Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2059/2021 29.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Əsədova Tahirə Əlif qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X7, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X12 və İddiaçı2 Vagif qızının, onların vəkili və nümayəndəsi X3 iştirakları ilə İddiaçılar X12 və İddiaçı2 Vagif qızının Cavabdehlər Cavabdeh1 Vagif oğlu və Cavabdeh2 qarşı müvafiq kompensasiya ödənilməsi yolu ilə mənzildən istifadə hüquqlarına xitam verilməsi və mənzildən çıxarrılma barədə ilk iddia tələbinə, İddiaçılar Cavabdeh1 Vagif oğlu və Cavabdeh2 Cavabdehlər X12, İddiaçı2 Vagif qızı və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı reyestr xidmətinin qeydiyyatının çıxarılması, daşınmaz əmlakın birgə ümumi əmlak hesab edilməsi, payların müəyyən olunması və həmin əmlakdakı paya uyğun pulun tödənilməsi barədə qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə iclasında məhkəmənin inzibati binasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçılar X12 və İddiaçı2 Vagif qızı cavabdehlər Cavabdeh1 Vagif oğlu və Cavabdeh2 qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin və onlarla birgə yaşayan yetginlik yaşına çatmamış 01.06.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və 22.08.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçinin, Bakı şəhəri, ünvan 1 ünvandan, X12 tərəfindən 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilməsi, Bakı şəhəri, ünvan 2 ünvandakı evdən heç bir kompesasiya verilmədən çıxarılmaları barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. İddia onunla əsaslandırılmışdır ki, Cavabdeh1 iddiaçı Əhmədov Vagifin mülkiyyətində olan 8 saylı evdə 1982-ci ildə doğulmuş, 2010-cu ildə isə digər Cavabdeh2 ilə ailə quraraq mənzilə gəlin gətirmiş, qeydiyyatına mülkiyyətçi tərəfindən razılıq verilmiş, uşaqlar isə 20212 və 2013-cü illərdə həmin evə qeydiyyata alınmışlar. Beləliklə, onların həmin evə istifadə hüquqları yaranmışdır. Digər ev isə, yəni 8d saylı ev İddiaçı2 mülkiyyətindədir. Leyla notarial qaydada cavabdehlərə yaşamaları üçün razılıq verməmişdir. Ona görə də, ordan çıxarılmalıdılar. İddiaçılar Cavabdeh1 Vagif oğlu və Cavabdeh2 cavabdehlər X12, İddiaçı2 Vagif qızı və Daşınmaz Əmlakın Dövlət Reyestri xidmətinə qarşı qarşılıqlı iddia verərək, 8d saylı ev İddiaçı2nnın adına rəsmiləşdirilməsinə dair dövlət reyestr xidmətində aparılmış qeydiyyatın əsassız olduğundan həmin qeydiyyatın çıxarılması, 8d saylı evin Cavabdeh1, Cavabdeh2 və Əhmədov Vagifin ümumi birgə əmlak hesab edilməsi, Cavabdeh1 və Cavabdeh2 həmin əmlakda payları 2/3 hissə miqdarında müəyyən edilməsi və müəyyən edilmiş paya uyğun olaraq Əhmədov Vagifdən 120000 manat pulun alınıb Cavabdeh1 və Cavabdeh2 ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Qarşılıqlı iddia onunla əsaslandırılmışdır ki, ailə hamısı əvvəlcə 8 saylı evdə yaşamışdır. 2004-cü ildə tərəflər arsında olan razılığa əsasən həmin həyətdə 2 mərtəbəli evin inşasına başlanılımış və evin tikintisi başa çatdıqdan sonra Teymur öz valideynləri ilə, gələcək arvadı və bacısı ilə həmin evdə, ailənin digər oğlu Nemət isə ailə üzvləri ilə köhnə evdə yaşayacaqları barədə razılığa gəlmişlər. Tikinti Teymurun və atası Vagif Əhmədovun vəsaiti və zəhməti hesabına 2010-cu ildə başa çatmışdır. 2010-cu ilin noyabr ayında Əfsanə də ailə üzvü qismində Teymurla birlikdə həmin evdə yaşamağa başlamışlar, 1-2 ay sonra valideynlər və Lyla evə köçərək birgə yaşamaqla təsərrüfatı birgə idarə etmişlər. Teymurla arvadının hesabına evin mansardı inşa edilmişdir. Evin plana düşəcəyi təqdirdə, Leylaya bir otaqlı mənzil, qalan pula isə özlərinə ev almaqla bağlı şərt kəsmişlər. Teymurla Əfsanə təxmini ayda 3000 manat əmək haqqı alırlar. Valideynləri 200 manat pensiya almışlar, son dövrlərdə atanın pensiyası 1000 manat olmuşdur. Teymurla Əfsanənin razılığı olmadan evin inşasına heç bir vəsait xərcləməyən və heç bir əməyi olmayan Leylanın adına qanunsuz olaraq rasmiləşdirilmişdir. Həmin ev ümümi mülkiyyət hüququ sasında Teymura, Əfsanəyə və Vagif Əhmədova məxsusdur. İlk iddia üzrə cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, vəkil X13 məhkəməyə ərizə göndərərək səhhətində yaranmış problem ilə əlaqədar müalicəyə getdiyindən məhkəmə iştirak edə bilməyəcəyini və 14.-7.2021-ci il tarixdən sonrakı vaxta təxirə salmağı xahiş etmiş, ərizəsinə «X20 Company» MMC tərfindən 29.06.2021-ci il tarixdən 12.07.2021-ci il tarixədək yazılmış putyovkanı əlavə etmişdir. Həmin putyovkanın kimə məxsus olması qeyd edilməmişdir. Odur ki, məhkəmə bu səbəbəi üzrlü səbəb hesab etməmişdir. AzərbaycanRespublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehlərin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə həmin maddənin tələblərini rəhbər tutaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab edir. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehlər X12 və İddiaçı2 Vagif qızı onların vəkili və nümayəndəsi X6 ilk iddia əriəzsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdilər. Eyni zamanda qeyd eidilər ki, kompensasiyanı10000 manat məbləğində ona görə müəyyən ediblər ki, həmin məbləğ 3 il ərzində həmin ərazidə eyni şəraitli evdə onlara yaşamaq imkanı verir. Eyni zamanda qarşılıqlı iddia üzrə cavabdehlər X12 və İddiaçı2 Vagif qızının vəkili və nümayəndəsi X6 məhkəməyə ərizə təqdim edərək, qarşılıqlı iddiaya mahiyyəti üzrə baxılmasını xahiş etdi. Əvvəllər keçirilmiş məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçılar Cavabdeh1 Vagif oğlu və Cavabdeh2, onların vəkili və nümayəndəsi X13 öz iddia ərizələrinin məzmununa uyğun izahat verərək ilk iddianın rədd, qarşılıqlı iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdilər. Məhkəmə iclasında şahid X14 iş üzrə ifadə verərək, qeyd etdi ki, o, Əhmədov Vagifin arvadı, Teymurla Leylanın anasıdır. Teymur öz ailəsi ilə 8 saylı evdə qeydiyyatdadılar, 8d saylı evə onların heç bir aidiyyəti yoxdur. Onlar orada müvəqqəti yaşayırlar. O ev Leylanındır. Teymurla arvadı ilə birlikdə yaşamaq mümkün deyil, onlar dözülməz vəziyyət yaradıblar, hadisələr nəticəsində o, ağır bir insult keçirdib, səhhəti hal-hazırda yaranan münasibətlərə dözməyə yol vermir. Məhkəmə iclasında şahid X10 oxşar ifadə verdi. Məhkəmə tərəflərin izahatlarını, şahid ifadələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ilk iddia təmin, qarşılıqlı iddia rədd edilməlidir. Hazırki işin faktiki halları aşağıdakılardır (adları çəkilən sənədlər iş materialarına əlavə edilmişidir). Tərəflər bir ailənin üzvləridir – Leyla və Cavabdeh1 Vagifin uşaqlarıdılar. Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 120,6 kv metrdən ibarət 8 saylı evin ½ hissəsi X9 mülkiyyətindədir (DƏDRX tərəfindən 25.06.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarış). Bütün ailə üzvləri həmin evdə qeydiyyatdadırflar. Həmin ev Əhmədov Vagifə vəsiyyatnamə üzrə vərəsəlik qaydasında anası X1. X4 25.11.2011-ci il tarixdə ölmüşdür. Həmin andan ev Əhmədov Vagifin mülkiyyətinə keçmişdir. Sabunçu qəsəbəsi, Mehdi Hüseyn, 8D saylı ev İddiaçı2 Vagif qızının mülkiyyətindədir (DƏDRX tərəfindən 16.12.2020-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə verilmiş Çıxarış). İddiaçı2 anası Əhmədova Roza həmin ünvanda 0,0141 ha torpaq sahəsini qızına bağışlamış və ev məhz həmin bağışlanmış torpaq sahəsi üzərində inşa edilmişdir. Əhmədov Vagif, İddiaçı2, Cavabdeh1 və Cavabdeh2 yetkinlik yaşana çatmamış uşaqları ilə 8D saylı evdə yaşayırlar. X16 10000 manat kompensasiya verilməklə Cavabdeh1, Cavabdeh2, onların yaşayan yetginlik yaşına çatmamış uşaqları Emin və Elçinin istifadə hüquqlarına xitam verilməsini, İddiaçı2 isə 8d saylı ünvandakı evdən heç bir kompesasiya verilmədən onların çıxarılmaları istəyirlər. «xxxx» MMC tərəfindən 8 saylı ev 55000, 8D saylı ev 160000 manat məbləğində qiymətləndirilmişidir. Məhkəmə aşağıdakı hüquqi əsaslara görə ilk iddia tələbinin təmin edilməsi qənaətinə gəlmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci bəndinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. «İnsan Hüquqlarının və X5 haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə görə, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Həmin Məcəllənin 152.5-ci maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycn Respublikası Konstitusiya Məhkəməsinin 27.07.2011-ci il tarixli qərarına əsasən 2001-ci ilin sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Qeyd edildiyi kimi, 8 saylı evə mülkiyyət hüququ 2011-ci ildə yaranmışdır. Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrində və Mənzil Məcəlləsinin 123-cü maddəsində söhbət mülkiyyətçidən getdiyindən, məhkəmə hesab edir ki, hazırki mübahisə ilə əlaqədar tərəflər arasında yaranmış hüquq münasibətlərini mülkiyyət hüququnun əldə edildiyi dövrə təsadüf edilməlidir, yəni 2011-ci ilə. Mülki Məcəllənin 228.1-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsi mülkiyyətçisinin ailə üzvləri və digər şəxslər yaşayış binasından istifadə hüququna bu şərtlə malikdirlər ki, həmin hüquq daşınmaz əmlakın dövlət reyestrində qeydə alınsın. Həmin Məcəllənin 228.2-ci maddəsinə əsasən yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Odur ki, məhkəmə hesab edir ki, 8 saylı evə Cavabdeh1, Cavabdeh2 və onların iki uşaqlarının istifadə hüququna kompensasiyanın verilməsi yolu ilə xitam verilməsi qanuni və əsaslıdır. Kompensasiyanın məbləğinə gəldikdə isə, məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. «F.Ağalarovun işi üzrə» Konstitusiya Məhkəməsinin Plenumunun 26.09.2007-ci il tarixli Qərarında qeyd edilir ki, «kompensasiya institutu istifadəçiyə mənzilin bölünməsi və onun dəyərindən müəyyən payın ödənilməsini tələb etmək hüququnu verməsə də, o, yaşayış sahəsindən istifadə etmək hüququnun adi xitamını deyil, onun elə bir əvəzləşdirməsini nəzərədə tutur ki, mülkiyyətçinin hesabına istifadəçiyə davamlı surətdə və müəyyən müddət daxilində başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəratilə oxşar yaşamaq imkanı versin». Məhkəmə hesab edir ki, qiyməti 55000 manat dəyəri müəyyən edilən evə istifadə hüququna xitam verilməsi üçün təklif edilən 10000 manat məbləğində kompensasiya müəyyən bir zaman içində ilk iddia üzrə cavabdehlərin başqa yerdə əvvəlki mənzildə ona xas olmuş şəratilə oxşar yaşamaq imkanı verir. 8D saylı evə gəldikdə, məhkəmə hasab edir ki, ilk iddia üzrə cavabdehlər İddiaçı2 Mülki Məcəllədə nəzərədə tutulan ailə üzvlərinə aid edilmədiyindən, onlar həmin evdən çıxarılmalıdırlar. Odur ki, məhkəmə hesab edir ki, ilk iddia təmin edilməlidir. Qarşılıqlı iddia ilə əlaqədar məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Qeyd edildiyi kimi, 8D saylı ev İddiaçı2 mülkiyyətindədir. Həmin evin Leylanın deyil, atasının və qardaşının vəsaiti və əməyi hesabına inşa edilməsi mülkiyyət hüququna dair şübhə yaratmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 140-cı maddəsinə əsasən reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Həmin Məcəllənin 148.2-ci maddəsinə əsasən, daşınmaz əmlakın dövlət reyestrindəki qeydə əsaslanaraq mülkiyyət hüququ və ya daşınmaz əmlaka başqa hüquqlar əldə etmiş hər bir şəxsin bu hüquqları qorunmalıdır. Odur ki, məhkəmə hesab edir ki, qarşılıqlı iddia rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 360-cı maddəsinə əsasən apellyasiya şikayəti məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 ay müddətində verilə bilər. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q ƏT E T D İ: İlk iddia təmin edilsin. Cavabdeh1 Vagif oğlu, Cavabdeh2ın və onlarla birgə yaşayan yetginlik yaşına çatmamış 01.06.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və 22.08.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçinin ünvan 3 ünvandan X12 tərəfindən 10000 manat kompensasiya verilməklə istifadə hüquqlarına xitam verilsin, ünvan 4 ünvandakı evdən heç bir kompesasiya verilmədən Cavabdeh1 Vagif oğlu və Cavabdeh2ın və onlarla birgə yaşayan yetginlik yaşına çatmamış 01.06.2012-ci il tarixdə doğulmuş Əhmədov Emin və 22.08.2013-cü il tarixdə doğulmuş Əhmədov Elçin çıxarılsınlar. Qarşılıqlı iddia rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Tahirə Əsədova
Məhkəmə qərarları › İş №2(008)-2059/2021
Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2059/2021
29.06.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver