Məhkəmə qərarları › İş №2(008)-2032/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2032/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2032/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X5, Ərizəçi X3 iştirakları ilə, Ərizəçi X3 maraqlı şəxs 4 saylı Bakı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi qeyd edilməklə doğum faktının müəyyən edilməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi X9 maraqlı şəxs 4 saylı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi qeyd edilməklə ərizə və tələbin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək onun xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının X10, anasının Novruzova Söhbət M.Bağır qızı, hər ikisinin milliyətinin azərbaycanlı olması faktının müəyyən olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1961-cı ildə Ermənistan Respublikası, Ararat rayonunda anadan olmuşdur. Rusiya Federasiyasının vətəndaşıdır. Faktiki və müvəqəti qeydiyyat ünvanım ünvan 1 ünvanıdır. Atası Azərbaycan SSR-nin vətəndaşı olmuş X10 xx.xx.2018-ci ildə Azərbaycan Respublikasında vəfat etmişdir. Anası Azərbaycan Respublikasının vətəndaşı Novruzova Söhbət M.Bağır qızı xx.xx.1940-cı il təvəllüdlüdür, təqaüdçüdür. X1 adına Bakı şəhərində daşınmaz əmlak mövcuddur. Bu əmlakı ərizəçiyə bağışlamaq istəyir. Lakin o, doğum haqqında şəhadətnaməsini itirdiyindən bağışlamanı edə bilmirlər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilmiş maraqlı şəxs 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsi məhkəməyə ərizə göndərərək işə onların iştirakı olmadan baxılmasını xahiş etmişdir. Məhkəmə işə maraqlı şəxs 4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında iştirak edən ərizəçi X9 ərizənin məzmununa uyğun izahat verərək ərizənin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək, hesab edir ki, ərizə təmin edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materiallarına əlavə edilmişdir). Ərizəçi X9 xx.xx.1961-ci ildə Ermənistan Respublikasında doğulmuşdur, Rusiya Federasiyasının vətəndaşı olmaqla ünvan 2 ünvanında qeydiyyatdadır (Rusiya Federasiyası vətəndaşının 66№3695225 pasportu, əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında olduğu yer üzrə qeydiyyata alınması barədə 81331996 №-li Bildiriş). X11 xx.xx.1970-ci il tarixdə Ermənistan Respublikası, Ararat rayonu, Xalis kəndində doğulmuşdur, atası X12, anası X2r (Ararat rayonu Avşar kənd soveti tərəfindən verilmiş İ- ZJ № 121735 doğum haqqında şəhadətnamənin tərsüməsinin notarial təsdiqi, AA1661454 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X7 xx.xx.1964-cü il tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuşdur (AZE № 14247126 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). Novruzova Söhbət M.Bağır qızı xx.xx.1940-cı i tarixdə Ermənistan Respublikası, Ararat rayonunda doğulmuşdur (AZE № 02062897 Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi). X10 xx.xx.2018-ci il tarixdə ölmüşdür (4 saylı Bakı ASAN xidmət mərkəzində qeydiyyat şöbəsi tərəfindən verilmiş AZ-İ № 945361 ölüm haqqında şəhadətnamə). xx.xx.2023-cü il tarixdə ifadə verən şahid X11 qeyd etmişdir ki, ərizəçi onun doğma qardaşıdır, o, həqqətən xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşudr, ataları X10, anasının Novruzova Söhbət M.Bağır qızı, hər ikisinin milliyəti azərbaycanlıdır. Ataları ölmüşdür, anaları təqaüdçüdür. Həmin iclasda ifadə verən şahid X7 eyni ifadə vermiş, lakin onun tərəfindən doğum haqqında şəhadətnamənin itirildiyini bildirmişdir. Həmin iclasda ifadə verən Novruzova Söhbət M.Bağır qızı qeyd etmişdir ki, ərizəçi onun doğma oğludur, o, həqqətən xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulmuşudr, atası X10 ölmüşdür. Hazırda ərizəçi doğum faktının müəyyən edilməsini istəyir. 4 saylı Bakı ASAN xidmət mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli məktubdan görünür ki, X4 faktın müəyyən edilməsi ilə məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə hesab edir ki, ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 162-ci maddəsinə əsasən vətəndaşliq vəziyyəti aktları qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında, ərizə verənlərin yaşadıqları ərazidə müvafiq icra hakimiyyəti orqanı tərəfindən icra edilir. İtmiş yazının müvafiq icra hakimiyyəti orqanları tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydası ilə müəyyən edilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 305.1.1-ci maddəsinə əsasən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2.3-cü maddəsinə əsasən məhkəmə …doğumun… qeyd edilmə faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. 310.1-ci maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli 03 saylı Qərarının: 1.2-ci bəndi ilə müəyyən edilmişdir ki, hüquqi əhəmiyyəti olan faktlar məhkəmə qaydasında o halda müəyyən edilə bilər ki, qanuna əsasən belə faktlar hüquqi nəticələr doğurmaqla fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinə səbəb olsun, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın, qüvvədə olan qanunvericiliklə belə faktın müəyyən edilməsinin məhkəmədən kənar qaydası nəzərdə tutulmasın və hüquq haqqında mübahisə olmasın. Bütün bu şərtlər birlikdə mövcud olmalıdır, onların hər hansı birinin mövcud olmaması həmin işə xüsusi icraat qaydasında baxılmasını istisna edir. 1.4-cü bəndi ilə müəyyən edilmişdir ki, lazımi sənədin alınmasının mümkünsüzlüyü dedikdə qanunvericilikdə bu və ya digər faktın qeydiyyatı qaydasının nəzərdə tutulmaması (məsələn, şəxsin öhdədə olması faktı), yaxud da faktın qeydiyyatı qaydasına riayət edilməməsi və mövcud şəraitdə belə qaydadan istifadə olunmasının qeyri-mümkünlüyü (məsələn, atalığın etiraf olunması faktı, müvafiq icra hakimiyyəti orqanlarının imtina etdiyi hallarda, şəxsin müəyyən vaxtda, müəyyən şəraitdə vəfat etməsi faktı) nəzərdə tutulur. İtən sənədlərin bərpasının mümkünsüzlüyü dedikdə belə sənədin itməsi və ya məhv olması nəticəsində müvafiq orqan tərəfindən həmin sənədin dublikatının verilməsinin mümkün olmaması başa düşülür. 1.6-cı bəndində məhkəmələrə izah edilmişdir ki, ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməli və həmin sübutlar ərizəyə əlavə edilməlidir (Azərbaycan Respublikası MPMnin 310-cu maddəsi). Belə məlumatlar ərizədə olmadıqda, eləcə də ərizəyə belə sübutlar əlavə edilmədikdə, yaxud ərizəçi məhkəmə tərəfindən müəyyən edilən müddətdə işin mahiyyəti üzrə baxılmasına və həll edilməsinə maneçilik törədən həmin nöqsanları aradan qaldırmadıqda, həmçinin faktın müəyyən olunması məqsədini göstərməkdən imtina etdikdə, məhkəmə, ərizəni və ona əlavə edilmiş sənədləri Azərbaycan Respublikası MPMnin 152.1.1-ci maddəsinin tələbinə əsasən geri qaytarılmalı, məhkəmə baxışı mərhələsində olduqda isə həmin Məcəllənin 259.0.12-ci maddəsinin tələbinə əsasən ərizəni baxılmamış saxlamalıdır. 1.7-ci bəndi ilə müəyyən edilmişdir ki, hakim hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi haqqında ərizəni qəbul edərkən bu faktın müəyyən edilməsinin məhkəmənin səlahiyyətinə aid olub-olmamasını və ərizəçinin belə ərizə ilə məhkəməyə müraciət etmək hüququnun mövcudluğunu yoxlamalı, həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğunu aydınlaşdırmalı, lazımi sənədlərin alına bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü, həmçinin müəyyənləşdirilməsi xahiş edilən faktı təsdiq edən sübutların təqdim olunmasını ərizəçiyə təklif etməli, hazırlıq mərhələsində hakim işə baxılmasında maraqlı olan şəxsləri və müvafiq orqanları müəyyən etməli, onların və ərizəçinin məhkəmə iclasında iştirakını təmin etməlidir. Nəzərə alınmalıdır ki, maraqlı şəxslər qismində hüquqlarına aid məsələ həll edilən fiziki və hüquqi şəxslər və ya qətnamənin qanuni qüvvəyə minməsi ilə müvafiq hərəkətləri yerinə yetirmək vəzifəsi yaranan fiziki və hüquqi şəxslər cəlb edilirlər. 4-cü bəndində məhkəmələrə izah olunmuşdur ki, Azərbaycan Respublikası MPMnin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər 4.1-ci bəndi ilə müəyyən edilmişdir ki, hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. Azərbaycan Respublikasının Konstitusiyasının 17-cı maddəsinin 6-cı hissəsinə əsasən insan hüquqlarının həyata keçirtməsinə dövlət nəzarət edir. Yuxarıda qeyd olunan hallardan görünür ki, ərizəçi X3 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulduğu onun pasportu və şahid ifadələri ilə təsdiq edilir. Onun X1 doğum haqqında şəhadətnaməsindən atalarının X10, analarının Novruzova Söhbət M.Bağır qızı, hər ikisinin azərbaycanlı olduğu görünür. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, ərizə təmin olunmalı, X3 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının X10, anasının Novruzova Söhbət M.Bağır qızı, hər ikisinin milliyətinin azərbaycanlı olması faktı müəyyən edilməlidir. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: Ərizə təmin edilsin. X3 xx.xx.1961-ci ildə Ermənistan Respublikasının Ararat rayonunda doğulması, atasının X10, anasının Novruzova Söhbət M.Bağır qızı, hər ikisinin milliyətinin azərbaycanlı olması müəyyən edilsin. Məhkəmə qətnaməsi X9 barəsində doğum akt qeydinin açılması və doğum haqqında şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən 1 ay müddətində Sabunçu Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar