Məhkəmə qərarları › İş №2(008)-2038/2023

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2038/2023

27.04.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2038/2023 27.04.2023 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Cəfərli Nilufər Arif qızının sədrliyi, Məhkəmə iclas katibi Mirzəliyev Əfsun Sabir oğlunun katibliyi, Ərizəçi nümayəndəsi X7 iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəir Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxraq, məhkəmə MÜƏYYƏN ETDİ : Ərizəçi maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs olmaqla “hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.1962-ci il tarixdə doğulmuş X2 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1963-cü il tarixdə doğulmuş X1 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1967-ci il tarixdə doğulmuş X4 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamədə, X5 Ermənistanın Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədə ana qrafasında yazılan “X6 ona, Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, o, Həmzəyeva (Əliyeva) Qulubəim Nəzər qızı 1940-cı ildə Ermənistan Respublikasının, Qafan rayonunda anadan olmuşdur. 1958-ci ildə Ermənistanın Qafan rayon VVAQ şöbəsində X20 ilə nikaha daxil olmuşdur. xx.xx.1962-ci il tarixdə doğulmuş X2 Ermənistanın Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1963-cü il tarixdə doğulmuş X1 Ermənistanın Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1967-ci il tarixdə doğulmuş X4 Ermənistanın Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamədə, X5 Ermənistanın Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədə ana qrafasında adı “Güllü” , soyadım “Həmzəyeva” , ata adım “Nazar qızı” qeyd edilmişdir. mənim Sabunçu RPİ tərəfindən xx.xx.2005-ci il tarixdə verilmiş AZE3550803 seriyalı və 1 saylı Bakı “Asan xidmət” mərkəzi tərəfindən xx.xx.2016cı il tarixdə verilmiş AZE******** seriyalı şəxsiyyət vəsiqədə adı “Qulubəim” qeyd edilmişdir. Diqqətsiz, savadsız olduğundan və sənədlərə fikir vermədiyimdən bu günədək həmin ziddiyyətlərdən xəbərdar olmamış, bu da bir çox hüquqlarının həyata keçirilməsinə problem yaradır. Bu səbəbdən də mənim nikah haqqında akt qeydi bərpa edilməmişdir. 1ci və 2-ci instansiya məhkəmələrinə müraciət etsə də, həmin sənədlərin ona məxsusluğunu sübut edən məhkəmə qətnaməsi olmadığına görə imtina edilmişdir. Bakı şəhəri Maraqlı şəxsnə bu ziddiyyətlərin aradan qaldırılması və həmin şəhadətnamələrin ona məxsus olması üçün müraciət etsə də ona aidiyyatı üzrə məhkəməyə müraciət etmək tövsiyə edilmişdir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Ərizəçi nümayəndəsi X13 məhkəmədə ərizəni müdafiə edərək, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Bakı şəhər Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməklə məhkəmə iclasına çağırılmış, lakin məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun səbələri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iş üzrə təqdim olunmuş digər sübutlarla yanaşı yoxlayaraq, ərizə tələbinin dəlillərini nəzərə alaraq, işdə olan sübutları işin bütün faktiki hallarının tam, hərtərəfli və obyektiv araşdırılmasına əsaslanmaqla hesab edir ki, ərizə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1940-cı il tarixdə Ermənistan, Qafan rayonunda doğulmuşdur. Bakı şəhəri Maraqlı şəxs xx.xx.2023-cü il tarixli, 05/15-108 nömrəli imtina məktubunun surətindən görünür ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 01 mart 2001-ci il tarixli, 52 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən” Əsas MÜddəalara müvafiq olaraq Vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişiklik edilməsinə, kifayət qədər əsaslar olmadığında müraciət qeydiyyat şöbəsində icrası mümkün deyildir. Vətəndaşların vəziyyəti aktlarının ЖЗ serialı, 587881 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X8 xx.xx.1963-cü il tarixdə doğulmuş, atası X15, anası isə X9r. Vətəndaşların vəziyyəti aktlarının İ-ЖЗ serialı, 494532 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X11 xx.xx.1962-ci il tarixdə doğulmuş, atası X15, anası isə X9r. Vətəndaşların vəziyyəti aktlarının İ-ЗЖ serialı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X13 xx.xx.1967-ci il tarixdə doğulmuş, atası X15, anası isə X9r. Vətəndaşların vəziyyəti aktlarının İ-ЗЖ serialı, ******* nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X14 xx.xx.1970-ci il tarixdə doğulmuş, atası X15, anası isə X9r. Bakı şəhəri Maraqlı şəxs AZ İİ seriyalı, 171729 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X20 xx.xx.2004-cü il tarixdə kəskin miokard infarktdan ölmüş, xx.xx.2005-ci il raixdə 6 nömrəsi aktla qeyd edilmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X16 ifadəsində bildirmişdir ki, ərizəçi onun qardaşının arvadıdır. Onu həmişə Güllü kimi tanıdıqlarının, ona Güllü kimi müraciət etdiklərini bildirmişdir. Məhkəmə iclasına şahid qismində dəvət edilmiş X10 ifadəsində bildirmişdir ki, Həməzyeva Qulubəyim ilə qonşu olduğlarını bildirdi. 1982-ci il tarixdə gəlmişlər onlar Qafan rayonundan. O onu hər zaman Güllü kimi tanınmışdır. Güllünün 3 qızı və 3 oğlu vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyətli olan faktların müəyyən edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinə əsasən məhkəmə, şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Ali Məhkəmənin 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 6-cı bəndinə əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Həmin qərarın 6.2-ci bəndinə əsasən eyni bir şəxsin adının, atasının adının və ya soyadının bir neçə sənəddə müxtəlif cür yazılması hallarında hüquqmüəyyənedici sənədin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi əvəzinə, müxtəlif sənədlərdə göstərilmiş şəxsin həmin şəxs olmasının məhkəmə tərəfindən müəyyən edilməsi yolverilməzdir, çünki belə bir faktın müəyyən edilməsi hüquqi nəticə doğurmur. Həmin qərarın 6.3-cü maddəsinə əsasən hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus olması faktının müəyyən edilməsinə dair məhkəmə qətnaməsinin nəticə hissəsində məhkəmə, sənədlərin əlamətlərini (sənədin adını, kimin tərəfindən kimin adına verilməsini, verilmə tarixini və sair), eləcə də pasporta, şəxsiyyət vəsiqəsinə və ya doğum haqqında şəhadətnaməyə əsaslanaraq sənədin məxsus olduğu şəxsin adını, atasının adını, soyadını göstərməlidir. Bu cür qətnamələrin icraya yönəldilərək sənəddə olan adın ərizəçinin adına dəyişdirilməsi qanunla müəyyən olunmamışdır. Buna görə də sənədin ərizəçiyə məxsus olmasını müəyyən edən qətnamədə, səhvə yol verilmiş sənəddə düzəliş aparılması barədə müvafiq orqana göstəriş verilməsi qanuna ziddir. Məhkəmə araşdırması zamanı, o cümlədən mülki işin materiallarına əlavə olunmuş sənədlərdən, görünür ki, Azərbaycan Respublikası Vətəndaşının Şəxsiyyət Vəsiqəsindən görünür ki, Ərizəçi adı “Qulubəim”, lakin uşaqlarının vətəndaşların vəziyyəti aktlarının doğum haqqında şəhadətnamənin surətindən görünür kimi “Güllü” kimi qeyd edilmişdir. Bundan əlavə şahidlər də onu “Güllü” kimi tanıdıqlarını bildirmişlər. Belə ola halda məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi isə göstərilən faktı təsdiq edən lazımi sənədləri başqa qaydada əldə edə bilmədiyindən, Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən, mövcud ərizə tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır. Odur ki, ərizə təmin edilərək, qeyd edilən fakt müəyyən edilməlidir. edilməlidir. Müki Prosessual Məcəllənin 9.1, 9.3, 14.2, 88, 217.1, 218.1, 218.3 və 220.4-cü maddələrinə görə hər hansı mübahisənin qanuni və əsaslı həlli üçün məhkəmə baxışı zamanı məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq qiymət verməlidir. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. Hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Qətnamə çıxarıldıqda hakim sübutları qiymətləndirir, iş üçün əhəmiyyətli olan nə kimi halların müəyyən edildiyini, nə kimi halların müəyyən edilmədiyini, tərəflərin hansı hüquqi münasibətdə olmalarını, həmin iş üzrə hansı qanunun tətbiq edilməli olduğunu və Ərizənın təmin olunub-olunmadığını müəyyən etməlidir. Mülki Prosessual Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin olmaqlalıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 227, 233, 360cı maddələrini rəhbər tutaraq, QƏT ETDİ: Ərizə təmin edilsin. xx.xx.1962-ci il tarixdə doğulmuş X2 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1962-ci il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1963-cü il tarixdə doğulmuş X3 verilmiş xx.xx.1963-cü il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1967-ci il tarixdə doğulmuş X4 Ermənistan, Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1968-ci il tarixli doğum haqqında şəhadətnamədə, xx.xx.1970-ci il tarixdə doğulmuş X5 Ermənistanın Qafan rayonu Çaykənd qəsəbə icra nümayəndəliyi tərəfindən verilmiş xx.xx.1970-ci il tarixli doğum haqqında şəhadətnamədə ana qrafasında yazılan “X12”nın Ərizəçi məxsus olması faktının müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Nilufər Cəfərli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar