Məhkəmə qərarları › İş №2(008)-2069/2021

Bakı Şəhəri Sabunçu Rayon Məhkəməsi Qətnamə — İş №2(008)-2069/2021

07.06.2021 · Əmək mübahisələri - İşə bərpa
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(008)-2069/2021 07.06.2021 BAKI ŞƏHƏRİ SABUNÇU RAYON MƏHKƏMƏSİ Hakim Paşayeva Adilə Adil qızının sədrliyi, məhkəmə iclasının katibi Rzayev Əsvər Məhərrəm oğlunun katibliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehnə qarşı “əmrin ləğv edilməsi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 2300/221ş nömrəli 17.08.2020-ci il tarixli əmrinin ləğv olunması və işə bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi gömrük xidməti polkovniki Pərviz Rəhimovun 10.08.2020-ci il tarixli 1700-011/001- 25/003302 nömrəli raportunun araşdırılması ilə müəyyən edilmiş, Cavabdeh Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə 07.08.2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimal Ərazi Baş Gömrük İdarəsi «Samur» gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni pul vəsaitini qəbul etdiyindən tutduğu vəzifədən Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi Cavabdehn 17.08.2020-ci il tarixli 2300/221Ş №-li əmri ilə azad edilmişdir. Bunula bağlı bildirir ki, 10.08.2020-ci il tarixdə xidməti vəzifələrini yetirərkən yük avtomobili yoxlayarkən yük avtomobilinin sürücüsü bir neçə il əvvəl ona şəxsi avtomobilini satdığı və o vaxtlardan tanıdığı yoldaş idi. Onunla salamlaşmış və iddiaçını tanıyandan sonra ona satdığı avtomobili çox ucuz satdığını bildirmiş və onunla birlikdə nahar etməyi təklif etmişdir. Lakin, iddiaçı bundan imtina etmiş və iş başında olduğunu bildirmiş, buna baxmayaraq o israrla yaxşılıq etmək (avtomobilini ücüz qiymətə satdığının əvəzini çıxmaq) üçün nə etdiyni bilmədiyindən zorla onun cibinə 500 Rusiya rublu qoymuşdur. Göstərilən pulu gəbul etmək istəmədiyindən onunla bir az «çəh-çöyür» etdikdə məcbur olub qəbul etdi ki, bu söhbətləri uzanmasın. Bunu kənardan görən əməkdaşları başqa cür rəhbərliyə məruzə etdikdən sonra heç bir araşdırma aparmadan iddiaçını göstərilən əmrlə Əmək Məcəlləsinin 70-ci maddəsinin «Ç» bəndinə əsasən işdən azad edərək, sənədlərini toplayaraq əməlində korrupsiya hərəkətlərinin olmasının araşdırılması üçün Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Daxili Təhlükəsizlik İdarəsinə göndərildi. Lakin, burada da araşdırılma aparıldı və cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edilmişdir. Göstərilənləri nəzərə alaraq bildirir ki, yük avtomobiilinin sürücüsü bu məsələ ilə bağlı izahat verərək verilən pulun xidməti vəzifəsi ilə deyil, ancaq bir neçə il əvvəl ona ucuz qiymətə satdığı avtomobilin yaxşılığını əvəzi olaraq və nahar etmək üçün verdiyi pul kimi göstərdiyini və aralarında korrupsiya əlaqəsinin olmadığını və iddiaçıdan heç bir şikayətinin olmadığını bildirməsinə baxılmadan o, qanunsuz olaraq işdən azad edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh nümayəndəsi X3 izahatında bildirdi ki, iddianın rədd edilməsini xahiş etdi. İş materiallarında olan Gömrük Komitəsinin Cavabdeh 2300/221Ş saylı, 17.08.2020ci il tarixli əmrinin surətindən görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən əmək vəzifəsini kobud şəkildə pozduğuna görə vəzifəsindən azad olunmuşdur; - Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi, gömrük xidməti polkovniki X4 10.08.2020ci il tarixli 1700-011/001-25/003302 saylı raportunun araşdırılmasına dair arayışın surətindən görünür ki, “Azterminalkompleks” Birliyinin direktoru gömrük xidməti generalmayoru X2 Birliyin Gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Gəncə şöbəsinin kompüter operatoru İddiaçı intizam məsuliyyətinə cəlb edilməsini təmin edilməsi, hazırki arayışın surəti müvafiq tədbir görülməsi üçün “Azterminalkompleks” Birliyinə məlumat üçün isə Şimal Ərazi Baş Gömrük İdarəsinə göndərilməsi və toplanmış materiallara hüquqi qiymət verilməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilməsi barədə göstəriş verilmişdir. - Baş Prokurorunun Müavini Elmar Camalovun təqdimatının surətindən görünür ki, İddiaçı əməlində cinayət və inzibati xəta tərkibinin əlamətləri olmadığı üçün toplanmış material üzrə cinayət işi və inzibati xəta haqqında işin başlanması rədd edildiyindən “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinin tələblərini pozduğuna görə barəsində intizam icraatının aparılması üçün təqdimat göndərilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdehndə əmək müqaviləsinə əsasən işləmiş və 17.08.2020-ci il tarixli əmrlə İddiaçı Əmək Məcəlləsinin 70-ci maddəsinin “Ç” bəndinə əsasən tutduğu vəzifədən azad edilmişdir. Sözügedən əmrdə onun işdən azad edilməsinə əsas kimi 07.08.2020-ci il tarixdə xidməti zərurətlə əlaqədar təhkim edildiyi Şimal Ərazi Baş Gömrük İdarəsi «Samur» gömrük postunun yük nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş ixrac xəttində xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu geyri-qanuni pul vəsaitini qəbul etməsi, bununla da, əmək vəzifələrini kobud şəkildə pozulması əsas göstərilmişdir. Həmçinin cavabdehin nümayəndəsi iddia müddətinin iddiaçı tərəfindən ötürüldüyünü əsas gətirərək iddia müddətinin tətbiq edilməsini xahiş edir. Məhkəmə hesab edir ki, iddianın qanuni əsasını Əmək Məcəlləsinin 74.2-ci maddəsi təşkil edir. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 74.2-ci maddəsinə əsasən əgər qanunsuz və ya əsassız işdən çıxarılmış işçi işinə bərpa olunması üçün məhkəməyə iddia ərizəsi ilə müraciət edərsə və məhkəmə tərəfindən iddiası təmin olunaraq işinə (vəzifəsinə) bərpa edilməsi haqqında qətnamə (qərar) qəbul edilərsə, onda işəgötürən tərəfindən məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) dərhal icra edilərək o, əvvəlki vəzifəsinə və ya razılığı ilə başqa vəzifəyə (işə) bərpa olunmalıdır. Bu zaman işə bərpa edilən işçinin yerinə götürülmüş işçi ilə bağlanmış əmək müqaviləsinə bu Məcəllənin 71-ci maddəsinin birinci hissəsində nəzərdə tutulmuş müvafiq araşdırmalar aparılmaqla xitam verilə bilər. Həmin Məcəllənin 68-ci maddəsinin 1-ci hissəsinə əsasən, əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər. Həmin Məcəllənin 76-cı maddəsinin 2-ci hissəsinə əsasən, əmək müqaviləsinə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Həmin Məcəllənin 70-ci maddəsinin “ç” bəndinə əsasən işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda əmək müqaviləsi işəgötürən tərəfindən ləğv edilə bilər. Həmin Məcəllənin 71.2-ci maddəsinə əsasən Məcəllənin 70-ci maddəsinin «ç» bəndində nəzərdə tutulan əsasla əmək müqaviləsinin ləğv edilməsinə bu şərtlə yol verilir ki, işçi qəsdən və ya səhlənkarlıqla, etinasızlıqla əmək funksiyasını, vəzifə borcunu (öhdəliklərini) yerinə yetirmədiyinə görə müvafiq iş yerində işin, istehsalın, əmək və icra intizamının normal ahəngi pozulmuş olsun və ya mülkiyyətçinin, işəgötürənin, habelə əmək kollektivinin (onun ayrı-ayrı üzvlərinin) hüquqlarına və qanunla qorunan mənafelərinə hər hansı formada ziyan dəymiş olsun. Həmin Məcəllənin 72-ci maddəsinə əsasən aşağıdakı hallar işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilir: a) özünün xəstəliyi, yaxın qohumunun xəstələnməsi və ya vəfat etməsi istisna olunmaqla heç bir üzrlü səbəb olmadan bütün iş günü işə gəlməməsi; b) alkoqollu içkilər, narkotik vasitələr və psixotrop, toksik və digər zəhərli maddələr qəbul edərək sərxoş vəziyyətdə işə gəlməsi, habelə işə gəldikdən sonra iş yerində həmin içkiləri və ya maddələri qəbul edərək sərxoş vəziyyətdə olması; c) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində mülkiyyətçiyə maddi ziyan vurması; ç) təqsirli hərəkətləri (hərəkətsizliyi) nəticəsində əməyin mühafizəsi qaydalarını pozaraq iş yoldaşlarının səhhətinə xəsarət yetirməsi və ya onların bu səbəbdən həlak olması; d) qəsdən istehsal, kommersiya və ya dövlət sirrinin yayılması və ya bu sirrin gizli saxlanılması üzrə öhdəliklərini yerinə yetirməməsi; e) əmək fəaliyyəti zamanı yol verdiyi kobud səhvləri, hüquq pozuntuları nəticəsində işəgötürənin, müəssisənin və ya mülkiyyətçinin qanuni mənafeyinə ciddi xələl gətirməsi; ə) əmək funksiyasını pozduğuna görə əvvəllər işəgötürən tərəfindən verilmiş intizam tənbehindən nəticə çıxarmayaraq altı ay ərzində təkrarən əmək funksiyasını pozması; f) iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi. Azərbaycan Respublikası gömrük orqanlarının vəzifəli şəxslərinin X5 7-ci maddəsinə əsasən Gömrük orqanı əməkdaşı qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əldə etməyə yönəlmiş hərəkətlərə (hərəkətsizliyə) yol verməməli, qərarlar qəbul etməməlidir. Qanunvericiliklə müəyyən olunmuş ödəniş məbləğləri istisna olmaqla, şəxslərə xidmət (xidmətlər) göstərən əməkdaş həmin xidmətə (xidmətlərə) görə hər hansı haqq tələb edə bilməz. Qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər təklif olunduğu hallarda, əməkdaş onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və güzəştlər əməkdaşa ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə rəisinə məlumat verməli və onlar gömrük orqanına akt üzrə təhvil verilməlidir Korrupsiyaya qarşı mübarizə haqqında Azərbaycan Respublikasinin Qanununun 8.1-ci maddəsinə əsasən vəzifəli şəxs xidməti vəzifələrinin qərəzsiz icrasına təsir edə bilən və ya bu cür təsir təəssüratı yaradan, və ya onun vəzifələrinin icrası müqabilində mükafat qismində verilən və ya bu cür mükafat təəssüratı yaradan hədiyyələri özü və ya digər şəxslər üçün tələb edə və ya qəbul edə bilməz. Bu qayda xidməti vəzifələrinin qərəzsiz icrasına təsir etməmək şərtilə bu Qanunun 8.2-ci maddəsində nəzərdə tutulan kiçik hədiyyələrin qəbul edilməsi və sadə qonaqpərvərlikdən istifadə hallarına şamil olunmur. Həmin Qanunun 8.2-ci maddəsinə əsasən vəzifəli şəxs xidməti vəzifələrinin icrası ilə əlaqədar bir il ərzində hər hansı fiziki və ya hüquqi şəxsdən ümumi məbləği əlli beş manatdan yuxarı olan bir və ya bir neçə hədiyyəni qəbul edə bilməz. Həmin məbləğdən yuxarı olan hədiyyələr şəxsin xidməti vəzifəsini həyata keçirdiyi dövlət orqanına, yerli özünüidarəetmə orqanına və ya quruma məxsus hesab edilir. “Dövlət qulluqçularının etik davranış qaydaları haqqında” Azərbaycan Respublikası Qanunun 13.1-ci maddəsinə əsasən dövlət qulluqçusuna qanunsuz maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər təklif olunduğu hallarda, dövlət qulluqçusu onlardan imtina etməlidir. Maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusuna ondan asılı olmayan səbəblərdən verilərsə, o, bu barədə birbaşa rəhbərinə məlumat verməli və maddi və qeyri-maddi nemətlər, imtiyazlar və ya güzəştlər dövlət qulluqçusunun qulluq keçdiyi dövlət orqanına akt üzrə təhvil verilməlidir. Göründüyü kimi, “Azərterminalkompleks" Birliyinin 17.08.2020-ci il tarixli, 2300/221ş saylı əmrində İddiaçı işdən azad edilməsinin əsas səbəbi kimi “əmək vəzifələrini kobud şəkildə pozması” qeyd olunmuş və əmək müqaviləsinin işəgötürən tərəfindən ləğv edilməsinə əsas kimi Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi göstərilmişdir. Lakin, məhkəmə hesab edir ki, əmək qanunericiliyində əmək müqaviləsinin ləğv edilməsinin əsasları, əlaxsus da işçi tərəfindən əmək vəzifələrinin kobud şəkildə pozulması hesab edilən halların dairəsi dəqiq müəyyən olunmuş və “xidmət apararkən üzərində gömrük nəzarətini həyata keçirdiyi yük nəqliyyat vasitəsinin sürücüsü tərəfindən ona verilən həmin günün valyuta məzənnəsi ilə 11,60 (on bir manat altmış qəpik) Azərbaycan manatına ekvivalent miqdarındakı 500 (beş yüz) Rusiya rublu qeyri-qanuni pul vəsaitini qəbul etməsi” Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə əmək müqaviləsinin ləğvinə əsas ola bilməz. Belə ki, əmək qanunvericiliyinin tələblərinə görə işçi ilə əmək müqaviləsini Əmək Məcəlləsinin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək ən ağır intizam tənbehi olmaqla yanaşı, bunun üçün ciddi əsaslar olmalı, prosedurlara riayət edilməlidir. Belə ki, qeyd olunan faktla bağlı aidiyyatı orqanlar tərəfindən araşdırılma aparılmış və iddiaçının əməlində cinayət və inzibati xəta tərkibinin olmadığı müəyyən olunmuşdur. Belə olan halda Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 72-ci maddəsinin f bəndinə əsasən “iş vaxtı ərzində bilavasitə iş yerində inzibati xətalara və ya cinayət tərkibi olan ictimai-təhlükəli əməllərə yol verməsi” halına əsasən işdən azad edilməsi də istisna olunur. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən, əmək müqaviləsini bu Məcəllənin 70-ci maddəsinin «ç» bəndi ilə ləğv etmək intizam tənbehi olmaqla ən ağır tənbeh növüdür. İşəgötürən intizam tənbehini verərkən işçinin şəxsiyyətini, kollektivdə nüfuzunu, peşəkarlıq səviyyəsini, onun törətdiyi xətanın xarakterini nəzərə almalıdır. Həmin Məcəllənin 71-ci maddəsinin 3-cü bəndinə görə işəgötürən bu məcəllənin 70-ci maddəsi ilə müəyyən edilmiş əsasların hər hansı biri ilə əmək müqaviləsinin ləğv edilməsinin zəruriliyini əsaslandırmalıdır. Yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, tərəflər arasında əmək müqaviləsinə cavabdeh tərəfindən əmək qanunvericiliyində nəzərdə tutulmuş ləğvetmə əsaslarını pozularaq, müəyyən edilmiş qaydaların tələblərinə əməl edilmədən işçi ilə əmək münasibətlərinə xitam vermişdir ki, buna görə də “Azərterminalkompleks" Birliyinin qeyd olunan 17.08.2020-ci il tarixli, 2300/221ş saylı əmri ləğv edilməlidir. Məhkəmə cavabdehin iddia müddətinin tətbiq edilməsi barədə ərizəsinə qiymət verərək qeyd etmək istəyir ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296.2-ci maddəsinə əsasən Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin Məcəllənin 296.3-cü maddəsinə əsasən hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür. Azərbaycan Respublikası Mülki Prossesul Məcəlləsinin 130.1-ci maddəsinə əsasən qanunla müəyyən edilmiş və ya məhkəmə tərəfindən təyin edilmiş müddət keçdikdə, prosessual hərəkətləri etmək hüququ keçmiş olur. Həmin Məcəllənin 130.3-cü maddəsinə əsasən prosessual müddətin bərpa olunması barədə vəsatət verilməmişsə, prosessual müddətlər keçdikdən sonra verilən şikayətlərə və sənədlərə baxılmır və onları verən şəxsə qaytarılır. İş materiallarında olan Gəncə İnzibati Məhkəməsinin 16.12.2020-ci il tarixli, 2- 1(114)-1991/2020 saylı qərardadından görünür ki, İddiaçı əmrin ləğv edilməsi və işə bərpa tələbi ilə məhkəməyə müraciət etmiş, lakin onun iddiası mümkün sayılmamışdır. Məhkəmə iclasında müəyyən edilmişdir ki, sözügedən qərardad tərəflərin hər ikisinə yanvar ayında rəsmi təqdim olunmuşdur. Daha sonra İddiaçı iddia ərizəsi ilə 04.02.2021-ci il tarixdə Sabunçu Rayon Məhkəməsinə müraciət etmiş və o, iddia müddətini ötürməmişdir. Həmçinin iddiaçı bildirir ki, 17.08.2020-ci il tarixli əmrin surətini alar-almaz Gəncə İnzibati Məhkəməsinə müraciət etmişdir. Cavabdeh isə əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmrinin İddiaçı nə zaman təqdim edilməsi barədə heç bir sənəd məhkəməyə təqdim etməmişdir. Hlbuki, Əmək Məcəlləsinin 83.2-ci maddəsinə əsasən əmək müqaviləsinə xitam verilməsi barədə işəgötürənin əmri (sərəncamı, qərarı) onun tərəfindən imzalanmalı və müəssisənin möhürü ilə təsdiqlənməlidir. Bu əmrin surəti, işçinin əmək kitabçası və işəgötürənin son haqq-hesabı (istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzi, işçiyə ödənilməli əmək haqqı və digər ödəmələr) ilə birlikdə sonuncu iş günü işçiyə verilməlidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi haqqında 17.08.2020-ci il tarixli 2300/221Ş saylı əmr ləğv edilməli, İddiaçı işə bərpa edilməlidir. Məhkəmə iş üzrə sübutlara Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 88-ci maddəsinin tələblərinə uyğun olaraq obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət vermiş, iddiada qoyulmuş tələb üzrə nəticəyə gələrkən isə Mülki Prosessual Məcəllənin 217.4-cü maddəsində təsbit edilmiş bilavasitəlilik prinsipinə uyğun olaraq yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslanmışdır. Azərbaycan Respublikası MPM-nin 77.1-ci maddəsinə əsasən-hər bir tərəf öz tələblərini və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir Göstərilənlərə əsasən, Azərbaycan Respublikası MPM-nin 216-220, 227, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Cavabdeh 17 avqust 2020-ci il tarixli, 2300/221ş nömrəli əmri ləğv edilərək İddiaçı Cavabdeh Gömrük brokeri və texniki xidmət göstərilməsi üzrə Gəncə şöbəsinin “komputer operatoru” vəzifəsinə işə bərpa olunsun. Qətnamədən, rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Sabunçu Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Adilə Paşayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar