayəti verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva
Məhkəmə qərarları › İş №2(008)-2031/2023
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2031/2023
08.05.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver